Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2 gündə sevgilisi tərəfindən dəfələrlə zorlandı - 16 yaşlı qızın acı həyat dramı...
2 gündə sevgilisi tərəfindən dəfələrlə zorlandı - 16 yaşlı qızın acı həyat dramı...
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 10373
Səs ver:
...Sevda anasını çoxdan itirib. Yaddaşının səhifələri arasında canlı surətini xatırlamır. Anasının ölümündən sonra atası içkiyə qurşanıb. Onu nənə-babasının himayəsinə veriblər. Beləliklə də, narkotik satışına görə həbsdə yatmış dayısı və əsəb xəstəliyindən müalicə olunan xalası ilə birgə yaşamağa məcbur olub.

16 yaşlı Sevda Babayeva ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında görüşdük. O, 3 ay əvvəl polislər tərəfindən bura gətirilib. Təşkilatın sədri Mehriban Zeynalovanın təklifi ilə müsahibə verməyə razı olur. Amma həyəcanlı olduğu hər hərəkətindən hiss edilir. Danışdıqca əlləri titrəyir, tez-tez qapıya boylanır. Səbəbini belə izah edir:

- Babam öləndən sonra o evdə yaşaya bilmirdim. Hər gün xalam məni döyürdü. Dayım həbsdən çıxandan sonra isə evdə tez-tez dava baş verirdi. Dayım xalamla, nənəmlə də yola getmirdi. Nənəmi evdən qovurdular, o da bəzən gecələr çöldə otururdu. Evdə bütün işləri mən görürdüm. Amma yenə də xalam, dayım məni döyürdü. Dayım məni məktəbdən də çıxardı. Dedi ki, qız uşağının oxumasına ehtiyac yoxdur. O qədər kəmərlə döyülmüşdüm ki, utandığımdan çölə çıxa bilmirdim. Sonuncu dəfə qəflətən qolumdan yapışıb məni divara çırpdı. Heç nəyə görə döyüldüyümün səbəbini də bilmirdim. Bir onu bilirdim ki, narkotik çəkib, buna görə də, nə etdiyini bilmir. Mən də evdən qaçdım.

- Sonra sığınacağa gəldin?
- Yox, yeni tanış olduğum oğlanla görüşdüm. Mənə deyirdi ki, səninlə evlənəcəm, bir də o evə qayıtmayacaqsan. Mən də onunla birgə getdim. Sonra...

Yenidən qapıya boylanır. Heç kimin gəlmədiyinə əmin olandan sonra ağlamağa başalayır. Sakitləşməsini gözləyirəm.

- Biz bir evə getdik. Axşam məni zorladı. Dedi ki, onsuz da sənin heç kimin yoxdur. Ona görə də, küçələrə düşəcəksən, pozğun olacaqsan. Amma mənim dediklərimlə razılaşsan, bu evdə qalarsan. Ağlamağıma baxmayaraq iki gün ərzində məni bir neçə dəfə zorladı. Sonra dayımgil bizi tapdı.

- Məktəbə də getmirdin. O oğlanla harada tanış olmuşdun?

- Məktəbin yanında görmüşdüm. Bir neçə dəfə telefonla danışmışdıq. Məni sevdiyini, evlənmək istədiyini demişdi. O deyirdi ki, evlənəndən sonra dayıngili bir də görməyəcəksən. O evdən xilas olacaqdım. Sonuncu dəfə döyüləndən sonra ona zəng vurdum, qaçmaq istədiyimi dedim. O da razılaşdı. Axşam bildim ki, o məni zorlayandan sonra fahişə olmağımı istəyir. Deyirdi ki, sən bu yolla çoxlu pul qazanacaqsan. Özünə maşın, ev ala biləcəksən. Bilirsiniz, xalam pis yolun yolçusudur. O da məni əvvəl-axır bu yola salacaqdı. Amma sevdiyim oğlan da məni aldatdı, məqdəsi pul qazanmaq olub.

- Dayıngil tapandan sonra nə baş verdi?

- Dayım polisə müraciət edibmiş. Məni evə apardılar, oğlanı isə həbs etdilər. Yaxın günlərdə məhkəməsi olmalıdır. Ailəsi evlənməyimizi təklif etdi. Amma mənimlə evlənsə belə, azyaşlı olduğum üçün onu cəzalandıracaqlar. Mən şikayətçi deyiləm. Onunla evlənməyə razı olmadım, amma izahatımda şikayətçi olmadığımı yazdım.

- Niyə, səni nə qorxudur?

- Bilirsiniz, dayım məni hər döyəndə özümü öldürmək istəmişəm. Azyaşlı olduğum üçün polis şikayətimə baxmırdı. Dayım, xalam polislərin yanında mənimlə yaxşı rəftar edirdilər. Amma evə gedəndə yenidən döyürdülər. Bu dəfə də məni evə apardılar, dayım yenə döydü, öldürmək istədi. Buna görə də, polislər mənim o evdə qalmağımı istəmədilər. Məni sığınacağa gətirdilər. O oğlan mənə pislik etdi. Amma o, məni cəsarətləndirməsəydi, evdən qaça bilməzdim. Mən o cəhənnəmdən xilas oldum. Həm də məhkəməyə getmək, yenidən xalamla, dayımla görüşmək istəmirəm. O günləri yenidən yaşamaq istəmirəm. İstəyirəm ki, bir daha onların üzünü görməyim.

- Bəs atan? Onunla görüşürsənmi?

- Dayım, xalam mənim üçün cəhənnəm deməkdir. Amma yenə də atamdan nifrət etdiyim qədər onlara kin bəsləmirəm. Əgər atam mənə sahib çıxsaydı, dayımın, nənəmin yanında yaşamazdım. Atam daim sərxoş olur. Araq onun üçün övladından əzizdir. Evimizi də satıb. Harada qaldığını bilmirəm. Qohumlar deyirlər ki, bu ailədə yalnız anan fərqli olub, atasına, anasına baxıb. O da ailəsindən qurtulmaq üçün atamı seçib. Amma atam ona sahib çıxa bilməyib, anamı çox incidib. Anam ürək tutmasından ölüb. Mən anamın taleyini yaşayıram. O ailə məni də məhv etdi. Amma bura gələndən sonra özümə inanıram. Sığınacaqdan çıxandan sonra işləyəcəyəm, özümə ev tutacağam. Məsələn, kim istəsə uşağına baxa bilərəm. Məktəbi bitirməsəm də əlifbanı, rəqəmləri bilirəm. Evləri yığışdıra bilərəm.

...Danışdıqca tez-tez təkrarlayır: “Hə, özümə əminəm. Sığınacaqdan sonra işləyə bilərəm”. Amma hər qapı açılanda diksinir. Mehriban Zeynalova deyir ki, Sevda ilə psixoloji iş aparılıb. Amma dayısı, xalası tərəfindən o qədər döyülüb ki, qorxu onu tərk etməyib. Hər şeydən - qapının möhkəm döyülməsindən, qışqırtıdan qorxur. 3 aydır bu qorxu onu tərk etmir. Yaşadıqlarını unutmaq üçün bəlkə də illər lazımdır...


Şərhlər: 10
Baxılıb: 10373
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lalə12
ALLAH heckesi yiyesiz etmesin indiki zamanede dayi xala emi bib here ozunedie heckese etibar yoxdu.inşallah bundaan sonraki heyatin yaxşi oolar allh belasini versin o oğlaninki niyetin yaxş deyilse ay axmaq niye yaxinlaçirsan kimsesizdi ooncun yaxinlaşmaq asandi. ele oğraş oğlanlarin qizlari olsunki gelecekde namusun ne olduğunu onda anlasinlar
13 iyun 2016 11:54
# 10
sahib olduqlarina şukr etmeyi bilmeyen. itirdiklerine usyan etmeye haqqi yoxd.....
Barbaris
cox tesirli oxoudum cox ppis oldum yaziq qiz Allah komek olsun sene.. senin kimi heyati olan qizlarimiza
13 iyun 2016 00:28
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
yarpaq33
Oxuduqca adam dehwete gelir heyatda ne xalalar ne dayilar varmiw ilahi Allah belelerinin belasini versin qizada Allah komek olsun
12 iyun 2016 20:07
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Marta
Can, uzulerek oxudum(( oxuduqca ureyim sixildi((( azyasli qiz usagina bu qeder derd bes deyilmi hecmi uzu gulmez insanin(((heyatinda guvendikleri de insanliqdan uzaq olublar. Allah bundan sonra xos gunler nesib etsin..
12 iyun 2016 20:03
# 7
Немного терпения, и у тебя все получится..
seda-1
Pis oldum oxuyanda ama ne olur olsn heyat davam edir ind agilnan otur dur is qur ozne insallah yaxsi olacaq senincun
12 iyun 2016 19:26
# 6
vipbetul
Allah hec kime bu acini yasatmasin insallah her kes bu qizin her goz yasina gore cezalarini cekmelidirler
12 iyun 2016 18:34
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Yaziq qiz.Allah ozu bugunden sonra onun taleyine gozel omur yazsin,ele insanlar cixsin qarwisina yawadiqlarinin qorxusundan,tesirinden qurtulsun.deyir suda bogulan saman copunden yapiwar.gor ne qeder zulm gorub ki,o oglan her kim olubsa qurtuluw umudunu ona baglayib.ne bilsin o da alcaq cixacaq.bu qizi kim qinasa men onu imansiz,Allahdan qorxmaz adlandiraram.16yawda qiz,bu qeder aile zorakiligi gorub,anasi olmayib yol gostersin.heyat bu qiz ucun deniz olub,bu qizda hemen denizde yelkensiz gemi.indi o evden belke zulmden qurtulmaq umudu ile kimese guvenib qacan bu qizi da qinayaq erini uwaqlarini atib evden qacan gelinleride?onlari bir tereziye qoymaq gunahdir.O qeder gelinler var gedib bawqasina ondan birini ya ikisini dogub ama yene de guya ilk mehebbetini unudanmir da,kiwini yuxuya veren kimi ilk awkindan otru sehere kimi uluyur.evvela gelmezdin,gelmisense bow beyninden cixart ilk qirintini caxil otur erivi ovladivi duwun.ne olsun digerleri kimk erivi qoyub qacmirsan ilk awkinla,ya smslewmirsen ama fakt uluyursan ondan otru.eleleri de dem vurmasin namusdan.bu yeniyetme yawda heyatin en aci uzlerini goren bu qizi qinayanlar duwunsun ki,bir gun menimde ovladim olar ve heyat onu ele cemberlere salar ki,qurtuluwu saman copunde axtarar o saman copude onu bundan beter gunlere salar.Allahdan qorxmaq lazimdir.cunki Haqqin deyirmani yavaw firlanir ama saz firlanir.herrenir firranir qinadiqlarin yeddi arxa doneninden bele olsa cixir.bu mubarek gunde bu qiza ve bu qiz kimi talelere meruz qalmiw gunahsiz heyat qurbanlarina bizden sadece dua etmek duwer.vedre baglamaq yox.camaatin qizi ana ata terbiyesi gore gore ele hoqqalardan cixir bile bile deyersen bu kuce qizidir.ruhi xeste xala ve narkaman dayi yaninda zulmle boyuyen zorakiliq gormuw qizlari qinamaq en boyuk gunahdir.hamimiz qadiniq.qinamazdan evvel ozumuzu qoyaq bir anliq onun yerine.InwAllah heyat indiden sonra bu qiz ucun cox gozel olsun.AMIN.
12 iyun 2016 18:03
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
KRALİCEM
Bu doyulurduse bes teli hardan alib oglanla danisirdim hec kesin babalisini yumaq isdemirem balalari oz boyunarina 100-de 99%-gunah qadindadi allah uzaq elesin oglanla goruse getdiyine emine bibine qonum qonsuya de derdini
12 iyun 2016 17:04
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Cox tesirlenerek oxudum. Yaziq qizin heyatini mehv edibler. Bele alcaq insanlar qizlarimizi pis yola salirlar

Cox tesirlenerek oxudum. Yaziq qizin heyatini mehv edibler. Bele alcaq insanlar qizlarimizi pis yola salirlar
12 iyun 2016 16:55
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
savior angel
Oxuduqca ureyim birteher oldu..Ne deyesen bele aileye hec ailede demek olmaz..Yaziq qiz cixiw yolunu o eclaf ozunu oglan hesab edene oglancigazda gorubde o da bele murdarliq edib. Bele dunyadaki insanlari oldurmek emri verilseydi birinci atewi ozum acardim min faiz..Allah komeyi olsun cox derin psixoloji tramva alibdi heqiqetende sagalmasi icindeki qorxunu yenmesi illerini alacaq.Teki Allah bundan sonraki taleyini yaxwi yazsin..
12 iyun 2016 16:35
# 1
I choose to be happy
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz