Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gənc ailənin örnək sevgi hekayəsi - foto
Gənc ailənin örnək sevgi hekayəsi - foto
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1243
Səs ver:
Dünən sosial şəbəkələrdə qan xərçəngindən əziyyət çəkən xanımın yazdıqları hamını duyğulandırıb.
 
Həmin statusu olduğu kimi təqdim edirik:
 
"Salam... Sabah mənim evliliyimin birinci ildönümü olacaqdı. Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik. Hər şey çox gözəl idi. Ta ki, 04.06.2015-ci ilə qədər.

Ayaqlarımda qaraltılar yarandı. Yoldaşımın təkidi ilə xəstəxanaya getdik. Mən çox ciddiyə almırdım, inanmırdım ciddi nəsə problem ola. Qanım azdır deyə düşündüm. Həkim otağa girdikdə o mənə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yazdı: "Bir az daha gec gəlsəydik daha pis şeylər ola bilərdi” - deyə söylədi.

Həmin gün xəstəxanaya yatdım. Elə həmin gün yoldaşıma - "Boşanaq, get başqa qadınla ailə qur, buna haqqın da var, razılığım da” - dedim. ''Niyə mənimlə əziyyəti çəksin ki?'' - deyə düşündüm...

Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı kimi daha bərk və hərarətlə sarıldı və ''Səninlə ancaq qəbirdə ayrıla bilərik'' - dedi...

- Müalicəm başladı, o bir dəqiqə belə yanımdan ayrılmadı. Kənar palatalardakı xəstələr, bütün həkimlər də artıq hamısı onu tanıyırdı. Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum. Neçə dəfə onu acıladım, üstünə qışqırdım, amma o bunların heç birinə cavab vermirdi, sakitcə baxırdı. Onda anladım ki, Allah mənə bir həyat yoldaşı yox, əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib. Həmd olsun böyük Allahıma!"



Şərhlər:
Baxılıb: 1243
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz