Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdə qoşulub qaçdı – video
Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdə qoşulub qaçdı – video
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 7445
Səs ver:
Qadın müəllimə ilə şagirdin toyu dünən olub.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib.

Qadinlar.Biz saytı Oxu.Az-a istinadən xəbər verir ki, belə ki, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb.

Məlumata görə, ilk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb.

Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməkdaşları tərəfindən də xoş qarşılanmayıb. Şagirdlərdən birinin verdiyi məlumata görə, bütün məktəb bu hadisədən danışır.

Məlumata görə, gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyən bu nikaha “yox” deyir. Nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.

Digər mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, məktəbin drektoru da bu işə ilk əvvəldən “yox” deyib. Bu səbəbdən biz birbaşa direktor Məmməd müəllimlə əlaqə saxladıq. Direktor bu məsələni qətiyyətlə pislədiyini və bu işə qarşı çıxdığını bildirdi.

Məmməd müəllim qeyd etdi ki, oğlanla təklikdə görüşməyib. Çünki məktəb vaxtı bu haqq-hesabdan heç kimin xəbəri olmayıb. Bu sevgi hekayəsi bəy məktəbi bitirib gedəndən sonra ortaya çıxıb.

Hadisəyə Təhsil Nazirliyinin rəsmisi də münasibət bildirib.

Toy Biləcəridəki “Ağ Saray” şadlıq evində baş tutub



Şərhlər: 16
Baxılıb: 7445
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Hiray17
alan razi, veren razi,ne deye bilerik,,allah xosbext elesin
26 may 2016 11:11
# 16
girl_pinkglassesf
Kölge
Başa duşdumeee sevibler.axi bu "uşaq"hele esger getmelidi.eli coreye catmalidi.indi sevir yaxşi.18yaşda kim sevmirki?Allah elemesin amma bir muddetden sora ayrisina vurulsa nece olacaq?deyecek evdeki qoca arvadi neynirem gozu cavan axtaracaq.ne bilim qizin agli yoxdu.yene de Allah peşmanciliq vermesin.amin
25 may 2016 23:48
# 15
Her şeye gore şukur
rəmsə
Bizim insanların şəxsi həyatına müdaxiləmiz nə qədər düzdür?Bu qədər yaş fərqi ilə xoşbəxt olanlar az deyil.Əgər kənar müdaxilələr olmasa,onların yaş fərqini onların üzünə vurmasalar bir ömür boyu bu evlilik sürə bilər.18 yaşlı gənc öz qərarını verməkdə sərbəstdi.Yoxsa bizim adətimizdirki həyat yoldaşlarını anaları seçsinlər?Necə olurki yaşlı kişi özündən 40 yaş kiçik qız ala bilər,ama müəllimə 14 yaş kiçik biri ilə ailə quranda Azərbaycana şok yaşadır.Müəllimə də sevə bilər,rahibə zad deyilki.Xoşbəxt olsunlar...
25 may 2016 20:52
# 14
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Ekizlerin mamasi
ixumus ali savadli biri hemde digerlerine orneknolacaq bir pesenin sahibi bele hereket edirse basqalarinnan ne gozleyesen.cox seviyyesiz bir addimdi
25 may 2016 19:43
# 13
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Barbaris
bu nedii soz tapa bilmiem
25 may 2016 19:37
# 12
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Miss_Oxatan
https://www.instagram.com/p/BF1PiuNy1-T/
Hemen cutluyun toyundan)))
25 may 2016 17:48
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
SonSuz SeVGi
Uje bizdede belehadiseler olur, bizimkiler xaricilere baxir onların elediklerini eliyir... onlarcun normal gelir bu hadise.. daha Ne deyim toyda olub... olan olub kecen kecib
25 may 2016 15:15
# 10
Miss_Oxatan
Aaaaaa men soz tapmadim no comment.iqnor verdim lap)))
25 may 2016 15:09
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
krisa
Oxudum ,Baxdim sok oldum,bu ne demek! Tebii ki qizin bòyüyüb,boya-basa catdigi aile mene ne ise catmadi.Ananin qizi qosulub qacib ,ana pul davasi edir .Ele terbiye aileden baslayir.Pulla savad alan bax müellimeler,bax bele aileden cixir ,bax bele murdar ,iyrenc hereketler edirler.Tebii ki,bele qadinlar az deyil ,Cavan oglanlari ele alirlar ,onlari idare etmeye gòre.Ne bilim,ne deyim.Here bir murdar hereket edir ,adin da qoyur sevgi.Men bu cur hallari pis qarsilayiram,cunki bu kimi ailelerin axiri yoxdur .Hele bu oglanin,yani evin bascisinin 18yasi var,hele bu usaq esgerliye gedecek,hele bu usaq ali tehsil,orta ixtisas,ne ise senet sahibi almalidir en azindan .Allah usaqlari bele dirnaqarasi müellim ve müellimelerden qorusun.Amin.
25 may 2016 12:59
# 8
25 may 2016 12:48
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
yarpaq33
Ilhamenin mahnisi yadima duwdu (( yawin ne ferqi var sevirem)) ele toylarindada bu mahnini oynasalar yaxwi olar
25 may 2016 12:42
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Dünən oxudum bu haqqda yoldaşımla birgə)İlk öncə müəllim bildim müəllimə yazısını görəndən sonra şoka düşdüm,artıq müəllim-müəllimələrdə başını itiriblər,oxumuş insan belə mənasız addımlar atırsa digərləri kimlərə baxıb örnək götürsün?Biyabırçılıqdı şagirdiylə evlənməkdə nə demək?Müəllim və yaxud müəllimədə öz şagirdinə vurular?Daha məktəblərədə uşaq göndərmək qorxuludur,bəs övladlarımızı kimə əmanət edib bilik verək?Kişi -qız qıtlığıdı gedib dərs verdiyin balacalara vurulursan ?Qabaqlarda bir müəllimdə 15 yaşda qıza təcavüz etmişdi hara gedir bu insanların sonu?niyə bu qədər acınacaqlı vəziyyətdəyik?Bilirsiz nədəndir?Biri bu addımı atdığında cəzası verilməməkdədir səbəbu,məsəl üçün 15 yaşda müəllimi tərəfindən təcavüz olunmuşdu görəsən o müəllimin sonu nə oldu bu barədə heç məlumat verilmədidə,bizim cəmiyyətin münaqişəsi cəmi bir iki gün davam edəcək sonra tez unudulur hər şey,bax budu səbəb insanlar özlərində cürət tapırlar( digəri etdi ona heçnə olmadı mən etsəm nə olacaqki,cəmi bir iki gün danışacaqlar vsoda)deyə düşünüb belə iyrənc hərəkətlər edirlər.Bunlar yaşadıqlarına sevgi deyirlər,hansı sevgidən dəm vururlar mən sizlərə deyimdə.Qız varlı oğlan yəqin kasıbdı qızda öz pulu ilə oğlanı dolandırır kef verir bütün şəraiti ona yaşadır oğlanın gözü pulla bağlanıb hələki gənc olduğundan gözü heçnə görməz aldanan vaxtıdır indi onun vaxtı çatdığında onda başına vuracaq mən nə etmişəm belə...o qızın pulu olmasın baxım o oğlan ona nə qədər dözəcək ,bilməmiş olmarsız belə qadınlar çoxdu yaşı biraz keçib gənc oğlan axtarışındadır özüdə imkanlıdı həm özünü idarə etsin həmdə oğlanı bunların sevgisi budur reallıqları bəzən görmək lazımdır gözlərimizi yumub aaa Sevgi yaşayırlar sevirlər deyə boş mənasız sözlər deməyə ehtiyac yoxdu...Bundan əlavə məktəbə müəllimlər ,müəllimələr götürəndə psixoloq tərəfindən keçmiş bir diaqnoz tələb etsinlər sağlamlıq cəhətdəndə bu insanın başı yerindədir ya yox ,nə olsun oxumuş insandı ,mütləq belə qayda qoyulmalıdı,bəlkə dədəsinin puluyla girib heç başı işləmir dee bu qız kimi imkanı var pulu var o məktəbdə dərs verir amma ağlı yoxdu ,ağlı olanlar isə işləyə bilmir səbəb?çünki bir məktəbdə müəllim işləmək üçün gərək öncədən 2 min manat pul platit edəsən heç müəllimin maaşı o qədər deyil indi deyin görüm o yazıq ağlı başında olan müəllim hardan gətirib o pulu verib işləyə bilsin?Belə hər şey pulla ölçülüb işlətmək istədiklərin müəllimlərin sonu bax belə nəticələnər.Bizim millətin(50%)dən oturub yazsam qurtarmaz bitməz sözləri vardır hansı ki,mən deyirəm bax belə millətik amma di gəl kınardan ağız bükürlər yox aaa sən bizim millətdən niyə belə danışırsan daha anlamırlar ay bala olanı deyirəmdə soğan yeməmisənsə niyə için göynəyir məsələsini üzünə vurdurmaq istəyirsən)Biyabırçı gündəyik ,gələcəyimizi ,övladlarımızı kimə əmanət etməliyik bax buda artıq sual altındadır..Gəlin qızla bəyə xoşbəxtlik arzu etmək istərdim amma onların həyatları yazdığım kimidir,daha nəyinə xoşbəxtlik deyim...Allah ağıl versin demək düşər mənə...
25 may 2016 12:04
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
biabirciliq bu cur insanlari das qalaq elemek lazimdir ki birde bu cur namussuzluq yasanmasun ele bilki oz oqlu yasindakiyla aile qurubee buna ailede demek olmaze axir evvel o oqlan bunu atagey
25 may 2016 10:54
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Normal haldı qetien pis baxmıram. Seviblər toy ediblər. Ama yaş ferqi coxdur. .
25 may 2016 10:39
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Allah agil versin. Muellimenin etdiyi ise bax
25 may 2016 10:30
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Son zamanlar bu muellimlere ne olub niye ozlerini unudublar.heyif muellim adinaki onlara verilib
25 may 2016 10:22
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz