Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərimin yataq xəstəsi olduğunu bilib mənə əxlaqsız təkliflər edirlər - Həyat hekayəsi Daha ətraflı
Ərimin yataq xəstəsi olduğunu bilib mənə əxlaqsız təkliflər edirlər - Həyat hekayəsi Daha ətraflı
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 15078
Səs ver:
Təranənin (ad şərtidir) 33 yaşı var. İki övlad anasıdır. Qızının 5, oğlunun 7 yaşı var. Orta təhsillidir və 8 ildir sevdiyi Rizvan bəylə ailəlidir. Dediyinə görə Rizvan bəylə ailə qurmasına nə onun, nə də həyat yoldaşının valideynləri razılıq verməyiblər. Amma ailələrin bu izdivaca qarşı çıxmasına rəğmən, qoşulub qaçıblar. Evlilik həyatının ilk illərində hər şey qaydasında imiş. Rizvan da Təranə kimi orta təhsillidir. Ancaq ailəsinə, övladlarına bağlı adamdır. Təranə deyir ki, iki il öncəyədək həsəd aparılacaq ailələrdən sayılırmışlar. Elə Təranəyə inansaq, indi də belədir. Sadəcə, Rizvanın səhhətində yaranan qəfil problem ailəni çətin duruma salıb: "İki il əvvəl Rizvan böyrəyindən şikayətlənməyə başladı. Həkimə apardıq, məlum oldu ki, böyrəyin biri sıradan çıxıb, o biri də yaxşı işləmir. Olub qalanımızı töküb müalicə etdirdik. İndi də müalicəsi davam edir. İki gündən bir dializə aparıram. Amma böyrək köçürülməlidir. Donorumuz var, amma bu əməliyyata ən azı 10 min manat lazımdır". Təranənin sözlərinə görə, yaxın aylaradək xadimə işləyirmiş. Amma həyat yoldaşı xəstəxanada olduğu müddətdə bir neçə gün onun yanında qalmalı olur və buna görə də işlədiyi yerin rəhbərliyi onu işdən uzaqlaşdırır: "Üç aydır işləmirəm. Maddi durumumuz getdikcə pisləşir. Yoldaşımın da aqibətinin necə olacağı bəlli deyil". Qəhrəmanım maddi çətinlik ucbatından pis yola düşən qadınlara səslənir. Deyir ki, heç nə insanın namusundan üstün deyil: "Ərimin xəstə olduğunu bilib mənə müxtəlif təkliflər ediblər. Daha doğrusu, kimlərdənsə xəbər göndəriblər. Xəbəri gətirən adama demişəm ki, heç elə bil bu sözü eşitməmisən. Halbuki o təkliflərdən birini qəbul etsəydim, indi uşaqlarımın qarnının dərdini çəkməzdim. Hazırda iş axtarıram. Xadimə işi olsa daha yaxşı. Çünki bunu daha yaxşı bacarıram. Bir daha deyirəm ki, beş gün rahat yaşamağa görə namusunuzu ləkələməyin. Ən azından övladlarınızı düşünün".


Şərhlər: 12
Baxılıb: 15078
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Halal olsun bele qadinlarimiza ailesinin yaninda ac olsun ama alni aciq olsun
2 iyun 2016 10:08
# 12
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Marta
Halal olsun size xanim!! Allah uzunuze xeyirli qapilar acsin. Amin inanin bunu butun qelbimle diledim.Allah yoldasiniza sefa versin tez zamanda qalxsin ayaga dursun ailesinin basinda. Sebrinizi dozumunuzu iradenizi elden vermeyin..
2 iyun 2016 02:03
# 11
Немного терпения, и у тебя все получится..
lili)
Halal olsun sizin kimi qadina esil AZERI QADINI
1 iyun 2016 23:54
# 10
Barbaris
Halal olsun size,,Allah komeyiiz olsun
1 iyun 2016 23:14
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Esl namuslu qadindir. Halal olsun. Kas her kes sizden ornek goture bilse. Erinize dayaq olun. Cetin aninda onu uz cevirmeyin . Allah sizi darda qoymaz
1 iyun 2016 23:10
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
14MsM
Ehsen bucur qadinlarimiza VALLAH TAMMbu fikirle RAZI ki QADININ NAMUSU HERWEYDEN UCA VE NAMUSUNU BIRINCI OZUCUN SONRA SEVDIKLERICUN QORUMALIDI ....MEN BU AGILDA AZERI QADINLAR GORENDE FEXR EDREM CUN BIZIM AZERI QADIN BU OLMALIDI CUN BIZim MENTALTET BUNU TELEB EDIR HE ...yox indi coxu harinnamiwliqdan yolun azanlar coxdu
1 iyun 2016 22:54
# 7
ilk nur
Allah ozu komey olsun size
1 iyun 2016 22:50
# 6
Antikvar
Halal olsun sizin kimi qadınlar hətta baş əyirəm belə qadınların qarşısında, övladlarına layiq olan ana, həyat yoldaşına layiq olan arvad sizin kimilər hər zaman hər gün biri ilə qaçan qadınlara örnək olmalıdır, heçnə yerdə gündə biri ilə fırlanan qadınlar vardı indiki zamanda, ərini işə yola salıb tələbə ilə yatan qadın vardı indiki zamanda, restorana gedib yeyib içib başqa kişilərin şotunu ödəyən qadınlar vardır indiki zamanda, belələrinin sözlərini hər gün eşitməkdən qulaqlarımız paslanmışdı nə yaxşı ki, bugün ki , gündə belə qadınların qeyrətli olmasını, namusunu qoruyub saxlamağı bacarmasını gördükdə gözlərim işıqlanır nə yaxşıkı varsız, demirəm safsem nol vəziyyətdəyik sadəcə pozğunların sayı çoxalır namuslu qadınların sayı isə azalır... O söz göndərən "kişiciklərədə" ar olsun, necədə qeyrətsizdilər necədə şərəfsiz, vicdansızdılar, yəni belə hadisə özünün başına gəlsə və belə təklifi arvadına etsələr hansı yüksəklikdə olar? Niyə insan olan balası bir addımı atmamışdan öncə özlərini ailəsini o şəxsin yerinə qoymurlar? Amma mən insan balası dedim demək belə təklifi edənlər insan yox heyvandılar kiminsə zəifliyindən istifadə edib axmaq düşüncələrə qapılırlar, o pulu onun arvadına hansısa əlaqədə olandam sonra verməkdənsə bir insafa gəlib ailəni xobəxt et, etdiyin hərəkətin ilədə allahıvın sevimli qulu olacaqsan amma nə fayda bizim millətin kişiciklərin bir çox faizi salam şorgözlük ilə yaşayırlar...
allah kömək olsun bu ailəyə inşallah hər şey qaydasına düşər.
1 iyun 2016 22:50
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
qanadli melek
Halal olsun.bu qeder eziyetlere dozub oz namusunu temiz saxlayan erine ovladina bagli olan qadin Allah ozu komek olsun bu aileni cetinlikden qurtarsin
1 iyun 2016 22:37
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 iyun 2016 22:18
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
sadece_men
Halal olsun sene.inwallah Allah heyat yoldawinin komeyi olar tezlikle her wey duzeler
1 iyun 2016 21:56
# 2
vipbetul
namusslu qadin butun cetinliklere dozer yol temizleyer namusunu satmaz Allah bu cur xanimlara komek olsun namussuz kisilerede ozu bildiyi kimi ceza versin Amin insallah
1 iyun 2016 21:53
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz