Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Moskva hərəkətləndi: Türkiyə Azərbaycanda hərbi baza yaradır
Moskva hərəkətləndi: Türkiyə Azərbaycanda hərbi baza yaradır
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1389
Səs ver:
Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son gəlişmələr Rusiya və Türkiyə arasında gərginliyi artırıb
Aprelin 2-5 tarixlərini əhatə edən 4 günlük Ermənistan – Azərbaycan savaşında Azərbaycana dəstək nümayiş etdirən Türkiyənin jestinə cavab olaraq Rusiya düşmən ölkədəki hərbi qüvvələrini gücləndirmək barədə qərar qəbul edib. 

Artıq tərəflər arasında söz savaşının praktiki addımlara keçdiyi deyilir. Rusiya KİV-ləri yazırlar ki, Kreml Ermənistan – Türkiyə sərhədinə yeni hərbi bazanın yaradılması planının üzərində işləməyə başlayıb. 

İrəvana səfəri çərçivəsində bölgəyə baxış keçirəcək Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovdan sonra Müdafiə naziri Sergey Şoyqunun da Ermənistana göndəriləcəyi bildirilir. Qeyd olunur ki, Rusiyanın Gümrü bazasındakı hərbçilərinin bir qismi bölgəyə nəzarət üçün Ermənistan-Türkiyə sərhədlərinə göndərilib. Türkiyə tərəfi də Rusiyanın bu addımlarına cavab vermək niyyətindədir. Gələn məlumatlara görə, müttəfiq ölkə Naxçıvanla yanaşı Azərbaycanın digər bölgələrində hərbi baza qurmaq barədə düşünməyə başlayıb. Təklifin Azərbaycan hakimiyyətinə çatdırdıldığı deyilir. Rəsmi Bakıdan Ankaraya hansı cavabın verildiyi deyilməsə də, məsələnin müzakirə ediləcəyi ehtimallar arasındadır. 

Davudoğlunun mesajı, Pakistanın 100 minlik ordusu... 

Rusiya tərəfinin qıcıqlandıran əsas səbəb kimi İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində Türkiyə Baş naziri Əhməd Davudoğlunun müsəlman və İslam dövlətlərini Azərbaycanın müdafiə edilməsinə çağırış etməsi olub. Paralel olaraq, Türkiyənin son zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv şəkildə qoşulması və vasitəçi olmaq cəhdləri də Kremli narahat edir. Qərb və ABŞ-dan da Türkiyənin bu cəhdlərinə dəstəyin verilməsi Kremli bu planı pozmağa vadar edir. Pakistanın İstanbul sammitdən əvvəl 100 minlik hərbi qüvvələrini Azərbaycana hərbi dəstək üçün hazır vəziyyətə gətirməsi barədə yayılan məlumatlar da bu qəbildəndir. 

Qeyd olunur ki, aprelin əvvəllərində Ermənistan və Azərbaycan arasında yaşanan qarşıdurmaya cavab olaraq Türkiyə də Ermənistanla sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədiylə silahlı qüvvələrinin sayını artırıb. Ankaranın bu addımını savaş vəziyyətində Türkiyənin Azərbaycana dəstəyi və Ermənistana müharibə mesajı kimi qəbul edən Rusiya adekvat addımlar atmağa başlayıb. 

Cənubi Qafqaz təhlükədə

Politoloq Qabil Hüseynli indiki halda Türkiyənin Azərbaycana mənəvi dəstək nümayiş etdirdiyini deyib və bunun Rusiya ilə gərginliyə səbəb olacağını istisna edib: "Rusiya – Türkiyə münasibətləridə son zamanlarda yumşalma baş verir. Rusiya Türkiyə ilə münasibətləri düzəltmək istəyir”. 

Qabil Hüseynli Valeri Gerasimovun İrəvana səfəri çərçivəsində Rusiyanın Ermənistanda yeni hərbi bazasının yaradılması üçün bir sıra bölgələrə baxış keçirəcəyi haqda yayılan məlumatlara da münasibət bildirib: 

"Çox təhlükəli addımdır. Gerasimov orada Ermənistan ordusunun mütəmadi olaraq silahlandırılması və eyni zamanda burada Rusiyanın hərbi bazasının yaradılması məsələsini müzakirə edib. Rusiya onsuz da Ermənistanı həmişə silahlandırır, oradakı bazası da kifayət qədər güclüdür. Yeni bazanın yaradılması planında isə Türkiyə də, Azərbaycan da nəzərdə tutula bilər. Ermənistan onsuz da həddən artıq hərbiləşdirilib. Silah kvotasını çoxdan pozub. Yeni bazanın yaradılması və bundan sonra Ermənistan ordusunun silahlandırılması bölgədə təhlükəni artıracaq. Bu silahlar Ermənistana pulsuz verilir”. 

Türkiyənin Azərbaycana faydası var? 

Politoloq Elxan Mehdiyev açıqlamasında Türkiyədən gələn mesajların bəyanat xatirinə olmadığını deyib. E.Mehdiyev hesab edir ki, bu açıqlamalar Azərbaycanın xeyrinə deyil: "Dağlıq 

Qarabağ münaqişəsi ətrafındakı indiki kövrək vəziyyət və Türkiyə - Rusiya arasındakı gərginliyin davam etdiyi vaxt Ankaradan əsası olmayan bəyanatların səsləndirilməsi erməni dəyirmanına su tökməkdir. Yaxşı ki, bu bəyanatlar davam etdirilmədi. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının münaqişəyə heç bir faydası yoxdur. Bu, Minsk Qrupu həmsədrlərinin qısqanclığına səbəb olur. Həmçinin Qərb dövlətlərinin bu məsələyə müdaxilə etməsinə şərait yaradır. İslam Əməkdaşlıq Təşkilatı Ermənistana arqument verir ki, "Baxın İslam dünyası Azərbaycanı dəstəkləyir”. Bu baxımdan da Xristian dünyası Ermənistana dəstək verə bilər. Bunun bizə heç bir faydası yoxdur”. 

Elxan Mehdiyev qeyd edib ki, Azərbaycan ordusunun son uğurlu əməliyyatları bütün dünyada müzakirə olundu: 

"Xüsusilə Rusiya əsas diqqətini bu proseslərə yönəltdi. Amma siz bunun Türkiyənin hansısa telekanalında müzakirə olunduğunun şahidi oldunuz? Ancaq MHP-nin kanalı bu münaqişəyə diqqət ayırdı, bu kanalın da tamaşaçı auditoriyası məhduddur. Populyar türk kanalları isə məsələyə elə münasibət sərgilədilər ki, elə bil hadisələr Azərbaycanda yox, Avstraliyada baş verir. Bu onun göstəricisidir ki, Türkiyədə bu məsələdən nə medianın, nə də ziyalıların xəbərləri var. Doğrudur, türk milləti bizim yanımızdadır, biz yalnız bu millətə arxalana bilərik. Amma Türkiyənin düşüncə adamları və KİV-ləri Dağlıq Qarabağ münaqişəsi haqqında heç nə bilmirlər. 

Hesab edirəm ki, Türkiyə hökumətindəki adamların əksəriyyəti də bu məsələnin detallarından xəbərsizdirlər. Nəticədə bu cür sürprizli vəziyyətlə rastlaşdıq. Türkiyədəki siyasi dairələrin xəbərsizliyi 25 ildən sonra da davam edir"

/mir.az/


Şərhlər: 12
Baxılıb: 1389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
ALLAH KOMEYİMİZ OLSUN
1 may 2016 19:57
# 12
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Belinda
Esh herenin bir gizli menafeyi var here oz xeyrin gudur, ortaliqda cavanlar gedir. Adamin onlarin valideyinlerine yazigi gelir.
17 aprel 2016 12:53
# 11
vipbetul
Rusiyanin ne maraqi var bunu boyuk dovletler niye demir srn ermeniye orfu gonderende yacsifida Azerbaycana komek olunmuyageu

Rusiyanin ne maraqi var bunu boyuk dovletler niye demir srn ermeniye orfu gonderende yacsifida Azerbaycana komek olunmuyageu
17 aprel 2016 02:26
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Vee bir misal yadima duwdu letifesi Turkiyeden uzaq.deyir iki ayinin davasi bir armudun bawindadi.rusiyayla Turkiye ezeli duwmendi ele bil Qarabag problemi bunlara behane olub.bizim prezidentin keserli sozu olmalidir rusa da Turkiyeye de.sagolsun Turkiye turkleri her zaman destekdiler millet olaraq ama siyasi terefden ele de weffaf gorsenmir.prezident qeti wekilde hec bir dovletin Qarabag meselesine qariwmamasini teleb etmelidir cunki Azerbaycan tek bawina Qarabagi yarim aya geri alar.ezelden bele olub Turkiya Rusiya davalari Azerbaycana ziyan olub ele Gulustan Turkmencay muqavileleri subutdur.tarix yaddan cixib sanki.birlewirse butun turk dunyasi birlewsin yoxsa bir Azerbaycan bir Turkiye olmaz.turk dunyasi birlewse ermenininde rusunda farsinda ohdesinden geler susdurar.
17 aprel 2016 01:29
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Ekizlerin mamasi
Hərdən cavan qardaşlarımızın ölümünə görə müharibəyə nifrət edirəm. Ancaq ya biryolluq ola bitə yada bağlana .tamam yığdı bizi boğaza. Tək ruslarla iş getmir düzdü Rusiya dünyada hərbi gücünə görə yaxdı tanınır. Ancaq bizə də dəstək olanlar az deyil axı. Biryolluq ya oyanıq yada bu yanıq olaydı canımız qurtaraydi. Ölürük biyərdi olek.bu danışıqlar sözü 2o ildən çoxdur əsəbləriniz yedi qurtardi
17 aprel 2016 00:22
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
son bahar
Rusiya hemise ermenistanin dalinda olub ...amma wukurler olsun azerbaycanin ozunun gucu ozune yetir hem texnika baximinan hemde ordusu
16 aprel 2016 23:37
# 7
...
heyatim_menim
Bu xebere serh yazanda bir sehidmiz haqqinda hazirlanan verlisin anonsuna baxdim.insan bilmir ee ne etsin isdeyirsen muharibe olsun olanda da igid ogullarmiz hamisini itiririk ALLAH BİLƏN MƏSLƏHƏTDİ inşaALLAH dövlətimiz üçün xeyirlisi olar aminn
16 aprel 2016 23:30
# 6
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Nur Melikzade
Eyer hec bir olkenin mudaxilesi olmadan Azerbaycan ve ermenistan arasinda muharibe olsa bir saat icinde ermenistan mehv olar. Amma arada Rusiyanin olmasi iwleri deyiwir. Onsuzda ermenistanda herbi ne varsa Rusiyaya aiddir. Beledeki Rusiya xristian olkesi kimi ermeniye komek edirse niyede Turkiye Azerbaycana komek etmesin?! Azerbaycanda herbi bazalarin yaradilmasida cox yaxci olar.Herhalda bizde tek deyilik.Her zaman doyuwe hazir olan ordumuz var.ermenistanin cavabinida vere bilecek gucdedi.
16 aprel 2016 22:49
# 5
İmza
aziz a
O dığalar Ruslara güvenirse,bizde Allahımıza güvenirik...Allah kömeyimiz olsun..
16 aprel 2016 22:34
# 4
Qelbim doludu !!!!
Antikvar
Rusiya Ermənistan münaqişələri haqqında məlumatlar rusiyanın (Россия24)kanalında da gedirdi bu kanalda Rusiyanın ən çox iznəlinən xəbərlər kanalıdır.Bundan əlavə Rusiyanın bütün millətlərinində bizdə olan müharibədən xəbərləri var ,biz Azəriləri görən kimi ilk sualı (sizin tərəflərdə ermənistan ilə müharibələri var?)deyə sual atəşinə tuturlar,cavab olaraq hə deyərdim çox uzun uzadı cavab verməyə ehtiyac yoxdu...Bundan əlavə Rusiya ermənistana sahib çıxmaz ,bu dünyanın qarışıq olduğu ərəfədə sakit qalarlar ,omsuz ABŞ Rusiyanın bir priçeniyasını axtarır sataşmaq üçün..Bizimkilər gərək axracan davam edərdilər heyif saxladılar ,Rusiya guya Azərbaycana gəlmişdi danışıqlar aparmaq üçün nə oldu?Heçnə.. o sülh yolu sözünü illərdi deyirlər o deyimlər bizim başımızın aldatmaq yuvatmaqdı...
Türkiyənin kanallarında doğrudur heç bir ətraflı müzakirələr görmədik,Amma bizdə əsgərlərə görə dəstək nümayişinə çıxsalar əllərində türk bayrağı olardı hətta bir dəfə sual verdim görəsən niyə türk bayrağı tuturlar?Birdə hardasa şəkil çəkmişdilər türk bayrağı varıydı ondada maraqlı gəldi niyə türk bayrağının olması..Efirlərdə verilməsədə fikrimcə insanlarən xəbəri var dəstək olanlarda az deyil əyər müharibə olsa köməkdə edəcəklər,bir tək efirə verməklə deyil əsas bu hansısa addımı atsaq arxamızda olmalarıdır.Ermənistana bir tək Rusiyadan kömək olsada ,Azərbaycana bir çox ölkələrdən dəstək var bunuda unutmayaq ,inşallah belədə davam edər.
16 aprel 2016 21:40
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Siyasət başqa müharibə başqa...Şəhid olan bütün əsgərlərə Allah rəhmət etsin...
16 aprel 2016 21:24
# 2
rəmsə
Başlasa da bu üçüncü dünya müharibəsi,hamımız qırılıb qurtarsaq...
16 aprel 2016 21:12
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz