Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
67 yaşlı stil ikonasından gənc qızlara həyat dərsi
67 yaşlı stil ikonasından gənc qızlara həyat dərsi
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 597
Səs ver:
67 yaşlı dəb ilahəsi Linda Rodini kiminləsə səhv salmaq qeyri-mümkündür. O, daim hər kəsdən seçilir. Onun əsas fərqləndirici cəhəti individual geyim tərzi, həm də boyanmamış ağ telləridir. Lindanın üslubunu şıq ekstremal adlandırmaq olar. Bu gözəl üsluba sahib olmaq çətindir, o, qəlbinizdə olmalıdır...
 
Linda Rodin gənclik illərində model, daha sonra stilist kimi fəaliyyət göstərib. Balıqqulağı və vintaj geyim dəlisi olan Linda 2007-ci ildə öz kosmetika brendini yaradıb.
Linda Rodinin müsahibəsini təqdim edirik. 67 yaşlı Linda Rodin müsahibəsində qəlbinin və zahirinin gənc, gözəl qalmağının sirlərindən danışıb.
 
- Saçlarınızı neçə yaşından etibarən boyamamağa qərar verdiniz?
- 35 yaşında saçıma xına qoymuşdum, onda tellərim çəhrayı rəngdə olmuşdu. Bir müddət sonra saçımı öz axarına buraxdım. Tədricən, saçım ağarmağa başladı, onda təbiətin qanunları ilə barışmalı oldum. Ümumiyyətlə, ağ tellərin qocalıq əlaməti olduğunu heç vaxt düşünməmişəm.
 
- Yaş amili geyim seçimində nə dərəcədə rol oynayır?
- İnsanlar yaşa dolduqca istər geyimdə, istərsə də makiyajda özünə məhdudiyyət qoyur. Mən isə heç vaxt dayanmırdım, öz eksperimentlərimə davam edirdim. Bu yaxınlarda 68 yaşım olacaq, sözsüz ki, bundan sonra da dayanmaq fikrim yoxdur. Ürəyim istədiyi  kimi geyinirəm.
 
- Saçınız ağarmağa başladıqdan sonra geyim tərzinizdə nə dəyişdi?
- Xeyr, "saçım ağardı, bundan sonra geyimlərimi də ona uyğunlaşdırmalıyam” fikri heç zaman ağlıma gəlmədi.
 
- Gözəllik rituallarınız nədən ibarətdir?
- Gözəllik rituallarım çox sadədir. Həmişə sadəlik tərəfdarı olmuşam. Məsələn, səhər yuxudan durub gəzintiyə çıxmaq xoşuma gəlir. Uzun illərdir ki, eyni şampundan istifadə edirəm. Saçımı həftədə bir dəfə yuyuram və bu, onları daha parlaq edir. Üzüm hər zaman təmiz və nəmli olmalıdır. Əminəm ki, bu gün bir çox böyük elmi kəşflər qadını həqiqətən cavan saxlamağa kömək edə bilər. Bir də onlardan düzgün istifadə etməlisən, mən isə daha gec yaşda başlamışam.
 
- Amma cəlbedici qırmızı və ya çəhrayı dodaq boyanız heç vaxt əskik olmur.
- Gənclik illərində sakit çalarlarda dodaq boyası istifadə etmişəm. Saçım ağarandan sonra onları istifadə edə bilməzdim, əks halda, çox solğun görünürəm. Fikirləşdim ki, solğun görüntünü azaltmaq üçün parlaq dodaq boyasına ehtiyacım var. Mən də qırmızı ilə çəhrayı dodaq boyasını seçdim.
 
- Hər bir qadının əməl etməli olduğu əsas gözəllik ritualı hansıdır? Xanımlara nə məsləhət verərdiniz?
-  Çox-çox illər əvvəl mənə nəmləndirici kremlərin vacibliyindən danışmışdılar. Ümumiyyətlə, orqanizmin ümumi su balansını qorumaq bütün qadınların əməl etməli olduğu əsas gözəllik ritualıdır.
 
- Yalnız suyun və nəmləndirici kremin sayəsində belə gözəl qalmaq mümkündür?
-  Yuxu da mənim gözəllik sirlərimdən  biridir! Mən sutkada 10 saat yatıram. Əgər səhər yuxudan tez oyanmalıyamsa, tez yatıram. Bir də gözəllik sənayesində yeni trendləri xüsusi izləyir və öz brendimin kosmetik məhsullarından istifadə edirəm.
 
- Cavanlıq fotolarına baxanda tapdığınız qüsurlara görə təəssüf hissi keçirirsiniz?
- Nə danışırsınız? Mən heç nəyə görə peşman olmuram. Zənnimcə, onda daha yaxşı görünürdüm. O vaxt hamımız  Şerə oxşamaq istəyirdik. Mən heç bir makiyaj etmirdim, əsas geyim-kecimə fikir verirdim. Əvvəllər saçım çox uzun idi, həmişə də açıq qoyurdum, kosmetikam isə yox dərəcəsində olurdu.
 
- İndi özünüzü neçə yaşında hiss edirsiniz?
- 18.
 
- Hissləriniz nəyə əsaslanır?
- Bilirsiniz, yaş yalnız pasportdakı rəqəmlərdir! Bəli, illər keçdikdcə, mən daha müdrik olmuşam,  üzümdə qırışlar yaranıb, amma qəlbimin yaşlandığını hiss etmirəm.
 
- Bu yaşınıza qədər əldə etdiyiniz ən böyük nailiyyət hansıdır?
- Düşünürəm ki, daha azad və müstəqil olmuşam. Əslində, heç vaxt kiminsə diktəsi ilə yaşamamışam. Başqalarının məndən gözlədiyi kimi deyil, həyatımı öz istədiyim kimi qurmuşam. Əlbəttə ki, bunun üçün müəyyən cəsarət  lazımdır, amma mən onu öz daxilimdə tapa bildim. Yaş mənə öyrətdi ki, həm özüm, həm də insanlarla ədalətli və səmimi olmaq lazımdır. Onu da başa düşdüm ki, artıq cavan olmayacağam və  bunu qəbul etdim. Bu da normaldır.
 
- Nə vaxtsa gözəllik inyeksiyalarına əl atmısınız?
- 3-4 il əvvəl sınaqdan keçirmişəm. Fikirləşdim ki, niyə də olmasın? Lakin qırışları aradan qaldırmaq cəhdi iflasa uğradı, çünki nəticəni bəyənmədim. Başqa adama çevrildiyimi hiss edirdim. Həkimlər çox yaxşı işləmişdi, ona görə də, heç kəs bunu görmədi. Yəqin, çox mühafizəkar olduğumdan irəli gəlir. İndi qırışlarımla fəxr edirəm.
 
- Gənc qızların plastik əməliyyat etdirməsinə necə baxırsınız?
- Gənc yaşlarından özünü dəyişdirməyə çalışan qızlar çox qorxunc görünür.
 
- Şəxsi biznesinizi qurmağı çoxdan düşünürdünüz?
- Bu barədə heç vaxt fikirləşməmişdim. Hər şey çox sürətlə  baş verdi. Sadəcə, sevdiyim, maraq dairəmə uyğun bir işlə məşğul olmaq istəyirdim. İnsanların brendimin məhsullarını bəyənməsi və alması mənə çox xoş təsir bağışladı.
 
- Cavanlıqda model və stilist kimi fəaliyyət göstərmisiniz. İndi isə kosmetika şirkətiniz var. Gözəllik naminə dəbdən ayrılmaq çətin olmalıdı ki?
- Xeyr, çünki bu iki sahə onsuz da bir-biri ilə bağlıdır. Bundan əlavə, işimi həvəslə görürəm.
 
- Həqiqətən, heç vaxt idman zallarına getməmisiniz?
- Bir dəfə 15 il bundan əvvəl idman zalında çox ağır məşq etmişdim. Bu üsulun indi də istifadə edilib-edilmədiyini bilmirəm. Çox sərt üsuldur. Deyəsən, onda 50 yaşım vardı. Amma bu məşqdən sonra belimdə ağrılar yarandı. Bununla bütün məşqləri dayandırdım. Yüngül idman hərəkətlərini edəndə onsuz da belim ağrıyırdı. Bir vaxtlar yoqa ilə də məşğul olmuşam, amma onu da sevə bilmədim. Daha sonra pilatesə başladım. O da yarımçıq qaldı. Bütün uğursuz cəhdlərdən sonra özümə belə dedim: "Cəhənnəm olsun bütün hərəkətlər! Ən yaxşısı, evdə qalıb kitab oxuyaram, pəncərədən baxaram, ya da başqa bir işlə məşğul olaram".
 
- Sizi hansı dəb ilahələri ilhamlandırır?
- Frida Kalo,  Odri Xepbern, Corciya Okeffi, ən əsası anam. Onların hamısı özünəməxsus idi


Şərhlər: 11
Baxılıb: 597
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Angel
ALLAH bilir 67 yawa kimi yawiya kim ole
4 mart 2016 20:51
# 11
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
roksi1995
ruhen cavandir ona gore
4 mart 2016 20:10
# 10
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
vipbetul
biz bu yasimizda 68 yasli kimi ozumuzu hiss edirik insanin ruhen cavan qalmasi cox gozeldi
4 mart 2016 18:59
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
1205
Sag ol nene 18yaşinda qizlar var ki ozune baxmir.bu yaşda bu qeder heyat eşqi.....
4 mart 2016 14:34
# 8
Aysegul-93
Bele insanlar gorende ewidende heyati yawamagi sevirem.
4 mart 2016 01:20
# 7
angel H-va
Bele insanları görende yaşamaq hevesi çoxalır ,teşekkurler.
4 mart 2016 00:12
# 6
Qlamurr
Həqiqətəndə əsas insanın ruhudu,ruhun cavandırsa cavan da qalacaqsan,bu xanımda çox dəbli qadındır,ən əsası özü üçün yaşıyan insandır))cavan qalmağının da sirri bunlardadır.
3 mart 2016 23:57
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Yasina gore cox debli xanimdir. Meslehetlerine emel etmek olar
3 mart 2016 22:29
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
PuahhdilAğ tellərin qocalıq əlaməti olmadığını düşünürmüş,yox bir.Heç uşaq da və yaxud yeniyetmələrdə saç ağarır?[1-2 nəfər istisna olmaqla]

Adam 67 yaşlı birini ruhani,üzündən nur yağan,üstündən gülab iyi gələn nənə kimi görüb içinin rahatlamağını istəyir.Yoxsa bunlar kimi maskalıları onsuz çox görürük.
3 mart 2016 22:00
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
___Jasmin___
gençlere meydan oxuyur
3 mart 2016 21:21
# 2
I remained behind now the mother of 14 spring -Big

Tomris Müslümova
Oxudum fikiləri mənə çox maraqlı gəldi.Gözəllik ritualları əslində çox sadə həqiqətlərə köklənir.Bu insanın ruhu öz dediyi kimi 18 yaşdadır.Yaşı az olsun ruhu qoca olsun o mütləq simasına yansıyacaq.Ancaq bu qadının gənc qalmasının ilk səbəbidə ruhunun gənc olmasıdı.Çox maraqla oxudum.Allah hər kəsə ömür versin sağlam ömür versin bunu kimi özünə baxımlı olsun.Belə xəbərlər insanın ürəyini açır.
3 mart 2016 21:03
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz