Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adriana Limanın gündəlik rejimi və gözəllik sirri - fotolar
Adriana Limanın gündəlik rejimi və gözəllik sirri - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 592
Səs ver:
Braziliyalı model Adriana Lima "Marc Jacobs" parfümünün reklam çarxına da çəkilib.

O, gündəlik rejimindən və boksdan danışıb:

"Səhərlər saat 7-də dururam, duş qəbul etdikdən sonra üzümə nəmləndirici kremlər vururam, daha sonra dodaq üçün balzamdan istifadə edirəm. Səhərlər kosmetikadan o qədər də istifadə etmirəm. Amma gözəl dərinin düzgün qidaya da ehtiyacı var.

Səhərlər yulaf yarması, yumurta ağı, meyvələr yeyirəm. Stolumun üstündə kofe mütləq olmalıdır. Bundan sonra uşaqlarımla məşğul olmağa başlayıram, daha sonra isə boks zalına gedirəm. Bu idmanla uzun illərdir məşğulam. 6 yaşım olanda ilk dəfə boks haqda eşitdim. Anamın rəfiqəsi mənə boks əlcəklərini göstərmişdi. Düşünürdüm ki, bundan yaxşı heç bir şey yoxdur. Bu gün qadınların boksa çox meyl etməsi məni sevindirir. Bir çoxları bu idmanı zorakılıq kimi qiymətləndirsə də, mənə görə boks sürətin, dözümün və koordinasiyanın məşqidir. Buna görə o, insana özünü həyatda toparlanmış kimi hiss etdirir.

Ümumiyyətlə, məncə, boks kişilər və qadınlar arasında bərabərliyin təcəssümüdür. Çünki bu növ sizə nə qədər güclü ola biləcəyinizi xatırladır. 19 yaşımdan boksla ciddi şəkildə məşğulam. Mümkün olsa, zala hər gün gələrdim. Bunun üçün güc, dözüm lazımdır. Qidalanmaya xüsusi diqqət etmək vacibdir, çünki güc çox əsasdır".

A.Lima gözəlliyinin əsas sirrini də açıqlayıb:

"Düşünürəm ki, sudan asılıdır. Kokos suyu içirəm. Çoxlu maye qəbul edirəm, bu dərinin sağlamlığına çox xeyirdir. Gününüz çox yorğun keçibsə, özünüzü rahatlaşdırmaq istəyirsinizsə, pambığı buzlu kokos suyuna batıraraq üzünüzü silin".

Model aktrisa ola biləcəyindən də danışıb:

"Məktəb tamaşalarında oynamışam, amma aktrisa kimi bilmirəm, istedadım var ya yox. Bir neçə həmkarım filmə çəkilib. Mən isə bunun üçün təhsil almaq istərdim. Model kimi podiuma çıxmaq da bir növ aktrisalıq tələb edir".

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 592
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz