Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan və Ermənistan 95% razılaşdı - Savaş var? - FOTOLAR
Azərbaycan və Ermənistan 95% razılaşdı - Savaş var? - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 1151
Səs ver:
20 ili keçən atəşkəs dövrü, atəş səsini kəsməkdən başqa hər bir işə yaradı, amma bir atəşkəsə nəsib olmadı.

Olmayacaqdı da, çünki işğal edilən ərazilər Azərbaycanın idi, üstəgəl də bir milyon qaçqın və məcburi köçkün statuslu azərbaycanlı ortada qaldı.

Bu tablonu çizənlər 20 ildə Azərbaycanın hansısa bir addım atmasından əndişə duydular və hətta münaqişəyə  beynəlxaq hüquqda olmayan adlar verməyə başladılar.

Münaqişə bir müddət də "dondu”.

Vaxtaşırı avtomat lüləsndən yayılan istilik hərarəti artırdı.

Son olaraq, səbr kasası aprel ayında daşdı.

22 ildə Ermənistan Dağlıq Qarabağla bağlı əsl manipulyasiya etdi, daxili etirazları bununla susdurdu, türk xofu ilə daha 20 il ermənilərə dərs verdilər.

Məlum, cinayətkar Sarkisyanı doğuran hərbi xunta onu Şuşadan İrəvanın hakimiyyət kuluarlarına qədər apardı.

Hələ bu yüksəliş qonşu ölkələrin də bəzilərinin üzəyarınmağı ilə müşayiət edildisə.

Və son aprel döyüşləri.


Vaxtı uzatmaqla, bu günə qədər prezidentlər arasında 50-ə yaxın baş tutan görüşləri mənasız bitirməklə, münaşiqəni unutdurmağa çalışan Erməniastan növbəti dəfə apreldə cəbhədə provokasiyaya imza atdı.

Cavabını Azərbaycan ordusu yox, müharibə səviyyəsində də deyil, o ərazidə mövcud bir taborun iştirakı ilə kiçik döyüş epizodu nəticəsində aldılar.

O zamandan iki aya yaxın müddət keçib, amma hadisələr elə bir effekt doğurdub ki, hər iki cəmiyyətdə böyük dəyişikliklərə səbəb oldu.

Azərbaycan xalqı hayqırdı, yüz minlərlə insan eyni anda bayraqlarımıza sarıldı, küçələrimiz dolub-daşdı, şəhid karvanları misli görünməmiş bir həddə qəbul edildi, hərbi komissarlıqların önü könüllülərlə aşıb-daşdı.

Eyni şeyi cəbhənin o biri üzündə görmək mümkün olmadı.

Xof düşməni sardı, hakimiyyətin sütunları laxladı, Lələ Təpənin yaratdığı gərginlik düşmən sosiumunu depressiyaya saldı.

Bu döyüşlərin yaratdığı dəyişikik iki ölkədən başqa, dünyaya da təsir etdi.

ATƏT reallıqla barışıb, hərəkətə keçdi.

Və son olaraq, iki prezident bir araya gəldi.

Vyana qapılarında

16 mayda, Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra keçirilən ilk görüş başa çatdı.

RİA "Novosti"  xəbər verir ki, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak etdi.

Nəticə

Rusiyalı ekspert Sergey Markov olduqca maraqlı şərh verib.

"S.Markov deyib ki, hesab edirəm ki, bu ilin sonuna qədər danışıqlar prosesində nailiyyət əldə olunacaq. Onu da qeyd edib ki, münaqişə tərəfləri arasında Kazan formulu üzrə 95 faiz razılıq əldə olunub:

"Qalan 5 faizdə isə fikir ayrılığı mövcuddur. Ermənistan tərəfi ilkin mərhələdə 5 rayonu qaytarmağa razılıq verib, Azərbaycan tərəfi isə 5 deyil, 6,5 rayonun (Laçından Ermənistan üçün dəhliz saxlamaq şərti ilə) qaytarılmasını tələb edir. İkinci fikir ayrılığı isə qəbul olunacaq yekun sənəddə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin hansısa formada xatırlanması ilə əlaqədardır. Azərbaycan bu məsələdə qəti təkid edir. Çünki bu qətnamələr özündə Dağlıq Qarabağın Azərbaycana aid olmasını ehtiva edir. Ermənistan tərəfi isə bunun əleyhinədir, çünki bu qətnamələr onun marağına uyğun deyil. Əlbəttə ki, digər vacib məqamlardan biri Dağlıq Qarabağda keçiriləcək referendumda azərbaycanlı köçkünlərin iştirakı məsələsidir. Azərbaycan bu məsələnin yekun sənədə salınmasına çalışır".

Amma bu, hansısa həll demək deyil, indi hamını bir sual maraqlandırır:


Müharibə olacaqmı?

ATƏT-in təşəbbüsü acil olaraq prezidentlər görüşdülər.

Niyə?

Çünki Azərbaycasn aprel döyüşləri zamanı faktki reallıqları dəyişəcək addım atdı.

Şəhidlər verdik və cəmiyyətimiz üçün bir sınaq vardı.

Məlum oldu ki, qələbəyə tamarzıyıq,  bunu getdikcə daha çox arzu edirik.

Üstəgəl, Azərbaycan 1994-cü ildən sonra ilk dəfə cəbhədə ciddi irəliləyiş əldə etdi.

Bütün bunlar stola qoyulmuş sənədlərin içini dəyişdi.

Portfellərə daha çox sənədlər yığmağa başladılar.

Bir sözlə, artıq qarantiya yoxdur, ən yaxşısı elə ermənilərin ərazilərimizi tərk edib, çıxmaları olar.

Yoxsa, tarixi  və beynəlxlaq hüququn tanıdığı suverenliyimizi bərpa etməyimiz üçün kiməsə ağız açaçaq deyilik



Şərhlər: 8
Baxılıb: 1151
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Denizimm
InweALLAH muharibe olmadan tez bir zamanda sulh yolu ile oz torpaqalarimizi alariq
18 may 2016 21:26
# 8

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
yarpaq33
Allahdan xeyirlisi nedirse oda olsun
Inweallah redd olub gederler muharibe olmaz hec kimin balasinin qanida tokulmez
18 may 2016 17:14
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Miss_Angel
Sitat: qanadli melek
Insallah her wey raziliqla hell olunar

inwwallah
18 may 2016 15:07
# 6
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
qanadli melek
Insallah her wey raziliqla hell olunar
18 may 2016 15:03
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Barbaris
İnşallah muharibesiz alinar torpaqlarımız
18 may 2016 14:59
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ayka95
torpaqlar alinsa alinsa müharibe yolu ile alinar
18 may 2016 14:58
# 3
SonSuz SeVGi
Qarabagimizi tezlikle geri alacayiq inwallah...
18 may 2016 14:52
# 2
vipbetul
ermenistan terefi ise basqa cur deyir nede olsa muharibeye bu uc olke icaze vermiyegey
18 may 2016 14:52
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz