Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlı aktrisa: "Erotik səhnələrdə aktrisa olmayan..."
Azərbaycanlı aktrisa:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1082
Səs ver:
Aktrisa Günel Həmidovanın müsahibəsi.

- Günel xanım, necə düşünürsünüz, səhnə üçün doğulmusunuz?
- Düşünürəm ki, mən məhz səhnə üçün yaranmışam. Çünki incəsənətə uşaqlıq illərimdən olan meylim bunu deməyə əsas verir. Düzdür, bu sənətə sahiblənməyim mənə bir o qədər də asan başa gəlmədi. Valideynlərim narazı idilər. Lakin nəticə etibarilə, onların razılığını və xeyir-duasını ala bildim. Onlarda bir güvən yaratdım.

- Beləliklə, Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldunuz... Universitetdən sonra sənət sizə hansı sürprizləri etdi? Serial "həyat"ınız kifayət qədər uğurlu oldu deyə bilərikmi?
- Hələ universitetdə oxuyarkən məni bir reklam çarxına çəkmişdilər. Ondan sonra tez-tez dəvətlər almağa başladım. Müxtəlif film və seriallarda, eləcə də reklamlarda rol aldım.

- "Bir ailəm var" serialı sizin üçün kifayət qədər uğurlu oldu desək, yəqin ki, yanılmarıq...
- Sizinlə tam razıyam, sözügedən serial mənim birə-beş tanınmağımda müstəsna rol oynadı.

- Ailənizdə, yaxud da qohumlarınızdan incəsənət sahəsində çalışan insanlar var?
- Mənim nə ailə üzvlərimin, nə də yaxın qohumlarımın ümumiyyətlə incəsənətə dəxli də yoxdur (gülür).

- Bəs sizə nəyin dəxli yoxdur?
- Mənə aid olmayan bir şeyin mənə dəxli yoxdur. Mən bu prinsiplə yaşayıram.

- Belə bir deyim var, islanmışın yağışdan nə qorxusu? İnslananlardansınız?
- Sözün hər iki mənasında islanmışam. Amma əsl mənada islanmağı xoşlayıram (gülür). Yağışı çox sevirəm. Hər dəfə yağış yağanda pəncərənin qarşısında dayanıb, əllərimi açıb Allaha verdiyi bərəkətə görə şükranlığımı bildirirəm.

- Teatrda işləmək fikriniz yoxdur?
- Müəyyən vaxtlarda işləmişəm. Daimi olaraq da çalışmağım pis olmaz, hətta istəyərdim. Bu məsələni də qismətə bağlamaq olar (gülür).

- Günel xanım, indiki gənc aktrisaların açıq-saçıq səhnələrə münasibəti birmənalı deyil... Sizin bu barədə fikrinizi bilmək maraqlı olar. Erotik filmə çəkilərsiniz?
- Erotik filmə indiki zaman üçün çəkilmərəm. Çünki mənim belə təklifləri dəyərləndirməyə hansısa maddi və ya mənəvi ehtiyacım olmalıdır. Ya da ki, özümü belə rollarla reklam etmək "eşq"i. Şükür Allaha ki, əlimi hansı rola atsam, onu tamaşaçıma qəbul etdirə bilərəm. Bunun özü ən gözəl reklamdır. Tamaşaçı kütləm mənə inanır, onları pis mənada təəccübləndirmək istəmirəm. Bir də ki, bunun üçün heç bir xüsusi qabiliyyət, yaradıcılıq tələb olunmur. Erotik səhnələrdə aktrisa olmayan, yoldan ötən birini də gətirsən, çəkilə bilər. Mən isə özümü daha çox yaradıcılıq tələb olunan rollarda görürəm.

- Şəxsi həyatınız barədə çox az məlumat var. Buna özünüz şərait yaratmırsınız, yoxsa media nümayəndələri maraqlanmırlar?
- Maraqlananlar olsa da, mən öz şəxsi həyatım barədə məlumatları mətbuata sızdırmıram. Xoşum gəlmir ki, kimlərsə mənim şəxsi həyatımı müzakirə etsinlər.

- Oynadığınız rollar tamaşaçıların yaddaşında yaxşı qalıb, görünür. Xüsusən də, "Səma" obrazı...
- Elədir... Hətta məni yolda, küçədə görənlərin çoxu Günel yox, Səma deyərək xitab edir (gülür). Bu, mənim üçün çox sevindirici haldır. Deməli, tamaşaçıda təəssürat yarada bilmişəm.

- Hər "qapı"nı asanlıqla açmısınız?
- Şükürlər olsun ki, bağlı qalan "qapı"ların sayı çox azdır. Bəzi məqamlarda çətinlik olsa da, istədiyim "qapı"nı açmağı bacarmışam.

- İllərdir kimi gözləyirdiniz?
- İllərdir ki, onu gözləyirdim və nə yaxşı ki, indi yanımdadır (gülür).


Şərhlər:
Baxılıb: 1082
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz