Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Atasızlığımı hiss etməmişəm... - İlqarə Kazımova
Atasızlığımı hiss etməmişəm... - İlqarə Kazımova
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 614
Səs ver:
Xalq artisti Aygün Kazımovanın qızı , gənc müğənni İlqarə Kazımovanın müsahibəsini təqdim edirik:

-Siz kiçik yaşlarından məşhursuz. Adətən tədbirlərdə sizi ananız Aygün Kazımovanın yanında görürdük. İndi isə çox passivsiniz. Biz hələdə İlqarə Kazımovanın bir mahnı və kliplə şou-biznesdə özünü təsdiqləyəcəyini gözləyirik. Belə bir fikriniz var?
- Müəyyən mənada passivlik ola bilər. Amma elə il olmayıb ki, mən yeni mahnılar ifa etməyim. Hər il bir neçə yeni mahnı ifa etmişəm, klip çəkdirmişəm. Müxtəlif konsertlərdə çıxış etmişəm. Yəni, sənətimi dondurmamışam. Media nümayəndələri, jurnalistlər isə məni daima gündəmdə saxlayır. Çox sağolsunlar. Demək olar ki, hər həftə mənim haqqımda xəbərlər dərc edirlər. Bu səbəbdən fəaliyyətimdə elə də passivlik hiss etmirəm.

“Onun yerini məndən başqa heç kəs tuta bilməz”

- Sizin digər gənc sənətçilərdən şansınız daha böyükdür. Çünki, Aygün Kazımova adı sizin yanınızdadır. Əvvəllər Aygün xanım sizinlə bağlı açıqlamasında müğənni olmağınıza müsbət yanaşdığını deyirdi. Hətta hamı düşünürdü ki, Aygün yerini qızına verəcək. İndi nə dəyişdi? Ananız, yoxsa özünüz müğənni olmaq istəmirsiz?
- Mən müğənniyəm. Müğənni olmaq və ya olmamaq mövzusu müzakirə predmeti ola bilməz. Əlbəttə, mənim üçün böyük şansdır ki, mənim anam Aygün Kazımovadır. Bəli, anam hər zaman deyir ki, yerini mənə verəcək. Mən də bilirəm ki, anamın yerini hazırki şou-biznesdə məndən başqa heç kəs tuta bilməz. Aygün Kazımova heç vaxt səhv proqnoz vermir.
"Anamın yerini özüm tutacam" - İlqarə Kazımova
“Nə yaxşı ki, gözəllikdə Aygün Kazımovaya bənzəmişəm”

- Elə bu yaxınlarda sosial şəbəkədə bir foto paylaşdız. Aygün xanımın rəsmi səhifəsi də sözügedən fotonu yayımladı. Hər kəs sizin böyüdükcə divaya daha çox bənzədiyinizi söylədi. Aygün xanım həyatı ilə bağlı çox səmimi açıqlamalar verir, bu sənətdə çətinliklərinin olduğunu deyir. Bəlkə də, Aygün xanım bu çətinliklərə gördüyü üçün sizə də çox təkan vermir, istəyir ki, ancaq zahiri görünüşcə ona bənzəyəsiz, müğənni kimi yox...
- Yox, bu düzgün fikir deyil. Anam hər zaman mənə dəstəkdir. Mən bunu hər zaman hiss etmişəm. Axı məndən başqa anamın kimi var? Və ya mənim ondan başqa kimim var? Anama bənzəməyimə gəlincə isə bu çox normaldır. Nə yaxşı ki, gözəllikdə anama bənzəmişəm.

- Adətən dünyada ulduzlarla yanaşı onların övladları da gündəmdə olur. Hətta, şəxsi həyatlarında ulduz övladı olmaq müəyyən problemlər yaradır. Sizi media, ictimaiyyət tez-tez narahat edir?
- Buna narahatlıq demək olmaz. İnsanlar sevgidən mənə yaxınlaşırlar. Onlar sadəcə şəkil çəkdirmək və ya xoş söz demək istəyir. Bundan necə narahat olmaq olar? Çalışıram hər kəsə xoş münasibət göstərim. Media isə məni qətiyyən narahat etmir. Çox sağolsun media nümayəndələri ki, məni daima gündəmdə saxlayır.

- Bu narahatlıq şəxsi həyatınızda biruzə verir? Məsələn, sevgiliniz və ya dostlarınızla rahat gəzib əylənə bilirsiz?
- Dostlarımla yığışanda adətən qapalı məkanlarla oluruq. Bu səbəbdən narahatlıq hiss etmirəm.
"Anamın yerini özüm tutacam" - İlqarə Kazımova

- Yeri gəlmişkən, həyatınızda biri var?
- Yox, həyatımda heç kəs yoxdur.

“Ailə quranda seçimi özüm edəcəm”.

- Şou-biznesdə belə şeylərin şahidi oluruq ki, müğənnilər öz övladlarını sevgiylə deyil, öz istəklərinə uyğun şəkildə evləndirirlər. Seçimi siz edəcəksiz, yoxsa ananız?
- Əgər ailəni mən quracağamsa, həmin şəxslə mən yaşayacağamsa, əlbəttə ki, seçimi də mən edəcəyəm. Anamın isə məsləhətinə qulaq asacağam. O, dünya görmüş insandır. Anam mənə heç vaxt pis məsləhət verməz. Bütün analar kimi, mənim də anam məni xoşbəxt görmək istəyər.

“Atasızlığımı hiss etməmişəm…”

- Bizdə belə olmasa da, dünyada boşanan ailələrdə cütlüklər arasıdna münasibət fərqli olur. Boşananlar təkcə valideynlər olur, övladlara təsir etmir. Bizdə isə çox vaxt övlad kimin yanında qalırsa, qarşı tərəfə soyuq davranır. Sizdə necədi?
"Anamın yerini özüm tutacam" - İlqarə Kazımova
- Aygün Kazımova həm mənim anam, həm də atam olub. O, məni tam olaraq sevgi ilə əhatə edib. Çətinlik çəkməmişəm. Bəlkə də elə ailələr var ki, ata və ananın olmasına baxmayaraq, övladları müəyyən sıxıntılar yaşayır. Amma mənim anam mənə bunu yaşatmayıb. Bəlkə də, ona çətin olub. Buna baxmayaraq, məni hər şeyin ən yaxşısı ilə təmin edib. Ona görə də atasızlığımı hiss etməmişəm.

“Səhnədə dinlədim, göz yaşlarımı saxlaya bilmədim”

- Atanızı bilmirik, ancaq Aygün xanımın ifa etdiyi “Qızım” mahnısı ilə sizə sevgisini etiraf edib. O mahnıda tək varlığının siz olduğu açıq-aşkar göstərilir. Hətta, indi də qulaq asanda göz yaşlarını saxlamayanlar da var. Sizdə necə? İlk dəfə bu mahnıya qulaq asanda nə hisslər yaşadız?
- Bəli, çox gözəl vurğuladınız. İndi də bu mahnıya qulaq asan əksər insanın gözü dolur. Çünki mənim anam bu mahnını peşəkarcasına ifa edib. Bunu hər müğənni bacarmır. Mahnının sözlərinə və musiqisinə uyğun olaraq, onu ifa etmək və dinləyiciyə çatdırmaq lazımdır. Bu mahnını isə mən ilk dəfə anamın konsertində səhnədə dinləmişdim. Uşaq olmağıma baxmayaraq, göz yaşlarımı saxlaya bilmədim. Bu görüntülər də YouTube-da var. İndi də bu mahnını dinləyirəm. Anamın sevgisini hiss edirəm.


Şərhlər: 8
Baxılıb: 614
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Ordan burdan oxudum.coxda maraqli olmadi
16 iyun 2016 21:33
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Miss_Oxatan
Eger kasibciliq gorseydi,anasi supurgeci iwleseydi onda lap yaxwi bawa duwerdi atasizligi.Aygun Kazimova her hansi vasite ile de olsa pis yaxwi qazanib hiss eletdirmeyib qizina.ancaq anasi qizina bildirmese de o vaxt onunda ozune gore cetinlikleri olub iwlerinde,heyatinda.sadece olaraq Ilqareye yansitmayib cetinlikleri.cetinlikleri dadsaydi bele duwunmezdi,esasda dediyim kimi anasi eli lakli uz gozu kosmetikayla yox eli qabarla,ustu toz torpaqla iwden yanina gelseydi,onda atasizligi arzu ederdi.

Aygun Kazimovanin Qizim mahnisi menimde xowuma gelir,nece il evvel o musiqini ilk defe ewidende men aglamiwdim.cox gozel oxuyub ozu de.
16 iyun 2016 21:31
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Totu
Maraqsiz geldi mene
16 iyun 2016 16:57
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
oxumadim mende maraqli deyil menim cun
16 iyun 2016 16:07
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
maraqsiz olduquna gore hec oxumadimda
16 iyun 2016 15:17
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
ne qeder imkanlida olsa,anasi onun qayqisina qalib,sevsede, atasizliqi hiss etmek mence mumkun deyil,
16 iyun 2016 15:14
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
yarpaq33
Qizim mahnisini mende cox beyenirem onu dinleyende kovrelirem
16 iyun 2016 14:51
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Insan her zaman atasizligi hiss edir. Xanim duz demeyib
16 iyun 2016 14:13
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz