Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda 3 uşaq anasına təcavüz edib küçəyə atdılar - FOTOLAR
Bakıda 3 uşaq anasına təcavüz edib küçəyə atdılar - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 25
Baxılıb: 1271
Səs ver:
Tanrı tərəfindən unudulan insanları düşünün. Düşündünüz? Baxın, indi o insanları, daha doğrusu qadınları siz də tanıyacaqsınız. İsti ailə ocağını atıb məcbur halda səhərin 6-sında, qışın soyuğunda, şaxtasında, qul bazarına gəlib, maşınların üzərinə qaçan, bir parça çörək üçün az qala dilənən, evdəki körpə balaları üçün çırpınan, yuxunun, istirahətin nə olduğunu unudan, qadın olduqlarını belə yadlarından çıxaran, 3-5 manat üçün onun-bunun sözünü götürüb başını aşağı salaraq işini görən, köks ötürən sanki tanrının belə xatırlamadığı, unutduğu qadınlar...
Bu insanların gələcəyə dair ən kiçik bir planı, xəyalı belə yoxdur. Bu gün üçün yaşayırlar ancaq. Sadəcə axşama bir tikə çörək aparmaq ümidi ilə.

Zibilliyi eşib çörək axtarmışam
Yuxarıda bəhs olunanlar nə xəyal ürünü, nə yuxu, nə də ki, paralel dünyadan deyil. Bunlar Bakının Maştağa kəndində olan qadınların qul bazarının reallıqlarıdır. Yolumuzu buradan salaraq onların çətin, bir o qədər də keşməkeşli həyatlarını öyrənmək istədik. Amma onlar jurnalist olduğumuzu bilən an sanki yaxınlığa bomba düşmüş kimi hərəsi bir tərəfə qaçdı, bəziləri isə gizləndi. Bir az sonra isə israr etdiyimizi görərək düşdükləri çıxılmaz vəziyyətdən şikayətlənmək üçün tək-tək yaxınlaşmağa başladılar. "Güc birlikdədir" misalından bəhrələnərək digərləri də yanımıza gələrək başımızın üzərini aldılar.
"Siz Allah şəkillərimizi çəkməyin. Sonra adımıza söz çıxaracaqlar. Qonum-qonşu, qohum-əqrəba bilmir bura gəldiyimizi. Biz bir tikə çörək dalınca gəlirik, amma onlar dalımızca min söz danışacaqlar"- deyərək məsum baxışlarla şəkillərini çəkməməyimizi istədilər.
58 yaşlı Məlahət xala da nəvəsi və qızı üçün bura gəlir. Əri ilə qızının yoldaşının eyni vaxtda qəzaya düşərək vəfat etməsindən sonra çıxılmaz vəziyyətə düşüblər. Son çarəni isə qul bazarına gəlməkdə görən Məlahət xala bir tikə çörək üçün hər işi görəcəyini deyir: "Qızım uşağa baxdığı üçün və ayağının birinin aldığı zədədən sonra axsaması üzündən iş qabiliyyətini itirib. Məcbur olaraq evin dolanışıq xərclərini bu bazara gəlib-getməklə əldə edirik. Onu da edə bilsək... Yaşım çox olduğu üçün heç kim məni işə çağırmır, "bacarmarsan!" deyib cavanları aparırlar. Amma bu yaşımla 3 cavanın işini görərəm ki, evdəki balalarım ac qalmasın. Elə zamanlar olub ki, inanın, neçə gün iş olmayıb, yeməyə quru çörəyə belə həsrət qalmışıq. Gedib zibilliyi eşib, bir tikə çörək filan tapmışam ki, biz cəhənnəm heç olmasa o körpə ac qalmasın. Siz bilmərsiz, necə acıdır zibilliyi eşib oradan yeməli qida tapmaq. Evə əliboş qayıdanda qapını açıb içəri girən zaman balalarının sənə zillənmiş ümidlə baxan gözlərini görmək qədər dəhşətli görüntü yoxdur. Allah heç kimi bu vəziyyətə salmasın. Ali təhsilliyəm nə olsun?! Heç bir yerdə iş vermirlər. Hər kəs işə düzəltmək üçün pul istəyir".

7 manata villa təmizləmişəm
29 yaşlı Nərmin Ələsgərli isə Zabrat sakinidir. 4 ilin gəlinidir. Özü Maştağadakı, yoldaşı isə Zabratdakı qul bazarına gedir: "4 ildir evliyəm. Amma bu 4 ildə bir gün üzü görmədim. Qoşulub qaçdım. Sevirdim. İndiki halım isə göz qabağında. Üzümə şarf bağlayıb dayanıram ki, yoldan keçənlər tanımasın kiməm. Qohumlarım, ailəm heç kim bilmir burada olduğumu. Bunun nə qədər ağır olduğunu anlaya bilmərsiniz. Sanki ətrafımızdakı bütün gözlər sənə baxır, nəsə pis bir iş görmüşəmmiş kimi. Yoldaşım da, mən də bir tikə çörək ümidi ilə uşağımızı qonşuya qoyub günəş doğmamış evdən çıxırıq. Günü 10-12 manata işləyirik. O da olandan olana. Burada hər gün iş olmur. Ev yığışdırmaq, paltar yumaq, parnikdə işləmək, yun çırpmaq, hətta tualet təmizləmək işinə belə getmişəm. İnsan çarəsiz olan zaman hər yola əl atır. 2 mərtəbəli villaya təmizliyə aparmışdılar məni. 25 manata danışdıq. Sevindim ki, ən azı 2-3 günlük çörək pulumuz var. İşi bitirib təhvil verən zaman mənə 7 manat pul verdilər. Etiraz etdikdə isə dedilər ki, ya pulu götür, ya da heç nə vermirik. Çarəsiz şəkildə heç yoxdan yaxşıdır deyib aldım".

3 uşaq anasını zorlayıb yol kənarına atdılar
32 yaşlı Şahnaz isə əvvəl deməsə də, sonradan söhbət zamanı etiraf etdi ki, yoldaşı Rusiyaya işləmək üçün gedib və orada bir qadınla ailə quraraq yaşamağa başlayıb: "O zamandan bu yana 2 balamı saxlamaq üçün onun-bunun sözünü götürərək qapılarda işləyirəm. Təki onlar oxuyub təhsil alsın və özlərinə bir gün ağlasın. Günü-günə qataraq dolanırıq. Demək olar işin çətinliyinə, ağırlığına baxmayaraq hər işə gedirəm. Çünki evdə məni gözləyən iki balam var. Elə zaman olur ki, işlədirlər pulumuzu belə vermirlər. 1 ay bundan qabaq pulumu verməyib qovladılar. Qapılarında saatlarca oturub ağladım, amma heç bir faydası olmadı. İşlərə gedərkən ehtiyyatlı davranırıq. Başımıza hər şey gələ bilər. Bir müddət əvvəl bir imkanlı adam təmizlik işi adı ilə burada bizimlə dayanan 3 uşaq anası olan qadını aldadıb yekə bir "CİP"-ə mindirib apardı. Sonradan xəbərimiz oldu ki, onu zorlayıb, möhkəm döyərək yol qırağına atıb. Heç kim istəməz isti evini qoyub bura gəlsin. Allah bizim taleyimizi belə yazıb".

Aralarında fahişələr də var
Qul bazarındakı qadınlar fotolarını çəkməmizə icazə verməsələr də, bir az uzaqdan - Murad adlı oğlanın dükanından gizli formada bir neçə foto çəkməyə müvəffəq olduq. Muradla qısa söhbətdən məlum oldu ki, qul bazarına işləməyə gələn qadınların hamısı ehtiyac üzündən burada deyil: "Aralarında əxlaqsızlıqla məşğul olanlar da var. Günün günorta çağında avtomobillərə yaxınlaşaraq müştərilərlə qiymət danışırlar. Bunların üzündən halal zəhməti ilə pul qazananlara da başqa cür baxılır".

Cəhənnəmi bu dünyada yaşayanlar...
Onlar nə istəyir? Onların tək istəyi normal maaşlı bir işdir. Digərləri kimi rahat işə gedib, başqalarının kəm baxışlarından qurtulmaqdır. Xəyallar qurub, gələcəyə ümidlə baxmaqdır. Hər gün səhər açılmamış qul bazarına gəlmək əvəzinə, isti yatağında yatmaqdır. Zülmətdən qurtulmaq, ağ günə çıxmaqdır. Onlar cəhənnəmin ağrısını, əzabını bu dünyada çəkirlər. Onlar cəhənnəmi bu dünyada yaşayırlar. Onlar artıq "kişi" yox, qadın olmaq istəyirlər!

 

 



Şərhlər: 25
Baxılıb: 1271
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
ALLAH goydedir her seyi gorur
3 mart 2016 17:17
# 25
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
vipbetul
bu gunumuzue mionlerge sukurler olsun Rebbim ozu komek olsun bele insanlara bir qapi acsun sevindirsun insallah
2 mart 2016 23:29
# 24
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gunay342
allah pis insanlarin belalarini versin tezlikle niye bele edirlerki all onlarida qul veziyyetine qoysnlar insallah 18 yol
2 mart 2016 21:56
# 23
rəmsə
Ürək ağrıdan dialoqlardı.Həmişə bir yerə gedərkən yolda maşınla və yaxud avtobusla keçərkən ötəri gördüyüm qul bazarının adamlarının halına həmişə yazıqlığım gəlir.Onlar necə də bir maşın dayanan kimi özlərini qabağa atırlar,iş üstündə dava edirlər,dəhşətli görüntülərdi.Həmin an-onları görüb keçdiyim andan etibarən 5-10 dəq fikrimdən çıxmırlar.Həqiqətən çətin vəziyyətdi.
Allahım bu çarəsiz,analoqu olmayan inkişaflı millətimə yardım et,bıçaq sümüyə dirənib artıqkzgn
2 mart 2016 21:38
# 22
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
sadecə mən
Bəzən nə qədər də çirkin bir dünyada yaşadıçımızı unuduram.Bu yazılanlar mənə xatırlatdı.Dəhşətdi.
2 mart 2016 21:19
# 21
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Antikvar
Çox təsirləndim yazıdan həqiqətən çox təsir elədi mənə. Niyə hər kəs qul bazarı olduğuna təəccüblənir ki,? Bu Azərbaycanda həmişə var və hər zamanda olacaq, mən təəccüblənmədim, hər gün səhər sübhdən saatlarca yolun kənarında qalıb bir qəpik pul qazanmaları üçün qul kimi işləmələrə belə razıdırlar. Səbəbkarları kimdi? Təbii İlham Əliyev niyə? Çünki neftin bütün pulları əllərinin altındadı, qazanırlar xaricdə ev alırlar, qazanırlar mülk alırlar amma insanların vəziyyəti nı haldadır? Nol acınacaqlı bərbat, imkan yaratmırlar insanlara yaşamağa imkan vermirlər, hanı bəs avropalaşma? Niyə millət bu avropalaşmanı görmür? Bizim avropalaşmamız ancaq və ancaq xaricilər üçündü, yollar asfaltlansın əsaslı yerlərə gözəllik versin vso, amma o görünüşlü yerlərdən bir fırlanıb ara küçələrə girsinlər onda nə gündə olduqlarının şahidi olarlar. Azərbaycan neftdən yüklü miqdarda pul qazanır, qazdan pul qazanır o pulları niyə insanlar faydalana bilmirdə İlhamın əmisindən tutmuş hacıbaladan sonda isə vəzifədə olan bütün rüşvət xorlar yeməlidir? Azərbaycanın problemləri onun içindədi çölə çıxarılmır yoxsa biabırçı vəziyyətdədilər, avropalaşma gözəllikdən bilinmir avropalaşma insanların yaşam tərzinə baxmaqla bilinir. Türkiyəyə qazı verir ucuz qiymətə Gürcüstana verilir ucuz qiymətə öz millətinə gəldikdə baha... İnsanlar nə evdə tok yandıra bilirlər nədə normal isinə bilirlər işıq pulu od qiymətinə hansı ölkədə belə şeylər var? Başqa ölkədən bu Azərbaycana bir əşya artıq belə gətirə bilmərsən icazə yoxdu səbəb? Deyirlər ay millət dolanma möhtac ol ac qal öl... O balaca Azərbaycanın o qədər problemi var ki, sayan bitməz, bu qadınlarda nə qədər bu vətəndə yaşayırlar haqsız ölkədə nəfəs alırlar həmişə elə olaraqda davam edəcəklər, pulun varsa qayda qanun səninlədi yoxdusa haqqlı olsanda səni edərlər haqsız... Bax budur biz pradukların qiyməti qalxdı dollar qalxdı neft düşdü biri çıxıb önə sərbəst danışa bildimi? Mitinq keçirməyə cəhd göstəriblər? Mitinq yuxarıdakılar insanların nə haqqı var ki, artıq söz desinlər sözlərini boğaz tellərində çürüdərlər. Belə gəliblər belədə gedəcək bu Azərbaycan allah bu qadınlarla bərabər millətimizin sonunu xeyr eləsin. Buna görə ilk növbədə bütün vəzifədə olan başçıları qovulmalıdır sonra yerinə yenisini gətirməklə nəsə yenilik etmək olar, çətin ki, buda bizdə baş tutsun vəzifədə olanlar müqavilə imzalayıblar sanki bir ömür boyu onlar olacaqlar orda. Nəsə çox sözlər yazmaq olar hətta artığını belə amma dəyməz yuxarıdakılara görə özünü yormağa.
Allah bu qadınlara səbr versin...
2 mart 2016 20:36
# 20
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 mart 2016 20:11
# 19
Miss_Angel
qul bazari nedi ilkdefedi ewidirem .ALLAHIM bugunumuzede wukur vallah rahat ooturmuwuq evde coreyimiz hasant ay allah qoru bizleri hamini yaziqdilar
2 mart 2016 20:06
# 18
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
leyli
quldarliq dovru deyilee bu nedii? bele wey olarr

???????????????????????????
2 mart 2016 19:01
# 17
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Canavar sevgisi
Herenin bir qismeti var duzu. Amma yerinin altinda neft adli servet yatan vi olkenin vetendawi vele olmamali idi
Deyillerki avropa oyunnari kecirtdik hami bizi tanidi. Tupurum bele tanimaga. Hec kim bizi tanimazdi ama ozumuze gore guzeranimiz olardi. Iw yerleri acilardi. Yaxwi xariciler yedi icdi keyf eledi. Getdi sora vetebidde de dediki ele ermeni yaxwidi. Bax budu her weyin sebebi
2 mart 2016 18:47
# 16
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Totu
Ayy aman Allah uzaq elesin
2 mart 2016 18:28
# 15
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Belinda
Dehshet, ele bil orta esrlerde yashayiriq, qul bazarida bele movcuddur. Neinki ali tehsili ishe duzelmek ucun pul vermelidi, hetta xadimeci ishine bele pul verib girenler var. Gor ne gune qalmishiq. Normal ish tapmaq olmur, tapandada pul istiyirler, hemde zemanetde vermirlerki burda ne qeder ishdiyeceksen o saat sokrasheniyaya salirlar I pullarinda batir
2 mart 2016 18:19
# 14
Nergizz
Allah komeyleri olsun,,cox cox cox wukurler olsun Allahin bize verdyi nemetler ucun gunde min defede wukr etsek azdi
2 mart 2016 18:17
# 13
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Azəri_Ledi
İlk dəfə eşidirəm.Bu günümüzə şükür
2 mart 2016 18:01
# 12
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Aynur00
çox çetindi allah kömekleri olsun
2 mart 2016 17:04
# 11
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
_TəHLuKə_
İlk dəfədir belə bir qul bazarı haqqında eşidirəm....Naşükrlük etməməyimiz üçün daha bir səbəb...Allah hər birinin köməyi olsun
2 mart 2016 16:57
# 10
Özün ol!Qəti özənmə özgələrinə!
___Jasmin___
anlamadım biz 13 esrde yaşamırıq ee 21esde yaşayırıq indi qul bazarı var hec bu nece cahilik he neyse deyeki var özüde qadın qul bazarı bes o "kişicikler" olar nece hec olmuya ora gelende utanmırlarmı o evdeki analarını bacılarını yada salmırlarmı ne deyim vallah daha o kisi adına xelel getirenlere sözüm yoxdu
2 mart 2016 16:20
# 9
I remained behind now the mother of 14 spring -Big

adsiz-a
Ay amaam, bu qunumuze sukur ay Allah
2 mart 2016 15:20
# 8
Fi-Ra
Oxudum çox təsir elədi mənə. Sonra müəllimlərim mənə deyirdilər niyə təhsilini davam etdirmirsən? Niyə etdirməliyəm. Gündüz axşama qədər oxu , neçə il universitetə ayaq döy sonra da diplomunu al otur evdə ya da ki ged bu xanımlar kimi günə 5 manata da olsa iş axtar. Allah köməkləri olsun. 1000 şükür bu günümüzə
2 mart 2016 15:12
# 7
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ayka95
Oxudum cox tesirlendim.Allah komeyleri olsun.Bezen insanlarin her seyi ola ola yenede nasukurluk edirler .Belelerine baxib milyonkere sukr etmelidirler
2 mart 2016 14:45
# 6
tenha cicek
Allah komeklerinde dursun INWALLAH hec bi qadinin basina bele bir is gelmez

Sitat: Tomris Müslümova
Məkanın adı belə insana əsəb verir.İndi hanı zəmanədə yaşayırıq ki,"qul bazarı"da olsun? Sonrada hamı ağzını açıb yekə-yekə danışır ki, qadın hüququnu bilməlidir,təhsil önəmlidir.Elə birinci danışan qadın ali təhsilli olduğunu vurğuladı.Hə indi o harda işləsin? Nəynən dolansın camaat? Ali təhsil demirik? Bədbaxt oxuyubda.O tək deyile onun kimiləri o qədərdir ki.Ali təhsilli ancaq hambal.Şəxsən birini tanıyıram Azərbaycan Dövlət İqtisad Univesitetini bitirib ancaq bazarda kartof satır.Özüdə ora girmək və oxuyub bitirmək hər adamın başı üçün deyil.İndi o niyə görə kartof satmalıdır? Bəyəm yuxarıda oturanların hamısı ali təhsillidir? Elə birini tabıyıram ki Sammarinonu bitirib ancaq Zaks idarəsinin müdiridir.
Bizim millət həmişə qurunun oduna yaşıda yandırır.Bu həmişə belə olur.Adicə bir əxlaqı narahat qız olsun bir tərbiyəli qıznan salammeleyki eləsin deyəcəklər ki oda onun tayıdır.Ləkə yapışdırmağa bir candılar.Hər birinin çox ağrıdıcı çətin taleyi var.Oturmuşuq isti evimizdə bəzən dünyadan xəbərsiz oluruq.Mənə çox təsir elədi bu oxuduqlarım.Bizdə işə qəbul yoxdu onsuzda yalnız sakreşeniya var.Camaatı qul kimi,əşya kimi çıxarıb bayıra tullama var.Respublikanın nəhəngi sayılan bir stansiya var,orda güclü sakreşeniya getdi.Qarabağ əlilini işdən çıxarıblar deməli,həmin adam deyir ki,Qarabağ veteranıyam məni işdən çıxarısız mən harda işliyim? Yuxarıda oturanların cavabıda o olub ki,səni Qarabağa kim göndərib get onnanda iş istə! Di beləsinin nəslini kürümək lazımdır ki verdiyin cavab deyile söyüşdü.Adamı 7 qat yandırar.Allah hər birinə köməy olsun o qaıdnıların.Təbii ki əxlaqsızlara aid eləmirəm onlar ev yıxan mxəluqlardır ki islah olunmaları çətindir.Qabaqdan 8 mart gəlir onlar bəlkədə kiminəsə həsəd aparırlar çox təsir elədi mənə onların yaşadıqları.Kiminə bax fikir elə kiminə bax şükür elə!

senin soylediklerinle tamamile raziyam
2 mart 2016 14:10
# 5
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
BARBI
Esl eclafliqdur. Bele insanlari edam etmek lazimdir. Cezasini versinler. Bu exlaqsizlara gore qadinlar kuceye cixmaga hesret qalir
2 mart 2016 13:55
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Məkanın adı belə insana əsəb verir.İndi hanı zəmanədə yaşayırıq ki,"qul bazarı"da olsun? Sonrada hamı ağzını açıb yekə-yekə danışır ki, qadın hüququnu bilməlidir,təhsil önəmlidir.Elə birinci danışan qadın ali təhsilli olduğunu vurğuladı.Hə indi o harda işləsin? Nəynən dolansın camaat? Ali təhsil demirik? Bədbaxt oxuyubda.O tək deyile onun kimiləri o qədərdir ki.Ali təhsilli ancaq hambal.Şəxsən birini tanıyıram Azərbaycan Dövlət İqtisad Univesitetini bitirib ancaq bazarda kartof satır.Özüdə ora girmək və oxuyub bitirmək hər adamın başı üçün deyil.İndi o niyə görə kartof satmalıdır? Bəyəm yuxarıda oturanların hamısı ali təhsillidir? Elə birini tabıyıram ki Sammarinonu bitirib ancaq Zaks idarəsinin müdiridir.
Bizim millət həmişə qurunun oduna yaşıda yandırır.Bu həmişə belə olur.Adicə bir əxlaqı narahat qız olsun bir tərbiyəli qıznan salammeleyki eləsin deyəcəklər ki oda onun tayıdır.Ləkə yapışdırmağa bir candılar.Hər birinin çox ağrıdıcı çətin taleyi var.Oturmuşuq isti evimizdə bəzən dünyadan xəbərsiz oluruq.Mənə çox təsir elədi bu oxuduqlarım.Bizdə işə qəbul yoxdu onsuzda yalnız sakreşeniya var.Camaatı qul kimi,əşya kimi çıxarıb bayıra tullama var.Respublikanın nəhəngi sayılan bir stansiya var,orda güclü sakreşeniya getdi.Qarabağ əlilini işdən çıxarıblar deməli,həmin adam deyir ki,Qarabağ veteranıyam məni işdən çıxarısız mən harda işliyim? Yuxarıda oturanların cavabıda o olub ki,səni Qarabağa kim göndərib get onnanda iş istə! Di beləsinin nəslini kürümək lazımdır ki verdiyin cavab deyile söyüşdü.Adamı 7 qat yandırar.Allah hər birinə köməy olsun o qaıdnıların.Təbii ki əxlaqsızlara aid eləmirəm onlar ev yıxan mxəluqlardır ki islah olunmaları çətindir.Qabaqdan 8 mart gəlir onlar bəlkədə kiminəsə həsəd aparırlar çox təsir elədi mənə onların yaşadıqları.Kiminə bax fikir elə kiminə bax şükür elə!
2 mart 2016 13:30
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
1205
Allaha qurban olum.bu gunumuze 1000şukur
2 mart 2016 13:24
# 2
Leylas
Oxumag cox cetin oldu.. Allah komekleri olsun.. Bezen yasadigimiz cuzi birseyden narazicilig edirik.. Ama heyatin en acisindan xeberimiz yox ... Bir daha Allah komekleri olsun..
2 mart 2016 13:22
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz