Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəqsanənin qızı görün nələr eləyib - İNANMILMAZ
Rəqsanənin qızı görün nələr eləyib - İNANMILMAZ
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 29737
Səs ver:
Müğənni Rəqsanə İsmayılova pəhrizindən, yeniliklərindən, qızı Aysunun nişanlanmasından danışıb

İfaçının axşam.az-a müsahibəsini təqdim edirik:

- Son günlər kökəlib-arıqlamaqla gündəmə gəlmisiniz. Artıq çəkidən necə xilas oldunuz?

- Ana olmağa hazırlaşırdım. Qismət elə gətirdi ki, övladım dünyaya gəlmədi. Hamiləlik ərəfəsində çox kökəlmişdim, 74 kiloqram olmuşdum. Bunu çox yerdə deməyə utanıram (gülür). Özümə yazığım gəlirdi. Uşaq tələf olandan 10 gün sonra efirə çıxdım, sosial şəbəkədə mənə nələr yazdılar. Biabırçılıq idi... Qarşıma məqsəd qoydum ki, pəhrizə başlamalıyam. Pəhrizi həmişə özüm təyin edirəm. Həftədə 1 dəfə istədiyimi yeyirəm: xıngəl, dolma, plov. Digər günlərdə isə ancaq tərəvəz istifadə edirəm. Özü də duz vurmuram. Çünki duz iştah artırır. Gün ərzində ən çox xiyar yeyirəm. Həftəyə 5-6 kiloqram xiyar istifadə edirəm. Bu tərəvəz həm böyrəkləri təmizləyir, həm də iştahı öldürür. Səhər yuxudan duran kimi su içirəm. İmkanım olanda idman da edirəm. İrad tuturlar ki, qolların kökdür. Bu da idmanın nəticəsidir. 2 aydır çörək yemirəm. Hər gün tərəziyə çıxıram, bu da insana ruh verir. Bəzi paltarlarım var idi ki, əynimə olmurdu. İndi rahatlamışam. Hərdən düşünürəm ki, kök xanımlar nə edir? Hazırda 57 kiloqramam. Amma pəhriz davam edəcək.

- Yaxın günlərdə ad gününüz olacaq. Təmtəraqlı keçirməyi düşünürsünüz?

- Mayın 25-də ad günümdür, qocaldım (gülür). Restoranda qeyd etməyi düşünmürəm. Bağda, qapalı məclis edəcəm. Beş-altı müğənni dostum olacaq.

"ƏGƏR QALSAYDI, İNDİ QUCAĞIMA ALMIŞDIM"

- Bir müddət əvvəl övladınızı itirdiniz və depressiyaya düşdünüz. Bu ərəfədə çoxları doğulmamış bir körpə üçün bu qədər əziyyət çəkməyinizi qınadı. Hətta bununla özünüzü reklam etməyə çalışdığınızı da dedilər...

- Çox əziyyət çəkirdim. Deyirlər ki, "qaçmırdı, danışmırdı, qucağına almırdın, nəyinə pis olursan?” Mən bu uşağın dünyaya gəlməsini çox istəyirdim. 5 aylıq uşaq idi, pis təsir etdi. Əgər qalsaydı, indi qucağıma almışdım. Hər gün ağlayırdım. Psixoloqum Vəfa xanımın köməkliyi ilə düzəldim. Evimdə bir divanım var, bütün günüm onun üstündə keçirdi.

- Bir çoxları sizin ailəli olmağınıza da şübhə ilə yanaşır...

- Müğənniliyi seçən biri bilməlidir ki, onu təhqir də edəcəklər, tənqid də. Mən həyatımı yaşayıram, kiminsə ailəmin olmasına inanmamağı mənim üçün önəmli deyil. O, inansa nə dəyişəcək ki? Son günlər hamı görür ki, heç bir şou tədbirinə getmirəm. Kənara çəkilmişəm, qalmaqal istəmirəm. İnanan inansın, inanmayan isə...

"MƏN HƏLƏ "HƏ" DEMƏMİŞƏM"

- Qızınız Aysunun nişanlanma xəbəri yayılıb. Toy nə vaxtdır?

- Oğlanın ailəsini tanımışıq, araşdırmışıq. Mən yalan danışmağı sevmirəm, milyonçu deyil. Bizimkilər gedir ərə, gəlib deyirlər "türkiyəli biznesmendir”. Heç kimə möhtac olmayan, çalışan, sadə oğlandır. İki qardaş mağaza işlədirlər. Çörək pulunu özü qazanır. Onların ailəsi hicablıdır. Qızım da başını bağlayan deyil. Aysuna deyirəm ki, əgər gedib, sonra boşanacaqsansa, getmə. Qızımın mənim taleyimi yaşamasını istəmirəm. Onlar da qızımla, mənimlə maraqlanıblar. Mən hələ "hə” deməmişəm. Oğlan da qızıma sərbəstliyinə qarışmır, oxumasına icazə verib. Aysuna deyirəm, fikirləş, ərə getməyə tələsmə, nişanlan. Mən səni yaşadıram, həyatını yaşa. Gedəcəksən ərə, bir uşaq doğacaqsan və bununla da hər şey bitdi.

- Bir ara qızınız üçün moda evi açacaqdınız, amma nədənsə yarımçıq qaldı...

- Aysunun hazırda dərsləri davam edir, gələn ay Bakıya qayıdır. Övladımı sərbəst böyütmüşəm. İstədi ki, bu sahədə oxusun və eyni zamanda da aktrisalıq dərsi alsın. Mən də etiraz etməmişəm. Həm bacım oğlu da onu tək qoymur. Çox çətinliklər görmüşəm, ona görə də qızıma bunu yaşamağa imkan vermərəm. Qızım iyundan yeni seriala çəkiləcək.

"BU LAYiHƏYƏ 100 MİN XƏRCLƏMİŞDİM"

- ATV telekanalında yayımlanan "Göz önündə” verilişinizin yayımı dayandırıldı. Yeni mövsümdə efirə qayıdacağınız deyilsə də, alınmadı...

- Mən o qədər insanlara yardım etdim ki... Heç kəsdən dəstək almırdım, öz qazancım idi. Verilişin çox bölümünü çəkmişdik, efirə getmədi. Bəzi səbəblər var ki, bunu hamı bilir. Bağlanan tək mənim proqramım olmadı. Çəkdiyimiz verilişləri "Youtube”-a verəcəyik. Etdiyim yaxşılıqları tamaşaçıya nümayiş etdirməsəm də, olar. Əsas odur ki, Allah gördü. Bu layihəyə 100 min xərcləmişdim. Təkcə dekorasiyaya 50 min vermişdim. Azərbaycanda belə dekorasiya yox idi. Ondan sonra mənə şou xarakterli veriliş təklif etdilər. Bu dəfə mən istəmədim. Müalicə alırdım. Mənim üçün önəmli olan övlad dünyaya gətirmək idi.

- Özünüzü bəstəkar kimi də göstərdiniz. Bəs həmkarlarınıza hədiyyə etdiyiniz mahnıların aqibəti necə oldu?

- Bu yaxınlarda Natavan Həbibi xəbər göndərib ki, mahnını versin oxuyum. Nə vaxt istəsələr, göndərəcəm oxusunlar. Bu, mənim onlara hədiyyəmdir.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Avqustda "Yaşıl Teatr” konsert verəcəm. İki ay fasilədən sonra qapalı məkanda da konsert planlaşdırıram. O vaxta kimi 50 kiloqram olacağam. Yeni albom hazırlayıram. Mahnıları Hacı Nazimə həvalə etmişəm. Türkiyədə aranjiman etdirəcəm. Ola bilsin, iki tanınmış türk bəstəkardan mahnı da aldım.

- Bəs Türkiyə ilə bağlı layihələriniz necə oldu?

- Mən qələt edərəm, türk şou-biznesinə qatılmaq istəyərəm. Bir səhv idi, etdim. Bundan sonra orada mahnılar yazdırıb, öz ölkəmdə təqdim edəcəm. Türkiyədə xərclədiyim pula dəymir. Çox fikirləşdim, gördüm,alınmır. Orada yazdırıb, burada reklam etmək daha uğurludur. Biz millət olaraq türklər qədər deyilik. Onların əhalisinin sayı qat-qat çoxdur. Bizdə on, onlarda yüz telekanal var. Özümüzü məcbur etməklə deyil ki, alınmır. Orada 100-200 min xərcləməkdənsə, burada daha az pul sərf edərəm


Şərhlər: 16
Baxılıb: 29737
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Celalet82
Dede babalarimiz mugenniye mutrub deyibler.yungul eylence kimi baxiblar.indi mugenniler ozlerini qaldiriblar goye

Qarismayana azeri kisisi? Hec inandirirci deyil
21 iyun 2016 14:13
# 16
evli.mutlu.cocuklu
Anası nədiki qızı da nə olsun
24 may 2016 20:11
# 15
ulduz
anasina bax qizini al.deyir hamileydim necede rahat dile getirir iki qiz anasi bu sozleri utansin bele valideyn
24 may 2016 09:41
# 14
Ekizlerin mamasi
xeber basligi ele yazilibki lna gore girdim ama oxumadim,cunki hec ve hec ozlerine hormet qoyan biri olmadiglari ucun maraqli deyiller mene
23 may 2016 23:49
# 13
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Antikvar
Yazıqlığım gəlir bunlara ,fikrindən keçirtdikləri sözlərinə,ildə uşağ peydahlayır amma kimlər tərəfindən ərsəyə gətirili məlum deyil...Qıza həddindən artıq sərbəstlik verməyin sonu türk yada xaricdə birini tapmaqla bitər,sərbəstliyində hüdüdü var yoxsa mən qızə sərbəst böyüdürəm deyə sinənə vurmağın mənası yox.Bir tək sonda dediyi fikirləri ilə razılaşdım qalanları yersiz söylətimlərdir.
23 may 2016 22:44
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Wirin Meleyim
Xowum gelmedi(wexsi fikrim)
23 may 2016 20:16
# 11
Imza aysu agazade
qanadli melek
Zehlem gedir anasinanda qizinanda
23 may 2016 17:03
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
___Jasmin___
Sitat: Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

23 may 2016 16:11
# 9
I remained behind now the mother of 14 spring -Big

vipbetul
Turkiyede bunlar mshurlasa bilmezler axi esasi hec turkler buna icaze vermez sadege pullarin alirlar turk muqennilerininde sesi ne gezir bularda usaqi olmaqini hec bilmirdim
23 may 2016 15:59
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Deyir məni və qızımı araşdırıblar. Nəyvi araşdıracaqlar daha. Hər axlaqsızlığın göz önündədir. Sənin qızıvı elə sənin kimis alar. Neynir hicablı ailə sənin abırsız qızıvı. Heç inandırıcı deyil. Sən elə özüvü aldat.
23 may 2016 15:38
# 7
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ayka95
Qizindan heç xoşum gelmir
23 may 2016 15:38
# 6
Kölge
Özleri biler........
23 may 2016 15:32
# 5
Her şeye gore şukur
BARBI
Fikirlerini beyendim. Cox nuanslar dogrudur
23 may 2016 15:29
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 may 2016 15:28
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Miss_Oxatan
Sonuncu sozlerini beyendim,duz deyir de,qacirlar Turkiyeye ortaliqdada hecne olmur,ondansa orda muzikalarini yazdirib Azerbaycanda teqdim edende tutarli olur hem de xeyir daha cox gotururler.her ne qeder de qardawiq desek de,onlarda eqo var,ele de istemirler ozlerinden qabaga kimse getsin.yoxsa bizim yalakar kimi,bir xarici ya turk mugennisi gelmezden 3ay evvel milyonluq reklamlar,bawda oturtmalar,bahali biletler ve s.qonaqperver xalq ola bilerik ama bele meqamlarda qonaqperverlik yox yalakalik etmiw olurlar.her wey dozasinda gozeldir)
O ki qaldi Reqsanenin qizinin o oglan her kimdirse sevgilisine inanmiram bu qiz ele ailede yola vetsin.hamisi hicablidirsa geci tezi soz sohbet edecekler ve bowanacaqlar.ne olsun oglan indi deyir qariwmir qizina,sabahi bilmek olmur.adi bizim milletde de qizi sevib alirlar namaz qilan aileler,oglan aldadir alir deyir sen bilersen falan filan 3gunden deyir dostlarim pine edir,hamisi arvadivi eyenmirsen arvad agizsan nesen bele sozleri deyir mecbur edir.Bu qiz ise menden bew beter sonradan yola gelene oxwamir,evvel bele daniwmirdin axi deyib ayrilacaq.
23 may 2016 15:20
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
her ikisinende xowum gelmir
23 may 2016 14:57
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz