Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Öpüşmə, sevişmə səhnələrinə çəkilmək...” – FOTOSESSİYA
“Öpüşmə, sevişmə səhnələrinə çəkilmək...” – FOTOSESSİYA
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1255
Səs ver:
Əvvəllər həm basketbolla, həm də musiqi ilə maraqlanıb. Amma sonradan peşəkar aktyor olmağa qərar verib. Söhbət "Kanal D”də yayımlanan "Bir dəniz hekayəsi” adlı serialın yaraşıqlısı Əmrə Qızılirmaqdan gedir.
Yeni serialı münasibətilə "Hürriyət”ə müsahibə verən  Əmrə Qızılirmaq həm yeni işi, həm də şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
 
- Əsas mövzumuz yeni serialın "Bir dəniz hekayəsi”dir. Ancaq öncə sənin hekayəni öyrənək...
- Atam sivaslı, anam isə samsunludur. Mən Ankarada dünyaya gəlmişəm, amma İzmirdə böyümüşəm. Əskişəhərdə isə universitet təhsili almışam.
 
- Çox qarışıq oldu... Davamlı olaraq yer dəyişdirmisən...
- Hekayəmə lap əvvəlindən başlasaq, onu deyə bilərəm ki, anamla atam tələbə ikən Ankarada tanış olublar. İlk baxışdan bir-birinə aşiq olublar. Daha sonra Egeyə köçüblər. Atam idman müəllimi, eyni zamanda da basketbol məşqçisidir. Məni də 6 yaşımda basketbolla tanış edib. Bir tərəfdən də atletika ilə məşğul olurdum. Mənim üçün həyatda ən önəmli şey idman idi. Amma böyüdükcə idmanla yanaşı, başqa fəaliyyətlərlə də məşğul olmaq istədim. Musiqiyə olan həvəsim sayəsində qabiliyyətim ortaya çıxdı. Bir gitaram var idi. Onunla öz-özümə bəzi mahnıları çalmağı öyrəndim. Daha sonra musiqi qrupu qurdum. Məktəb şənliklərində iştirak edirdik.
 
- Bəs sonra necə oldu ki, "rockstar” və basketbolçu olmaq həvəsi unuduldu?
- Qrupdakı ən yaxın dostum Əskişəhərdə universitetə daxil oldu və təhsil almaq üzün ora getdi. Bir il sonra mən də onun ardınca getdim. Eyni evdə yaşamağa başladıq, başqa ev yoldaşlarımız da vardı.  Amma yola gedə bilmədik və məni evdən qovdular (gülür). Başqa musiqi qrupu qurmaq istədim, lakin bir daha məsuliyyətli insanlarla qarşılaşmadım. Bu arada İstanbulda həftəsonları basketbol məşqçisi kimi fəaliyyət göstərir və xərcliyimi qazanmaq üçün agentliklərdə qeydiyyatdan keçib müxtəlif iş təkliflərini qiymətləndirirdim.
 
- 2007-ci ildə "Best Model”də iştirak etdin. Buna səbəb nə idi? "Uzun boyluyam, əlim-üzüm düzgündür, bundan istifadə edim?” - deyə düşündün?
- Yox. Xalam nə vaxt televizorda "Best Model” yarışmalarını izləsə, mənə deyirdi ki, "get, sən də iştirak elə, səndən yaxşısını tapacaqlar?” Bir gün İstanbulda ikən telefonuma bir mesaj gəldi. "Best Model”ə dəvət edildiyim yazılmışdı. Xalam mənim əvəzimə fotolarımı götürüb müraciət edibmiş. Yarışmada ikinci oldum. Daha sonra Koreyada "Manhunt International”da ən yaxşı podium modeli seçildim. Amma gələn təklifləri qəbul etmirdim, əvvəlcə universiteti bitirmək istəyirdim. Məzun olduqdan sonra "Erler Film” şirkətinin sınaq çəkilişlərində iştirak etdim. Beləliklə, aktyorluq karyerama "Aşk bir hayal” ("Eşq bir xəyal”) serialı ilə başladım.
 
- "Bir dəniz hekayəsi” sanki "Yeşilçam” filmlərini xatırladır...
- Düzdür, o filmləri xatırladan nüanslar da olur, ancaq bir tərəfdən də real həyatdan izlər daşıyır. Hər birimizin ətrafında parçalanmış ailələr var. Ana-atası ayrılmış uşaqların sayı milyonlarladır. Məsələn, elə biri mən. Valideynlərim mən 18 yaşımda olanda ayrılıblar. Onları görmək üçün İzmirə gedirəm. Hələ də anamın yanında qalanda atamdan, atamın yanında qalanda da anamdan məhrum oluram.
 
- Serialın digər baş rol aktyoru, balaca Əmir Bərkə ilə yola gedə bilirsən?
- Basketbol məşqçisi olduğum illərdə 6-12 yaş arası uşaqlarla işləyirdim. Onları başa sala bilmək üçün mütləq uşaqların baxış bucağını bilməlisən. Uşaqlarla yola getməkdə çətinlik çəkmirəm. Onlarla uşaqlaşa bilirəm. Əmir Bərkə ilə tanış olan kimi bir-birimizə qaynayıb-qarışdıq. Sanki uzun müddətdir ki, bir-birimizi tanıyırdıq. Çəkiliş meydanında tez-tez zarafatlaşırıq. Aramızdakı bu isti münasibət ekranda da öz əksini tapır.
 
- Serial "zəngin qız-kasıb oğlan” mövzusu üzərində qurulub. Real həyatda da mövqeyin eşqinə mane olur?
- Eşqə heç nə mane ola bilməz.
 
- Bütün çətinliklərə və səhvlərə rəğmən, ayaqda durmağı bacaran eşq varmı?
- Təbii ki hələ də elə eşqlər var. Ən yaxşı nümunə nənəmlə babamdır. Son nəfəslərini verənə kimi bir-birinin adını sayıqlayıblar. Yan-yana basdırılıblar. Məzarda da bir-birİni qucaqlayıb yatırlar.
 
- Ulduzunun parladığı bir vaxtda, yəni Türkiyənin ən populyar aktyorlarından biri olmaq yolunda əmin addımlarla irəliləyirdin ki, ani bir qərarla evləndin. Bu sektor üçün strateji səhv deyil ki?
- Məncə, elə deyil. Sizin dediyiniz kimi populyar olmaq bəziləri üçün ən böyük hədəf ola bilər, amma mən tam fərqli yol seçmişəm. Yaxşı layihələrdə rol almaq və aktyorluq qabiliyyətimi ən yaxşı şəkildə göstərmək istəyirəm. Başqa heç bir dərdim yoxdur.
 
- Bəzi aktyorlar gələn ssenariləri əvvəlcə həyat yoldaşlarına oxudurlar. Onlar da sevişmə, öpüşmə səhnələrinin üstünü cızırlar, həmin səhnələrə etiraz edirlər. Sən də bu cür səhnələri həyat yoldaşınla məsləhətləşirsən?
- Həyat yoldaşımın fikirlərinə dəyər verirəm və hörmət edirəm. Amma heç vaxt mənə belə müdaxilə etməyib. Həmin səhnələrdə aktyor, aktrisaların duyğularla öpüşdüyünü zənn edirsiniz?
 
- Bilmirəm, axı heç kamera qarşısında öpüşməmişəm.
- Qarşımızda 60 nəfər var ikən, biz real görünməyə çalışırıq. Peşəkar baxış bucağından baxmaq lazımdır. "Oh, nə gözəl işdir” deyənlər varsa, deməli, heç vaxt çəkiliş meydanı görməyiblər. Aktyor və aktrisalar üçün öpüşmə, sevişmə səhnələrinə çəkilmək çox çətindir.

 

 

 



Şərhlər:
Baxılıb: 1255
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz