Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lalə Məmmədovanın paylaşımı qalmaqal yaratdı - Bunu özbaşına etməmişik
Lalə Məmmədovanın paylaşımı qalmaqal yaratdı - Bunu özbaşına etməmişik
Göndərən: Antikvar
Şərhlər: 20
Baxılıb: 543
Səs ver:
Əməkdar artist Lalə Məmmədovanın cəbhə bölgəsinə gedib əsgərlər üçün konsert verən sənət dostlarını pisləməsi bir çoxlarını özündən çıxarıb. 
müğənninin "Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir?" sözlərinə bir çox tanınmışlar fikir bildirib. 

Əməkdar artist Röya Ayxan L.Məmmədovanın bu ifadələrinə "Mən səninlə razıyam" deyə, şərh yazıb.
 
Prodüser Tarix Əliyev (Tolik) hər iki əməkdər artistin fikirlərinə sərt münasibət bildirib:

"Dünən bizi qınayırdılar ki, əsgərlərin yanına gediblər. Mən başa düşürəm insanlar toyu aylar əvvəl danışır. Biz də toydayıq. Amma şəkil, video paylaşmaq nəyə lazımdır? Hələ onlara "əjdahasan, supersən" yazanların sabun başına kül. Vətən dərdi çəkən heç olmasa getdiyi toyu gizlədər. Ay aman, şəkil qoymasalar, deyəcəklər toyu yoxdur". 

Prodüser yazdığı "Lalə, sən də, deyəsən, deputat olmaq istəyirsən. Rəfiqən də ad alıb, elə bilir sözü keçərlidir" fikirlərini daha sonra silib və bunun səbəbini açıqlayıb:

"Bayaq yazdığım fikrimi sildim. Çünki istəmirəm kimisə reklam edim. Amma bunlar elə bilməsinlər ki, ulduzdular".

Müğənni Nadir Qafarzadə cəbhə bölgəsinə nazirliklərin təşkilatçılığı ilə getdiklərini vurğulayıb:

"Lalə Məmmədova bizi cəbhə bölgəsində konsert verməkdə günahlandırır. Əvvəla biz bunu özbaşına etməmişik. Müdafiə, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə etmişik. Bəli, o cəbhə bölgələrinə mən də getmişəm. Biz heç də toy-bayram etmirik. Bir vətandaş olaraq, borcumuzu yerinə yetiririk. Biz orada, sadəcə, oxumurduq, həm də şəhid ailələrinə baş çəkib, əlimizdən gələni əsirgəmirdik. Döyüş bölgəsində düşmənlə üz-üzə dayanıb Azərbaycanın mahnı və muğamlarını ifa edərək, ermənilərə eşitdirirdik ki, bilsinlər biz göz yaşlarına qərq olmamışıq. Şəhidlər bizim üçün ölməyib, qəlbimizdə əbədi yaşayacaqlar. Gəlin bu günlərdə bir-birimizə dəstək olaq, ittiham etməyək. Mən də şəhid vermişəm. Doğma əmim nəvəsi Ramil Novruzov. Bu yara hamımızındır. Bu gün Azərbaycan əsgərinin diqqətə, qayğıya ehtiyacı var. Bəzi şeyləri yazmayacaqdım, amma məcbur edirsiniz. Mənəvi dəstəklə yanaşı, maddi dəstəyim də olub. İndi yazın ki, Nadir özünü reklam edir".

Rəqqasə Fatimə Fətəliyeva isə hər kəsi bir olmağa səsləyib:

"Azərbaycanımızın bu günlərində hamıdan xahiş edirəm bir-birimizi qırmayaq, söz atmayaq. Bizim səhifələri ermənilər də izləyir. Kimsə nə isə edib və bunu səhv yozublarsa, buna göz yumaq. Axı bunu edən də azərbaycanlımızdır. Bu günlərdə sənət adamlarını tənqid etməyək".

Qeyd edək ki, müğənnilər Nadir Qafarzadə, Ayaz Qasımov, Kərim Abbasov, Sevil Səfərova, Rəqsanə İsmayılova və rəqqasə Fatimə Fətəliyeva cəbhə bölgəsində konsert verib.


Şərhlər: 20
Baxılıb: 543
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
lalenin sozleriyle raziyam
11 aprel 2016 15:18
# 20
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Leylas
Men raziyam Lalenin sozleriyle...
11 aprel 2016 13:09
# 19
Asya
Lale xanimin sozlerine men de qatiliram,elbetde duz deyir.Her kesin acisi oldugu bir halda konserte ne ehtiyac var?!hec duzgun saymiram bunu.
11 aprel 2016 00:40
# 18
nermin))
Mencede Lale duz deyib.Bele bir veziyyetde adamin hec ureyi acilmir.Oki qala mahni oxuyasan
11 aprel 2016 00:16
# 17
Marta
Vetenperverlik mahnilari oxunub esgerleri ruhlandirmaq basqa toy mahnilari oxuyub sehidlerin ruhununa tehqir etmey basqa.. Nazirlerin teskilatiyla gedilse de sirf vetenperverlik movzusunda mahnilar seslenmeli idi...
11 aprel 2016 00:15
# 16
Немного терпения, и у тебя все получится..
VIP
Məncədə gedib orda oxumag düz deyil.Gedib yoxlamag,maraglanmag başqadır.Sənin oxumagın gəlibsə get boş quyu tap orda nə qədər oxuyursan oxu.Biz şəhid vermişik.Bayram o vaxt edin ki,torpag bütöv alınsın.Şəhidlərimizin qanı yerdə qalmasın.Yoxlamag,köməy başqadır.
11 aprel 2016 00:07
# 15
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BIR_TANEM
laleni qorende kusmaximqelir toba
10 aprel 2016 22:50
# 14
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
BARBI
Mugennilerin isi budur. Onlar hec neyi unursamir
10 aprel 2016 22:46
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur_Naz
men konsett verdiklerni bilmirdim mencede duzgun deyil.
10 aprel 2016 22:44
# 12
Barbaris
hec maraqlanmiram bunlaranan
10 aprel 2016 22:27
# 11
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
nanaska00
Lale Memmedovaynan hemfikirem duz deyir
10 aprel 2016 22:08
# 10
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
rəmsə
3 günlük müharibə oldu bitti,ama şou biznes əhlinin müharibəsi bitmək bilmir.Əlbəttə konsert vermək düzgün deyil,daha bunu söz-söhbətə çevirib kimisə gözdən salmağa çalışmaq da düzgün deyil,nə də olsa xalqın gözü tərəzidir...
10 aprel 2016 22:06
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ayka95
Konsert vermek heqiqetende dogru deyil .Bu sehidlerin ailelerine hormetsizlikdir.Konsert vermekdense sehid ailelerine bas cekib derdlerine serik olmaq lazimdir
10 aprel 2016 21:55
# 8
Antikvar
Konsert vermək həqiqətən doğru addım deyil ,ələxüsüs bu ərəfələrdə şəhid verdiyimiz günlərdə onların valdeynlərinə ,qohumlarına edilmiş hörmətsizlikdir,dəstəyi onlara baş çəkərək bir iki söz deyərəkdə verə bilərdiz şərt deyil gedib orda oxuyub qışqırarsız.Amma belə söz söhbətləri saxlayıb sakit qalsalar yaxşı olar,belə anlarda belə bir birilərinin ayaqlarının altını qazırlar zəif olmayın bu dərəcədə güclü qamətə sahib olun ki,yazdıqlarınız digər ölkələrdə əks tərcümə edilib gülünc hala gəlməsin.Gözü yaşlı analar atalar qardaşlar nə haldadılar bu müğənnilər isə nə hayda...Belə yazılan sözlərə baxıb bizim millətin xarakterlərinə yazıqlığım gəlir...Ancaq sözdən söz çıxardıb bir birini pisləmək ..
10 aprel 2016 21:47
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Ekizlerin mamasi
Kaset verməyi düzgün saymıram onsuz ki ermənilər tv saytlar vəs. Hamısın izləyirlər. Hər şəhid adı gələndə gözlərim dolur.dəstək olmaq istəyirlər getsinlər şəhid ailələrinə baş çəksinlər.yanlarında olsunlar. Sorasidaki hər bir yazınıda izləyirlər. Bu aralar bir birin baltalamasalar yaxşı olar
10 aprel 2016 21:46
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
sizin 1205
Qalmaqalsiz qalmayin siz mugenniler
10 aprel 2016 21:30
# 5
L
_TəHLuKə_
"Azərbaycanımızın bu günlərində hamıdan xahiş edirəm bir-birimizi qırmayaq, söz atmayaq. Bizim səhifələri ermənilər də izləyir. Kimsə nə isə edib və bunu səhv yozublarsa, buna göz yumaq. Axı bunu edən də azərbaycanlımızdır. Bu günlərdə sənət adamlarını tənqid etməyək".

Nə qədər səhvlər olsada birlik olmalıyıq
10 aprel 2016 21:14
# 4
Özün ol!Qəti özənmə özgələrinə!
vipbetul
Kime negur serfdise elede yazagey
10 aprel 2016 21:10
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Camahat ne hayd bunlar ne hayda ehh siz ne bilirsize ölmek nedi gozu yawli qalan nedi siz sadece bunu bilirsiz reklam etmeyi
10 aprel 2016 21:10
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
qanadli melek
Her kesin gozu yawli gunlerinde gedib konsert vermek neye lazimiydiki.destek olmaq isteyirdilerse bunu hec kimi incitmeden sadece gedib esgerlerimize baw cekerek onlarin yaninda olduglarini gorsederek ede bilerdiler
10 aprel 2016 21:08
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz