Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 537
Səs ver:
Müğənni Günay İbrahimlinin müsahibəsi

-Günay qarşıdan yay fəsli gəlir, yaradıcılığınızda nə yeniliklər gözlənilir?
- Son ifa etdiyim “Sən məndən gedən gündən” mahnısına klip çəkdirməyi düşünürəm. İnşallah, bir neçə gündən sonra klipi Rza Əsgərov çəkəcək. Sizi əmin edə bilərəm ki, məni başqa bir obrazda görəcəksiz. Fərqli bir Günay olacam. Klipdə iki obraz var. Birində daha ciddi bir qadın obrazı, ikinci isə tamamilə fərqlidir. Bilirsiz ki, ssenarisi və sujet xətti olan kliplər dəbdə deyil. Özümə söz vermişəm. İndən belə kliplərdə mənim gözəl görüntülərim olacaq.

Daha sonra “Biri var orda” adlanan mahnıya da yay mövsümündə klip çəkdirəcəm. Bu mahnı maşında və diskotekalarda qulaq asmaq üçün nəzərdə tutulub. Yəni, sırf yay mahnısı olacaq.

“İndi qısa paltarlar geyinə bilmirəm”

-Son zamanlar dəyişikliyə çox meyillisiz. Saç, burun, geyim və.s misal çəkə bilərik.
- Yaxşıya doğru dəyişikliklər olur. Hər bir müğənninin öz tərzi olmalıdır və bu tərzi yaratmalıdır. Mən ifa baxımdan tərzimi dəyişməmişəm. Görünüş baxımdan dəyişmişəm. Bu ilin dəbi ilə ayaqlaşmağa çalışıram. Özümü çox rahat hiss edirəm. Məsələn, qarderobumda qısa geyimlər var. İndi o geyimlərə baxıram, necə bunları geyindiyimi düşünürəm. Doğrudan da hər yaşın öz geyimi var imiş.
"Ərə gedərəm, hamını da şoka salaram..." - Günay İbrahimli/FOTOLAR
İndi o paltarları geyinmərəm. İnşallah geyimlərimi satışa çıxaracam. Hamısını cəmi bir dəfə geyinmişəm. İndi qısa paltarlar geyinə bilmirəm. Amma şortik geyinirəm. O da məkana görə dəyişir. Şortikdə efirə çıxmaram, o tərz mənə yaraşmır. İdmanla klassik üslubu qarışdırıb geyinməyi sevirəm. Bir də burnumda dəyişiklik olub. Belə bir deyim var ki, üzdə nə dəyişiklik olursa, insanın həyatı da dəyişir. Üz mimikam dəyişməsə də, nə yaxşı ki, əməliyyat etdirdim.

- Geyimlərinizi satışa çıxaracağınızı qeyd etdiz. Onlayn, yoxsa bir mağaza açıb orada satışları həyata keçirmək niyyətindəsiz?
-İstəyirəm ki, instaqramda səhifə açım, birinci onlayn satış edim. Özümün kifayət qədər izləyicim var. Bu dəqiqə hamı sosial şəbəkələrdədir. Sizə bir misal çəkim. Serial TV-də yayımlanır. Bizim hər hansı bir işimiz çıxır, baxa bilmirik. Daha sonra internetdən baxmağa üstünlük veririk. Reytinq nəticələrinə görə, TV-dən sonra internetdə həmin serial daha çox izlənilir. Fakt budur ki, reytinq baxımdan internet daha keyfiyyətlidir. Sözümün canı odur ki, bu işi kiçikdən başlamaq və daha sonra böyütməkdir. Birdən-birə bu işi öhdəmə götürmək istəmirəm. Böyük maliyyə tələb oluna bilər.

-Həmkarlarınızın əksəriyyəti butik açmaq istəsə də, buna nail olmayıblar. Açanlar da bir neçə ay sonra bizneslərini batırıblar.
-Məhz bu səbəbdən işə internet səhifəsiylə başlayıram, birinci orada satışlarımı reallaşdıracam. Biri var kirayə obyekt götürəsən, çoxlu geyim satışa çıxarasan. Bu zaman böyük problemlər yarana bilər. İnternet səhifəsində satışlar uğurlu olsa, mağaza aça bilərəm. Məndə alınacağını düşünürəm. Bir neçə moda evləri ilə əməkdaşlıq edirəm. Hətta, həmin insanlar bu barədə məsləhət verdilər. Mağaza açmağım barədə təklif irəli sürdülər. Azdan-çoxdan zövqüm var, zövqlü müğənnilər sırasındayam.

Yəni, bilirəm ki, gənclər necə bir tərzi sevirlər. Gənclər sosial şəbəkələrdə bizi izləyirlər. Geyindiklərimizdən gedib axtarırlar, tapırlar və uyğunlaşdırıb geyinirlər. Qoy elə şərait yaradaq ki, rahatçılıqla gəlib həmin paltarlardan ala bilsinlər. Geyimləri çox baha satışa çıxarmayacam. Hər kəsin almağa gücü çatacaq.
"Ərə gedərəm, hamını da şoka salaram..." - Günay İbrahimli/FOTOLAR
“Biabırçı adam olduğunun şahidi oluruq”

- Günay kimləri qıcıqlandırır?
-Bunu çox hiss edirəm. İnsana yaxşı və pis olmağına gərək qiymət verəsən. Hazırda məni tanımayan insanlar orda-burda çox şey danışırlar. Eşidəndə şoka düşürəm. Daha sonra həmin insanlar məni tanıyanda peşman olurlar. Deyirlər ki, biz səni belə sadə bilmirdik, yekəxana hesab edirdik. Əslində, mən çox sadəlövhəm. İstəyirəm ki, sadəlövhlüyümü azaldım. Çünki həyat bunu tələb edir. Sevməyənlərin sayı sevənləri keçib. Sosial şəbəkədə şəkil paylaşmağa peşman edirlər.

Bir şərhlər gəlir ki... Mənə yazanların səhifələrinə girirəm. Necə bir biabırçı adam olduğunun şahidi oluruq. Yəni ki, həyatdan bezmiş insanlardır. Cavab vermirəm, qara siyahıya atıram. Ay insan, sən məni tanıyırsan? Çörəyi, suyu sən mənə verirsən? Mənim səhifəmdə nə işin var? Bunları demək lazımdır, ancaq qara siyahıya salmaqla kifayətlənirəm. Elə şərh yazanların dünya görüşü kasatdır.

- Həmkarlarınızdan bir neçəsi təhqir və tənqid yazan istifadəçiləri cəzalandırdı.
-Onlar digərlərinə dərs vermək üçün bu addımı atdılar. Mənə söyüş yazan olmayıb. İyrənc şərh bildirənlər olur. Ciddi nəsə olsa, mən də belə addımlar ataram.

- Belə şərhlər sizə psixoloji təsir edir?
-Yox, əvvələr mənə çox pis təsir edirdi. İndi vecimə almıram. Efir, TV güzgüdür. Çalışaq ki, həyatda necəyiksə, efirdə də elə görünək. Təəssüf ki, tanınmış insanların çoxu həyatdakı kimi deyillər. Fərqli obraza girirlər. Əvvəllər çox utancaq idim. Hər şeydən çəkinir, qorxurdum. İndi sənə kim yaxınlaşıb yumruq vurmaq istəsə, sən təpiklə cavab verməlisən. Bunu necə etmək olar?
"Ərə gedərəm, hamını da şoka salaram..." - Günay İbrahimli/FOTOLAR
Söhbəti aydınlaşdırırsan, sonuna kimi gedirsən. Əgər sən düzsənsə, həmin şəxsi pərt edirsən. Mən indi nəsə eşidəndə, sözügedən adama zəng vururam, sözümü deyirəm. Yaxşı edirəm, mənə dəyməsinlər. Məni heç kəs şou-biznes nümayəndələri ilə birgə görə bilməz. Onlarla oturub-durmuram. Ola bilər, tədbirdə onlarla rastlaşa bilərəm. Sevdiyim sənət nümayəndələri də var. Ancaq digərləri isə məsafə saxlayıram, yaxınıma buraxmıram. Belə lazımdır.

“Evimə gəlib-gedən insan arxamca danışır, torbamı tikir”

- Niyə məsafə saxlayırsız?
- Daha sonra pis şeylər olur. Bir ara mənə sual verdilər ki, sənin nə əcəb şou-biznesdən dostun yoxdu? Bu söz bir az mənə təsir etdi. Bir çox insanlarla dostluq etməyə başladım. Bir gün onunla, bir gün isə bununla otururdum. Dərdləşirdim, votsapda yazışırdım. Daha sonra gördüm ki, evimin içinə gəlib-gedən insan arxamca danışır, torbamı tikir. Ona görə dedim ki, dostum olmasa yaxşıdır. İndi dostlarım var, bu biznesdən uzaq insanlardır.

- Artıq 25 yaşınız var. Ailə qurmaq barədə düşünmürsüz?
- Nə bilim, qismət olsa, evlənərəm. Qisməti quranda bizik. Hələ işlərim, problemlərim var. Onların hamısını səliqəyə salmalıyam. İnşallah, 2-3 ildən sonra evlənərəm.

“Planlı evliliklər uzumüddətli olmur”

- Evlilik planlı olur?
- Bu fikirlə razı deyiləm. Planlı evliliklər uzumüddətli olmur. Ola bilər ki, kimisə birdən görüb sevəsən. Bir həftə içində evlənirsən, uşaq dünyaya gətirirsən. Belə şeylər ola bilər. Ancaq planla qurulan evlilik tamam başqadır. Ata-ananın göstərişi ilə evlənənlər var. Valideynlər tutaq ki, deyir qızımı bacım oğluna verəcəm. Baxın, bu planlı evlilikdi, sevgi evliliyi deyil. Mən bayaq dedim ki, 2-3 ilə evlənə bilərəm. Ancaq qəfil ərə gedərəm, hamını da şoka salaram. Sabahı bilmək olmur.
"Ərə gedərəm, hamını da şoka salaram..." - Günay İbrahimli/FOTOLAR
- Şou-biznesdəki evliliklər nədənsə, uğursuzluqla nəticələnir...

- Adi həyatda o qədər hadisələr baş verir ki... Boşanmalar, xəyanət və ölüm hadisələri çox olur. Sadəcə olaraq, onların başına gələn bu hadisələr şişirdilmir. İncəsənət nümayəndələri göz önündə olur və nümunə göstərilir. Fakt budur ki, adi insanların başına gələn pis hadisələr çox olur. Şou-biznesdə elə insanlar var ki, min dəfə onlardan qeyrətlidir. Düşünürəm ki, vəzifə və işlə bunu uyğunlaşdırmaq olmaz. Hər kəsin başına belə hadisələr gələ bilər.

“Mənə zərbə vururlar, hər yanda pisləyirlər”

- Bayaq qeyd etdiz ki, quyumu çox adam qazır. Quyu qazmağa nələr daxildir?
- Məni gözləri götürmür. Bir addım atıb qabağa getməyə çalışırsan, ancaq buna maneə olmağa çalışırlar. Mənə zərbə vururlar, hər yanda pisləyirlər. Buna quyu qazmaq deyirik. Hər hansı bir müsahibə verirsən, müsahibədə bir sözü götürüb şişirdirlər. Ay Günay belədir, bu sözü dedi və.s Mən demirəm ki, ideal insanam. Mənim də müsbət və mənfi xüsusiyyətlərim var. Əsəbiləşib beynimin çöndüyü vaxtlar da olur. Hər kəsin kaprizi və istəkləri var.

Məsələn, mən efirə çıxmaq istəmirəm. Artıq əngəl yaratmağa çalışırlar. Deyirlər ki, efirə çıxmasan və yaxud bu verilişdə iştirak etməsən çox şeylər olacaq. Bizdə şou-biznes başqa cürdür. Sizə bir misal çəkim. “Eurovision”a gedib, sonra qayıdan müğənnilərin əksəriyyəti depressiyaya düşür. Çünki, onlar əsl ulduz həyatı yaşayıblar. Həyatları sistemlə qurulur. Məsələn, səhər 9-da qalxır, 10-da yeməyini yeyir, 11-də filan verilişdə qonaq olur və.s Bu, ulduz həyatıdı. Bizdə planlı iş yoxdur.

Bir gün alboma hazırlaşırıq, o biri gün konsertə gedirik. Burada ulduzluğu görmürük. Bizə ulduz kimi rəftar etmirlər. Adicə bir məslicə gedirsən, özünü məcburən ulduz kimi aparmalısan. Məkana görə dəyişirsən. Bünövrəni necə qoydunsa, elə də davam edəcək. Sən özünü yazıq, yüngül aparacaqsansa, heç kəs sənə hörmət qoymayacaq.

Çalışaq ki, özümüzü samballı aparaq. Tanınmaq asan, hörmətli olmaq çətin məsələdir. Hərdən məclislərdə mənə deyirlər ki, buna bax, ulduz olub getdi. Bir neçə nəfər bu sözü deyib. Mən isə cavab verdim ki, hə, ulduzam. Bu cavabı gözləmirdilər. Elə bil küçə qızıyam, mənimlə o cür danışırdılar. Söyləyirlər ki, bu da gəlib adam oldu. Hamının həyatda çətinlikləri olur, varlı ailədə böyüməmişəm.

Bu yerə əziyyətlə gəlmişəm, indi də varlı deyiləm. Toylara gedib pulumu qazanıram. Ona görə də başqa bizneslə məşğul olmaq istəyirəm. İndi şou-biznesdə vəziyyət gərginləşib. İşlər sönük və zəifdir. Heç kəs bu sənətə hazıra nazir gəlməyib. Hamı əziyyət çəkib, çox çətindir. Ola bilər ki, biz müğənnilər bəzənib-düzənirik.

Axırıncı pulumuzla brend markadan paltar almağa məcbur oluruq. Mahnı kimi geyim də çox vacibdir. Hərdən sosial şəbəkədə yazırlar ki, bunun nə vecinə, gündə pullar cibinə gəlir. Mənim də çox çətinliklərim var, amma ağlamağı sevmirəm. Sadəcə olaraq, dilim açılıb. Hər zaman şükür etməliyəm. Yuxarı olan insana baxıb deməlisən ki, mən o zirvəyə çatmalıyam. Aşağıda olan insana isə baxıb şükür etməlisən. Naşükür insanlar var, əlinə min manat keçəndə deyir ki, bu pul 5 min ola bilərdi. Bəlkə də, qismət budur. Oxuculara müraciət edirəm, çalışaq ki, bir-birimizə dəstək olaq. Bizi qaldıran və aşağı endirən xalqdır. Axırımız torpağın altıdır. Gələcək nəsil üçün çalışırıq, hörmətli şəkildə də ölüb getmək istəyirik. Qırğın-davalar lazım deyil.

“Elit təbəqənin toylarında iştirak edirəm”

- Adınız böyük məbləğdə toya gedən müğənnilər siyahısındadır.
- Biri var ayda 1500 manatdan 20 toyda iştirak etmək, biri də var ki, ayda 3 min manatdan 10 toya getmək. Nəticə etibarı ilə eyni məbləğdir, ancaq prestij söhbəti var. Mən az toya gedirəm. Bizim getdiyimiz 6-7 restoran var. Mən həmişə biznesmenlərin, bir sözlə elit təbəqənin toylarında iştirak edirəm. Düzdü, kasıb insanların toyu olub, pulsuz oxumuşam.

Elə olub ki, toyunda qız məni görmək istəyib, qəpik-qəpik pul yığıb, min manat düzəldib. Deyir ki, bu pula nə olar toyumda iştirak edin. Mən də cavab vermişəm ki, o pulla özünə nəsə alarsan, məbləği götürməmişəm. Məndən nəsə gedir? Ruzini verən Allahdır. Ancaq pulsuz hamının toyuna getmirəm. Mənim toy qiymətim belədir, qaldırmaq da fikrim yoxdur. Az olsun, özümün olsun, bu qədər bəsdi.

Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR
Ərə gedərəm, hamını da şoka salaram... - Günay İbrahimli - FOTOLAR


Şərhlər: 12
Baxılıb: 537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nur Melikzade
Sen kimise woka salmaqcun ere gedirsense senin aglin dabanindadi
26 may 2016 23:26
# 12
İmza
Marta
Ere getmekde soka dusmeli bir sey yoxdur. Allah butun qizlarimizi xosbext etsin.
26 may 2016 21:40
# 11
Немного терпения, и у тебя все получится..
Ekizlerin mamasi
beyenmirem bunu.ne qeder duz danussada sesi yoxdu
26 may 2016 20:12
# 10
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Barbaris
beyenirem bu mugennin
26 may 2016 15:25
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Kölge
Sitat: yarpaq33
Inwallah tez bir zananda aile qurub xowbext okarsan

Amin.butun qizlar xoşbext olsun
26 may 2016 14:34
# 8
Her şeye gore şukur
YalniZ-ArZu
Oxumadim maraqli deyil,
26 may 2016 14:21
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Miss_Oxatan
Fikirleri cox xowuma geldi.duz deyir de lap mugenni olma hansi pewenin sahibi olursan ol,wansin getirdi qabaga getdinse,agzi goycekler bawlayirlar gic gic daniwmaga.adam oldu,pul gordu ne bilim neynedi.ele xasiyyetli adamlarin en kasibina el tutsan olursan super wexsiyyet o ki,5defe yawwiliq et sonra hansisa iwin olsa ya o moment elinde olmasa insan kimi desen ki,olarmi bugun yox sabah komek edim?bahooo uje olursan xalq duwmeni.ele insanlari ya belinde gezdir,ya cix sen belinde gez eyni weydir.hemen o etdiyin 5yaxwiligi hec yerde demezler,ede bilmediyini cumle cahana "bezeyib duzeyib" car cekecekler.elelerine insan yox mexluq deyilmelidir eslinde.ona gore de mecbur olursan o insanlara gore semimiyyeti de kenara qoyasan.duzdu onda da yekexana deyirler,cehenneme desinler,onsuzda bele de sozbazdilar ele de.esas odur goyde Allah bilir sen necesen,yerde de en yaxin adamlarin,qohumlarin,dostlarin.gerisi viz gelir tiris gider.men uje coxdandi bu prinsiple yawayiram.insanin gerek coreyinin duzu olsun misali duz sozdur.qedirsiz ele qedirsizdir.
26 may 2016 13:43
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
yarpaq33
Inwallah tez bir zananda aile qurub xowbext okarsan
26 may 2016 13:27
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
26 may 2016 13:16
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
beyenmirem ulduz olmasada ozunu ele zenn edenlrdendir
26 may 2016 13:03
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Insallah tezlikle ere getmek nesib olar
26 may 2016 13:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Beyenirem Gunayi ama sen ozun ucun ere gedisen hami niye soka duwurki
26 may 2016 12:43
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz