Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asiyanın Bred Pitti: Kvanç Tatlıtuğ [Foto]
Asiyanın Bred Pitti: Kvanç Tatlıtuğ [Foto]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2838
Səs ver:

 

Ya təksevgililik, ya təkarvadlılıq...

Kvanç Tatlıtuğ bu gün Türkiyənin ən məşhur aktyorlarından biridir. Aktyor az müddət ərzində Türkiyə ilə yanaşı, qonşu ölkələrin, həmçinin ərəb dünyasının kinosevərlərinin də sevgisini qazana bilib. Elə bu günlərdə Publika.Az xarici mediaya istinadən Əlcəzairdə bir kişinin öz qızını K.Tatlıtuğun şəkillərinə qısqanaraq başını kəsməsiilə bağlı xəbər yaymışdı...

Əlbəttə, xəbər nə qədər kriminal olsa belə aktyorun müsəlman ölkələrində populyarlığını göstərir. Əslində K.Tatlıtuğun özü də türkiyəli aktyorların, o cümlədən özünün ərəb ölkələrində həddən ziyadə sevilməsinə heyrətlənir. Hətta aktyor BƏƏ-də və Misirdə keçirilən kino festivallarında mükafata da layiq görülüb. Qahirə festivalında ərəblərin ona olan marağı Salma Hayek və Demi Mur kimi məşhur Hollivud ulduzlarının diqqətini cəlb edib. Onlar soruşanda ki, kimdir bu aktyor? Cavab verilib ki,"Asiyanın Bred Pitti". Elə Azərbaycanda da Türkiyə telekanallarını izləyən tamaşaçılar"Gümüş","Aşkı-memnu" və hazırda yayınlanmaqda olan"Kuzey-Güney" seriallarının baş qəhrəmanı kimi, Kvança rəğbət bəsləyirlər.

Kimdir Kvanç Tatlıtuğ?

O, az müddətdə hamının diqqətini öz üzərinə necə cəmləyə bildi? Yalnız zahiri yaraşığı, avropalılara bənzəyən biçimli üz cizgiləri, sarışın saçları və 1.87 sm-lik boyuylamı?..

Kvanç Tatlıtuğ 1983-cü il oktyabr ayının 27-də Türkiyənin Adana şəhərində doğulub. Ailədə beş uşaqdan biri olan Kvanç burada"Yenicə Özəl Çağ Litseyində" orta təhsil alıb. 1997-ci ildə atası ürəyindən əməliyyat olunduqdan sonra ailəlikcə İstanbula köçüblər və o, təhsilini burada davam etdirib.

Manekenlik eşqinə necə düşür?

Hələ basketbol oynadığı dönəmdə ətrafındakı insanlar gözəl bədən quruluşuna malik olması haqda təriflər söylədikcə manekenlik barədə də düşünməyə başlayan Kvanç əslində anasının təhrikiylə bu işə başlayır. Belə ki, bir gün anası bir marketin şüşəsində manekenlik elanı görür və Tatlıtuğu dərhal həmin fotoqrafiya şirkətinə göndərir. Bununla manekenlikdə ilk addımlarını atan aktyor bir-birinin ardınca gələn

təkliflərlə uzun müddətli olmasa da, professional manekenlik həyatına qədəm qoyur.. Türkiyədə bu isim maneken kimi, 2002-ci ildə Best Model of Turkey və ardından da Best Model of the World müsabiqələrində eşidilməyə başlayıb. Bunun ardından Fransanın"Success" manekenlik agentliyindən təklif alan Tatlıtuğ Parisə köçür və il yarım orada yaşayır. Burada"Model of the World" müsabiqəsinin qalibi olan aktyor beynəlxalq moda cameəsində tanınmaq imkanı qazanır.

Kinoya gəlişi...

Amma Türkiyə mediası hesab edir ki, onun manekenlik karyerasını yetərincə uğurlu saymaq olmaz.

Fransanın paytaxtında manekenliklə məşğulkən bir-birinin ardınca filmlərə çəkilmək təklifi alan Tatlıtuğ uşaqlıqdan kinoya və televiziyaya maraq göstərdiyinə görə bu təklifləri dəyərləndirmək üçün Türkiyəyə qayıdır. Ünlü televizyonçu Okan Bayülgen və Türkiyə Dövlət Teatrının aktyoru Laçın Ceylandan aktyorluq sənətini öyrənir.

2005-ci ildə ilk dəfə kino aləminə qədəm basır və"Gümüş" serialındakı Mehmet obrazıyla"Kvanç Tatlıtuğ" ismini Türkiyədə daha yaxından tanıtdırmağa başlayır. Bundan sonra"Menekşe ilə Xəlil","Amerikalılar Qara dənizdə" filmlərində rol alan aktyor zənnimizcə, ən böyük uğurunu Xalid Ziya Uşaqlıgilin məşhur romanı əsasında səhnələşdirilən"Aşkı-memnu" serialındakı Behlül obrazı ilə qazanır. Filmdə Beren Saatla tərəf müqabili olan Kvanç aktyorluq bacarığını yetərincə sərgiləyə bilir və bu filmin izlənməsi rekord həddə çatır. Behlül Xəznədar obrazı K.Tatlıtuğa"Altun Kələbək Ödülləri"ndə"ən iyi erkək oyunçu" mükafatını qazandırır.

2010-cu ildə qısa müddətlik də olsa,"Ezel" serialına dəvət alır...

Hazırda"Kanal D"-də yayınlanan"Kuzey-Güney" dizisində Kuzey obrazını uğurla canlandırmaqdadır. Burada isə o, Türkiyənin daha bir ünlü sənətçisi Buğra Gülsoyla tərərf müqabilidir.

Özəl həyatı

Aktyor 2002-ci ildə "Miss World 2002" yarışmasında dünya gözəli seçilən Azra Akınla tanış olur. Onlar nişanlanır, ancaq bu ilişki 2008-ci ilədək davam edir. Azra ilə ayrıldıqdan bir müddət sonra özündən 13 yaş böyük aktrisa Məltəm Cumbulla eşq həyatı yaşayan Tatlıtuğ bu münasibətlərə də bir neçə ay sonra son qoyur...

Kvança hərdən"ömrünün altı ilini bir qadına necə qurban verdin" deyə - model Azra Akın nəzərdə tutulur – sual verilir. Aktyorun cavabı maraqlıdır:"Mən həmişə təksevgililiyin və təkarvadlığın tərəfdarı olmuşam. Həyatımda elə dərin boşluqlar yoxdur ki, onu hər gün bir gözəl qadınla doldurum. Ya da şöhrətdən, puldan başım havalansın və fanatların, gözəl qızların hissləri ilə oynamaq kimi alçaq səviyyəyə düşüm. Bu gün heç bir gözəlçə, maneken deyə bilməz ki, Kvançla bir-iki gecəlik eşq yaşadım. Mən özümə hörmət edən insanam. Əgər mənə bir gecəlik fahişə lazımdırsa, bunun üçün kiminləsə tanış olub, sevgili oyunu oynamaq nəyə lazım? Mənə görə əvvəl ağıl, məntiq, sonra ürək və hisslər gəlir. Ağlını düzgün işlətdiyin təqdirdə, eşq həyatın da maraqlı keçər".

Gözəl qadın haqqında təsəsvvürünə gəlincə, Kvanç makiyajsız xanımlara üstünlük verir:"Gözəl o qadındır ki, gözəl olduğunu bilir, amma bunu gözə soxmur, olduğu məclisdə "Mənə baxın, mən çox gözələm" mesajı göndərirmiş kimi, ortalarda fırlanmır". Basketbol marağı

Vaxtilə basketbol oynayan Kvançın ən böyük arzusu NBA-da basketbolçu kimi fəaliyyətə başlamaq idi. Hələ Adanada yaşayarkən"Fiskobirlik","Güney Sanayi","Çukurova klubu","Dövlət Su İşləri" və"Tarsus Amerikan Klubu" və s. komandalarda basketbol oynayan Tatlıtuğ hətta"Ülkerspor"dan təklif alır və iki il basketbolşu kimi bu klubda çalışır. Bundan sonra bir il"Beşikdaş", daha bir il isə"Fənərbaxça"da oynayır. Təkrarən"Beşikdaş"a qayıdan Tatlıtuğ məşq zamanı yaralanır və bununla da yaxın gələcəyin ünlü aktyorunun basketbol karyerasına son qoyulur.

Hobbisi

At minməyi xoşlayır. Dediyinə görə, dəniz sahilində təkbaşına piyada gəzinti ilə yorğunluğunu çıxarır. Səssizliyə, tənhalığa üstünlük verir. Başqa həmkarları kimi, gecələr əyləncə klublarına getməyi, ümumiyyətlə, küçəyə çıxmağı sevmir. O, ev şəraitində dostlarıyla əyləşməyin, söhbətləşməyin tərəfdarıdır."Birlikdə televizora, kinoya baxıb, qovrulmuş fındıq yeyirik. Mənim üçün bundan gözəl istirahət və rahatlıq ola bilməz".Çukurova klubu


Şərhlər:
Baxılıb: 2838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz