Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şou-biznes Müğənni Leyla: itimi övladım qədər sevirəm - FOTOLAR
Şou-biznes Müğənni Leyla: itimi övladım qədər sevirəm - FOTOLAR
Göndərən: Antikvar
Şərhlər: 18
Baxılıb: 324
Səs ver:
Uşaqlıqdan heyvanları sevir və evində saxlayır. Düşünür ki, insanlar sevgini, sədaqəti, inamı, etibarı məhz heyvanlardan öyrənməlidir. Özünün də dediyi kimi, bu dilsiz varlığa o qədər bağlıdır ki, həyatını onsuz təsəvvür edə bilmir.
Müğənni Leyla Babayevanın Deenis adlı 3 yaşında iti var. İnsanlar Deenislə o qədər maraqlanır ki, Leyla iti haqqında məlumatları çatdırmaq üçün İnstaqramda ona hesab açıb. Biz də Deenisin İnstaqram hesabına daxil olub onunla dost olduq və Deenisin sahibəsiylə daha ətraflı danışmaq qərarına gəldik.

"Heyvanı incitmək olmaz"

Leyla Babayeva vaxtını heyvanlarla keçirməkdən zövq alır. Onun sözlərinə görə, 10 yaşına qədər it və pişik saxlayıb. Heyvanların təmənnasız sevgisi ona xüsusi zövq verir. Öz iti Deenisə o qədər bağlıdır ki, onu övladı qədər sevir. Müsahibimizin sözlərinə görə, onun heyvan sevgisi, hobbisi artıq həyat tərzinə çevrilib: "Uşaqlıqdan heyvanlara böyük marağım olub. 10 yaşıma qədər it-pişik saxlayırdım. Sonra şərait olmadığı üçün ara vermək məcburiyyətində qaldım. Artıq 3 ildir həyatımızda Deenis var. Deenisi körpə vaxtından saxladığım üçün onu öz uşağım qədər sevirəm".

Həmsöhbətimiz deyir ki, Deenisin ən çox sevdiyi cəhəti işdən evə gələndə onu sevinclə qarşılamasıdır: "Deenisin mənə göstərdiyi məhəbbət, təmənnasız istək mənə ləzzət edir. Heç nə güdmür, sırf səni istəyir və sən bunu hiss edirsən. İnsanlardan fərqli olaraq, yalanı yoxdur. Təmizliyinə, qulluğuna anam nəzarət edir. İşdə olduğum üçün çox nəzarət edə bilmirəm. Amma ana öz övladına necə qulluq edirsə, biz də Deenisi elə saxlayırıq. Çünki heyvan saxlamaq bunu tələb edir. Heyvanların da özünəməxsus şıltaqlıqları olur. Onlarla baş etmək üçün səbrli olmaq lazımdır. Heyvanı incitmək olmaz".

"Necə ki ailəm, o da elə..."

Müsahibimiz deyir ki, Deenis artıq hobbi olmaqdan çıxaraq onun həyatının bir parçasına çevrilib: "Mənim it sevgim artıq hobbilikdən çıxıb. O mənim həyatımın bir parçasıdır. Necə ki ailəm, o da elə. Deenis olmasa elə bilərəm həyatımda çox şey yoxdur".

Həmsöhbətimiz Deenisin onu təəccübləndirən xüsusiyyətlərindən də danışdı: "Deenisin məni ən çox təəccübləndirən xüsusiyyəti onun çox şeyi başa düşməsi və anlamasıdır. Başqa heyvanlarla müqayisədə çoxbilmişdir. Həddindən artıq hissiyyatlıdır. Mən tez-tez işə gedib-gəldiyim üçün mənim evdən getməyimə öyrəşib. Amma anam bütün günü evdə olduğu üçün onun getməyinə aqressiv yanaşır. O dərəcədə həssasdır ki, anam paltarlarını dəyişmək üçün şkafa tərəf gedəndə belə hiss edir və aqressiyasını bildirir. Sanki deyir ki, getmə. Telefon zəngini belə hiss edir. Məsələn, başqaları anama zəng vuranda başqa reaksiya verir, mən zəng edəndə fərqli reaksiyası olur".

"Onu itirməkdən qorxuram"

Həmsöhbətimiz deyir k, itini o qədər sevir ki, onu itirməkdən qorxur. Onun sözlərinə görə, heyvan elə varlıqdır ki, onunla birlikdə yaşadıqda bağlanmamaq mümkün deyil: "Mən onu itirməkdən çox qorxuram. Əvvəl bu dərəcədə düşünmürdüm, amma Deenis həyatıma girəndən sonra düşünürəm ki, o olmasa, necə olar? Niyə onların ömrü azdır? Çox pis oluram. Düzdür, heç kim bilmir nə qədər yaşayacaq, amma faktiki olaraq onun ömrü azdır. Özünü o qədər sevdirir ki... Məsələn, mən Deenisi evə gətirəndə anam razı deyildi. İki-üç gün sonra anam o qədər öyrəşdi ki, özü Deenisdən ayrıla bilmirdi".

Müsahibimiz sonda insanları heyvanlara qarşı aqressiv olmamağa, onlara qayğı göstərməyə çağırdı: "Bəzi insanlara heyvanlarla bağlı deyiləsi o qədər sözüm var ki... İnsanların duyğuları, hissləri, fikirləri, yanaşmaları fərqli olur. Mən küçə itlərini görəndə çox pis oluram, az qalıram ağlayam. İmkanım olsa, böyük bir yer tikdirib küçədəki bütün heyvanları ora yığaram. İnsanlara demək istəyirəm ki, ən azından Allah bizə istədiyimizi demək üçün dil verib. İmkanı olmayan şəxs küçədə dayanır, dilənib pul istəyir, dərdini kiməsə deyə bilir. Amma heyvanların buna imkanı yoxdur. Bunları bilməliyik. Küçədəki heyvana su, çörək verə bilərik. Biz insanların heyvanlardan öyrənəcəyi çox şey var. İnsanlar sevməyi, istəyi, sədaqəti heyvanlardan öyrənsinlər və onları sevsinlər. İnanın, qarşılığını mütləq verirlər və səni təmənnasız sevirlər".


 

 

 

 

 



Şərhlər: 18
Baxılıb: 324
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aydan Habili
bu hansi gicbeserdi sen Allah mundarida ozune oxsayir
9 aprel 2016 20:51
# 18
Miss_Angel
mende guleri insan qeder deyer verem
7 aprel 2016 16:25
# 17
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Balacam
Tanimiram ama heyvansever olmasi yaxwidi.heyvanlari sevirem.olarida allah uaradob incitmey olmaz.gunahdi.ama hec beyenmedim iti ovlafla muqayise etmesini
7 aprel 2016 00:34
# 16
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
vipbetul
qeseng itdir ovladi heyvan qeder isdemezler
6 aprel 2016 22:06
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Heyvansever olmaq yaxwidir,ancaw benzetme olaraq sevmedim bu ifadeni.ovladim qeder itimi sevirem ne demekdir?hec bu xanimida tanimadim.
6 aprel 2016 20:38
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
zezema
oxumadım uzundu hansısa leylaya gore. tanimadim hec.
6 aprel 2016 18:42
# 13
Bir hissimi itirmishem - TEECCUBLENMEK
narmiwka_15
soruwmaq ayib olmasin bu kimdiki?
6 aprel 2016 15:34
# 12
Be Happy))
Totu
Tanimiram bunu
6 aprel 2016 15:18
# 11
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
nanaska00
Allah mexriban elesin
6 aprel 2016 15:08
# 10
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
Leylas
Sitat: Barbaris
inaniramki itde seni anasi kimi sevir))

))) lap yaxsi mehriban olasiz ...
6 aprel 2016 14:32
# 9
Ekizlerin mamasi
Hər sevginin öz yeri həddi var.bu kimdi tanımıram. Mende itləri çox sevirəm. Ama övladı ilə müqaisə etməyi düzgün saymıram.
6 aprel 2016 14:11
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Marta
Mugenni kimi tanimiram heyvansever olmasini beyendim ama her sey heddinde olsa gozel olar.
6 aprel 2016 13:53
# 7
Немного терпения, и у тебя все получится..
ulduz
Qizı tanımıram. Amma heyvanı ailə üzvü etmək nə qədər düzgün dür bilmirem
6 aprel 2016 13:18
# 6
tenha cicek
itleri cox sevirem cox sadiq olurlar insanlardan da sadiq
6 aprel 2016 13:04
# 5
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Fialka
Düzü tanımadım bu hansı müğənnidir, kimdir nəçidir amma söylədiyi fikirlər bəzi heyvanlara vəhşicəsinə , laqeyd yanaşan insanlara örnəkdir... Heyvan saxlamağı hobbi adlandırıb amma bir canlıyı saxlayıb qeydinə qalırsa artıq o da evin üzvünə çevrilir hər bir insanın mərhəmət hissi varsa onlara laqeydcəsinə yanaşmaz nədə acımasız...
6 aprel 2016 12:49
# 4
BARBI
men de itimi cox sevirem menim can dostumdur
6 aprel 2016 12:20
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
inaniramki itde seni anasi kimi sevir))
6 aprel 2016 12:15
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
roksi1995
NESE TANİS GELMEDİ MENE
6 aprel 2016 11:49
# 1
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz