Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün “Beynəlxalq Yer günü”dür
Bu gün “Beynəlxalq Yer günü”dür
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 214
Səs ver:
22 aprel – "Beynəlxalq Yer günü”dür. Beynəlxalq "Yer günü”nün keçirilmə ənənələri 19-cu əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında "Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.
1970-ci ildən isə ABŞ-da, ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbii mühitin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü” adlandırılıb. 
1990-cı ildən başlayaraq "Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.
Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. "Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır. 
22 aprel "Yer günü”ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. 
Bu il də beynəlxalq "Yer günü” ilə əlaqədar paytaxtda və regionlarda yerli ictimaiyyətin nümayəndələrini cəlb etməklə iməciliklər keçiriləcək, yaşıllıqlara qulluq göstəriləcək. Bu ərəfədə təhsil müəssisələrində məktəbli və tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlərin təşkil edilməsi  nəzərdə tutulur.
Yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən "Yer günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.


Şərhlər: 6
Baxılıb: 214
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Angel
ilkdefedi ewidirem yer gunude olurmuw ona goremde yer goye qariwirdi hemin gun
23 aprel 2016 19:35
# 6
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Miss_Oxatan
obwim bugun imeci gunudur.havada yaxwi deyil duwem babkalarla agacdan gulden ekem)))neyse bayramiz mubarek
22 aprel 2016 15:35
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
bilmirdim maraqli oldu bilmek
22 aprel 2016 14:35
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
haqqinda oxudum.googlenin basliginda var.maraqli melumatlardi

haqqinda oxudum.googlenin basliginda var.maraqli melumatlardi
22 aprel 2016 12:30
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
hec bu gun haqqinda esitmemisdim
22 aprel 2016 12:06
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Az öncə sağolsun google sayəsində məlumatlanmış oldum ki, bu gün yer günüdür)) Necə yaranması haqqında haqqında bilmək maraqlı oldu təşəkkür.
22 aprel 2016 12:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz