Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günay: "Türkiyədən qaçdım, çünki evdən bayıra çıxa bilmirdim" - fotolar
Günay:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1172
Səs ver:
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bir neçə günlüyünə Bakıya qayıdıb.

Açıqlama verən model vətənə qayıdışının səbəbindən danışıb:

"Bir sənədə imza atmalıydım, ona görə də Bakıya gəldim. Həm də bir az dincəlmək istədim. Türkiyədə evdən bayıra çıxa bilmirəm. Hər yerdə jurnalistlər var, suallar verirlər. Bütün günü evdə otura bilmərəm axı... Mən də alış-verişə və ya başqa yerə getmək məcburiyyətindəyəm. Eyni mövzu ətrafında o qədər suallar verirlər ki... Necə deyərlər, başımı götürüb Türkiyədən qaçdım. Bir az dincəlməyə gəldim. Şəxsi həyatım, boşanmağım mövzusunda danışmaq istəmirəm".

G.Musayeva Türkiyə mətbuatının haqqında yazdığı keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel tərəfindən döyülməsi xəbərlərinə münasibət bildirib:

"Heç vaxt deməmişəm ki, fiziki şiddətə məruz qalmışam. Jurnalist mənə sual ünvanlayıb, öz istədiyi cavabı da yazıb. Mənim ağzımdan elə sözlər çıxmayıb".

Oğlu Cahangirdən danışan model növbəti gəlişində onu da Bakıya gətirəcəyini bildirib:

"Əslində Cahangir bir dəfə bura gəlib. Amma bunu mediadan gizlətmişəm. Növbəti dəfə gətirəcəyəm. Onun damarlarından həm də Azərbaycan qanı axır. Vətənini tanımalıdır. Mən oğluma rus yox, Azərbaycan dilini öyrədəcəyəm".
 
"Kod adı G.Ö.Z" filminin Bakıdakı qala gecəsinin təxirə salınması ilə bağlı suallara isə G.Musayeva "Bir çox Avropa ölkəsində nümayiş olunub. Ən böyük büdcəsi olan film idi. Mövzusu da səs saldı. Amma deyilənə görə o qədər də çox izləyici toplamadı. Bu film mənim üçün böyük təcrübə olub" deyə, cavab verib.

Model yeni bir türk serialına çəkiləcəyindən də xəbər verib:

"Bir neçə serial təklifi gəlib. İçində ən yaxşısını seçdim. Bu günə kimi ancaq mafiya, dedektiv filmlərində olmuşam. Bu dəfə eşq filmində olacağam. Bir çox ölkədə yayımlanacaq bir serialdır".
 
Azərbaycanda yayımlanacaq "Bu stil mənim" yarışmasının münsif kürsüsündə əyləşəcək G.Musayeva iştirakçılara səslənib:

"İştirakçılara deyirəm ki, hazırlanıb gəlsinlər. Azərbaycan qızları çox gözəldirlər. Makiyajdan və aksesuardan çox istifadə edirlər. Öz yaşlarına uyğun davransınlar. Daha sadə, təbii və eyni zamanda da şık olsunlar".

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1172
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz