Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üç uşağını atıb Bakıya qaçan qadından tükürpədici ETİRAFLAR - "Birinci gecə "Tarqovı"da"
Üç uşağını atıb Bakıya qaçan qadından tükürpədici ETİRAFLAR -
Göndərən: NoName
Şərhlər: 39
Baxılıb: 2585
Səs ver:
Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın 3 uşağı evdə qoyaraq Bakıya qaçması son günlər mətbuatın əsas müzakirə mövzularından biridir.
 
Sözügedən qadını tapıb və çətinliklə də olsa, Ş.Rüstəmovanı danışmağa razı sala biliblər.

- Şəlalə xanım, evdən nə vaxt və hansı səbəbdən qaçmışdınız?
- İyulun 31-də evdən çıxıb getmişəm. Qaynatamla qaynanam mənə işgəncə verirdilər, söz-söhbət çox olurdu. Mən də buna dözə bilmirdim. İkisi də məni döyürdü. Qaynanam hər gün deyirdi ki, səni boşatdırıb, uşaqları əlindən alacağam.

- Həyat yoldaşınız qohumunuzdur?
- Xeyr, kəndçimizdir.

- Yoldaşınız hazırda Rusiyadadır?
- Bu məsələdən sonra Azərbaycana qayıdıb. Eşidirdim ki, yoldaşımın Rusiyada ailəsi, uşağı, gəzdiyi var, evə gec-gec gəlirdi. İki-üç aydan bir telefonla danışırdıq, onda da dalaşırdıq.

- Neçə ildir ailəlisiniz?
- Altı ildir.

- Neçə ildir o Rusiyadadır?
- Demək olar ki, biz ailə qurandan. Səkkiz-doqquz ayda bir dəfə evə gəlib bir ay qalırdı, onda da dalaşırdıq.

- Yoldaşınız Azərbaycana qayıdandan sonra görmüsünüz?
- Xeyr, görməmişəm, telefonla da danışmamışıq.

- Polis sizi ananıza təhvil vermişdi, yoxsa qaynanatanızgilə?
- Anamgil gəlib məni aparıblar. Qaynatamgil məni tutdurmaq istəyirdilər, uşaqlarımı vermirdilər. Dünən gətirib uşaqları üstümə atıb getdilər ki, yoldaşımı evləndirsinlər. Amma əvvəlcə demişdilər ki, qayıtsa, qəbul edəcəyik.

- Uşaqlarınızın neçə yaşı var?
- Böyüyüyn dörd yaşı var, kiçiyi on bir aylıqdır.

- Qaynatanızgilin maddi durumu necə idi?
- Vəziyyətləri yaxşı idi. Amma valideynlərimin durumu yaxşı deyil. Atam xəstədir, qardaşlarım balacadır. Bilmirəm, necə olacaq.

-Təhsiliniz var?
- Xeyr, təhsilli deyiləm. Məndən böyük bacım var, beş uşağıq. Mən 1991-ci ildənəm, yoldaşım 1987-ci ildən.

- Bakıda neçə gün qaldınız?
- İyirmi gün.

- Harda qalırdınız?
- Birinci gecəni "Tarqovı"da qaldım, sonra rusca danışan süpürgəçi qadının evində qalırdım. Onun evində yaşayırdım. Sonra televizordan eşitdim ki, məni axtarırlar. Anamgilə zəng vurdum ki, salamatam.

- İlk gecəni küçədə qalmışdınız?
- Bəli, küçədə qalmışdım.

- Gedəndə uşaqları niyə özünüzlə aparmadınız?
- Uşaqları aparmağa icazə vermirdilər. Həm də evdən elə çıxmışdım ki, üç uşağı yanıma alıb apara bilməzdim.

- Evdən necə çıxdınız ki, heç kimin xəbəri olmadı?
- Gecə 12 idi, yatmışdılar. Həmin gün qaynatam məni döymüşdü. Anamgilə getsəydim, onlar da qəbul etməyəcəkdilər.

- Gecə 12-də Bakıya kimlə gəldiniz?
- Qaçıb yola çıxdım, oradan taksiyə minib gəldim.

- Deməli, pulunuz var imiş...
- Pulum yox idi, üzüyümü satıb yolpulu elədim. Bir qəpiyim də yox idi. Evdən çıxanda qızıllarımı götürmüşdüm.

- Bildirilir ki, internetlə Bakıdan kiminləsə tanış olmusunuz. Bakıya qaçmağınızın da səbəbi bu imiş.
- Elə bir şey olmayıb. Hələ çox söz deyiblər. Guya qaynatamın maşınının açarını götürmüşəm. Bu sözləri məni tutdurmaq üçün deyirlər.

- Bayaq da bildirdiniz ki, sizi həbs etdirmək istəyirlər. Nəyə görə tutdurmaq istəyirlər?
- Guya maşının açarını, evdən pul götürmüşəm.

- Yoldaşınızla axırıncı dəfə nə vaxt danışmışdınız?
- O Rusiyada olanda danışdıq və yenə dalaşdıq. Qaynanam ona demişdi ki, uşaqlara baxa bilmirəm, iş görmürəm.

- Siz ailələrin razılaşmasına əsasən ailə qurmusunuz?
- Mən nişanlananda 13 yaşım var idi, heç nəyi dərk etmirdim. 18 yaşımda ailə qurdum.

- İnternetdən, sosial şəbəkələrdən anlayışınız var?
- Facebook-dan başım çıxmır, amma internetə girməyi bacarıram. Lazım olanda girib videoya baxa bilirəm.

- Nəyə baxırdınız?
- Evdə qaynatamın kompüterində filmlərə baxırdım.

- Əvvəldən qaynatanız sizi döyürdü, yoxsa son vaxtlar döyməyə başladı?
- Əvvəllər acılayırdı, söyürdü, axır vaxtlar döyməyə başladı. Qaynanam nəsə bir "çp" tapırdı, qaynatama deyirdi, o da məni söyürdü.

- Qaynatanız hansı peşənin sahibidir?
- Azər Rüstəmov, müəllimdir. Yoldaşımın adı Əlif, qaynanamın adı Aidədir.

- Deyirsiniz ki, 8-9 ay evə gəlmirdi. Olurdumu ki, telefonla danışanda tez qayıtmasını istəyəsiniz?
- Mən deyəndə ki, tez gəlsin, qaynanam deyirdi, elə demə, qoy oturub işini görsün.

- Yoldaşınız Rusiyada nə işlə məşğul idi?
- Alverlə.

- Qayıdandan sonra valideynlərinizin sizə münasibəti necə oldu?
- Valideynlərim məni tanıyırlar, xasiyyətimi də bilirlər. Ona görə qəbul etdilər. Qaynatamgil isə deyirdilər ki, qızlarını döyüb öldürsünlər, qəbul etməsinlər.

- Yoldaşınız sizi qəbul etsə, barışmaq istəyərsiniz?
- Əlbəttə, istəmərəm. Barışmaq istəsəm, evdən qaçardım? Bilirəm ki, ora getsəm məni nə gözləyir.

- Bilirsinizmi, ana nadir hallarda öz başının dincliyi üçün uşağını qoyub qaça bilər? Amma siz bunu etmisiniz...
- Bilirəm və çox peşmanam. Boşansaydım, o uşaqları mənə verməyəcəkdilər. Qaynanam deyir ki, sən ölsəydin, oğlumu evləndirərdim, yoldaşı uşaqlara baxardı.

- Yoldaşınız Azərbaycanda olanda da qaynananız işinizə qarışırdı?
- Bütün günü üçü də məni söyürdü, dindirmirdilər. İşimi görürdüm ki, söz-söhbət olmasın. Yoldaşım onlara görə məni günlərlə dindirmirdi. Anama, atama söyürdü.

- Bildirilir ki, Bakıda axırıncı dəfə Nərimanov parkında olmusunuz...
- Məni süpürgəçi qadın başqa bir qadınla gətirib ora qoydular ki, anamgil gəlib götürsünlər. Anamla söhbət elədilər, məni götürüb birbaşa polis şöbəsinə gəldik.


Şərhlər: 39
Baxılıb: 2585
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ŞehZam
Demekki gununu qara ediblerki qacibda yaziq qadin! Hec kimi gunu xow kecen yerden qacmaz!!
28 avqust 2015 02:56
# 39
tek umidim sen
Adam bilmir kime haqq versin...Allah bilen meslehetdi.
25 avqust 2015 19:02
# 38
Kadın derin ama adam yüzme bilmiyor...
roksi1995
demeye soz tapmiram
25 avqust 2015 18:29
# 37
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Menim balam
İnsan nə halda yaşamasından aslı olmayaraq həmişə ALLAHa şükr etməlidir. Heç nə sənə əsas vermir səhv etməyə. Səbilrli hər şeyin sonunda mükafatlanar. Hərə bir cür sınanır. Kimi malıyla kimi puluyla kimi də övladıyla. Dözüb səbr edənə ALLAH sevinər. Sən də sevinərsən ey Adəm övladı . Onsuzda bu dünya müvəqqətidir. Əbədi dünyanızı düşünün . Həyat nə qədər çətin olsa belə qəbir əzabından ki çətin olmayacaq.
24 avqust 2015 18:03
# 36
Leylas
Allah komeyi olsun
24 avqust 2015 14:40
# 35
Sucan
bele seyleri oxunyanda coox eseblesirem vicdansizlara soz tapa bilmirem ne deyim gece gece eseblesdirdiyee yaziq Allah komey olsun
24 avqust 2015 00:40
# 34
Catwoman666
Nifrət edirəm ailə məsələlərinin gündəmə gətirilməsinə. Bu xanım da hələ müsahibı verib... Ailədə nə olursa, hamısı evin içində qalmalıdır!

...666...
23 avqust 2015 21:52
# 33
"All men must die, but we are not men"

Daenerys Targaryen
Laliçqaa
Yazixx
Allah komeyin olsun
23 avqust 2015 00:31
# 32
naz_vefa
Allah komey olsun biz bilmerik kimdi gunahkar
22 avqust 2015 23:38
# 31
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
efsane..
artiq soz tapmiram demeye bizim insanlar niye bele edirlerki aileni qoruyub saxlaya bilmeyeceksense niye evlenirsenki aile insanin yaninda olmali dayaq olmaldi amma bizimkiler is adi ile gedir rusiyaya ailenide qoyur ana ataya onlarda bildiyini edir yaziq qiz cox pis oldum ona gore son hedde catmasaydi qacmazdi tebiiki Allah komek olsun
22 avqust 2015 21:50
# 30
YusLam
Men qinamram ola biler heyatdir,men de nisnalananda nisanlim Moskvada isleyrdi ama qaynanam ilk gundendediki yoldasin harda sen de orda,artiq bir il olacaq aile qurdugum yoldasimla birge Rusiyada yasayriq,qaynanadan cox sey asilidir,menim qaynanam yaxsi qadindir.
22 avqust 2015 19:54
# 29
Vuska I-va
neden-oldugun-ilmirem-amma-men-geline-inandim-nedense.Allah-komeyi-olsun.Er-3-uw
agnan-cavan-gelini-atib-gedende- bilmirdiki- bele-olacag..ehhhhh
22 avqust 2015 18:42
# 28
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
VIP
Allahköməyi olsun.Onsuz Allah haqdır.Nahaqların cəzasın verəcək.
22 avqust 2015 17:31
# 27
Başımın üstündə Allah,yanımda ailəm olsun.
yarpaq33
Yaziq gelin Zulum edirler sonra da deyirlerki evini internet yixdi pozuldu filan day demirlerki bu qeder iwgence vermiwik doze bilmeyib canini goturub qacib
ALLAH OZU KOMEY OLSUN BELE GELINLERE
22 avqust 2015 17:09
# 26
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Akkuw)
Men onu qinamiram axi yaziq neynesin.allah versin o qaynana qaynatanin belasin.insani uzunden gozlerinden tanimaq olur yaxwi insane benzeyir allah komeyi olsun..allah ovladlarina bext versin;Eyyyy dunya dagilll[right][/right]
22 avqust 2015 16:59
# 25
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
vipbetul
qacmaq yol deyil buna gore huquq muhavize orqanlari vardirki onlara muragiyet ede bilerdi.birdefe ele doyulmush veziyyetde getseydi o aileye palis bilerdi ne ederdi belenciy biabirciliqdansa o gur biabirciliqi usdun tuturam
22 avqust 2015 16:35
# 24
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Little girl
Allah köməy olsun.
22 avqust 2015 16:33
# 23
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Nika_016
Gunah birinci qizin ana atasindadi. Iknici de oglanda evlenmisen sen harda yoldasinda orda
22 avqust 2015 16:16
# 22
Ela
Allah komeyı olsun
22 avqust 2015 16:14
# 21
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
meni_gozle
gunah erindedir mence cunki heyat yoldawina sahib cixsaydi indi bu hal baw vermezdi...hec kimin kiminse evinin icinde ne baw verdiyini tam bile bilmez
22 avqust 2015 15:45
# 20
Dosta_inam
Ne deyim Vallah here oz evinin qiblesin yaxsi bilir, ancaq hec bir xanim sevib sevildiyi, xosbext oldugu, gununun xos kecdiyi evden qacmaz, kim bilir gelini ne hala getiribler ki, uc usagi qoyub gedib, ana ucun bala her seden ezizdir,
Allah komek olsun.
22 avqust 2015 15:08
# 19
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
rəmsə
Məncə elə əslində günah oğlan atası və anasındadırki,xəbərlərdə özlərini yazıq-yazıq apararaq deyirdilərki,qayıtsın qəbul edirik.Yəni qızın namuslu olmasını da bilirlər.Ama qız ən azından ata evindən başqa bir yerə acıq eləyib getməməlidir.Heç olmasa,heç olmasa bir qohum evinə get.Bakıya qaçanların adı ağır olur...
22 avqust 2015 15:03
# 18
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Mrs.Pianist
13 yasinda evlendirmek qerarina gelen valideynlerdedi gunah hemisede ele olur
22 avqust 2015 15:02
# 17
Acısı çox olan qizların guluşu gozel olur.!
angel H-va
Savadsızlıq..o ana ata 13yaşında uşağı niyə nişanlayırdılar.Allah köməkləri olsun
22 avqust 2015 14:48
# 16
İnci
Da gun vermirdiler 3 usag neye dogurdun ? İndi o qaynanaya nesibenin gelini kimi 1gelin gele onda agli geler basina hansi dovurdeyik qaynata qaynana gelin doye.kul o erinde kisi basina qocalanda ruslar ele tepik qoyacaq sene onda ele baxa baxa qalacaqsan
22 avqust 2015 14:35
# 15
Her gulusun arxasında bır keder vardır
Ayselina
Yene de erken evlilik ve tehsil almamaq..budur indiki dagilan ailelerin en boyuk problemi...tehsili olsaydI oz ayaqlari uste durmagi bacarardi.hec kimin sozunu goturmeden oz ovladlarini boyuderdi.
22 avqust 2015 14:26
# 14
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
xeyalperest
ne deyesen ki kimde gunah yoxduki?qizin ailesinde gunah ki. o yasdan ere veribler/eri gunahkar arvadi yla isni gorun rusiyaya qacirki bele kisilerin koku tezlikle kesiler Insallah.YEni qizda da gunah yoxdu 24 yasi var 3 usagi var.18 yasinda qiz ozu usaqdi usaq qedrini nece bilsinki?
22 avqust 2015 14:25
# 13
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Turkan Abbasova
O qizin tək günahı ovladlarinida özüylə aparmamasi olub. Bütün günah erindedi. Eri eger arvadini saymasa ona hörmət etməsə o yaziq gelini nə qaynana sayar nə qaynata. Eger o ər kisi olsaydi arvadini da aparardı ozuynen. Yada anasını onnan nece davranmaq lazım olduğunu başa salardı. Sen get rusiyada kef elə hələ ildə bir dəfə gel ondada arvadini döy. Ustelik Ananda doysun atanda. Hambal zad aliblar meger. O qiz da eger bir qram qürur varsa çıxdığı o zindana tezeden qayitmaz. Ne bilim Valla. Allah bele kisinin de bele qaynananinda qaynataninda cəzasını elə versin ki ayağa qalxıb bir qurtum su içə bilmesinler . Rebbim əzab çəkən pis vəziyyətdə olanda siddet goren bütün qadinlarimiza kömək olsun
22 avqust 2015 14:25
# 12
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
gunka2000
usaxlarini atib getmemliydi
22 avqust 2015 14:25
# 11
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
Seher
Yazix qiz yaxşı gününnen qacmiyib ha. Ele pis adamlarin allah cezasini versin.qizi alana kimi özlerini melek kimi görsedirler.
22 avqust 2015 14:16
# 10
1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz