Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk sualım bu oldu ki, orada öpüşməliyəm? - Könül
İlk sualım bu oldu ki, orada öpüşməliyəm? - Könül
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 518
Səs ver:
İlk addımlarını televiziyada atıb. Müxtəlif sahələrdə çalışıb, Türkiyəyə getməmişdən öncə "Nargis” nəşriyyat evinin direktoru olub. Uşaqlıqdan aktrisa olmağı arzulayıb. İndi bu arzusunu gerçəkləşdirməyə çalışır.   

"Aramızda qalsın”, "Qanun naminə” seriallarında, "Zaman adlı qatar”, "Tərkedilmiş”, "Qız qaçıran” filmlərində çəkilib. Ən böyük layihələr isə qarşıdadı...   

Hazırda Türkiyədə yaşayan, Bakıya qonaq gəlmiş aktrisa Könül Nağıyeva ilə müsahibəni təqdim edir:    

- Könül xanım, Azərbaycana xoş gəlmisiniz. Ürəyiniz istəyəndə buralara baş çəkə bilirsinizmi? 
- Oğlum, valideynlərim burda yaşayır. Ayda ən azı bir həftəsonunu Bakıda keçirirəm. Ancaq burda üç gündən artıq qala bilmirəm. Çünki Türkiyədə dərslərim, işlərim var. Oğlumdan ötrü çox darıxıram. Övladından ayrı qalmaq hər anaya çətindir. Biz həmişə bir yerdə olmuşuq deyə, indi ayrı yaşamağa alışa bilmirəm.   

- Türkiyədə həyatınız necə keçir?  
- Azərbaycandan daha sakit... Orada bütün boş vaxtımı dərsimə sərf edirəm.   

- Azərbaycanda qlamur həyatın təmsilçisi kimi oradakı sadə həyat sizi narahat etmir?
- Bakıda jurnalda işləyirdim, nəşriyyat evinə başçılıq edirdim, proqramlarda iştirak edib seriala çəkilirdim. İşlə bağlı səyahətlər, tədbirlər olurdu. Bakıda bir dəqiqə sakit vaxtım yox idi. Türkiyədə yaşadığım altı ay mənim üçün əsl istirahət oldu. Qardaş ölkədə məni aktrisa kimi az adam tanıyır. Azərbaycanda qazandığım qlamur həyatın təmsilçisi statusunu və redaktor klişesini öz üzərimdən silmək istəyirdim. Şükürlər olsun ki, buna nail olmuşam, artıq məni bir aktrisa kimi qəbul etməyə başlayıblar.

- Uşaq vaxtlarından aktrisa olmaq istəmisiniz, amma valideynləriniz icazə verməyib. Onların arzularını həyata keçirməklə məşğul olmusunuz. Hamısını həyata keçirə bildiniz? 
- Bəli, hamısını yerinə yetirdim. Ailəm çox tolerantdı, valideynlərim mənə hər zaman dəstək olub. Mənə deyirdilər ki, sənin gözəl karyeran var, həyatını dəyişmə. Amma insan həmişə uşaqlıq arzusuna can atır. İllər keçir, həyat sənə sürprizlər, fürsətlər təqdim edir, ancaq yenə də can rahatlığı tapa bilmirsən. Mən də valideynlərimlə oturub danışdım, onları bu sənətlə məşğul olmağa razı saldım.  İndiyə kimi ən böyük dəstəkçim ailəmdi – anam, atam, qardaşım, hamısından öncə də oğlum...   

Bilirsiz, Bakıda gözəl və rahat həyatını yaşayıb, birdən hər şeyi buraxmaq, başqa ölkədə sıfırdan başlamaq çox çətindir. Deyirlər, sənət qurban, cəsarət, risk tələb edir. Mən özümdə güc topladım və dedim: "Könül, sən bu addımı atmalısan. Yoxsa qocalanda deyəcəksən ki, kaş bunu edərdim”. Addımı atdım, indi rahatam, qocalanda gözəl xatirələrim olacaq (gülür).   

"LAP OFiSİANT DA İŞLƏYƏRƏM” 

- Yəqin bu qərara birdən-birə gəlmədiniz. Sizə bu fikri və cəsarəti verən kim oldu? 
- 2014-cü ildə "Tərkedilmiş” adı türk filmində çəkildim. Filmin Türkiyə qalasında özümə çox böyük media marağı gördüm. Bakıya gəldim, "Zaman adlı qatar”, "Bumeranq” filmlərində çəkildim. Eyni zamanda jurnalda, nəşriyyatda işlərimi davam etdirirdim. Artıq bu vəziyyət məni boğurdu. Başa düşürdüm ki, işə gələndə internetdə ancaq kastinqlərə baxmaqla məşğul oluram.   

Türkiyəyə işlə əlaqədar növbəti gedişlərimdən birində "Tərkedilmiş” filminin rejissoru Korhan Uğur, prodüserlər Serpil xanım, Mustafa bəy mənə dedilər ki, əgər ciddi sənət arxasınca getmək istəyirsənsə, mütləq Türkiyədə olmalısan. Həmin vaxt bir agentliklə tanış oldum, onlar mənimlə müqavilə imzalamaq istəyirdilər. Sanki hər şey mənə deyirdi: "Könül, get Türkiyəyə”. Valideynlərimlə söhbət etdim, onlar dedilər ki, əgər bu qədər istəyin varsa, get, yolun açıq olsun.   

Bu, elə bir məqamda baş verdi ki, mənə dünya üzrə bir layihədən təklif gəlmişdi. Hələlik bundan artıq məlumat verə bilmərəm. Sadəcə onu deyim ki, üç ortaq ölkənin birgə çəkəcəyi film layihəsində baş rola çəkiləcəyəm. Ortaq ölkələrdən biri də Amerikadır.  

Roluma hazırlaşmaq üçün ümumdünya standartlarına uyğun aktyor texnikalarına yiyələnməliyəm. Bunu da ən yaxşı Türkiyədə təhsil alaraq edə bilərdim. Ona görə Türkiyəyə köçdüm. Sonra "Qızqaçıran” və iki metrajlı filmdə çəkildim. Medianın diqqətini çəkdim. Başa düşdüm ki, geriyə dönüş yoxdur. Qarşıda gözəl layihələr olacaq.  

- Bu, işin mənəvi tərəfi, bəs maddi dəstəkçiniz kimdir?   
- Özüm. Pul mənim üçün heç vaxt birinci sırada olmayıb. Həmişə demişəm ki, mənim pula ehtiyacım olsa, lap ofisiant, satıcı, yəni hər bir işdə çalışa bilərəm. 16 yaşımdan işləyirəm, o vaxtdan maddi baxımdan heç kimdən asılı olmamışam.  

İnanın, illər boyu bu addımı atmaq üçün pul toplayırdım, ona görə buna hazır idim. Deyirdilər, get özünə ev, maşın al, deyirdim yox... Mən indiyə kimi anamın, atamın evində yaşayıram. Əlbəttə, ailəm də dəstək olur.    Əgər kimsə karyerasını başqa ölkədə davam etdirmək istəyirsə, öncə maddi tərəfdən özünü təmin etməlidir. Buna risk kimi baxmaq lazım deyil, bu, insanın özünə qoyduğu inversitiyadır. Mən özümə məhsul kimi yanaşıram və buna görə özümə vəsait xərcləyirəm. Pulumun bir hissəsi də övladımın təhsilinə yönəlir.   

"İNDİ İT ƏZABI ÇƏKİRƏM”   

- Türkiyədə məşhur olmaq Azərbaycanda məşhur olmaqdan çoxmu çətindir?  
- Türkiyəyə məşhur olmaq üçün getməmişəm. Populyarlığı burda 16 yaşımdan dadmışam. TV-də ən populyar verilişlərdən birinin aparıcısı olmuşam. Küçədə rahat hərəkət edə bilmirdim. Məşhurluğu istəsəydim, elə Bakıda qalardım.   

Türkiyədə o qədər məşhur insan tanıyıram ki, ciblərində üç manat pulları yoxdur. Amma bütün qəzetlər, saytlar onlardan yazır.   Əlbəttə, məşhurluq bizim sənətdə önəmlidir. Amma özündə qabiliyyət yoxdursa, o da qısa ömürlüdür. İnsan gərək özünü elə səviyyəyə çatdırsın ki, artıq toxunulmaz olsun. O səviyyəyə çatmaq üçün gərək it əzabı çəkəsən. İndi mən o əzabı çəkirəm. 

Məşhurluğun ardınca getsəydim, "İnstaqram”da 50 min izləyicimi ləğv etməzdim. Bir gün hirsləndim, "İnstaqram”ı, "feysbuk”u bağladım. Türkiyəyə köçəndən sonra isə onlar məcbur etdilər ki, hamısını aktivləşdirim.  

İstəyirəm gözəl layihələrdə yer alım, sənətimlə bağlı lazimi tədbirlərə gedim, amma sonra evimə qayıdım, qapını bağlayım, sakit istirahət edim. Mənim fikrimə görə, düzgün formul budur.  Bilirsiz, məşhurluğun arxasında heç vaxt can rahatlığı olmur. Mən isə can rahatlığı tərəfdarıyam.   

- Yəni şöhrət sizi dəyişmir.  
- İstəyirəm, beynəlxalq səviyyəli aktrisa olum. Gözəl, insanlara düzgün mesajlar ötürən layihələrdə yer alım, özümü şəxs kimi təsdiqləyim. Və bu mənə lazım olan vəsaiti gətirsin. O vəsaitlə də ən yaxınlarıma, dostlarıma istədikləri həyatı verə bilim. Hədəfim budur.   

- Türkiyədə bu sahədə sağlam rəqabət varmı? Yoxsa orada da şəxsi münasibətlər daha önəmlidir?  
- Şəxsi münasibət dünyanın hər yerində var. Amma Türkiyədə əgər şəxsi məsələ varsa, onun yanında mütləq peşəkarlıq da olmalıdır. Kastinqlərdə çox sağlam rəqabət var. Azərbaycanda təəssüf ki, elə deyil. Hər şey şəxsi maraqlara bağlıdır.  

"MƏNİ PƏNCƏRƏDƏN BİR REJİSSOR GÖRDÜ...”
 
- Bir müddət Moskva yaşamısınız. Bu nə ilə əlaqədar idi?  
- Mən Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. Eyni zamanda ATV kanalında veriliş aparırdım. Rus dilli olduğum üçün Rusiya telekanallarında işləmək istəyirdim. Universiteti bitirib Moskvaya getdim, amma çox çətin idi. Təəssüf ki, Rusiya media sektorunun böyük hissəsi ermənilərin əlindədir. Üç dəfə televiziya kastinqlərindən keçdim, rəhbərləri erməni olduğuna görə məni işə götürmədilər. 

Başa düşürdüm ki, orda heç bir nəticə əldə edə bilməyəcəm. Çox gənc idim, təcrübəsizidim. Həmin vaxtlarda Ümumrusiya Azərbaycanlılar Konqresindən iş təklifi aldım. 22 yaşımda Ümumrusiya Azərbaycanlılar Konqresinin Protokol şöbəsinin müdiri oldum. Beləcə, dörd il Rusiyada yaşadım, aktyor kurslarına yazıldım. Amma ciddi məşğul olmaq fikrim yox idi, bilirdim ki, evdən icazə verməyəcəklər.    Bizim ofisimiz Satira Teatrının yanımda yerləşirdi, bir dəfə pəncərədə məni görən rejissor teatrda rol təklif etmişdi. Ona birinci sualım belə oldu: "Mən orada öpüşməliyəm?”. Dedi, hə... Onda xəyallarım suya düşdü.   

- Bəs ailə qurmağınız  hansı dövrünüzə təsadüf edir?  
- Şükür Allaha, ona da vaxt tapdım (gülür). Həyat yoldaşımı uzun müddət idi tanıyırdım. Bir gün Moskvdan gəldim, görüşdük, mənimlə ciddi söhbət etdi. Məni bir xanım kimi o qədər təriflədi ki, çox təsirləndim. Rusiyaya qayıdandan hiss etdim ki, artıq ondan başqa heç nə fikirləşə bilmirəm. Gənc idim, 23 yaşım vardı. Valideynlərimə zəng vurdum ki, ərə gedirəm. Evdə qiyamət qopdu. 

Qayıtdım Bakıya, ailə həyatı qurdum, oğlum anadan oldu. Allah mənim həyatımı ssenari kimi yazıb. Təəssüf ki, ailə həyatımız alınmadı. İki il sonra ayrıldıq. Amma bu günəcən gözəl münasibətimiz var, oğlumuzu bir yerdə böyüdürük.   

- Niyə alınmadı?  
- İnsan aşiq olanda heç nəyi düşünmür, amma bir dam altına yığışanda fərqləri görürsən. Biz fərqli düşüncələrin insanları idik. Burada kiminsə pis, kiminsə yaxşı olduğunu axtarmaq lazım deyil. Sadəcə fərqliyik...   

- Yeni münasibətə hazırsınızmı?  
- Heç istəmirəm. Bir-iki dəfə əlim yandı... Həmişə deyirəm ki, zəif və gücsüz kişinin günahkarı həmişə qadındır. Mənəvi tərəfdən həyat məni o qədər vurub, döyüb ki... İndi düşünürəm ki, gərək mənim yanımda məndən beş qat güclü insan olsun. O, məni olduğu kimi qəbul etməli, sənətimə hörmət göstərməli və dəstək olmalıdır. Nə vaxta qədər ki, qarşıma belə insan qarşıma çıxmayacaq, özümü qısa romanlara xərcləmək fikrində deyiləm.    

- Son zamanlar əksər söhbət etdiyim qadınlardan belə bir ifadə eşidirəm: "Mən özümə yetərli qadınam”.   
- Yox, bununla razı deyiləm. Hər bir xanımın yanında sevdiyi insan olmalıdır. Çünki hər xanımın qayğıya, xoş sözə, dəstəyə ehtiyacı var. Mən bir-iki dəfə sınadım. Amma başa düşdüm ki, alınmır, bacarmıram. Çünki ürəyimə tam yatmırsa, demək  münasibətə başlamaq lazım deyil.  

İndi 33 yaşım var. Bundan sonra Könül bir filmin təqdimatına bir adamla gəlsə, bu, adam ömrümün sonuna kimi həyat yoldaşım olmalıdır.    

- Bir də deyirlər, bu sektorda yanında kişisi olmayan xanım üçün irəliləmək çox çətindir...   
- Bəhanədir. Hər şey qadından asılıdır. Əgər mən kastinqə açıq-saçıq paltarda, dodaqlarımı qırmızı boyayıb gəlmişəmsə, əlbəttə, o kişi mənə başqa gözlə baxa bilər.   

Amma dünya standartlarına görə, kastinqə cinsdə, qara köynəkdə və makiyajsız getmək lazımdır. Kastinqə belə gələndə səni peşəkar aktrisa kimi qəbul edirlər.  

Özünü necə təqdim edirsənsə, o cür münasibət də görəcəksən. Kişi hər şeyə hazır olan qadını min metrdən hiss edir. Amma çərçivələri olan qadınla münasibətini kişi də elə o çərçivələr daxilində qurur.    Bu vaxta qədər getdiyim bütün kastinqlərdə heç vaxt özümə qarşı xoşagəlməz davranışla, təkliflə qarşılaşmamışam. Çünki mən aktrisayam, başqa peşənin nümayəndəsi deyiləm.  

- Çoxmu yanılmısınız?   
- Çox yanılmışam... Ailəm məni saf uşaq kimi böyütmüşdü. Sənə verilən tərbiyədən, saflıqdan sui-istifadə edir. Bunu başa düşmək üçün başım bir neçə dəfə daşa dəydi. Əlbəttə, indi robot deyiləm, hissiyatım qalır, amma hər şeyə daha diqqətlə yanaşıram.     

- O vaxt Satira Teatrının rejissoruna verdiyiniz sualı indi də rejissorlara verirsinizmi? "Öpüşmərəm, açıq-saçıq səhnələrdə çəkilmərəm” deyirsinizmi?  
- Daha o sualı vermirəm və elə şərtim də yoxdur (gülür). İndi ssenariyə baxıram... Görsəm ki, o səhnə olmasa filmin mahiyyəti itir, eləməsən olmur, onda razılaşamaya gedə bilərəm... 


Şərhlər: 7
Baxılıb: 518
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
tanimadim ama oxudum musahibesini
20 may 2016 21:00
# 7
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Totu
Oxumadım çünki maraqlı gelmir bu mene:)yenede teşekkürler.
20 may 2016 16:33
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fiorella
Maragli oldu oxudum,guclu qadindi takdir etdim.cemiyyet coglari gebul etmesede o oz yolun secib bundan qorxmayb ve birgun her halda onu da onun kimi gebul eden biri cgacag qarsisina
20 may 2016 16:10
# 5
vipbetul
maraqli olmadi oxumadim
20 may 2016 14:25
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sitat: BARBI
Aktrisa her rolu ifa etmeyi bacarmalidir


raziyam
20 may 2016 14:12
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
20 may 2016 13:10
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Aktrisa her rolu ifa etmeyi bacarmalidir
20 may 2016 13:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz