Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilimin məni aldatdığını 2 ay sonra öyrəndim – FOTOLAR
Sevgilimin məni aldatdığını 2 ay sonra öyrəndim – FOTOLAR
Göndərən: Antikvar
Şərhlər: 18
Baxılıb: 722
Səs ver:
İlyas Yalçıntaş son günlərin ən populyar müğənnilərindən biridir. 27 yaşlı İlyasın həyatı "X Factor” adlı mahnı müsabiqəsində iştirak etdikdən sonra tamamilə dəyişib. Bir anda ulduzu parlayan gənc müğənni indi şöhrətin dadını çıxarır. İnsana dinclik verən səs tonu, mahnını hiss etdirmək qabiliyyəti və yaraşıqlılığı ilə hər kəsi özünə heyran edən İlyasın qabiliyyətləri bununla bitmir. O, mahnılarının bir çoxunu özü yazır, bəzilərini isə dostları ilə bəstələyir. Mahnı müsabiqəsində səsləndirdiyi "İncir” mahnısı ilə uzun müddət gündəmdə qalan İlyas Yalçıntaş çox keçmədən "İçimdeki duman” adlı albom çıxararaq pərəstişkarlarını sevindirdi. Gənc müğənni elə bu münasibətlə aparıcı Ömür Gedikə müsahibə verib.

- Kənardan baxanda özünə qapanan insan təsiri bağışlayırsan. Ancaq səninlə bir az söhbətləşən kimi nə qədər istiqanlı olduğunu anladım.
- Xarakterim belədir. Görünməz zirehim var. Soyuqqanlı və sakit görünürəm, bunun fərqindəyəm. Ancaq bunu bilərək etmirəm.

- Deyəsən, bu tənqidi hamıdan eşidirsən.
- İnsanlar mənə həmişə belə deyirlər: "Səni ilk dəfə görəndə təkəbbürlü olduğunu düşünmüşdüm, ancaq tanıdıqdan sonra çox sevdim”.
 
- Haralısan?
- Anam Adapazarındandır, atam isə Ərzincanlıdır. Ərzincanda doğulmuşam, ancaq İstanbulun Kadıköy bölgəsində böyümüşəm. Uşaqlığımın yarısı Ərzincanda, yarısı İstanbulda keçib.
 
- Tək uşaqsan?
- Beş uşağıq: dörd qardaş, bir bacı. Oğlanlardan ən balacası mənəm.

- Necə oldu ki, İstanbula gəldiniz?
- İbtidai məktəbi bitirdikdən sonra anama orada qalmaq istəmədiyimi dedim. O da atama təzyiq etdi. Yığışıb İstanbula gəldik. Kənd həyatından sonra İstanbuldakı "qiyamət”ə öyrəşmək çətin oldu. Həddən artıq çox insan var idi və mən bir anda kiçildiyimi hiss etmişdim. 11 yaşımda idim, qorxurdum. Pişik balası kimi ürkək idim. Ona görə də, özümə qapandım.
 
- Çətin dövrlərdən keçmisən.
- Bir müddət sonra öyrəşdim. Dostlar tapdıqdan sonra özümə olan güvənim artdı. Ancaq məktəbdə mənə gülənlər də az olmurdu. Onlara fərqli gəlirdim, hətta "dəli” deyənlər də olurdu.
 
- Gitarada ifa etməyə nə vaxt başladın
- Turizm litseyinə getdim. Elə gitara ilə də o vaxt tanış oldum. Əslində gitaranı bacıma almışdılar. O, kursa getdi, ancaq çalmağı öyrənə bilmədi. Bir gün qardaşım musiqiçi dostunu qonaq gətirdi. O da bacımın gitarasında Feridun Düzağacın "Alev alev” adlı mahnısını ifa etdi. O an sanki içimdə alov yandı, musiqi eşqimə kibrit vurdular. O gündən sonra gitara əlimdən düşmədi.
 
- Gitarada ifa etməyə balşayandan sonra yəqin ki, qızların da diqqətini çəkmisən.
- Düzdür, qızların musiqiçilər üçün ürəyi gedir. Ancaq mən gitaraya o məqsədlə başlamamışdım. Sevgilim var idi, hətta musiqi karyeram üçün ondan ayrılmışdım.
 
- O dövrdə musiqidən gəlir əldə edə bilirdin?
- Yox, pul qazana bilmirdim. Məhəllədə kiçik bir kafe var idi, orada ifa edirdim. Kafenin sahibi xərclik verirdi. 20 yaşıma kimi belə davam elədi. Sonra atam rəhmətə getdi. Sevgilim var idi, səkkiz ay idi ki, birlikdəydik. O, ailəsi ilə birlikdə Antalyaya köçdü. Mən də gitaramı götürüb onun ardınca getdim. Cibimdə sadəcə bilet pulu vardı. Orada iş tapdım. Hər şeyin yoluna düşdüyünü fikirləşdiyim bir anda sevgilim məni tərk etdi. Sən demə, başqası ilə görüşürmüş.
 
- Yəni sənə xəyanət edib
- Məni aldatdığını düz 2 ay sonra öyrənmişəm. Əslində hərəkətlərindən az-çox bəlli olurdu. Ancaq mən sevəndə kor olanlardanam.
 
- İndi həyatında kimsə var?
- Bir ilə yaxındır ki, yalnızam.
 
- Niyə?
- Artıq duyğularımla deyil, məntiqimlə qərar verirəm. Ən nifrət etdiyim şey isə qışqanclıqdır. Qarşı tərəfin təzyiqlərinə dözə bilmirəm.
 
- "X Factor” müsabiqəsində iştirak etməyə necə qərar verdin?
- Həyatımdan bezmişdim. Hər şey sıxıcı idi. Bir anda qərar verdim, qabığımdan çıxmaq istədim.
 
- Məşhur olacağını xəyal edirdin?
- Hiss edirdim.
 
- Sənə serial və film təklifləri gəldiyini eşitmişəm. Aktyorluq etmək niyyətin var?
- Bir neçə təklif gəlib. Əslində teatrda özümü sınamışam. Aktyorluq qabiliyyətimin olduğunu düşünürəm. Ancaq indi sadəcə musiqi ilə məşğul olmaq istəyirəm.
 
- Fanatların sənin yanında qız görmək istəmirlər. Bu vəziyyət işini çətinləşdirmir?
- Düzdür, sadəcə musiqimi deyil, xarici görkəmimi də bəyənirlər.

- Bəs sevgilin olsa və pərəstişkarların mənfi reaksiya versə, nə edərsən?
- Yəqin ki, sevgilim olduğunu açıqlamaram. Çünki məni sevənlərin kədərlənməyini istəmirəm.
 
- Sevgilin bu vəziyyətlə barışmasa?
- Məni anlayan biri ilə sevgili olaram.
 
- Müsahibələrinin birində demisən ki kaş hər kəs musiqi ilə məşğul olsa, onda dünyadakı müharibələr sona yetər.
- Buna inanıram. Çünki musiqi insanın ruhunu müalicə edir. Mən də aqressiv uşaq idim. Musiqi ilə maraqlanandan sonra dəyişdim.

 

 

 



Şərhlər: 18
Baxılıb: 722
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Angel
mahnilarina qulaq asiram musahibede maraqli alinib
7 aprel 2016 15:41
# 18
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Fialka
Səsi yaxşıdır pis deyil bir dəfə qulaq asmalıq mahnıları var))..Müsahibəyə gəlincə sadəcə bir cavabını bəyənmədim amma ümumi götürsək yaxşıdır) ..
3 aprel 2016 20:17
# 17
BR
TANIMADIM......
3 aprel 2016 20:00
# 16
qonaqa
mende İyas Yalcintasin mahnilarini beyenriem amma en beyendiyim musiqiai (Olmazsan olmaz) cox beyenirem
3 aprel 2016 19:15
# 15
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Asya
Ilyas Yalcintawin mahnilarini cox beyenirem ve qulaq asiram.gozel oxuyur..haqqinda bilmirdim maraqli oldu oyrenmek)
3 aprel 2016 18:37
# 14
narmiwka_15
qewey oglandi seside qeweydi ama x factorda gormemiwdim bunu
3 aprel 2016 16:00
# 13
Be Happy))
lale.veliyeva19
Çox sevirəm İLyas Yalçıntaşı həm səsi,həmdə xaricivə daxili aləmi ilə insanların ürəyi fəth edir"İçimdəki duman" mahnısı da çox bəyənərək qulaq asıram inşAllah öz qəlbinə uyğun biri çıxar qarşına sevilərsən
3 aprel 2016 15:54
# 12
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Tomris Müslümova
Elə indicə Tv-də ifasına qulaq asanda mamaya təriflədim ki,şirin səsi var çox bəyənirəm.Elə məndə X-factordan tanımışdım.Mənədə sirli insan təəssüratı bəxş etmişdi..Mənim özümü hamı ilk baxışda çox ədəbaz deyir.Hətta indi yaxın oldğum qızlar var ki,eyni məktəbi bitirmişik əvvələr məndən necə zəhlələri getdiklərini deyirlər) Simam belədi özündən razı amma belə xasiyyətim heç yoxdur.İnsanı tanıdıqca anlayırsan necə biri olduğunu.Maraqlı müsahibə alınıb.Sıxıcı deyil.Uğurlar.
3 aprel 2016 15:08
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
qeseng sesi mahnilari var
3 aprel 2016 15:04
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
Tanimiram bu mügenini
3 aprel 2016 14:53
# 9
Hiray17
xeberin basligindaki cumleye fikrimi bildirecem. Sevgilimin məni aldatdığını 2 ay sonra öyrəndim.aman allahim, ilyas yalcintas seni nece aldatmag olar?????
3 aprel 2016 14:43
# 8
girl_pinkglassesf
seher_kuleyi7
yarawixlidi))Allah sahibine baqiwlasin
3 aprel 2016 14:21
# 7
nanaska00
yarawixlidi))Allah sahibine baqiwlasin
3 aprel 2016 14:09
# 6
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
aziz a
Nefes bile almadan,nefes bile almadan seviyorum seniiiiiii....süper mahnıdı sesi insanı rahatladır....
3 aprel 2016 13:43
# 5
Qelbim doludu !!!!
qanadli melek
Beyenirem bu mugennini yarawiqlidi)
3 aprel 2016 13:27
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Marta
Beyendiyim mugennidir son gunlerde "icimdeki duman" mahnisini cox beyenerek dinleyirem.ugurlar.
3 aprel 2016 13:22
# 3
Немного терпения, и у тебя все получится..
roksi1995
NESE TANİS GELMEDİ
3 aprel 2016 13:04
# 2
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
BARBI
Beyendiyim mugennidir. Incir mahnisini cox beyenirem. Cox yarasiqli mugennidir
3 aprel 2016 12:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz