Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evində meyiti tapılan qızın bacısından ŞOK açıqlama: Onu öldürdülər
Evində meyiti tapılan qızın bacısından ŞOK açıqlama: Onu öldürdülər
Göndərən: NoName
Şərhlər: 24
Baxılıb: 1027
Səs ver:
Bu ilin fevral ayının 8-də 22 yaşlı tələbə Nigar Vahabovanın intihar etməsi və bu intihar olayının ətrafındakı müəmmalar cəmiyyətdə ciddi rezonans doğurdu. Uzun müddətdir ki, müzakirə olunan olayla bağlı yeni məlumatlar ortaya çıxıb. 
Nigar Vahabovanın ölümü ilə bağlı bacısı Aytac Vahabova bir sıra maraqlı məqamları açıqlayıb. O, bacısının ölümündə Nigarın sevgilisi Əliyev Bəhruz Şakir oğlunu günahlandırıb. 
Aytac Vahabova mediaya verdiyi açıqlamasında deyir: "Nigarın həyatında Bəhruz Əliyev adlı oğlan olub. Onlar 2 il yarım münasibətdə olublar. Tanışlıqlarından 2 ay sonra Nigar biləndə ki, o əvvəllər evli olub münasibətlərini bitirmək istəyib. Bu hadisə 2014-cü ildə baş verib. Bəhruz isə ondan əl çəkməyib və onu izləməyə başlayıb. Hətta onu bıçaqla hədələyib xəsarət də yetirmişdi. Bununla bağlı biz Yasamal rayonu 29-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdik. İki ay Bəhruzdan səs çıxmadı. Amma sonra yenidən Nigarı izləməyə başladı. Biz yenə polisə müraciət etdik, amma polis heç nə etmədi. Nigarın ölümündən 2 gün əvvəl, yəni fevralın 6-sı Bəhruz bacımın arxasınca iş yerinə gedib və orada dava salıb. Bu zaman bacım Daxili İşlər Nazirliyinin "102 Xidməti"nə zəng edib və hadisə yerinə polis çağırıb, heç kim gəlməyib. Bacım ikinci dəfə 102-yə zəng edib və "Məni Bəhruz Əliyev hədələyir, oldürmək istəyir, əgər mənə nəsə olsa, bilin ki, o edib" deyə söyləyib. Bu zaman hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olundu və bacımdan şikayət ərizəsi qəbul olundu. Polis bölməsindən qayıdarkən Bəhruz Nigarı görüb qolundan tutaraq dartıb. Buna bacımın iş yoldaşları da şahiddirlər.
Bazar günü Bəhruz evimizə gəldi və qapımızı döyməyə başladı. Anam ona bildirdi ki, polis çağıracaq. Lakin Bəhruz "Kimi istəyirsən çağır, onsuz da onu öldürəcəyəm" deyə qışqırırdı". 
Aytac Vahabova bildirir ki, baş verənlər hər kəsin gözü qabağında olub və qonşuları da buna şahiddir: "Birinci gün, fevralın 8-i isə Nigar özünü asdı. Nigar mənə demişdi ki, Bəhruz onun "Facebook" hesabını ələ keçirib və oradan dəyişikliklər edir. Nigarın ölümündən sonra, fevralın 10-da mən Nigarın "Facebook" hesabının onlayn olduğunu gördüm. Biz ona video zəng etdik, o isə açaraq "Nə istəyirsən? Cəhənnəm ol!" deyərək qışqırdı və səhifəni bağladı. Nigarın telefonu iPhone idi, iCloud sistemi ilə işləyirdi. Bəhruz isə həmin sistemin şifrəsini bilirdi, daxil olub bütün yazışmaları silib".

Aytac Vahabovanın sözlərinə görə, baş verənlərlə bağlı Yasamal rayon prokuroru Cahangir Şükürova müraciət edib, amma hələ ki, nəticə yoxdur: "Qonşular və taksi sürücüləri Bəhruzun həmin günü səhər tezdən saat 2-yə qədər bizim məhləmizdə olduğunun şahiddirlər. Amma Bəhruz hələ də cinayət məsuliyyətinə cəlb edilməyib, azadlıqdadır. Düşünürəm ki, Nigar bizə bunu deyə bilərdi, amma yəqin çəkinib. O, Bəhruza görə işini belə dəyişmişdi, bütün günü stress içində idi. Bəhruz onun çantasını oğurlamışdı, çantasında evimizin açarı, telefonu və bacımın gündəliyi var idi. Gündəliyində bacım eyni zamanda həm də unutmamaq üçün "Facebook" və telefonunun parolunu, həm də İCloud sisteminin login və şifrəsini qeyd etmişdi. Çantadan telefonunu götürərək bütün kontaktını ələ keçirmişdi. Sonra Nigarın şəkilərini "Whatsapp"a göndərib: "Mən onu sevirəm, o mənimdir", - deyə yazmışdı.
Qeyd edim ki, bununla bağlı da Yasamal Rayonu 29-cu Polis bölməsinə şikayət ərizəsi yazmışdıq. Onun qonşularularından verilən məlumata əsasən Bəhruz iki dəfə evli olub, həyat yoldaşının biri onun əlindən xaricə qaçıb.

Fevralın 8-də Bəhruz bacımın rəfiqəsi Səbinəyə zəng vurub və "Nigar işə gəlməyib, onu polis axtarır, gəl, bəlkə, sənə qapını açar" deyib. Sonra Səbinəni götürüb və qardaşımın oxuduğ məktəbə getməyə məcbur edib. Ona deyib ki, "qardaşı məni görsə açarı verməyəcə, sən get al". Qardaşım əvvəlcə evin açarını vermək istəməyib, sonra isə Səbinə ona deyib ki, Nigar açarı itirib, evde kilidli qalıb, ona işə getmək üçün açar lazımdır. Buna görə də qardaşım açarı verib. Bəhruz açarı Səbinədən alıb və qapını açıb. Nigarı kəndirdən açan insan da o olub. Sonra isə təcili yardımı çağırıb və qaçıb. Bizim evdən gedərkən o, mənim nişanlım Nicata zəng edib. Və təslim olmağa getdiyini söyləyib".
Aytac Vahabova bildirir ki, Bəhruz Əliyevin azadlıqda qalması azmış kimi, onun ölkədən çıxışına da qadağa qoyulmayıb. Onun istənilən vaxt ölkədən qaçıb gedə biləcəyi də istisna deyil: "İşi aparan Yasamal Rayon Prokurorluğunun böyük müstəntiqi Cahangir Şükürova deyirəm ki, niyə işə baxmırısınız? Bu adam niyə hələ də çöldədir? Deyir ki, əlimdə 7 ölüm işi var, onları bitirim, sizin işə də sıra gələcək. Ondan xahiş elədim ki, Bəhruz Əliyevin ölkədən çıxıına qadağa qoyun. Bildirdi ki, Yasamal rayon prokuroru Rasim Hacıyev icazə vermir".
"Əvvəl hadisə baş verəndə müstəntiq dedi ki, işi operativ aparacağıq. Mən də bəzi məqamları mətbuata açıqlamadım. Həm də cəmiyyətdə müxtəlif fikirli insanların olduğunu nəzərə alıb ailə sirrimizi açmaq istəmədim. Açıqlamamda da demişdim ki, bacımın həyatında heç kim yoxdur. Amma deməmişdim ki, olmayıb. Çünki bacım ondan ayrılmışdı, amma o, əl çəkmirdi. Sonra gördüm ki, cinayət işi obyektiv araşdırılmır. Ona görə də mediaya açıqlama vermək məcburiyyətində qaldım", - deyə Vahabova bildirib.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin sözçüsü Təranə Vəlizadə 1news.az-a bildirib ki, vətəndaşların şikayətləri həmişə Baş prokurorluğun diqqət mərkəzindədir: "Əgər Aytac Vahabova bacısının intiharı ilə bağlı istintaqın gedişindən narazıdırsa, o, Baş prokuror Zakir Qaralovun adına ərizəylə müraciət etməlidir və məhz nədən - süründürməçilikdən, yoxsa başqa bir səbəbdən şikayətçi olduğunu bildirməlidir. Ərizə dərhal icraata götürüləcək, onun araşdırılması ilə Baş prokurorluğun istintaqa nəzarət idarəsi operativ şəkildə məşğul olacaq".
İşi aparan müstəntiq Cahangir Şükürov da açıqlamasında "istintaq obyektiv şəkildə aparılır və burada bütün normalar gözlənilir", - deyə bildirib.


Şərhlər: 24
Baxılıb: 1027
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
NE OLDU YAZIQ QIZA OLDU
17 mart 2016 15:47
# 24
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
evli.mutlu.cocuklu
Cavan qiz oldu o cehennem
14 mart 2016 23:19
# 23
Miss_Angel
yaziq qiza oldu cavan idi helem ne yawi vardi ALLAH rehmet elesin
14 mart 2016 22:26
# 22
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Dj_Vampir
Sitat: Tomris Müslümova
Madamki məsələ belə idi bacısı niyə ilk dəfə müsahibə verəndə dedi ki onun həyatında heç kim olmayıb? İstintaqın gedişinə köməkdi onun hər kəliməsiİndi bu dediyi nədi əvvəlki inkarı nədir? Allah hər kəsi belə mikroblardan qorusun.Evlisən cəhənnəm ol ailəvin yanına subay qızdan nə istiyirsən? Di dincəl...

-Duzgun qeyd etmisen,Tomris..Ilk musahibesinde hec kesin olmadigini dedi.N ebilmek olar..
14 mart 2016 21:01
# 21
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Tomris Müslümova
Madamki məsələ belə idi bacısı niyə ilk dəfə müsahibə verəndə dedi ki onun həyatında heç kim olmayıb? İstintaqın gedişinə köməkdi onun hər kəliməsiİndi bu dediyi nədi əvvəlki inkarı nədir? Allah hər kəsi belə mikroblardan qorusun.Evlisən cəhənnəm ol ailəvin yanına subay qızdan nə istiyirsən? Di dincəl...
14 mart 2016 20:58
# 20
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Allah rəhmət etsin heç kəsin ahı , günahı yerdə qalmaz layiqi nədirsə alar..Ya bu dünyada ya axirətdə.
14 mart 2016 19:50
# 19
vipbetul
bu olum bir aydan coxdurki olub indi bu faktlari cixarirlar
14 mart 2016 18:43
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyli
ALLAH rehmet etsin
14 mart 2016 18:20
# 17
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
nanaska00
Allah rehmet elesin.Ailesinede sebr Amin
14 mart 2016 16:53
# 16
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
Fi-Ra
Allah rəhmət eləsin. Əyər özü-özünü asıbsa Allah günahını bağışlasın.
14 mart 2016 16:41
# 15
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
YARIM QALMIS XEYALLAR
Bu nedir xeste imis oglan? Adam agilli danisardilar eger istemirdise zorla kendirleyibmi saxlayacaqdi. Delidir ee xeste.
14 mart 2016 16:22
# 14
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
sima
deyecek bir soz tapmiram daha olan o qiza oldu heyibb bu zamanada bele işe baxan varki guye herşey pulnan şdeyirr arxasinda duran lazimdir cinayet işinin
14 mart 2016 15:35
# 13
23.09 25.09 melek melek melek
Dosta_inam
Yazıq qız, yaxşısını Allah bilir, gec tez hakk ortaya çıxacaq.
14 mart 2016 15:32
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Leylas
Gozel xanim idi.. Allah rehmet elesin.. Bele manyaklar var heyatda....
14 mart 2016 15:22
# 11
Sara035
Ilk defe gorende xeberi ele pis olmuwdum gozel qizdi tehsilli iwi var niye eder deye duwunurdum gor ne dereceye catibki ozune qesd edib gunluyunude oxuyub alcaq,ne deyim allah gunahlarini bagiwlasin haqq yerini tapsin

14 mart 2016 15:09
# 10
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
BARBI
Allah rehmet elesin. Xanimlar teesufki biler bilmez insanlarla elaqe olur sonrada onun qurbani olur
14 mart 2016 14:52
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Zinyet
Inandirici gelmedi
14 mart 2016 14:49
# 8
14MsM
Her ne olsada olmek can qurtarmaq deyilki O DUNYADA NE EZAB CEKESEN ONU DUWUN INDIKILER NESE ASAN YOL INTIHARDA TAPIB NOLSUN HAMININ MENIM SENINDE PROBLEMIMIZ VAR GEDEY OLEY BES VALDEYINIDE DUWUNMEK LAZIMDI NOLDU OZUNE ETDIN NESE ALLAGI BILSIN OZLERI BILSIN ALLAH REHMET ETSIN
14 mart 2016 14:39
# 7
isveç.de
Mənə elə gəlir ki, burda subut çox azdır. Bəlkədə qız uje bezib özün asıb. Allah inşAllah gec və tez haqqı ortaya çıxaracaq.
14 mart 2016 14:35
# 6
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Marta
Allah rehmet elesin(( gor ne yere catib yaziq qiz...
14 mart 2016 14:34
# 5
Немного терпения, и у тебя все получится..
melek_ayka
Gorun nece insanlarda var.Allah onlari oldursun.Amin deyen diller qurumasin
14 mart 2016 14:20
# 4
adsiz-a
Nc nc nc yazig qiz,necede alcaq adamlar vare eyer adam demek olarsa belelerine
14 mart 2016 14:19
# 3
Melek5
Gozel qizdi Allah rehmet elesin tam hecneyi bilmediyimiz ucun hecne deye bilmrem ne yaxsi yonden ne pis
14 mart 2016 14:18
# 2
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Totu
Xebere gore tesekkurler.Allah rehmet elesin oluye rehmetden bssqa ne deyek
14 mart 2016 14:16
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz