Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin 2 yaşlı qızıyla Türkiyəyə, sevgilisinin yanına qaçdı - FOTOLAR
Gəlin 2 yaşlı qızıyla Türkiyəyə, sevgilisinin yanına qaçdı - FOTOLAR
Göndərən: Antikvar
Şərhlər: 33
Baxılıb: 895
Səs ver:
Azərbaycanda daha bir gəlinin evdən qaçması faktı qeydə alınıb. 
Belə ki, Lənkəran şəhər sakini Nərgiz Qasımova 2 yaşlı qızı Ruhəngiz ilə birlikdə ərini və onun valideynlərini aldadıb, evdən qaçaraq Türkiyədəki sevgilisinin yanına yollanıb. 
N.Qasımovanın həyat yoldaşı Fərəc Qasımov məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı fevralın 12-də qızını götürərək, xalasıgilə gedəcəyini və 2 gün orada qalacağını deyib. 1 gündən sonra isə məlum olub ki, gəlin uşağı ilə birlikdə "Facebook"da tanış olduğu Türkiyə vətəndaşı Dəniz Əmrənin yanına - Konyaya qaçıb. 
F.Qasımov bildirir ki, həyat yoldaşı 1 il imiş ki onu aldadırmış: "Nərgizlə 2011-ci ildə ailə qurmuşuq. O, rayon məktəbində ibtidai siniflərə ingilis dili dərsi deyirdi. Başıbağlı, namazqılan xanımdır. "Facebook"da Nərmin Əliyeva adı ilə qeydiyyatdan keçdiyini bilirdim. Dəfələrlə baxmışdım, dini müzakirələrə qoşulurdu. Ona görə də bir söz demirdim. Hətta evə kişi qohumlarımız gələndə, qarşılarına çıxmırdı ki, namərhəmdilər. Fevralın 12-də mənə dedi ki, işdən çıxıb, qızımızı bağçadan götürüb, kənddə xalasıgilə gedəcək. Razılaşdıq. 13-ü gecə zəng edib hal-əhval tutmaq istədim. Xalası dedi ki, onlara gəlməyib. Sonra qardaşına telefon açdım. O da bacısını görmədiyini bildirdi. Gecə səhərə qədər axtardıq. Telefonu da söndürülmüşdü.

Fərəc Qasımov və Nərgiz Qasımova
Sonra onun dəftərlərinin birindən "Facebook" ünvanının parolunu və adını tapdım. Daxil olub yazışmalarını oxudum. Məlum oldu ki, Dəniz Əmrə adlı türk vətəndaşı ilə yazışırmış. Fevralın 10-dan 13-nə qədər olan yazışmaları oxuya bildim, ondan əvvəl olanları silmişdi. Oğlan ona fevralın 11-də 600 türk lirəsi, yəni 320 manat göndərib ki, təyyarəyə bileti alsın. Nərgizin başqa yazışmalarını da oxudum. 2015-ci il iyulun 13-də "ASAN" Xidmətin onlayn operatoru ilə danışıb, Türkiyəyə getməyin hüquqi yollarını öyrənmək istəyib. Bu da onu göstərir ki, bütün işləri əvvəlcədən palanlaşdırırmış". 
F.Qasımovun sözlərinə görə, həyat yoldaşı məqsədinə çatmaq üçün onlara əvvəldən kələk gəlib: "Anama deyirdi ki, Türkiyədə ingilis dili müəlliminə 2500 manat əməkhaqqı verirlər. Qızımızın üzü və sinəsi isti sudan yanmışdı. Anamı aldatdı ki, sən Türkiyədə uşağa baxarsan, mən də işləyib, qızı müalicə etdirərəm. Razılaşdıq ki, mən Lənkəranda qalacağam, onlar üçü - anam, qızım, yoldaşım Türkiyəyə gedəcək. Qızımın anası ilə gedə bilməsi üçün notariusda təsdiqlənən razılıq ərizəsi də verdim. Təxminən bir aydan sonra dedi ki, bəs öyrənmişəm, orada vəziyyət pisdir, daha pul qazanmaq mümkün deyil. Sən demə, məqsəd uşağı özüylə aparmaq üçün rəsmi sənəd əldə etməkmiş".
 
Qızları Ruhəngiz Qasımova
Aldadılan ər Nərgizin əvvəl 2 məktəbdə dərs dediyini, daha sonra isə evə xəbər etmədən məktəblərdən birindəki işindən çıxdığını deyir: "Sonradan xəbər tutduq ki, ikinci məktəbdən çıxıb, bizə məlumat verməyib. Hər gün evdən çıxıb axşam 5-də gəlirdi. Öyrəndik ki, gizlicə türk dili kursuna yazılıb. Türkcə çox yaxşı danışırdı".

Qasımovlar ailəsi
Beləliklə, N.Qasımova bu neçə müddət ərzində sənədlərini qaydaya salıb və türkiyəli virtual sevgilisinin göndərdiyi pulla bilet alaraq ölkəsindən qaçmağa nail olub: "Fevralın 14-ü Bakı aeroportunda qızımın şəklini çəkərək, "Facebook"a qoyub. Oğlana da yazıb ki, qorxumdan bədənim əsir. Qaçandan iki gün sonra yazdığım mesajlara cavab verdi. Dedim ki, qayıt rəsmi boşanaq, uşağı da ver mənə çıx get. Çünki ondan ana olmaz. Dedi, heç vaxt boşanmayacağam".

Nərgiz Qasımovanın Türkiyədəki sevgilisi Dəniz Əmrə
F.Qasımovun anası Səadət Qasımovanın verdiyi məlumata görə, gəlinləri artıq Türkiyədən qayıdıb: "Öz ailəsinin təkidi ilə Azərbaycana gəlib. Lənkəran Şəhər Polis İdarəsində ifadə verib. Bildirib ki, guya oğlum Fərəc narkomandır, ona görə də qaçıb. Guya oğlum onu döyürmüş. Amma hamısını yalan deyir. Oğlum siqaretdən başqa heç nə tanımır. Nə içir, nə çəkir. Yalandan oğlumu şərləyir. Ondan bizə gəlin olmaz daha. Hara istəyir getsin, amma nəvəmizi bizə versin getsin". 
S.Qasımova oğlunun boşanması ilə bağlı məhkəməyə müraciət etdiklərini bildirib: "Artıq məhkəməyə vermişik. Ondan ana olarmı? Nəvəmizin ondan alınıb, bizə - layiqli ailəsinə verilməsini tələb edirik".

 

 

 



Şərhlər: 33
Baxılıb: 895
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunay342
ncncnc utanin
18 mart 2016 22:26
# 33
LETAFET
gul kimi ailesin dagidir
13 mart 2016 01:01
# 32
roksi1995
dehset ailesi ile problei olan bele elemez başqasına qoşulub adini namussuz çıxarmaq düzgün deyil
12 mart 2016 15:03
# 31
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
vipbetul
narkamandi get anan evine day Turkiyeye neycin gedirsen exlaqsizliq negede artir yenede qarsi terefi dinlemek yaxsi olar
11 mart 2016 15:43
# 30
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Sitat: 14MsM
TOMRIS O SOZUNLE RAZILAWMIRAMKI ERLI QADININ NE IWI VAR FEYZDI


Hə buda mənim fikrimdir.Mən kişi olsaydım iki dünya bir ola elə şeyə icazə verməzdim! Məndə beləyəm xasiyyətim budur ki düşüncəmə yansıyır.
11 mart 2016 11:25
# 29
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Leylas
Gul kimi ailesini dagitdi... Hemde namaz gilir... Offff bele seyler oxuyanda dehsete gelirem...
11 mart 2016 10:47
# 28
Dosta_inam
Elə bunun kimi gəlinlərə görə hicab bağlayan təmiz xanımların adı batır də, artıq hicablı görəndə qəribə gəlir bizə ki, görən həqiqətən bağlayır, yoxsa gözdən pərdə asır, nə bilim Vallah, yaxşısını Allah bilir, ancaq qız uşağı böyüdən ana belə etməli deyildir, Allah bağışlasın günahını.
11 mart 2016 10:23
# 27
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Glamurka Nemiska
uzsuz kimi hele bir qayidib
11 mart 2016 10:01
# 26
#Narminintheskywithdiamonds
Menim balam
Evden qacib xosbextlik axtaran yeniyetme, savadsiz qadin, qiz olanda qebul edirsen ki, sehv edib basa dusmeyib.Ancaq bu qadin savadli, ali tehsilli muelimedir, ustelik inanc sahibidir.Narkoman erden uzaqlasmaq ucun mutleq sevgili tapmaq lazim idi? Getmisdinse niye qayitdin, beyem Turkiyede Deniz Emre ucun qiz qehet idi? Bundan sonra hansi ana razi olar ki, meneviyyati qusurlu birisi onun ovladina elm oyretsin.
11 mart 2016 01:04
# 25
Aydan Habili
neyse burda isin eslini bilib bilmeyib danismaq istemirem cunki qarsi terefde haqsiz ola biler Allah qadinlariminizin aglini almasin elinden
11 mart 2016 00:39
# 24
Barbaris
yaziq uwaqin gelecek taleyii
11 mart 2016 00:34
# 23
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
VIP
Bu feysbuk necə insanları pozur.Ailələri dagıdır.Lənət olsun bu feysbuku acana,məqsədləridə elə insanları yoldan cıxardmagdı.Cıxardırlarda,gəlinə gəldikdə isə yoldaşı narkamana bənzəmir.Ərin səni döyüb?atanın ananın yanına get.Burdan Türkiyəyə getmisənsə səndə prablem var.Namaz bir göz baglamag ücün özünə vasitə edib.
11 mart 2016 00:14
# 22
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Qlamurr
Hicablı,dindar,namaz qılan bir qadına yaramayan hərəkətlərdi,axı sənin nə işin var facede ki,kimləsədə tanış olasan,bu yollada özünü də,ailəni də biyabır edəsən,qız övladının gələcəyini məhv edəsən.İnsanda gərək ağıl olsun,nəfsinə qurban getməsin.Gül kimi ailən,şəkillərdən də yoldaşının normal insan olduğu görünür,türkün sə görünüşündən narkomanlıq tökülür.
10 mart 2016 23:43
# 21
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Miss_Angel
gedmiwdi tay niye gelirdi qalaydi orda gedigi bir biyabirciliq geliwi bir bawqa
10 mart 2016 23:28
# 20
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
14MsM
Men onu bilirem uje dunyanin axiridi da ne gormediyki men sosial webekede hec yerde yoxam bir qadilar bizde vse birde TOMRIS O SOZUNLE RAZILAWMIRAMKI ERLI QADININ NE IWI VAR FEYZDI VE YA BAWQASI DUZDU AMA OZUNE GUVENMEYEN QANI MUNDAR OLAN FEYZLI FEYZSIZ BU QELETI EDECEKDI MENIM BALDIZIMDA VAR FEYZDE ANCAQ KULNARIYAYA ABUNE ERI HAMI BILIR NE VARKI AMA MEN YOXAM YOLDAWIM ISTEMEDIYI YERDE NE IWIM YENI DEMEYIM OKI BEZILERINI NE ETSEN DE ETDIYINI 2DEQ EDECEY
10 mart 2016 22:57
# 19
Totu
Biabirciliqdir.sozum yoxdur buna
10 mart 2016 22:36
# 18
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
sima
nc nc belesiler ne fikireşirler axli hardadi eyyy bunun dehşet gadina baxxx cooox esebleşoremmm bele axilsizdaraaaaa lap erin narkamandi onda bele exlagsizlig etmək lazimdirmiiiiii
10 mart 2016 22:26
# 17
23.09 25.09 melek melek melek
Nika_016
Kul senin qadin bawina. Guya saxliyacaq ele bilirsen o turk seni. Olmurde eee qizin var ozude. Qiz uwagi boyudursen. Ne deyim milletde agil qalmiyib da
10 mart 2016 21:56
# 16
ulduz
Qacdıgı narkamana bənzəyir. Əri gül kimi oglandı. Gül kimi balan var a bası batMış sənin ana boynunu yere soxumki reddolub gedirsen o qızı niye bədbax edirsen
10 mart 2016 21:50
# 15
ilk nur
Elim uzumde qaldi vallah .ayib olsun
10 mart 2016 21:45
# 14
YARIM QALMIS XEYALLAR
Dunya donub ee. Basina das dusesice. Gul ki erin usagin senin facebookda ne isin var hele hele muellime. Deyilecek sozum yoxdur buna. Aglindan problemi var bunun bir kelime bunu deye bilerem. Deyesen turk seriallarina cox baxib plan qurmaqda da masallah ustadir.
10 mart 2016 21:43
# 13
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
ayka95
biyabirciliq
10 mart 2016 21:27
# 12
adsiz-a
Aydaa biyabirciligdi vallah,kul senin basina,turk hele mehteldi senden, buna bir bax ozude dindar hicabli,day sozum yoxdur
10 mart 2016 21:14
# 11
BARBI
Sadece onu deye bilerem ki dehsetdi. Hicabli dindar xanimin bu hereketi gormesi aglasigmazdir. Xanima bu hereket yarasmaz. Yaziqlar olsun ele gozel aileni dagidib basqa birine gedib. Allah islah elesin
10 mart 2016 21:14
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Heç bir əziyyət,zülm ona dəlalət etmir ki,o gəlin olaraq,hicablı,namaz qılan qadın olaraq,bir qız anası olaraq başqasına qoşula qaça,üstəlikdə min bir fırıldaqla türk vətəndaşına.Adama deyərlər gəlin xeylağının facebookda nə işi var? İndi deyəcəksiz ki,orda nə varki? Bir gəlinə orda nə lazımdı axı,nə axtarır orda,ona nə maraqlıdır? İki yerdə işi,əri,uşağı qaynanası.Oturub canı çıxsın onlara baxsın,başını onlarla qatsın.Bəs görəsən heç yerdə i.ləməyən,bütün günü evdə olan qadınlarımız neyləsin? Onda onlarda Facebook,Odnaklassnik,Twitter nə bilim bir yeri əlinnən buraxmasın hamısına girsin? Oğlan deyir ki,arada özüm girib baxırdım,görürdüm dini qurblarla müzakirə aparır.Sonrada deyir bunu bir dəftərdən parolunu tapdım.Bəs girib baxanda parolnan baxmırdı nəynən baxırdı? Lap deyəkki başqa profillə izləyirmiş.Bəs kişi olan bəndə niyə demir kigətir parolunu ver mənə.Gizlədirsənsə nə gizlin işin var sənin? Bu heç...Kişi sərt olur deyirk ki,sərtdi kişi sarıdan yarımadıq.Kişi belə mülayim olur çıxıb belinə minirik.Bə bu kişi indi bədbaxt nətər olsun ki,qadınları razı sala bilsin.Kişilərdə belə şey görür sərtin sərti olurlarda.Gör bu kişi nə qədər mülayim,yola gedəndir ki,Türkiyədə işləməsinə,ora gedib qızını müalicə etdirməsinə razlıq verib.Gör nə qədər afyor qadın olub ki,kişinin bir belə etibarını qazanıb! Çıxar tulla o hicabı.Sənin kimilərdir ki,hicabı gözdən salırlar.Camaat deyir hicabsız olum əqidəm düz olsun,hicaba girib min oyunnan çıxmaqdan yaxşıdır hər halda.Bizim bir qonşumuz vardı iki oğlu vardı.İkisidə talasemiya xəstəliyi idi.Hər ay pulnan qan vurudular uşaqlara.Buda əri qəşəy qazanıb gətirirdi.Evə komputer alır,buda giri fb-ya.Orda bir Sabirabadlı kişiylə tanış olur.Uşaqlarının qan pulunu buna göndərir.Nəsə işin üstü açıldı.Kişi bunu boşadı,uşaqlarda verildi ataya.Kişi getdi qız uşağı aldı.Onnanda bir oğlu oldu.İndi gəlin üçünə də əlinin içində baxır.Kimə noldu? İndi buda çala-çala getdiyi kimi,sürünə-sürünədə gələcək.İtirən özü oldu.Adıda batdı,ailəsidə dağıldı.İnnən sonra tualet yumağada yaramır.Narkoman olan adam bu boyda olar? Bazbruddu kişidi deyir narkomandı.Narkomandı bə nəyə girmisən qoluna,nə yapışmısan bərk-bərk? Narkoman günü-gündən çöpə dönür.Bunda narkoman sifəti var?Buda təzə priyomdu gedib boşanan kimi deyirlə narkoman idi.Azərbaycanda qızmış gəlinlər günü-gündən artır.Bu gündə elə bir kişinin arvadının gəzdiyini eşitdik ki,əlimiz üzümüzdə qaldı.Qızlar yalan olub gəlinlər gerçək.
10 mart 2016 21:12
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Azəri_Ledi
Biabırçılıq!!! Sözüm yoxdur.

Biabırçılıq!!! Sözüm yoxdur.
10 mart 2016 20:59
# 8
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
leyli
bu ne beeee biyabirciliqq
10 mart 2016 20:54
# 7
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
qanadli melek
Insanlar bu agili bu ureyi hardan alir goresen.qadinin etdiyi herekete bax risk edib heyatinan kecir.bele qadinlarin temeli mohkem olmadigi ucun azca tekan olan kimide ozlerini gorsedirler
10 mart 2016 20:42
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Antikvar
İlk oxuduğum zaman dəhşətə gəldim ,başı bağlı olmaqla deyil,vicdanın təmiz,namusunu qoruya biləcək qeyrətə sahib olsun gərək insan.Mən düşünürəm kişisi arvadına çox volya verib,hər dediyinə hə ,hə deyib həyata keçirib bax bu səbəbdəndi qadının istəkləri daha başqa yollara yönəlib,feci tərif edənlər görürsüz ki,hər kəs bu fecdən normal şəkildə istifadə edə bilmir,bir evli övladı olan xanımın əyər önəmli bir işə sahib deyilsə fecdə nə işi var anlamıram.Bu sosial şəbəkələr neçə-neçə ailələri dağıtdı saysan qurtarmaz bildiklərimiz hələ bu qədərdi,bilmədiklərimiz o qədər dağılan ailələr var,bir qadın (üstəlik hicablı)qadın bu addımı atmaqda özündə necə cürət tapa bilər?Yoldaşının gözünü yaxşı pərdələyib özünü namuslu,dindar göstərib altdan başqa oyunlar çıxartmaqla..Belə "ana"öz qızına necə tərbiyə verər?O qız əllərindən alınsa yaxşıdı.Fikrimcə qız türk oğlanın tələsinə düşüb necə?Oğlan onu türkiyəyə gətirdizsədə sonra atval verib,yəqin qadın türk seriallarına çox baxıb qapılıb oranın kişilərinə amma bir beyinlərinə salmırlar onların hamısı bir oyundu sadəcə neçə senaridən hazırlanmış video,maskalanmış aktyorlardı bunu anlamaq o qədərmi çətindi,niyə cəmiyyətimiz(istisna olaraq)reallıqları görməməzlikdən gəlib özləri öz aləmində bir senari qurub yaşayırlar?Əsasəndə evli xanımlar,fikir verirsinizmi əvvəllər kişilərin xəyanət xəbərini oxusaqda indi daha çox qadınları xəyanət xəbərini oxuyuruq,bir "hicablı qadının"xəyanət etdiyini eşidiriksə (nə oldu bizim keçmiş zamanımızdakı qadınlarımıza,əlləri qabaran analarımıza,zəhmətkeş ,namuslu,qeyrətli)qadınlarımızı axtarır gözüm...Gözəl ailəvi dağıtdın,indi ərivin nə olduğunu deyə bilmərəm,istəmirdinsə boşanardın adını belə bəd etməkdənsə boşansaydın daha yaxşı olardı ,indi yazmaq istəyirdim boşanan qadına yaxşı baxırlarmı ?sonra fikirləşdim daha cəmiyyətimiz hər şeyə yaxşı baxır boşanmaq nədiki...Gələcəyə doğru böyüyən gənclər bunlara baxıb tərbiyəmi götürəcəklər yoxsa tərbiyəsizliyinimi bilmirəm bir biıdiyim hər nə qədər bu dərəcədə belə problemlər normal qarşılansa dahada artmaqda davam edəcək.Hicab üzlü mələk ,hicab altında şeytan,Allah günahlarını əhv etsin,sənə kobud sözlər deməyə belə ehtiyac yoxdu omsuz özünü saldığın haldan pis nə ola bilərki həyatında,bir qadının ən alçadılmış halını yaşayırsan hal hazırda,heç zaman qurtula bilməyəcəyin bir adla...
10 mart 2016 20:36
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
tatyana
Al di buda bidenede sokkk sok xeber,allahim neler olur insanlara,seytana ne deyim
10 mart 2016 20:18
# 4
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz