Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşqədəm körpəsindən danışdı: Hər gün ağlayırdım
Xoşqədəm körpəsindən danışdı: Hər gün ağlayırdım
Göndərən: NoName
Şərhlər: 18
Baxılıb: 928
Səs ver:
Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran türkiyəli müğənni Doğuş "Söyləməzsəm olmaz" verilişinin qonağı olub. 
İfaçı yeni doğulan əkizlərinin adını açıqlayıb. Atalıq hisslərindən danışan Doğuş həyəcanını gizlədə bilməyib:

"Əkizlərdən birinin adı Arda Aslan, digərininki Arın Arasdır. Mən uşaqları özümə oxşadıram, xanımım da özünə bənzədiyini iddia edir. Onlar haqqında danışarkən belə əllərim tərləyir".
 
X.Hidayətqızı əkizləri ilə ilk dəfə kamera qarşısına keçib. O, övladlarından birinin dünyaya gələrkən səhhətində problem olduğunu deyib:
"Bir qadın olaraq 4 kişi ilə yaşamaq çətindir. Tək bir qadın, ətrafda ancaq kişilər (gülür). Ona görə də arzulayırdım ki, əkizlərdən biri qız olsun. Amma Allah oğlan qismət etdi. Mən şanslı anayam, evdə məni 4 kişi qoruyacaq. Həm də Azərbaycan və Türkiyə üçün əsgər böyüdürəm. 

Arın doğulanda bir neçə gün küvəzdə qaldı. Hər gün gedib baxırdım, ağlayırdım. Bir ana üçün övladının həyatda qalma mübarizəsi aparmasını görmək çox çətindir. Övladlarım doğulandan hər gün ağlamışam. Son üç-dörd gündür ağlamıram, Arın yanımdadır. Arın küvəzdə olanda bütün günü dua edirdim ki, Allah bütün övlad istəyəni arzusuna çatdırsın.

21 ildir çalışıram, bir gün də evdə oturmamışam. İndi hər gün evdəyəm, uşaqlara baxıram. Amma çox şirindilər, onları sevirəm, vaxtın necə keçdiyini hiss etmirəm".
 
X.Hidayətqızı arıqlamasından da söz açıb:
"Həmişə 58 kiloqram olmuşam. Hamiləlik ərəfəsində 24 kiloqram kökəldim, depressiyaya düşdüm. Doğuşdan sonra 17 kiloqram atdım. Pəhriz davam edir".
 
Aparıcı Doğuşun ona uşaqlara baxmaqda kömək edib-etməməsi ilə bağlı sualları cavablandırıb:
"Əvvəl düşünürdüm ki, necə yuxusuz qalacam? İndi heç fikir vermirəm, bəzən gecə səhərə kimi yatmıram. Doğuş rahatlığına heyran biridir. İndi uşaqlar ağlayanda gecə məndən əvvəl Doğuş oyanır. Ona bez dəyişdirməyə icazə vermirəm, bu qadının işidir. Doğuş onlarla oynayıb, yeməyini yedizdirə bilər. Köməkçim var, hər işdə yanımdadır".
 
X.Hidayətqızı hərdən əkizləri ayıra bilmədiyini etiraf edib:
"Hərdən əkizləri qarışdırıram. Hətta bir dəfə dərman verirdim, birinə içizdirdim, o birinə verə bilmədim. Hansının Arda, hansının Arın olmasını çətin seçirəm. Köməkçim seçməyə kömək edir. Arda köməkçini çox istəyir, Arın da məni. Onları elə ayırırıq".

X.Hidayətqızı yenidən ana olmaq istədiyini deyib:
"Mən də, Doğuş da qız övladı istəyirik. Ona görə də yenidən ana olmaq istəyirəm. Evimizdə bir də qız övladı olsun".


Şərhlər: 18
Baxılıb: 928
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Allah saxlasin.anlimatali boyusunler insallah.ekizler cox cetin olur.memdede qaqasdarin biri kuveze 1sutkalig dusmusdu.sukur her sey yXsi oldu,Allah butun balalari saxlasin.arzusunda olanlarada qismet etsin insallah
23 may 2016 08:17
# 18
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Antikvar
Rəbbim balarını qorusun hər zaman,Allah saxlasın və inşallah bir qız övladınada sahib olar.
Mənədə çox deyirlər bir qızın olsun amma mən qarşılığında cavab olaraq birdən yenə oğlan olar hara yığıram gəlinləri başıma sabahı yolarlar məni)))
23 may 2016 00:10
# 17
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
sevgi dunyam
Allah saxlasın.Allah arzunuza çatdırsın qızınızda olar İnşAllah.Allah bütün balaları saxlasın olmayanlarada xeyrlisinden nesib etsn.Amin...
22 may 2016 23:34
# 16
Mezun 11a...2016
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
22 may 2016 23:25
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
FISTIK
A aa oldu Allah saxlasin atanali Ana olsun
22 may 2016 22:14
# 14
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
22 may 2016 21:57
# 13
Almeria
Allah saxlasin
22 may 2016 21:25
# 12
Imam Sadiq (ə) buyurub, 3 sey insanin boyukluyunə dəlalət edir:
1.gözəl əxlaq
2.qəzəbi udmaq
3.naməhrəmə baxmamaq
qonaqa
Allah saxclasin insAllah qzinizda olar
22 may 2016 20:28
# 11
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
qanadli melek
Yeqinki cox gozel hisdi ana olmaq hemde ekiz anasi olmaq
22 may 2016 19:10
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
insallah isdedikleri komi usaqlarini boyuderler
22 may 2016 16:00
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Allah arzularina catdirsin
22 may 2016 15:44
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fiorella
Ay mashaallah hevese bax,demek xoshbextdirki birinde isteyir teki olsunlar xoshbext olsunlar,adam var deyr cavanam sora vaxti kecer havaxt dogaram hacan boyuyer oncun evlendinki hele evvelden dogursan sora alnmayandada usaglar qalr basiva yada usaga gore ayrlmrsan ele ailedede ne xoshbextlik oncun yasla deyl hacan xoshbextsense ondada ozunu cavan yaxsi hiss edirsen,ozunude cavan yaxsi hiss edenden sora kim ne adama mane olar xoshqedemgil kimi,allah xoshbextliklerin basacan etsin.yeri gelende here bi agz buzur ama neynire aile olub usag dunyaya getrib bundan gozel sey olar
22 may 2016 15:28
# 7
ayka95
Allah saxlasin ekizleri insallah arzusuna çatar
22 may 2016 14:30
# 6
BARBI
Allah saxlasin. Xosqedem xanim cox kokelib.
22 may 2016 14:23
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
krisa
Düzdür yarasdirmqdigim cütlükdür.))Allah körpeleri qorusun))Insaallah ana-ata olmaq isteyen cütlüklere de Allah qismet etsin.))Düz deyir qiz övladinin olmasi da yaxsidir .
22 may 2016 14:21
# 4
Kölge
Allah saxlasin......
22 may 2016 13:40
# 3
Her şeye gore şukur
Miss_Oxatan
Wukur hecne olmayib tez qovuwub balasina.Allah saxlasin ekizlerini.indi Doguw nece sevinir,onda hemde ilk defedi axi.Rebbim her kese bu gunleri qismet etsin.InwAllah qizinizda olar.Amin.
22 may 2016 13:14
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
Allah balalarini saxlasin..Inwallah qizinda olar
22 may 2016 13:04
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz