Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan ordusu bir neçə kilometr irəlilədi - FOTOLAR
Azərbaycan ordusu bir neçə kilometr irəlilədi - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 990
Səs ver:
Fransanın "L'Opinion” nəşrinin hərbi məsələlər üzrə analitiki Pyer Jan- Dominik Merçet (Par Jean-Dominique Merchet) Qarabağdakı 4 günlük müharibə barədə təhlilində Ermənistanla az qala 30 ildir davam edən münaqişədə Azərbaycanın qələbə qazandığını yazıb.

Virtualaz.org xəbər verir ki, fransalı analitik Azərbaycan silahlı qüvvələrinin aprelin əvvəllərində apardığı döyüşlərdə əldə etdiyi nəticənin hərbi baxımdan kiçik olduğunu, ancaq siyasi baxımdan çox mühümlüyünü vurğulayır.

"Çünki Bakı 6 il davam edən münaqişə ərzində 30 mindən çox insan itkisi və yüz minlərlə məcburi köçkünlə üzləşərək 1994-cü ildə məğlub olandan sonra ilk dəfə revanş götürür”-məqalədə deyilir.

Müəllif yazır ki, aprelin əvvəllərində baş verənlər əsl müharibə idi, ancaq cəmi 4 gün davam etdi. Aprelin 2-dən 5-nə qədər yüksək intensivlikli hərbi əməliyyatların gedişində tərəflər kütləvi artilleriya zərbələrindən, raketlərdən və zirehli texnikadan istifadə etdilər.

"Azərbaycan ordusu Ermənistan ordusunun möhkəmləndirilmiş müdafiə xəttini yarıb keçdi və bir sıra kiçik əraziləri nəzarət altına ala bildi. Bu, cənubda, Horadiz istiqamətində və şimalda, Tapqaraqoyunlu istiqamətində bir neçə kvadrat kilometr ərazidən ibarətdir”-müəllif yazır.

Bildirilir ki, ermənilər bu hücumu dayandıra bilib, ancaq itirilmiş mövqeləri geri almaq üçün edilən əks-həmlələr nəticəsiz qalıb. "Aprelin 5-də hərbi əməliyyatların dayandırılmasından sonra 1994-cü il mayın 16-dan bəri bir metr də olsun tərpənməyən təmas xətti artıq dəyişmişdi”-məqalədə deyilir.


Müəllif yazır ki, müstəqil mənbələr aprelin 2-də hərbi əməliyyatları birinci kimin başladığını hələ də dəqiqləşdirə bilməyiblər. Ancaq burası dəqiqdir ki, həmin döyüşlərə qədər də təmas xəttində vəziyyət olduqca gərgin idi, müntəzəm olaraq hər iki tərəfdən itkilərlə müşaiyət olunan atışmalar qeydə alınırdı.

"Başqa məsələdir ki, Azərbaycan əvvəlcə şimalda (Talış, Ağdərə) və mərkəzdə (Martuni), cənubda (Horadiz) etdiyi kimi irimiqyaslı hücum həyata keçirməyə hazırdır. Və erməni qüvvələrinin təmas xəttini yarıb onları geri oturduqları üçün hərbi baxımdan bu hücumları daha iri miqyasda təkrar etməyə stimul yaranıb”-Pyer Jan- Dominik Merçet bildirir.


Müəllifə görə iki ölkə ordularının dayandıqları mövqey baxanda bunu başa düşmək asandır: Azərbaycan status-kvonu şübhə altına alır və beynəlxalq hüquqa görə ona məxsus olan ərazilərini (20 faiz) geri qaytarmaq istəyir. "Onun ordusu hücum üçün təşkil olunub. Əksinə, Ermənistan ələ keçirdiyi ərazilərdə möhkəmlənmək və əldə saxlamaq istəyir. Onun ordusu Birinci dünya müharibəsi dövrünü xatırladan səngərlər boyu müdafiə mövqelərində möhkəmlənib, strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edir.

Aprelin 2-də başlayan müharibənin ilk saatlarında azərbaycanlılar bəzi istiqamətlərdən bir neçə kilometr irəliləyib və birtərəfli atəşkəs təklif edib. Ermənistan bu təklifi rədd edib və itirdiyi mövqeləri geri qaytarmağa çalışıb. Azərbaycan bu döyüşlərdə İsraildən aldığı "Harop” kamikadze-dronlarını tətbiq edib. Döyüşlər aprelin 5-nə qədər davam edib və beynəlxalq birliyin çağırışlarından sonra dayandırılıb”.


Müəllifə görə müəmmalı qalan məqamlardan biri də budur ki, rusların hərbi əməliyyatların başlamasından xəbəri olubmu, yoxsa vəziyyət qəfil nəzarətdən çıxıb? Çünki hərbi əməliyyatlar Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda olduğu vaxtda başlamışdı.

Məqalədə xatırladılır ki, ABŞ, Fransa və Rusiya Minsk Qrupu çərçivəsində bu münaqişənin nizamlanması üçün fəal əməkdaşlıq edir. Danışıqlar masasında isə "Madrid prinsipləri”inə əsaslanan sənəd var. Bu sənəd ətraf rayonların qaytarılmasını, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün referendumun keçirlməsini nəzərdə tutur.


Şərhlər: 17
Baxılıb: 990
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
ALLAH esgerlerimizi qorusun AMIN
21 aprel 2016 16:50
# 17
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
efsane..
Allah sehidlerimize rehmet etsin insAllah sulh yoluyla bu muharibe temiz biter
20 aprel 2016 15:15
# 16
vipbetul
QAarabaq bizimdir bizim olacaq!!!
min Rusyadan Fransandan ABS-dan gele yenede ermeniye vermiyegeyik torpaqlarimizi
19 aprel 2016 23:40
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Ağdamın Mardager kəndinə kimi gedib çıxıblar.Əslində Fransa özü bizi sevən dövlət deyil amma bu çıxışı nə demədir anlamadım.İkibaşlı oynuyurlar.Yəqin gördülər Azərbaycanın gücünü və ermənistanın zəyifliyini ona görə üzübəri baxmağa başlıyıb.Keçən dəfə erməni saytlarının birində bir karekatura gördüm.Prezidenti və nazirləri o cümlədən əsgərləri təhqiramiz formada bir foto paylaşmıdılar.Onların əlindəndə yalnız o gəlir.Birdə erməni generalının Azərbaycanın gücü və güclü siyasəti haqqında etdiyi etiraflarını izlədim.Bizim bilmədiklərimizi və bəlkədə inanmadıqlarımızı dedi.O zaman bildim ki,necə güclü ordusu olan bir dövlətdə yaşayıram.Allah bu mübarizədə şəhid olan əsgərlərimizə rəhmət eləsin.Analara səbr versin.İnşAllah tezliklə qələbə Azərbaycanın olacaq!
19 aprel 2016 20:56
# 14
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tenha cicek
inwallah her yeri alarlar
19 aprel 2016 20:49
# 13
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
BR
allah gorusun esgerlerimizi...............
19 aprel 2016 19:13
# 12
Fi-Ra
Allah qorusun əsgərlərimizi. Sağ-salamt bitsin bu müharibə
19 aprel 2016 18:31
# 11
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Barbaris
Allah esgerlerimizi qorusun>>>
19 aprel 2016 18:16
# 10
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
yarpaq33
Inwallah oz xowlariyla cehennem olarlar torpaqlarimizdan muharibesiz wehidsiz qelebemizi qeyd ederik
19 aprel 2016 18:06
# 9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
qonaqa
Allah esgerlerimizi qorusun
19 aprel 2016 17:45
# 8
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
sadece_men
Allahim esgerlerimizi qorusun inwallah bir gunde QUBADLINI aldiq xeberini ewiderik.inwallah butun Qarabagimizi geri qaytarariq
19 aprel 2016 17:20
# 7
Leylas
Allah eskerlerimizi gorusun .. Axirin Allah xeyr elesin ...
19 aprel 2016 15:59
# 6
Miss_Oxatan
Fransa da ermeniperestdir.baw acmaq olmur.uzumuze gulub arxadan duwmenle iw cevirenlerden biri de Fransadir.ancaq gorunur bu meqaleye esasen Fransa da Azerbaycanin bu ezminden ,herbi gucunden tesirlenib.gozlenilmez olub onlar ucun de.
19 aprel 2016 15:57
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ayka95
Allah kömeyleri olsun insallah
19 aprel 2016 15:55
# 4
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
19 aprel 2016 15:12
# 3
lale.veliyeva19
İnşallah itki olmadan həll edilər məsələ
19 aprel 2016 15:09
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Kölge
Gorej axiri nece olur
19 aprel 2016 14:56
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz