Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Generala aylıq haqq verən əxlaqsızlıq yuvalar «Neapol», «Clear» «Bədo»,«Ağ Otel»
Generala aylıq haqq verən əxlaqsızlıq yuvalar «Neapol», «Clear» «Bədo»,«Ağ Otel»
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 977
Səs ver:
Elçin Quliyev həbsdə olsa da, «Neapol», «Bədo», «Kinq Palase», «Sabirabad», «Quest Hosue» və «Azərin» otellərindən də aybaay pullarını alır 

Ötən günlərdə xəbər vermişdik ki, MTN generalı, hazırda həbsdə olan Elçin Quliyev əxlaqsızlıq yuvalarından da aylıq haqq alırmış. Azerinews.tv xəbər verir ki, Quliyevin haqq aldığı əxlaqsızlıq yuvası kimi ad çıxarmış otellərdən biri «Clear» olub. 
Bildirək ki, Fikrət adlı şəxsin olan, əsasən imkanlı adamların uşaqlarını şantaj edərək, pul qazanmağa üstünlük verilən oteldə indi də analoji proseslərdən yararlanıldığı istisna deyil. MTN ləğv olunana qədər Elçin Quliyevə ayda 1000 manat haqq verən «Clear» rəhbəri, elə zənn edir ki, əvvəlki kimi indi də addım atmaq olar. 

Qeyd edək ki, sözügedən otelin sahibi hələ xeyli əvvəl İrana civə keçirərkən yaxalanıb, lakin müəmmalı şəkildə azadlığa çıxıb. Bundan başqa, həmin otelin sahibinin Ermənistanda da ticarətlə məşğul olduğu və istirahət mərkəzi işlətdikləri vurğulanır. «Clear»la bağlı ayrıca bir yazımız daha olacaq və yaxın günlərdə oxuculara təqdim ediləcək. 

Azerinews.tv xəbər verir ki, Elçin Quliyevə haqq vermiş digər otellər isə «Romi» və «Ağ Otel» olub. Binəqədi yolunun üzərində yerləşən və əxlaqsızlıq yuvası kimi ad çıxarmış «Romi»nin keçmiş generala ayda 400 manat verdiyi artıq dəqiqdir. «Ağ Otel»in sahibi isə ayda 1000 manatla MTN-in himayəsinə sığınmağa nail olub. 
Apardığımız araşdırmalar zamanı Elçin Quliyevə haqq vermiş və bu gün də onun ailəsinə pul göndərən əxlaqsızlıq yuvalarının daha 5-ni dəqiqləşdirməyə nail olmuşuq. Azerinews.tv xəbər verir ki, həmin otellərdən biri «Neapol»dur. Bu otelin sahibi MTN generalına hər ay 1000 manat haqq ödəyirmiş. Çox maraqlıdır ki, bu otelin MTN generalının «nişangahı»na gəlməsində media təmsilçilərindən birinin müstəsna rolu olub. 

Bundan başqa, «Bədo» motel də Elçin Quliyevə haqq verib. Ayda 300 manat ödəməklə generalın himayəsi altına keçən bu əxlaqsızlıq yuvası birmənalı olaraq heç kimdən çəkinmədən hərəkət edir. Elə bu gün də həmin arxayançılıq var. «Sabirabad» moteldən də aylıq 1000 manat alaq keçmiş MTN generalı, onlara da çoxlu sayda vədlər verib. Qeyd edək ki, bum otel də əxlaqsızlıq yuvası kimi ad çıxarıb və ölkədə məşhuri-cahandır. 

Bazarda elə də böyük olmayan, hətta bir o qədər ad çıxarmamış obyektlər də keçmiş generalın diqqət mərkəzində olub. Daha doğrusu, ona bu yerlərlə bağlı məlumatlar ötürülüb. Aydın məsələdir ki, bu zaman mətbuatdakı dostlarının da imkanlarından geniş yararlanıb. Bu əsnada «Kinq Palas» otelin Elçin Quliyevə ayda 200 dollar haqq verməsi üzə çıxıb. Bir generalın özünü bu qədər aşağı səviyyəyə salması da elə bu səbəbdən anlaşılan deyil. Belə başa düşmək olur ki, Elçin Quliyev dilənçiliklə məşğul olub. 
Eyni məbləğin, yəni ayda 200 dolların alınması «Azərin» və Quest House» otelləri üçün də keçərli olub. Çünki hər iki oteldən aylıq haqq alınmasını elə özləri də etiraf edirlər. 

Əldə etdiyimiz məlumatlara görə, Elçin Quliyevin adamları hər ay bu otel və motellərə gələrək, aylıq haqları indi də yığırlar. Və bu yığımın «generala kömək lazımdır» adı altında həyata keçirirlər. Quliyevin adamları deyirlər ki, «General çıxdıqdan sonra, hamıya daha geniş imkanlar yaradacaq».//Azerinews.tv 


Şərhlər: 15
Baxılıb: 977
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gor neler yaradirlaree insanlari qadinlari nelere megbr edirlere bunlar insan alveriyle mesqul olurlaree eclaflar bir vezife alan kimi camatin sumuyunud sorurlar

gor neler yaradirlaree insanlari qadinlari nelere megbr edirlere bunlar insan alveriyle mesqul olurlaree eclaflar bir vezife alan kimi camatin sumuyunud sorurlar
21 aprel 2016 23:46
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zezema
neinki Clear. bakida butun shadliq evləri və otellər əxlaqsizliq yuvasidi. HAMİSİ!!!! elə polislər ozləri də coooooox genish istifade edir bu yerlərdən. guya bunlari ifsha edib neynrlər ki, pullarini alib buraxirlar ki, he yene get eyni yolla qazan yig - vaxti gələndə yene seni silkeleceyik))) bosh bosh sheylerdi. her zaman olub ve olacaq! Bunu yaradan kishilər ozləridi. alıcı olmasa - satici da zir zibilini yigishdirib gedib bashqa ishle meshgul olar!
burda gostərilən 300 manat nə bilim 1000 manat - hamisi yalandi - 10 20 30 minlərdən danishsinlar ən azi! otellerin qiymeti de hamiya məlumdu - qarshisinda yigilan oçeredlerin sayi da melumdu!
bele generallar memurlar o qederdi ki, adi magazadan ilde 50 - 60 min shapka alirlar! sonrada ortaya bahaciliq cixir! sonsuz bir movzu...
21 aprel 2016 11:15
# 14
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Tomris Müslümova
MTN dağıdılanda bizim evdə ki sevinci bəlkə heç kim yaşamadı.O özünü asan MTN işçisini eşidəndə əmin olduq ki,heç kimin qadı yerdə qalmır.Elçin Quliyevin isə hələ törətdiyi əməlləri qurdalasalar çox şeylər çıxacaq üzə və heçdə təəccüblənmiyəciyik.Allah günahsız ölənlərin qanını yerdə qoymuyacaq.Özü necə ki,vais oldu bir nəfərin özünü asmasına və neçə insanın qəsdinə oda inşAllah layiqli cəzasını alacaq!
21 aprel 2016 08:54
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
evli.mutlu.cocuklu
Ewi her sey pulun basindadida utanmazlar her seyi pulla satin alorlar exlaqsizlar
20 aprel 2016 22:11
# 12
efsane..
bele isler gorenler dehsetdi heqiqeten Allah cezalarini versin
20 aprel 2016 21:53
# 11
qanadli melek
Bele weyleri kinolarda gorurduk.Allah uzaq elesin
20 aprel 2016 21:52
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Miss_Oxatan
bele adamlar sandiga da salib qifillasan coldeki qol budaqlari bir yolunu tapib unsuyyet edecekler.xeyri yoxdu bele insanlara onlarin ozlerini tutmaqla deyil eksine tutduqdan sonra her addimlarina diqqet edilmelidir.Allah bilir yuzlerle belesi elini qolunu sallaya sallaya bele iwlerle mewguldur.bunun ozu de yeqin kimlerese "haqq" verirmiw.bir ay gecikdirib torbasini tikibler yeqin.horumcek torudur bele iwler Allah hec kimi salmasin.Amin.
20 aprel 2016 20:27
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Hiray17
ite oxsuyur kopey oglu,allahdan qorxmuyan bendeden de utanmiyan belesidi daaa,qizinin basina gelsin beke onda utanarssan.
20 aprel 2016 17:47
# 8
girl_pinkglassesf
qonaqa
Allah belalarini versin
20 aprel 2016 17:29
# 7
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Fi-Ra
Adamın böyüyü belə olanda kiçiyindən nə gözləmək olar ki?
20 aprel 2016 17:03
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
BARBI
allahin belalari.genc qizlari pis yollara ducar edirler.
20 aprel 2016 15:55
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
kul tepenize ele))
20 aprel 2016 15:34
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ayka95
Allah belalarini versin insallah
20 aprel 2016 15:23
# 3
Şəbnəm Vüsal
oxuduqca elə bildim braziliya zaddı 122 ...otellər ürəyin istədiyi qederdi.ama gel ki otel kimi yox başqa cür fəaliyyətdədirlər.bir seyi anlamıram bu insanın gözü puldan doymayib hələdə ??? kro
20 aprel 2016 15:20
# 2
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Kölge
Adam soz tepmir.....
20 aprel 2016 15:03
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz