Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ukrayna gözəli olan azərbaycanlı - FOTOLAR
Ukrayna gözəli olan azərbaycanlı - FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1312
Səs ver:
24 yaşlı Fəridə İbrahimova Azərbaycanda tanınmasa da, bütün Ukraynada məşhurdu. Ukraynanın Jitomir şəhərində böyüyüb başa çatan Fəridə oranın ən gözəı xanımı seçilərək "Miss Jitomir” tituluna nail olub. Sonra "Miss Donbass” tacını əldə edib, daha sonra isə "Miss Ukrayna” müsabiqəsində 3-cü yer tutub. Hazırda o haqlı olaraq, "100 Ukrayna gözəli” sırasındadır. Fəridə ilə əlaqə saxlayaraq onunla həmsöhbət olublar.

- Azərbaycanda sizin bu müsabiqələrdə uğurla iştirak etməyinizdən xəbərdardılarmı?
- Düşünürəm ki, bəli. Mənimlə bir-iki sayt əlaqə saxlayıb, məlumat istəmişdi. Çox şadam ki, Azərbaycanda mənimlə maraqlanırlar və dəstəkləyirlər. Doğrusu, bu mənim üçün bir az gözlənilməz idi.

- Adətən slavyan ölkələrində yaşayan azərbaycanlılar öz qızlarını yetkinlik yaşına çatan kimi Azərbaycana yollayırlar. Amma siz nəinki Ukraynada orta məktəbi, hətta ali məktəbi də bitirdiniz, alman və ingilis dilərində dərs də deyə bilərsiniz...
- Bu o demək deyil ki, məni asanlıqla gözəllik müsabiqələrinə iştirak etməyə də evdə razılıq verdilər... Valideyinlərim bu barədə eşidən kimi öz etirazlarını bildirdilər! Onlar da hamı kimi əvvəl stereotiplərlə düşünürdülər. Axı, bilirsiniz, bu tip müsabiqələrdən nələr danışırlar və nə qədər çirkin şaiyələr gəzir. Lakin artıq birinci müsabiqədə iştirakımdan sonra onlar məni dəstəklədi. Atam, ümumiyyətlə, məni bütün işlərimdə dəstəkləyir və mən ona heç vaxt narazılıq və məyusluq uçün əsas verməmişəm.

- Sizin bacınız da çoz gözəldir. O niyə belə bir müsabiqələrdə çıxışa risk etmir?
- Risk? Burada heç bir risk etmək söhbəti yoxdur. Sadəcə 24 yaşına kimi qızlar iştirak edə bilər. O isə belə müsabiqələr üçün artıq "qocalıb” (gülür). Qeyd etməliyəm ki, hamıdan çox məni məhz bacım dəstəkləyirdi!

- Azərbaycan və Ukrayna qızlarının prinsipial fərqi nədədir - geyimdə, davranışda, həyat tərzində?
- Bilirsiniz, məişətdə deyə bilmərəm, amma geyim tərzi heç seçilmir. Baxmayaraq ki, Azərbaycan müsəlman ölkəsidir, onların geyimi nə xüsusi olaraq Ukraynadan, nə də ümumi olaraq Avropa ölkələrinin qadınlarından geyimlərindən seçilmir. Bu da indiki zamanda normal bir haldır.

- Siz rusca, azərbaycanca, yoxsa ukrain dilində düşünürsünüz?
- Çox vaxt azərbaycan dilində. Cünki bizim atalar sözlərini çox sevirəm və onları işlətməyi xoşlayıram.

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1312
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz