Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda həkimlər xalqı talamağın yeni yolunu tapıb - Ehtiyyatli olun!
Bakıda həkimlər xalqı talamağın yeni yolunu tapıb - Ehtiyyatli olun!
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1797
Səs ver:
İndi Bakıda təcili yardım həkimləri tərəfindən xəstəni dəxli oldu-olmadı, ürəyin koronaroqrafiya müayinəsinə göndərilməsi geniş hal alıb.
 
Xalq arasında "anju" kimi tanınan bu əməliyyata hətta 28 yaşlı gəncləri də göndərirlər və çox vaxt təcili yardım həkiminin kürəkdə və döş qəfəsində müşahidə olunan ağrılara görə qoyduğu "diaqnoz" özünü doğrultmur. Adətən, pasientin ürəyində ciddi problem olmur, xəstə ya terapevtin, ya da nervopataloqun qəbuluna getməli olur.
 
Arxada isə koronaroqrafiya müayinəsi üçün ödənilmiş bir neçə yüz manatın itkisi, "anju"nun bədəndə qoyduğu izlər qalır. Adətən bu cür müayinədən keçmiş gənclər bir neçə ay fiziki aktivlik göstərə bilmirlər. Bəzən bu, pasient üçün ciddi maliyyə problemləri yaradır. Məsələn, yanlış olaraq "anju" edilmiş bir nəfər Yasamal sakini - 50 yaşlı santexnik 3 aya qədər evdə oturmalı oldu və həmin müddətdə ailəsi ciddi maddi sıxıntı keçirdi. Çünki əməliyyat biçarə santexnikin biləyindən edilmişdi və həkimlər ona qəti olaraq özünü gücə salmamağı məsləhət vermişdi.  
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla ANS-ə müsahibəsində, ümumiyyətlə, təcili yardım həkiminin xəstə üçün koronaroqrafiya müayinəsi təyin etməyə ixtiyarı olmadığını bildirir. Onun sözlərinə görə, koronaroqrafiya müayinəsindən əvvəl xəstə bir neçə müayinədən keçməlidir: "Xəstələrin yeri gəldi-gəlmədi koronaroqrafiya müayinəsinə göndərilməsi barədə söhbətlər xeyli vaxtdır ki, var. Bu müayinəni təcili yardım həkimi yox, yalnız kardioloq bir neçə xüsusi müayinədən sonra təyin edə bilər". 
 
Koronaroqrafiya müayinəsi ürəyin işemik xəstəliyi zamanı koronar arteriyaların daralma səviyyəsini müəyyən etmək üçün təyin edilir. Bu zaman qana rentgendə görünən maddə qatılır və rentgen çəkilişi aparılır.  Koronaroqraflar müayinədən sonra pasientlərə çox maye qəbul etməyi və həmin maddəni bədəndən tez kənarlaşdırmağı məsləhət görürlər.
 
Buna görə də Adil Qeybulla gərək olmadan xəstəyə koronaroqrafiya müayinəsi təyin edilməsinin zərərli olduğunu vurğulyır: "Təcili yardım həkiminin koronaroqrafiya müayinəsi təyin etməsi cinayətdir. Xüsusilə də sağlam adamlarda əks təsir yarada bilər. Hər halda, qana kontrast maddə qatılır və o, bədəndə müəyyən izlər buraxır".
 
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev də müsahibəsində təcili yardım həkiminin xəstəyə koronaroqrafiya müayinəsi təyin etməsinin cinayət olduğunu vurğulayıb: "Ümumiyyətlə, təcili yardım həkimi xəstəni özəl klinikaya göndərə bilməz. O, yalnız xəstəni ərazi üzrə  dövlət xəstəxanasına apara bilər. Həmçinin xəstəyə koronaroqrafiya müayinəsi də təyin edə bilməz. Buna yalnız bizim istintaq qrupunun səlahiyyəti çatır. Əgər hansısa həkim bunu edibsə, artıq bu, cinayət sayılır".
 
Təcili yardım həkimləri də bu faktı nəzərə alırlar. Özəl klinikaya "anju" müştərisi göndərən təcili yardım həkimi ilk öncə "xəstə"nin yaxınlarından imtina ərizəsi alırlar. Ərizədə xəstənin dövlət müəssisəsinə getməkdən imtina etdiyi və müalicəsini özəl klinikada davam edəəcyi vurğulanır. Daha sonra təcili yardım həkimi özəl klinikanın həkiminə zəng edərək əlində xəstə olduğunu və gəlib qəbul  etmələrini "xahiş edir". Bu zaman vətəndaşı işemik xəstə olduğuna inandırmaq üçün əlindən gələni edir. Ona tərpənməmiyi, yemək yeməməyi buyurur , qohumları tək-tək çölə çağıraraq söhbətlər edir və s. Teatr ən sonda onunla bitir ki, sinəsində cüzi əzələ və ya duz ağrısı olan xəstə evindən xərəkdə çıxarılaraq heç bir müayinəsiz "anju"ya aparılır. Təbii ki, təcili yardım həkimi göstərdiyi fəaliyyətə görə özəl klinika tərəfindəni "mükafatlandırılır".
 
Oqtay Şahmalıyev bu cür əməllərin qarşısını almaq üçün vətəndaşların yardımına ehtiyac olduğunu bildirir: "Belə fakt olan kimi vətəndaşlar dərhal bizə xəbər versinlər. Təcili yardıma (103) da. Səhiyyə Nazirliyinin qaynar xəttinə də müraciət etsinlər. Bu cür şarlatanların kökünü kəsmək üçün elliklə  mübarizə aparmaq lazımdır. Qoy onların təqdim etdiyi imtina formalarına qol çəkməsinlər və müayinəni müvafiq dövlət müəssisələrində davam etsinlər".
 
Əlbəttə, vətəndaşların sağlamlığı ictimai məsələdir və bü məsələdə əhalinin rəsmi qurumlara dəstəyi çox önəmlidir. Amma bu məsələdə rəsmi qurumların da nəzarəti artırması çox vacibdir. Məsələn, Səhiyyə Nazirliyi bu cür ittihamları araşdıraraq, hansı həkimin hansı özəl klinika üçün "işverənlik" etdiyini rahatlıqla müəyyən edə bilər.


Şərhlər: 12
Baxılıb: 1797
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
duzdu hekimler dehsetdi urek hekimleri hele deyilesi deyil bu klinikalar ise puldan basqa hec ne demirler dayimi az qala oldurmusduler insanliq bu qedermi mehv oldu etmesinler bele bu qederide olmaz axi
20 aprel 2016 15:36
# 12
Tomris Müslümova
Səhiyyə naziri Oqtay Şirəliyevin bunlardan bixəbər olması gülüncdür.Həkimin səhv etməyə,çaşmağa haqqı yoxdur.Bir insanın həyatı öncə Allahdan sonra isə həkimdən asılıdır.Pullu klinikalarının əksəriyyətində bu hallar var!
19 aprel 2016 14:05
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
cox gozel melumatdir pula gore o qeder adamlari aparis edirlerkiii
19 aprel 2016 02:24
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
nanaska00
Sitat: Ekizlerin mamasi
Pula görə sağlam ida xəstə edirlər .sırada deyillər ki insanın şikayəti olmasa balı çaya ayaq basmır. Gedirsən adı yoxlanılacaq səninçün o qdr xəstəlik çıxarırlar ki ortalığa başın sisir
19 aprel 2016 00:47
# 9
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
Ekizlerin mamasi
Pula görə sağlam ida xəstə edirlər .sırada deyillər ki insanın şikayəti olmasa balı çaya ayaq basmır. Gedirsən adı yoxlanılacaq səninçün o qdr xəstəlik çıxarırlar ki ortalığa başın sisir
18 aprel 2016 13:01
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Kölge
Hekim 300yox 3000 man maaş alsa bele olmaz.hami dolanmaga calişir
18 aprel 2016 11:46
# 7
Her şeye gore şukur
Vuska87
Insafsizlar vicdansizlar.bu millete duwmen lazim deyilki Ele oz icimizde "ermeniler" varda
18 aprel 2016 01:28
# 6
Marta
Bu qeder ehali sikayet edirse demekki veziyyet daha berbaddir ve kimlerse goz yumur ki, bezi hekimlerin ozbasinaliqlari bas alib gedir. Gozu aciq olmaq lazimdir.
18 aprel 2016 00:07
# 5
Немного терпения, и у тебя все получится..
zezema
aaaaaaaaaaaaaa meni də elemishdilər. skori pomosh demishdi. evvel kardioqrama da elemishdilər. hələ mənə o vaxt dedilər ki sizə demək olmaz ki 26 yashiniz var elə bil 60 yashli adamin ureyidi. onlara qalsa men uje bir ildir qebrde olmali idim)))))))) iraq iraq))) qoz kimiyem amma)) mastopatiyani cixmaq shertile!!! şarlatandılar da!
17 aprel 2016 22:35
# 4
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Fialka
Çoxdur bu cür və bir çox əsassız və yersiz müayinələrlə camaatın puluna göz dikən "həkimlər". Haram qataraq pul qazanmağı daha üstün bilirlər nəinki insanların canının sağlam olmağını .. Sadəcə bir az diqqətli olmaq hər adını həkim qoyanlarla işinin peşəkarı olub düzgün yolla zəhmətinin haqqını qazanan həkimləri ayırd etmək lazımdı nə qədər çətin olsa belə ...
17 aprel 2016 21:14
# 3
Antikvar
Oqtay Şahmalıyev əyər kim tərəfindən edilməsi təyin edilə bilərsə niyə edilmir?Niyə edənlərin cəzası verilmir?Guya xəbəri yoxdu?Hamısı bir biriləri ilə əldilər...Görün belə yalandan xəstəlik problemləri cəmiyyətdə o qədər edilib ki,sonunda özünü biruzə verib insanlar tərəfindən şarlatanların yalançılığı.İnsanlarımız niyə bu qədər dala qalıb?Harda görülübki ,təcili yardım insanları yoxlamağa gələrkən hansısa diaqnozu qoyub hər hangi bir yeri məsləhət görür?Azərbaycanda təcili yardımla bir dəfə mənim yaxşı söhbətim oldu ,mamamın (allergiyası olmuşdu boğulurdu)evinə gəlib həkimlik edib qışqıra-qışqıda danışırdı ,yaxşıca cavabını verdim səsini tonunu azaldıb üstəlik mən neylədim sualınıda verdi...Bizdə təcili yardımda işləyənlərdə (istisna olaraq)özlərini professor hesab edillər...Ehtiyatlı olmaq lazımdır.
17 aprel 2016 21:11
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Bele firildaqlar coxdur. Ona gore kor korane inanmaq olmaz. Dahaehtiyatli olmaq lazimdir
17 aprel 2016 20:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz