Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy gecəsi rəzalət:"Gəlin bakirə çıxmadı və..."
Toy gecəsi rəzalət:
Göndərən: NoName
Şərhlər: 31
Baxılıb: 56740
Səs ver:
Şirvan Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında seksual xarakterli zorakılıq və xuliqanlıqda ittiham olunan rayon sakini, 30 yaşlı İ.Q.-nın cinayət işi üzrə məhkəmə keçirilib. İttihama görə, İ.Q. Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub.

İ.Q. 2011-ci ilin yayında həmyerlisi A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. İ.Q. toy gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Gəlin uşaq ikən dayısı oğlu tərəfindən zorlandığını deyib. İ.Q. həyat yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq yaranıb. Toy gecəsi İ.Q. qızı döyərək evdən qovub. A.Q. ata evinə üz tutub. Övladlarının qan içərisində evlərinə döndüyünü görən Quluzadələr ailəsi polisə şikayət edərək qızlarını toy gecəsi İ.Q.-nin zorladığını bildiriblər. Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də Biləsuvar rayonunda həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib.

Həmin vaxt polis intihara cəhdin qarşısını alıb. Məhkəmədə ifadə verən İ.Q. elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, A.Q.-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb. Onun sözlərinə görə, bu səbəbdən də Quluzadələr ailəsi qisas almaq məqsədilə ona şər atıblar. Zərərçəkən qismində məhkəmədə ifadə verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxsin onu zorladığını bildirib. Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxılıb və İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs və vəkili apelyasiya şikayəti veriblər. 

Şikayətdə qeyd edilib ki, İ.Q.-nin təqsirləndirilən şəxs kimi əməlində cinayət tərkibi yoxdur. Onlar rayon məhkəməsinin hökmünün ləğv edilməsini və İ.Q.-nin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Məhkəmədə müdafiə tərəfi seksual xarakterli hərəkətlərin müəyyən edilməsi üçün vəsatətlə çıxış edib. Vəsatət təmin edilib və cinayət işi üzrə Məhkəmə Tibbi Ekspertiza təyin edilib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.


Şərhlər: 31
Baxılıb: 56740
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
cox qariwiq meseledi.oqlani hebs etmeli deyildiler .tam anlamadim .berkede gunah,qizdadi
17 iyun 2016 14:25
# 31
Bir duam var,səndən amin gözləyirdua09123
karina
mence gunah oqlandadi cunki qiz bakire olmasa ale qurmazdi..
17 may 2016 19:33
# 30
Barbaris
Allah köməyi olsun
16 may 2016 00:26
# 29
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
evli.mutlu.cocuklu
Vay vay yaziq allah özü komek olsun
29 aprel 2016 10:02
# 28
Arzum_Melek
Allah komeyi olsun
7 aprel 2016 20:27
# 27
Miss_Angel
gunahin yyoxdu niye qacirsan de ki men elememiwem kimlese olub qacmagi o demekdiki gunahi ondadi ne deyim ALLAH bilir kimdi gunahkar
7 aprel 2016 15:11
# 26
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
DeLiYeM_DeYMeYiN
Ehhh.
Bu dunyada neler var neler..
4 aprel 2016 17:04
# 25
roksi1995
her ne isdirse qizin isidir
1 aprel 2016 16:06
# 24
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Menim balam
Allah gostermesin. Indiki vaxtda tanimadigin biri ile evlenmek riskdir. Ogeder toy gabagi hekimin eli ile ere geden olurki
1 aprel 2016 15:58
# 23
Leylas
Sitat: rəmsə
I.Qinin gunahi A.Qinin boynuna,A.Qinin da gunahi I.Qinin boynuna ne deyim...Bilemedim A.Q gunahkardi,yoxsa I.Q

Serhinize cox guldum )))... Allah uzag elesin...
1 aprel 2016 11:44
# 22
seva.qova
Allah qorusun...
1 aprel 2016 01:20
# 21
vipbetul
gunahin kimde olmasini bilmek cetindir her iki terefde ozunu mudafie edegey
31 mart 2016 23:41
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
savior angel
EN DOGRUSUNU MENCE ALLAH BILIR.Oglani mence qinamali bir wey yoxdu cunki dediyine gore soruwub sebebini qizda etiraf edib o da mehkemeye vermesini isdiyib gunah qizdadida gerek evvelceden oglana deyerdi eger qebul ede bilecekdise evlenerdi day sonradan bu qeder biyabirciliqda olmazdida.Neyse Allah hec kese gosdermesin bele bir weyi
31 mart 2016 23:30
# 19
I choose to be happy
ayka95
mence gunah qadindadi
31 mart 2016 23:14
# 18
Zuzu26
Allah uzaq elesin.kim olsa pis olarda.
31 mart 2016 22:54
# 17
Mən bu həyatda ən çox ana olmağı sevdim
evli.mutlu.cocuklu
Vay vay dagil ey dunya
31 mart 2016 22:30
# 16
Ekizlerin mamasi
Olan hadisəyə məncə düzgün ad qoymullar. Bəy öz xanımını. ......toy edib qanunla özünə xanım edirsə burda zorakılıq sözünün nə yeri var bilmedim
31 mart 2016 22:18
# 15
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Miss_Oxatan
Qaranliq meseledi.eger toy gecesi geline nese edibse bu tecavuz olurki?bele pis cixmasin lap o iwi etse de niye tutublar ki onu?oz arvadiyla toy gecesi lazim olan iwi etmek mehkemelikdir beyem?yox eger bey hemen gun bu iwi geline edirse onda niye evden qovur qiz deyilsen deyib wer atsin?eger bakire cixmirsa eder de,bakire cixirsa niye qovsun evden?milletin beyni ucube
31 mart 2016 21:29
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aziz a
Indi biz ne bilek hansı teref günahkardı,hansı teref yox..Amma mentıqnen yanaşsaq oğlan bu qızı niye z......,onsuzda xanımı olacaqdıda,birde o deli deyildiki özünü biyabır ede el içinde.eziyyet çekib toyda edib...neise...
31 mart 2016 20:00
# 13
Qelbim doludu !!!!
qonaqa
ne bilmeee bele xeber oxuyuram basim qarisir Allah hec kese bele bir sey qismet etmesin Amin
31 mart 2016 18:57
# 12
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
GünƏşimƏ_AiD_
Qulaq gunde.bir soz eshitmese kar olare.ncncncn adam bilmir ne desin bu xebere be yazsin
31 mart 2016 18:45
# 11
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ulduz
Inanmadım nese. Oğlan döyur yola salır ne bilim toy yeyeleri ev yesi hardadı bu haqq hesabda. Qizda bilirsen ki problemin var getmede ere niye özunu biabir edirsen
31 mart 2016 18:27
# 10
BARBI
Bilmirem gunah hansindadir. Allah komeyi olsun.
31 mart 2016 18:23
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Oğlan tərəfi haqqlı olduğunu məhkəməyə sübut etmək üçün gərək qızı həkim tərəfindən yoxlanılıb üzərində zorakılıq olub olmadığını təsbih etdirə bilsin.Oğlandan öncə gərək məhkəmə bu barədə qərar çıxarsın.Kimin səhf düz olduğunu bilə bilmərəm,hər iki tərəf haqqlı olduğunu göstərmək üçün müxtəlif sözlər deyə bilər.
31 mart 2016 17:37
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
Sitat: rəmsə
I.Qinin gunahi A.Qinin boynuna,A.Qinin da gunahi I.Qinin boynuna ne deyim...Bilemedim A.Q gunahkardi,yoxsa I.Q

Allah seni guldursun 122122 Bilmirem niye amma serhin gulus yaratdi uzumde))) A.Q. ve I.Q. 122

...666...
31 mart 2016 17:33
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
adsiz-a
Ay amaan dehset,qunah qizdadi,bakire deyilsen ve bunu bilirsen niya ere qedirsen,ve camahatida bedbext edirsen
31 mart 2016 17:32
# 6
Hiray17
ne deyek utansin olsun yere girsin
31 mart 2016 17:31
# 5
girl_pinkglassesf
Totu
Xebere gore teşekürler.!!!
31 mart 2016 17:31
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
rəmsə
I.Qinin gunahi A.Qinin boynuna,A.Qinin da gunahi I.Qinin boynuna ne deyim...Bilemedim A.Q gunahkardi,yoxsa I.Q
31 mart 2016 17:24
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
yarpaq33
Artiq bele iyrenc hadiselerle bagli xeberler coxalir haqq yerin tutar inwallah
31 mart 2016 17:00
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz