Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vüsalə: "Bəzi qeyrətsizlər məni tək və sakit görüb qeyrətə gəlməsinlər."
Vüsalə:
Göndərən: NoName
Şərhlər: 29
Baxılıb: 1929
Səs ver:
Teleaparıcı Vüsalə Əlizadə İnstagram səhifəsində sərt ismarıc göndərib. Onu sosial şəbəkədə qınayan, təhqir edənlərə qarşı od püskürüb. Teleaparıcı bunları qeyd edib:

"Evdəki anasından, bacısından, arvadından xəbəri olmayan, ekran arxasında şir, pələngə çevrilən bəzi kişi qırıqları və gecə əxlaqsızlıqla pul qazanıb, səhər evdəki ərinə, qardaşına kontur pulu, siqaret pulu verib özünü kişi kimi göstərən əxlaqsız küçə varlıqları, ağıllı olun.

Heç vaxt heç kimə hörmətsizlik etməmişəm, heç kim ədəbsizliyimi görməyib, böyük-kiçik yeri bilmişəm. Çünki ailə tərbiyəsi görmüşəm. Bəzi murdar məxluqlar məcbur etdi ki, ağzının payını verim.

Mən əri bir yanda min hoqqadan çıxıb, arvadı başqa yanda kef yaşayan, yalandan "ailəm var” deyənlərdən ola bilmədim, çünki qeyrətim buna yol vermədi, ağzınızı yumun, oldu bitdi, mən sildim, siz də zəhmət olmasa, bu mövzunu bağlayın.

Mən bəziləri kimi səviyyəsiz olub, başına gələnlərlə özümü reklam etmədim, etməyəcəm. Övladımın nələr yaşadığını bir mən, bir Allah bilir. Hələ də bu rəzilliklər davam edir, Allahımın ixtiyarına buraxıb susuram, hər şeyin vaxtı var, danışsam, yer-göy dilə gələr.

Heç kim heç kimin yerinə cavab verməyəcək, nə geyinirəm, nə yeyirəm, içirəm, hara gedib gəlirəmsə, özüm bilərəm. Bəzi qeyrətsizlər məni tək və sakit görüb qeyrətə gəlməsinlər. Tək qadın canımla sizi doğulmağınıza peşman edərəm.

Mən uşağımla tək, köməksiz, ac, ehtiyac içində qalanda kimsə mənə əl tutmayıb, çox kişilərdən qeyrətli qadınam. Bir işdən o biri işə qaçıb bala saxlayan qadınların ayağının tozu olmayan kişi qırıqları, bu gün qınadığınız qız, gəlinin yaşadıqlarını sabah sizin bacınız, qızınız yaşaya bilər. Heç kim heç nədən sığortalanmayıb”.


Şərhlər: 29
Baxılıb: 1929
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
xeyalperest
duzu onlarin ayrilmasina pis oldum ama qinamaqda olmaz tebiiki
21 avqust 2015 16:55
# 29
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Catwoman666
Lap ürəyimdən keçənləri yazıb. Əla cavab verib. Halaldır belə qadına.

...666...


Lap ürəyimdən keçənləri yazıb. Əla cavab verib. Halaldır belə qadına.

...666...
20 avqust 2015 00:28
# 28
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Xoşum gəlir Vüsalədən.Abırsız paltar geyinən görməmişəm.Özünü düşük aparmayıb.
19 avqust 2015 23:42
# 27
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Vuska I-va
wooooow-halaldi-eceb-elib-agizdarinin-payin-Verib
19 avqust 2015 19:48
# 26
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
NeL
VüsaLe xanimi çox beyenirem,ağilli qadindi.ALLAH gül balasin saxlasin,INŞALLAH bundan sonrasi yaxşi olar
19 avqust 2015 19:13
# 25
Tomris Müslümova
heç kim heçkimin ailəsinin içini bilmir nə olub nə baş verib o ailədə yaşamırsansa bilə-biləməzsən! nə bilməy olar günah kimdədi dilinizi dimməz qoyun çönün bir öz ailənizdən bəri baxında nə borcunuza qalıb kiminsə özəl həyatı?
19 avqust 2015 17:49
# 24
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
merii
Cox gozel yazib,cox hessas noqteden vurub,son kelmesine qeder raziyam dediklerile
19 avqust 2015 17:33
# 23
Vuska87
Olurlerde bowanan qadina soz atmaqcun.allahdan qorxun!hec kim bilmir sabah bawina ne gelecey
19 avqust 2015 17:06
# 22
vipbetul
doqru deyir,hele mende bu xanimin baresinde nese menfi bir soz esitmemishem
19 avqust 2015 15:26
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
roksi1995
halaldir haminin agzinin payini verib
19 avqust 2015 14:23
# 20
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
WiRiN BaLaM
çooox bəyəndiyim xanımdır
Mən əri bir yanda min hoqqadan çıxıb, arvadı başqa yanda kef yaşayan, yalandan "ailəm var” deyənlərdən ola bilmədim, çünki qeyrətim buna yol vermədi,
bu sözüylə tam razıyam çoxdur belələri....hər kəliməsini çox düzgün qeyd edib halaldı ...
19 avqust 2015 12:40
# 19
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Yusif Ulker
qeşey yazib de
19 avqust 2015 10:29
# 18
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Sucan
qeseng yazib sozleri )

qeseng yazib sozleri )
19 avqust 2015 09:44
# 17
Dosta_inam
Cox xosum gelir bu xanimdan, yerisini durusunu bilir, agir terbiyeli qizdir, yaxsi cavab verib, evde fere colde xoruz olan kisiler narahat edib de yeqin, bu cur sert cavab vermekde, kimse kiminse halini bilmeden danismamalidir, cunki kimse sabahindan bu gununden sugortali deyil.
19 avqust 2015 06:45
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
sevgi dunyam
Vusale xanimi coox beyenirem verliwlerinile amma ela deyibsene halaldi here oz yanina baxib sonra daniwsa yaxwi olar
19 avqust 2015 01:09
# 15
Mezun 11a...2016
hazal♡
Bu xanimi xoslayiram daaa
19 avqust 2015 00:09
# 14
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
aylin24
Halal olsun sene....
19 avqust 2015 00:09
# 13
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
angel H-va
Halaldı əla deyib afferim
19 avqust 2015 00:02
# 12
Milawka18
afferin kizz. Yaxwi vermisen agizlarinin payini helal olsun sana
18 avqust 2015 23:47
# 11
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
aziz a
Agzina , fikrina sagliq Vusale xanimin.bu qeder..
18 avqust 2015 23:42
# 10
Qelbim doludu !!!!
yarpaq33
Sagolasan Vusu vermisen agizdarinin payini halaldi sene
18 avqust 2015 23:41
# 9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Düzdü biraz sərt çıxış olub ancaq hər kəs öz yerini bilsə daha yaxşı olar, bilib - bilmədən heç kəs danışmamalıdır. Nəticədə kim necə davranırsa o cürdə qarşılıq alar ...
18 avqust 2015 23:28
# 8
Canavar sevgisi
Beyenirdim onsuzda bu qizi. Uwaxlixdan veriliwlerine baxmiwam. Bir az da hormetim artdi
18 avqust 2015 23:28
# 7
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Lola_Maya_
agzina ellerine sagliq vusale xanim.
18 avqust 2015 23:24
# 6
qanadli melek
Qeweng deyib)
18 avqust 2015 23:24
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnci
Oy da super deyib ama cox beyendim halal olsun

Qizlar 1 sual verim men 11 gundu burdayam183 serhim var ama men mesaj yazma huququna malik deyilem niye 10 gun 100 serh deyildiki limit ?
18 avqust 2015 23:16
# 4
Her gulusun arxasında bır keder vardır
Bebiw
halal olsun kiwi kimi qizdit am ne deyib duz deyib!akk
18 avqust 2015 23:14
# 3
sowu
BARBI
Vusaleni cox beyenirem.kimse onu berk hirslendirib.bu sozler yeqin onu narahat eden kisileredir
18 avqust 2015 23:11
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
meni_gozle
qeweng sozler deyib her kes oz yerin bilmelidir eger bilmirse gostermek lazimdir
18 avqust 2015 23:10
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz