Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
General polisə silah çəkdi - Bakıda insident - 90 SH 900
General polisə silah çəkdi - Bakıda insident - 90 SH 900
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 2415
Səs ver:

Aprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Binəqədi rayonunda silahlı insident baş verib. Avtosfer.az "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, FHN generalı bərk sərxoş vəziyyətdə Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin zabitinə tapança çəkib. Məlumatı Binəqədi rayon Polis İdarəsindən veriblər. Bildirilir ki, insident barədə DİN-in "102” xidmətinə Füzuli rayon Polis İdarəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili Rafael Xudiyev (1982-ci ildə anadan olub) məlumat verib. Polis bildirib ki, Bakının 6-cı mikrorayon ərazisində "Lexus” markalı avtomobilin sürücüsü (dövlət nömrə nişanı 90 SH 900) ona tapança çəkib.

İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00 radələrində S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramil Cəfərov arasında münaqişə yaranıb. Quliyev "Mercedes” markalı avtomobilin, Cəfərov isə "Lexus”un sükanı arxasında olub.

Münaqişənin səbəbi sürücülərin bir-birlərinə yol verməməsi olub. Bu zəmində generalla zabit arasında mübahisə yaranıb. Bildirilir ki, general Cəfərov F.Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman F.Quliyevin arxasınca "Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşüb, onu ötüb və qarşısını kəsib.

Bundan bərk qəzəblənən general maşından çıxaraq "Jeriko” markalı tabel silahını çıxarıb və polisə tərəf tuşlayıb. Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi polisinin əməkdaşları gəlib. Tərəflər polisdə izahat yazdıqdan sonra sərbəst buraxılıblar. İş üzrə materiallar Binəqədi prokurorluğuna verilib.



Şərhlər: 7
Baxılıb: 2415
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fiorella
Generaldi axi onu saxlamag olar,polise baxe sen,indi polis de deyrki yaxsi furset kecib deyerlendirim
3 may 2016 02:35
# 7
Kölge
Bu da bizim qanun keşikcileri.ozleri poZur qanunu

Bu da bizim qanun keşikcileri.ozleri poZur qanunu
2 may 2016 21:00
# 6
Her şeye gore şukur
Miss_Oxatan
Turkiye de olsaydi generalin zvanyasi getmiwdi bizde zvanya da paqonda pulladi.oz rutbesinden istifade edib aglina geleni etmek oz bawinaliqdan bawqa bir wey deyil.deveden boyuk fil var ama filler de bizde pula xortumunu satir.
2 may 2016 20:21
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
malades kimin pulu coxdursa oda qalibdir
2 may 2016 20:09
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Dunya cox ozbawina olub kim kime ne isteyir eliyir.uzaq olsun
2 may 2016 17:55
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 may 2016 17:45
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Bu qeder oz basinaliq lazimsizdir. Belelerineders verilmelidir
2 may 2016 17:41
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz