Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sima: "Evlilik təklifləri çox alıram" - FOTOSESSİYA
Sima:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1706
Səs ver:
Türkiyədə yayımlanan "İşde benim stilim” verilişi ilə tanınan, azərbaycanlı model Sima Şərafətdinova ailəsi ilə birgə bir  müddətdir ki, Bakıya qayıdıb.
Foto kamera qarşısına keçən Sima şəkillər çəkdirib, maraqlı açıqlamalar verib:

- Bakıya istirahət üçün gəlmişəm. Türkiyədə rahat dincələ bilmirdim. Həm də valideynlərim vətən üçün çox darıxmışdılar. Bəlkə ölkəmə bir-neçə il gələ bilmədim. Bir ildən çox idi ki, burada deyildim. Gedəndə çox az insanın tanıdığı biriydim. İndi isə tanınmış biri kimi gəlmişəm. Küçədə hamı yaxınlaşıb, şəkil çəkdirir.
Bizim insanlar daha mədəni və utancaqdırlar. Türkiyədə kimsə yaxınlaşıb, çəkinmədən sözünü deyir. Burada isə utana-utana güclə şəkil çəkdirmək istədiyini deyirlər. Türkiyədə makiyajsız küçəyə çıxa bilmirəm. Hamı tanıyır, şəkil çəkdirmək istəyir.

- Kompleksli insansan?
- Uşaq vaxtı çox kompleksli idim. Hamı arıq olmağıma lağ edirdi. Daha sonra dünya modellərini izlədim və başa düşdüm ki, arıqlıq böyük avantajdır. Ələ salanlar isə bunu paxıllıqdan edirlər. 42 kiloqramam. Heç vaxt nə kökəlirəm, nə də arıqlayıram. 11-12 yaşımda 2 il müalicə aldım, dərmanlar qəbul etdim ki, kökəlim. Məktəbdə ətək geyinməyimizi istəyirdilər, mənsə ayaqlarımdan utanır, sinifdən çıxmırdım.

"AİLƏ İMKANIMIZ O QƏDƏR DƏ YAXŞI DEYİLDİ"

- Məktəbdə necə şagird olmusunuz?
- Mən 7-ci sinfə qədər məktəbin ən çirkin qızı idim. Hamının ələ saldığı, təhqir etdiyi qızıydım. Səkkizinci sinifdən dəyişməyə başladım. Telekanallarda verilişlərə qatılırdım, məktəb yoldaşlarım deyirdi ki, "Bu qız əməliyyat etdirib, əvvəl belə deyildi”. Amma dərslərimi çox yaxşı oxuyurdum. Əla qiymətlərlə məktəbi bitirdim. 8 dəfə məktəb dəyişmişəm. Heç kimlə yola getmirdim, dalaşırdım. Elə gün olmurdu ki, mən evə ağlayıb gəlməyim. Ailə imkanımız o qədər də yaxşı deyildi. Sinifdə telefonu olmayan yeganə şagird idim. Məni ələ salırdılar ki, "Sən brend geyinmirsən. Heç telefonun da yoxdur”.

- İndi məktəbdən tanıdığın uşaqlarla əlaqən var?
- Xeyr. Mənə sosial şəbəkədə yazanda qara siyahıya atıram. Küçədə yaxınlaşanda geri çevirirəm. Məktəbə nifrət etmişəm. Hazırda Türkiyədə ən məşhur universitetdə təhsil alıram. Öz biliyimlə qəbul olmuşam. "Elektronik mühəndislik” fakültəsində təhsil alıram. Bu bölümdə çox az insanlar oxuyur. Bura qəbul olmaq hətta həkimlikdən də çətindir. Mənə o vaxtlar "Azərbaycanlı balaca dahi” deyirdilər. Yazdığım bir anti-virus proqramı ilə tanınırdım. Telekanallarda qonaq olurdum. 14 yaşımdan sonra modellik etməyə başladım. Küçədə və ya haradasa uşaqların başqa balacanı ələ saldığını görəndə, yaxınlaşıb məsləhət verirəm. Özüm o halları yaşadığım üçün, başqasına edilməsini istəmirəm.

- Modelliklə bağlı təkliflər alırsan?
- Türkiyəyə köçəndən sonra modellik karyerama son qoydum. Bir dəfə dəfiləyə qatılmaq təklifi aldım. Hazırlıq prosesində gördüm ki, modellərə qarşı münasibət çox pisdir. Çox məşhur bir modelə paltar verdilər ki, geyin. Libasın aşağısı yox idi, ancaq üst hissəydi. Dedi ki, "Bunla insanların qarşısına necə çıxım?”. Cavab verdilər ki, "Modelsən, pulunu veririksə, geyinməlisən”. O hadisədən sonra heç vaxt modellik etmədim. Əgər xaricdən təklif gəlsə model kimi razılaşaram.

"MƏNİ ÖYRƏTDİLƏR, ARXAMDA DURMADILAR"

- "İşte benim stilim”dən sonra nə kimi təkliflər almısan?
- Maqazin verilişlərinə təkliflər alırdım. Amma onların da məqsədi qalmaqal yaratmaq idi. Ona görə də getmirəm. İnsanların yaddaşında dalaşqan biri kimi qalmaq istəmirəm. Gördüyüm işlərlə xatırlanmaq istəyirəm. Düzdür, məni tanıyırlar. Amma qalmaqallı biri kimi. İnsanlardan o qədər pislik görmüşəm ki... İndi kimsə yaxşılıq edəndə, təəccüblənirəm. Türkiyədə məşhurlarla çalışan menecer var. Demet Akalın və onun kosmetoloqu məni onunla tanış etdi. Bir işi var idi, təmənnasız onu etdim. Çünki mənim kiçik məbləğdə gəlirlərə ehtiyacım yoxdur. Onunla çalışıram. Yarışmada olanda da mən bütün iştirakçılardan yüksək maaş alırdım. Hamıya 1200 lirə (təxminən 430 dollar – red.), mənə isə onlardan çox verirdilər. Yarışmaların heç biri yaxşı deyil. İştirakçıların heç bir statusu da yoxdur. Orada qalib üçün nəzərdə tutulan 100 min lirəni (təxminən 35 min manat) də heç vermirlər.

- Yarışmadan qalmaqallı şəkildə ayrılmışdın. Hazırda yaradıcı heyətlə münasibətiniz necədir?
- Verilişi hazırlayan prodakşını məhkəməyə vermişdim. Başıma ayaqqabı atılandan sonra verilişdə qalmaq istəmirdim. Onların iştirakçılarla bağladıqları müqavilə qanunsuzdur. Mən də məhkəmə ilə bunu ləğv etdirdim. Orada hər şey rejissor tərəfindən qurulur. Heç nə efirdə göründüyü kimi deyil. Mən verilişdə olduğum kimi kaprizli deyiləm. Məni öyrədirdilər, sonra da arxamda durmadılar.
- Yarışmada Sinəmlə rəfiqə idiniz. Münasibətiniz indi necədir?

- Aramız dəyib, danışmırıq. Nur Yerlitaşla da elə mehriban olmamışıq. Rejissor necə deyirdi, o cür də edirdik.

- Yeni təkliflər alırsan?
- Serial və film təklifi almışam. Danışıq, aktrisalıq dərsləri almışam. Türkiyəyə qayıdandan sonra çəkilişlərə başlayacağıq. Qarşıda xaricdəki yarışmalara qatılmaq planım var. Bir istedad yarışına videomu göndərmişdim, bəyəndilər. Hətta dedilər ki, "Sən heç əcnəbi kimi danışmırsan. İngilis dilin gözəldir”. Alınsa, dünyaya çıxmaq istəyirəm.

- Sima kamera arxasında necə insandır?
- İnsanlar məni özündənrazı kimi tanıyır. Amma mən bunu özünüsevmək kimi qiymətləndirirəm. Mən yekəxana biri deyiləm, sadəcə özümə heyranam. Bizim insanlar sosial şəbəkələrdə tənqidlər yazırlar. Türklər mənə daha çox dəstək oldular. Bizim insanlardan heç dəstək görmədim.  

- Yarışmadakı çıxışınla yanaşı, ailənlə də gündəmə gəlmişdin. Atanın tanınmış iş adamı olduğu deyilirdi...
- Atamın bir çox ölkələrdə fabrikləri, şirkətləri var. Onu Moskvada, Dubayda, İranda çox tanıyırlar. O, gündəmə gəlməyi sevmir. Onunla şəkil çəkdirməyimi də xoşlamır. Türkiyədə Əli Ağaoğlu adlı milyonçu məşhurdur. Ondan da milyonçu insanlar var ki, gündəmdə yoxdular. Atam da onlar kimi, gündəmə gəlməyi xoşlamır.

"ATAMIN FABRİKLƏRİ, ŞİRKƏTLƏRİ VAR"

- Bildiyimiz qədəri ilə atan çox qadağalar qoyur...
- Ailəmdə çox qadağalar var. Evin bir övladıyam. Bütün günü diqqətləri mənim üzərimdədir. Atamdan nə soruşsam "yox” deyə, cavab verir. Buna öyrəşmişəm. Hətta desəm ki, "Ata, nəfəs alım?”, cavab verəcək "Yox” (gülür). Geyimimə, gəzməyimə, danışmağıma – hər şeyə qarışır. İnstaqrama qoyduğum şəkilləri də izləyir, bəyənmədiyini sildirir. Qadağaları pozmağı sevirəm. Mən modellik yarışmasına qatılanda atam ölkədə yox idi. Atam kompüter mağazasına girəndə, onu təbrik ediblər ki, "Qızınız ölkə gözəli seçilib”. Təəccüblənib. Bircə "İştə benim stilim”ə qatılanda ona demişdim.

"TƏHQİR EDİLMƏK, TƏNHA QALMAQ MƏNİ SINDIRDI"

- Rəfiqələrin var? Kiminlə dərdləşir, sirlərini bölüşürsən?
- Mən sirlərimi heç kimlə bölüşmürəm. Rəfiqəm yoxdur. İnsanlardan çox pislik görmüşəm. Yeni bir insanı həyatıma sala bilmərəm. Təhqir edilmək, tənha qalmaq məni həyatda çox sındırır. Həmişə çalışıram ki, hamıdan öndə olum. Mən 4 il alpinizmlə məşğul olmuşam. Orada da birinci olmağa çalışıram. Bütün bunlar uşaqlıqda aldığım psixoloji zərbənin nəticəsidir.

- Modelyerlik qabiliyətinizin olduğunu da deyirdiniz...
- Bu bir hobbidir. Çox libaslarımın dizaynını verirəm. Hətta butik açmaq istəyirəm. İçərisində diqqət çəkən libaslar olsun. Özüm-özümə geyim qadağaları qoyuram. Dizin üstündə olan ətəkləri heç vaxt geyinmərəm. Baxıma çox üstünlük verirəm. Həyatımda cəmi 2 dəfə salona getmişəm. Hər şeyi özüm evdə edirəm. Evdə maskalar düzəldirəm. Saçıma qulluq etməyi xoşlayıram. Şampunuma fərqli vasitələr qatıram. Hətta atam deyib ki, bu yaxınlarda mənə iş quracaq. Öz şampunlarımı və maskalarımı satışa çıxaracam. Çirkin olduğum vaxtlarda saçlarım da nazik idi. Sarımsaqlı maskalar edirdim. Eləcə qalınlaşdı.

- Sevdiyin insan olub?
- Özümü hamıdan çox sevirəm. Ailə qurmağı düşünmürəm. Evlilik təklifləri çox alıram. Amma başqaları kimi deməyim ki, elçilərim gəlib. Qız üz verməsə, oğlan da elçi göndərməz. Mən heç kimi yaxınıma buraxmamışam. Hətta veriliş ərəfəsində studiyaya hədiyyələr gəlirdi, amma reklam etmirdim. Bu şansı heç kimə vermirəm. Əgər birinə vurulsam, həqiqətən görsəm ki, axtardığım budur, evlənməyi düşünərəm.

- Həmişə sənə yaşından böyük göründüyünü irad tuturlar...
- Bakıda küçəyə çıxırsan qızlar var ki, hündürdaban geyinib, makiyaj edib, amma yaş 15-dir. Onları niyə müzakirə etmirlər? Mən yaşımdan böyük görünməyə can atmıram. Sadəcə görünüşüm belədir. Kamera qarşısına keçən hər kəs özünə model deyir. Əgər sən bu işdən pul qazanırsansa, demək, peşəkarsan. Gündəlik həyatımda klassik geyimlərə üstünlük verirəm. Mən gözəlliyimi, qadınlığımı göstərməyi xoşlayıram. Qarşımdakı məni nəyinsə xatirinə yox, layiq olduğum üçün tərifləməlidir. Xasiyyətcə çox dəyişkən biriyəm. Xəyalpərəstəm.

- Ən çox nəyə pul xərcləyirsən?
- Geyimə... Əvvəl brend libaslara önəm vermirdim. Deyirdim, onsuz hamısı eyni parşadan tikilir. Sonra gördüm ki, yanılıram. Brend paltar əyində daha gözəl qalır. Saat, ayaqqabı və çantaların brend olmasına çox önəm verirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1706
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz