Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Burcu: “Ən kiçik səhvi belə sənin gözündən düşməsinə səbəb olur.” - FOTOSESSİYA
Burcu: “Ən kiçik səhvi belə sənin gözündən düşməsinə səbəb olur.” - FOTOSESSİYA
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 665
Səs ver:
Burcu Esmersoy Türkiyənin ən gözəl qadınlarından biridir. 39 yaşında olmasına baxmayaraq, sarı saçları, mavi gözləri, ideal bədən quruluşu ilə digər gözəllərin arasında dərhal seçilir. Əvvəllər idman xəbərlərinin aparıcısı olan Burcu məşhur prodüsser Acun İlıcalının verilişlərində aparıcılıq etdikdən sonra daha da məşhurlaşdı. Evlənib boşanması, fərqli dünyagörüşü, qeyri-adi davranışları və seksuallığı ilə daim gündəmə gəlməyin bir yolunu tapan gözəl aparıcı hazırda tətildədir. Aparıcılıq etdiyi "Ver fırına” və "Komedi Türkiyə” adlı verilişlər tətilə çıxdıqdan sonra yay istirahətinə gedən Burcu Esmersoy Bodrumda "Marie Claire” jurnalına müsahibə verib. Jurnal üçün olduqca cəsur pozalar verən cazibədar aparıcı maraqlı etiraflar etməkdən də çəkinməyib.
 
- İstirahətdə nə edəcəksən?
- Sentyabrın ortasında yenidən efirə qayıdacağıq. Ayın əvvəlində isə çəkilişlər başlayacaq. Yəni sentyabra kimi boşam. Bu il yay ayında işləmək istəmədim. Ötən illərdə isə təklif gələndə "yox” demirdim. Həyatımda ilk dəfə fasiləsiz olaraq iki ay tətil edəcəyəm. Öncə İspaniyada 10 gün keçirəcəyəm, oradan da Çeşməyə gedəcəyəm.
 
- Deyəsən, Çeşmədə evin var.
- Hə, düzdür. Çeşməni çox sevirəm. Paparassilər narahat etsələr də, Çeşmədə yaşamağı xoşlayıram. Onsuz da şəxsi həyatını gizləyən bir insan deyiləm. Sevgilim olanda əlindən tutub küçəyə çıxıram. Məni narahat edən başqa şeydir. Paparassilərdən qaçmağımın səbəbi ətrafdakı insanları narahat etməməkdir. Məsələn, deyək ki, sən sevgilinlə romantik yemək yeyirsən, bir anda əllərində kamera ilə paparassi ordusu məkana doluşur. İnsanlar narahat olurlar. Biz məşhuruq, ona görə belə şeylərə öyrəşirik. Ancaq başqaları bunu yaşamağa məcbur deyil.
 
- Səncə, bir qadın həyatı boyu bir neçə dəfə aşiq ola bilər?
-  Məncə, bir qadın istədiyi qədər aşiq ola bilər. Bunun sayı, qaydası, qanunu olmaz. Amma sən məndən soruşsan ki, "Bu günə qədər neçə nəfərə aşiq olmusan?” - onda sənə "cəmi 2 dəfə” cavabını verərəm. Bəlkə də, son günlərdə bu rəqəm çoxalıb (Gülür).
 
- Deməli, həyatında kimsə var?
- Qısa cavab verəcəyəm. Hazırda çox xoşbəxtəm.
 
- Sevgi səni dəyişdirir?
- Yox, mən həmişə necəyəmsə, elə də qalıram. Qarşımdakı doğru insandırsa, onun yanında özümü rahat və dinc hiss edirəm. Ancaq elə biri ilə qarşılaşmaq çox çətindir. Adətən, o güvən, o rahatlıq hissi üçün darıxıram. Çünki mən kürəyimi ancaq divara söykəyirəm, başqa birinə yox.
 
- Sevgilinlə dost münasibətlərini qoruya bilirsən?
- İndi fikirləşəndə anlayıram ki, əvvəllər yanında özümü rahat hiss etmədiyim, özüm ola bilmədiyim insanlarla sevgili olmuşam. Bu çox yanlış seçimdir. Əgər bir insanın yanında aktrisalıq etməyə məcbur qalırsansa, deməli, o münasibətin heç bir mənası yoxdur.
 
- Səncə, yaş münasibətlərə necə təsir edir?
- Yaş çox şeyi dəyişdirir. 20-30 yaşlarda olanda heç nə üçün əmək sərf etmirsən. Ancaq 40 yaşdan sonra başa düşürsən ki, sən qarşındakı insan üçün əmək sərf etməlisən. O da eyni şeyi sənin üçün etməlidir. Əvvəllər sevgilin mesaj yazmadığı üçün özünü pis hiss edirdinsə, orta yaşlarda açıq şəkildə "Niyə mesaj yazmadın?” deyə soruşa bilirsən. Hər iki tərəf daha təcrübəli olur. Ona görə də eşq həyatı daha da əyləncəli hala gəlir.
 
- Bir dəfə ailə qurmusan. Bəs, bundan sonra yenidən ailə qurmağı və ya övlad sahibi olmağı düşünürsən?
- Məncə, evliliyi davam etdirmək çox çətindir. Buna baxmayaraq, bütün qadınlar bir dəfə də olsa, ailə qurmalıdırlar. İnşallah, qarşılarına yaxşı insan çıxar və evlilikləri uzunmüddətli olar. Ancaq alınmasa da, təəssüflənməsinlər. Ən azından ailə qurmağın nə demək olduğunu öyrənəcəklər. Çünki rəfiqələrinin, yaxın dostlarının ailə qurduğunu görən hər bir qadının ürəyindən evlənmək keçir. Ağ gəlinlik geyinmək hamının arzusudur. Bu arzunu reallaşdırmaq lazımdır. Əgər evlilik boşanma ilə nəticələnsə, daha sonrakı münasibətlərdən heç nə gözləmirsən. Məncə, insanlar evləndikdən sonra ayrı evlərdə yaşamalıdırlar. Ya da aradabir tətilə çıxmalı, yalnız qalmalıdırlar. Eyni evdə yaşamaq dünyanın ən çətin işidir. Ev nə qədər böyük olsa da, həyat yoldaşın gözünə batır. Ən kiçik səhvi belə sənin gözündən düşməsinə səbəb olur.
 
- Bəs ana olmaq barədə nə düşünürsən?
- Mən aşiq olduğum kişidən uşağım olmasını istəyərəm. Ancaq mütləq uşağım olmalıdır deyə özümü öldürmürəm. O vaxt evlənəndə ikimiz də uşaq istəyirdik. Ailə qurduqdan qısa müddət sonra hamilə qaldım. Ancaq təəssüf ki, uşağı saldım. Ondan sonra da boşandıq.
 
- Yaşından daha gənc görünürsən. Hətta gün keçdikcə gözəlləşirsən. Bunun sirri nədir?
- Həmişə mənə nəyin yaraşdığını tapmağa çalışmışam. Məsələn, əvvəllər qaşlarımı çox incə aldırırdım. İndi qalınlaşdırmışam. Kirpiklərim uzundur, amma düzdür, başa düşdüm ki, onları maililəşdirən tuşdan istifadə etməliyəm. Zaman keçdikcə bəyənmədiyim yerlərimi tapıb gözəlləşdirməyə başladım. Kökələndə üzüm daha böyük görünür. Ona görə də, eyni çəkidə qalmağa çalışıram. Bir sözlə, özümü mükəmməlləşdirmişəm.

 

 

 

 

 



Şərhlər: 17
Baxılıb: 665
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Burcu Esmersoy maraq dairəmdə olan insan deyil. Amma müsahibə maraqlı alınıb. Bəzi fikirlərini bəyəndim.

...666...
9 avqust 2015 19:23
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
neri
men bu qaduni cox beyenirem hettda daha cox.nese cox istrm onu
8 avqust 2015 21:23
# 16
Sert
Melek5
Nese hec beyenmiremde men bu xanimi bilmirem niye amma beyenmirem(gua ele o menim derdimen olur) 122
8 avqust 2015 21:15
# 15
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
ALESSANDRA
tanmiram bu xanimi
hec gozelde deyil...
8 avqust 2015 21:10
# 14
Don't trust anyone ∆
Little girl
Cazibedar biridir.
8 avqust 2015 19:47
# 13
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
VIP
Bədəni qəşəngdi.Üzünə hec xoşum gəlmir
8 avqust 2015 19:44
# 12
Başımın üstündə Allah,yanımda ailəm olsun.
ayka
gozel qadindir cox beyenirem ozu de yawini hec gostermir
8 avqust 2015 18:22
# 11
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
leyli
bu qizdan xosum gelireeeeeeeee
8 avqust 2015 17:50
# 10
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Dosta_inam
Biraz sirin qiz kimi gelir mene, ne deyek ugurlu olsun heyati, bu defe uzun omurlu bir ailesi olar.
8 avqust 2015 17:47
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
tanımıram bu xanımı
8 avqust 2015 17:30
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
teri meri
çox bəyənirəm bu xanımı gözlərinə bayılıram
8 avqust 2015 16:41
# 7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Qeyri adi havasi olan xanimlardandir. Cox cazibedar ve duru gozelliyi var
8 avqust 2015 16:29
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dj_Vampir
Beyenirem de bunu)
8 avqust 2015 16:24
# 5
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
...AdaDunyam``
cox beyenirem Burcunu
8 avqust 2015 16:08
# 4
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
ell.nell
Qeşeng xanımdı....
8 avqust 2015 15:24
# 3
vipbetul
goycek olmasada xasiyyetide pis deyil
8 avqust 2015 14:56
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Mən çox bəyənnirəm bunu fikirləri çox xoşuma gəli ailə və sevgi həyatı haqqında dedikləri ilə bəzi nüanslarda razılaşmıram amma çox dolğun cavabları var
8 avqust 2015 14:30
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz