Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda həkim hamilə qadını ölümcül halda qoyub qaçdı
Bakıda həkim hamilə qadını ölümcül halda qoyub qaçdı
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1395
Səs ver:
Bakıda həkim əməliyyatı başa çatdırmamış klinikanı tərk edib.

Baku.ws-ə verilən məlumata görə, bu barədə redaksiyamıza daimi oxucularımızdan məktub daxil olub. Burada söhbət biabırçı halda məsuliyyətsizlikdən və həkim qeyri-peşəkarlığından gedir.


"Baku Medical Plaza" klinikasında 1 iyun tarixində saat 7-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı Öndər adlı həkim keçirib. Qeyd edək ki, Öndər həkim "HB Güven Klinikası"nda çalışır.

Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir.

İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb. Əməliyyatdan iki gün sonra İrina gözlərini açıb. Qohumları ümid edirdilər ki, ən pis hadisə geridə qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib.

İrina uğursuz əməliyyata görə yumurtalıq və uşaqlığını itirib. Ola bilsin ki, İrinaya dördüncü dəfə əməliyyata girmək lazım gələcək.

Ginekoloq Öndər hadisədən sonra gizlənib. Baku.ws hadisə ilə bağlı məlumat əldə etmək üçün "Baku Medical Plaza" klinikası ilə əlaqə saxlayıb. Klinikadan bildirilib ki, sözügedən əməliyyatla bağlı klinika heç bir məsuliyyət daşımır. Həkimin "HB Güven Klinika"sından sifariş əsasında gəldiyi və klinikada əməliyyatı həyata keçirdiyi bildirilib. Nəticə etibarı ilə klinika yaranmış vəziyyətdə özünü günahkar görmür.

Baku.ws əməkdaşı Səhiyyə Nazirliyi ilə də əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, faktla bağlı nazirliyə hər hansı şikayət daxil olmayıb. Nazirlikdən əmin edirlər ki, əgər şikayət daxil olarsa, faktla bağlı araşdırmalara başlanılacaq.


Şərhlər: 9
Baxılıb: 1395
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Vay vay ürəyim ağrıdı lap yazıq qadın
8 iyun 2016 09:14
# 9
vipbetul
ancaqlar o cur klinikalarda hekimlerde pulu bilirler
7 iyun 2016 13:11
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
İnci
Allah turp kimi oglunuzu saxlasın)
Sizi deyə bilmərəm necə etmisiz mən demək olarki 14 gün ola oğlanlarımızı sünnət elətdirdik 10 gün ərzində nə gəzəndə nə yatanda heçnə geyindirmədim, qanayar və yaxud qanaxmaya düşər deyə, həmçinin onsuzda uşaqlar ağrıdan rahat oturub dura bilmirlər nəsə geyindirməklə onların ağrısını daha da çoxaldarıq. Mən belə eşidib görmüşəm və gördüyüm kimidə etmişəm, ola bilsin sizdə fərqlidi, şükür pampers bağlasazda fəsadsız ötüb keçib.
7 iyun 2016 00:46
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Marta
Can bu hekimler neyliyi oxuyur men bilmirem!tebii ki istisnalar var. Bir dovletdeki rusvetle diplom alib ve yene rusvetle ise duzelirsen o dovletin iscileri de bele olmali idi artigin gozlemek agilsizliqdir.yene deyirem istisnalar var. Bu hekim de turkdur zennimce qoyub qacmaq yerine cixis yolu tapmali idi.
6 iyun 2016 23:15
# 6
Немного терпения, и у тебя все получится..
İnci
Pampers baglamaq niye olmur menim oglum 3ayliq idi sunnet etdirende bezini bir deq bele acmirduq yalniz deyisebden deyisene nasallah turp kimi oglum var
Sitat: Antikvar
Balnissa özəl olduğu üçün mənsuliyyət daşımır düzdü, amma ailələr şikayətçi olsalar mənsuliyyət daşıyacaq təzminat davasıda aça bilərlər hər nə qədər iş işdən keçmiş olsada bu bir, görəsən niyə ailələr həkimi şikayət etməyiblər? Üstünə düşsələr o həkimi işi əlindən gedər, daha sonra heç bir balnissada işləmək hüqüqü olmaz, cinayət işidə açılar, (əyər bizdə qanunu pulla almazlarsa) Burda bir həkim varıydı sünnət edəniydi, sünnət etdiyi uşaq qanaxmaya düşmüşdü amma günah həkimdə deyildi anasıydı günahkar sünnət edən gecə uşağa pampers bağlamışdı uşağ qanaxmaya düşüb ölmüşdü olmaz axı pampers bağlamaq həkimdə günah yoxkən balnissadan qovdular heç yerdə də işləyə bilmir... Maraqlıdı görəsən bizdə bu işin üstünə düşüb maraqlanan olar? Bir nəfər cəza alsa digər həkimlər də işini məsuliyyətli görər analarən ölümü azalar... Allah ailəyə səbr versin.
6 iyun 2016 23:13
# 5
Her gulusun arxasında bır keder vardır
Antikvar
Balnissa özəl olduğu üçün mənsuliyyət daşımır düzdü, amma ailələr şikayətçi olsalar mənsuliyyət daşıyacaq təzminat davasıda aça bilərlər hər nə qədər iş işdən keçmiş olsada bu bir, görəsən niyə ailələr həkimi şikayət etməyiblər? Üstünə düşsələr o həkimi işi əlindən gedər, daha sonra heç bir balnissada işləmək hüqüqü olmaz, cinayət işidə açılar, (əyər bizdə qanunu pulla almazlarsa) Burda bir həkim varıydı sünnət edəniydi, sünnət etdiyi uşaq qanaxmaya düşmüşdü amma günah həkimdə deyildi anasıydı günahkar sünnət edən gecə uşağa pampers bağlamışdı uşağ qanaxmaya düşüb ölmüşdü olmaz axı pampers bağlamaq həkimdə günah yoxkən balnissadan qovdular heç yerdə də işləyə bilmir... Maraqlıdı görəsən bizdə bu işin üstünə düşüb maraqlanan olar? Bir nəfər cəza alsa digər həkimlər də işini məsuliyyətli görər analarən ölümü azalar... Allah ailəyə səbr versin.
6 iyun 2016 22:45
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnci
Oy onderin adini cox esitmisem sayilib secilenlerdendi medikal plaza ve hp guven de guvenilir xestexanalardir bele hal olmagina cox uzuldum qismetde bu var imis ama susmaq lazim deyil onderi tapib gullelemek lazimdir
6 iyun 2016 22:44
# 3
Her gulusun arxasında bır keder vardır
BARBI
Bele hekimlere gore usaq ve analarin taleyi mehv olur
6 iyun 2016 22:37
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
adinan bildimki turk hekimdir.. yaziq bele savadsiz hekimler ucbatinan nece ana olur analigin iitrir
6 iyun 2016 22:27
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz