Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Molla kəbinli rəqqasə Aytən: `300-400 manatla razılaşsam...` - FOTOSESSİYA
Molla kəbinli rəqqasə Aytən: `300-400 manatla razılaşsam...` - FOTOSESSİYA
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 2041
Səs ver:
O,Türkiyəyə köçəndən sonra ölkəmizdə oriyental rəqsin `bazarı bağlanacaq`.
Çox iddialıdır. Onun sözlərinə inansaq, bir neçə ildən, yəni  o, Türkiyəyə köçəndən sonra ölkəmizdə oriyental rəqsin "bazarı bağlanacaq".
"Oriyental Aytən" kimi tanınan oriyental rəqslərin ifaçısı Aytənin müsahibəsini təqdim edirik.
 
- İstirahətiniz necə keçir?
- Əla. Hər il Türkiyədə istirahət edirdim. Bu il isə istirahət proqramımı bir az da genişləndirdim. Belə ki, əvvəlcə Mayamidə oldum. 4 günlük Mayami istirahətindən sonra da Antalyaya gedib düz 2 həftə orada dincəldim. Əslində, Türkiyəyə sırf istirahət üçün getməmişdim. Məni ora Asena xınayaxdı mərasiminə dəvət etmişdi. Əlimə düşən bu fürsətdən də istifadə edib 12 gün Antalyada qaldım. Oradan da ailəm ilə birlikdə Bələkdə istirahətə yollandım. Hazırda isə, gördüyünüz kimi,  Bakıdayam. Pul qazanmaq lazımdır (gülür).
 
- Çətin sənət sahibisiniz. Daim formada qalmalısınız. Bunun üçün də gündəlik məşq etməli, ömür boyu pəhriz saxlamalısınız. Bunlar sizi yormur?
- Haqlısınız. Efirdən kök görünsəm də, həyatda kilolu deyiləm. Efir məni olduğumdan 8 kilo çox göstərir. Hazırda 58 kiloyam. 55 kiloya qədər arıqlamağı planlaşdırıram. Özü də sırf efir üçün. Məncə, rəqqasə bir az kilolu olmalıdır. Arıqlamağı düşünsəm də, nə yalan söyləyim, bunun üçün xüsusi cəhd-filan göstərmirəm. Ancaq ümumiyyətlə "heç nə etmirəm" demək də doğru olmaz. Hər gün məşq etmirəm, ancaq  axşamlar evimin qarşısındakı stadionda qaçmağa çalışıram. Gündə ən azı 1 saat yeriyirəm. Bunu da kökəlməmək üçün edirəm. Rəqqasların əzələsi bərk olur. İdman etməyəndə tez kökəlirik. Bu səbəbdən qaçmaq məcburiyyətindəyəm.
 
- Kifayət qədər qalmaqallı keçmişiniz var. Ancaq maraqlıdır ki, sözünüzün düz gəlmədiyi həmkarlarınız zaman-zaman oriyental rəqsdən uzaqlaşdılar. Amma siz hələ meydandasınız. Həmkarlarınız niyə oriyental rəqsi davam etdirmədilər? Yoxsa, sizinlə rəqabətə tab gətirmədilər?
- Sabah mən də oriyental rəqsi ata bilərəm. Buna heç kəs zəmanət verə bilməz ki... Gedənlərin hər biri də müxtəlif səbəbdən sənətini tərk etdi. Məsələn, sənətini davam etdirməyə ailəsi icazə verməyənlər oldu. Paltarların açıqlığına görə problem yaşayanlar oldu. Vallah, indi müğənnilər məndən açıq geyinirlər. Toyda nəinki gəlin, dəvət olunanlar da məndən açıq-saçıq olurlar. Hətta eləsi olur ki, paltarına baxıb mən utanıram. Qalmaqallara gəlincə, razıyam, çox qalmaqallarım olub. O vaxt uşaq idim. Nə yaşımız vardı? Həm də qalmaqal dəbdə idi. Biri söz atan kimi çıxıb cavab verirdik. Artıq yaş həmin yaş deyil. Daha belə şeylərə ehtiyac hiss etmirik. Hər kəs özünün çörək pulunu qazanır.
 
- Deyirsiniz ki, daha qalmaqal havanız qalmayıb?
- Niyə qalmayıb? Qalıb. Mənə söz atırdılar, cavab verirdim, qalmaqala səbəb olurdu. Elə indi də kimsə artıq-əskik söz desə, cavabını verəcəm.
 
- Qalmaqalsız keçinmək olur? Sakit, sadəcə sənətlə məşğul olanda qazanmaq mümkündürmü?
- Əlbəttə, mümkündür. Ayda 4-5 toyum olur. Şükür Allaha... Çünki hər qiymətlə razılaşmıram. Düşünürəm ki, sənətimə qiymət verməyən, mənə də vermir. 300-400 manatla razılaşsam, gündə 6-7 yerdə çıxış edərəm. Qudurğanlıq kimi də səslənməsin. Amma geyindiyim paltarlar, saçım, makiyajım qat-qat çox tutur.
 
- İndi həmin rəqqasələrlə münasibətiniz necədir?
- Məndən başqa oriyental rəqqasə yoxdur, görmürəm. Bəlkə də var, ancaq mən bəyənmirəm. Diskolarda, barlarda oriyental hərəkətlərlə striptiz göstərənləri demirəm. Yəqin ki, məndən başqa da oriyental oynayanlar var. Amma onlar küçə-bucaqda, diskolarda, barlardadır. Mən isə, dediyim kimi, elə yerlərə getmirəm. Sırf oriyental rəqslə məşğul olmaq istəyənlərə isə istənilən köməyi eləməyə hazıram. Məsələn, paltarda,  musiqidə müraciət edən hər kəsə məmnuniyyətlə kömək edərəm. Təki, sırf oriyental rəqs etsin.
 
- Oriyental rəqqasələrin efirə çıxışı da çətindir. Onları efirdə görə bilmirik. Sizcə, bunun səbəbi nədir?
- Bəli, asanlıqla efirə çıxmaq olmur. Oriyental rəqs, ümumiyyətlə, yerli telekanallarımıza buraxılmır. Yalnız mən  bəzi telekanallarda görünürəm. Hətta rəqqasələrdən külli miqdarda pul təklif edib  efirə çıxmaq üçün məndən kömək istəyənlər də olub. Amma  telekanallar bununla razılaşmayıb. Bir tərəfdən, bu yaxşıdır. Artıq kimi gəldi, efirə buraxmırlar. Elə mən özüm də təklif olunan bütün verilişlərə çıxmıram. Seçim edirəm.
 
- Bəzi həmkarlarınız Hindistan, Türkiyə, Gürcüstanda festivallara qatılır. Siz niyə belə yarışlardan kənarda qalırsız?
- Mən o festivallara 2001-ci ildən başlayaraq 7 il ərzində qatılmışam. İndi bu, mənə lazım deyil. Belə yarışlara qatılmaq təzə çıxanlara lazımdır. 2009-cu ilə qədər aldığım mükafatlar evdə kif atıb.  Oksananı isə çox bəyəndim. Biri var ki,  səviyyəli formada nə isə edəsən, bir də var ki, acığa düşəsən. Oksanada bunlar əla alındı.  Ötən ay Türkiyədə dünya rəqqaslarının müsabiqəsi keçirildi. Mənim ora qatılmağım ayıb olardı. Çünki Azərbaycanın 1 nömrəli rəqqasəsiyəm. Oriyental rəqsdə tək mən qalmışam. İndi hansısa yarış və müsabiqələrdə münsif kimi iştirak edə bilərəm.
 
- Xaricdən təklif alırsınız?
- Əlbəttə! Elə ən çox qazancım Türkiyədəndir. Asena Hollandiyada olanda onun çıxdığı səhnələrə mən çıxıram. Türkiyədə oriyentala verilən qonorar da buradakı kimi deyil. Külli miqdarda qonorar ödəyirlər. Azərbaycanda, ümumiyyətlə, rəqqasələrə pul vermirlər. Hələ oriyental bütün rəqslərin şahıdır. Ona belə qiymət verən yoxdur, o ki qaldı, digər rəqslərə. Bu gün heç kəs deyə bilməz ki, milli və ya hind rəqsi ilə nə isə qazanıb. Şərq rəqslərinin içində ən qazanclı rəqs oriyentaldır.
 
- Niyə Asenanı əvəz edirsiniz?
- Sadəcə, əvəz eləmirəm, birgə işləyirik. Asena mənə çox işdə kömək edir. Türkiyədə işlərim hədsiz çox olur. Get-gəl ilə işlər düzəlmir. İkimiz belə qərara gəldik ki, köçüb orada yaşayım. Hətta Asena mənə təklif etdi ki, Türkiyə bazarına girmək üçün adımı dəyişim. Amma  bununla razılaşmadım. Dedim mən harada olsam da, Aytən kimi tanınmalıyam.
 
- Nə vaxt köçürsünüz?
- 1-2 ilə ailəmlə birgə köçməyi planlaşdırmışam. 2016-cı ilin sonuna kimi evimi mənə təhvil verməlidirlər. Orada məskunlaşandan sonra klip də çəkdirəcəyəm. Klipin Kral  TV-də yayımlanmasını da nəzərdə tuturam.
 
- Burada niyə çəkdirmirsiniz?
- Klipi Azərbaycanda çəkdirə bilərəm. Amma hansı kanalda yayımlanacaq? Klip saatı ayrılan telekanalımız yoxdur. Üstəlik, yerli telekanalların çoxu oriyental rəqs klipini qəbul etmir. Kliplə işim yekunlaşmayacaq.  Şou verilişlərdə də qonaq olacağam.

- Bəs birdən qarşınıza  biri çıxsa... Bu planları dəyişərsiniz?
- Gözümü qırpmadan... Sənətimə görə şəxsi həyatımı qurban vermərəm. Ancaq hələ ki, belə bir təklif verən olmayıb.
 
- Sevdiyiniz var?
- Biri ilə artıq bir neçə ildir ki, münasibətim var. Molla kəbini də kəsdirmişik. Amma düşünürəm ki, məni sevdiyini deyən kişi işləməyimə etiraz etməsə də, mən özüm bunu qəbul etmərəm. Heç vaxt. Hansı rəqs olur-olsun. Ailə qurub, uşaq dünyaya gətirib, sonra da gedib rəqs edəcəyəm? Belə bir şey ola bilməz. Nə qədər sənətimi sevsəm də, bunu qəbul edə bilmərəm. Müəllimlik edərəm, rəqs dərsləri keçərəm amma rəqqasəlik etməyi qəbul etmərəm.
 
- Dediniz ki, molla kəbini kəsdirmisiniz. Münasibətlərinizdə bunun bir əhəmiyyəti var?
- Əslində, yox. Çevrəmdəkiləri görürəm də... Evlənəndən 3 ay sonra boşanırlar. O kağız boş şeydir. Heç bir kağız ayrılıqdan, uğursuz nikahdan sığortalamır. Digər tərəfdən isə, övladımı fikirləşirəm. Uşaq olarsa, rəsmiyyət çox vacibdir.
 
- Müəllimlik edə biləcəyinizi dediniz... Nə əcəb indiyədək rəqs dərsləri keçmirsiniz?
- Bu sualı mənə çox adam verib. Nəhayət, bunu da reallaşdıracağam. Ancaq Türkiyədə. Köçən kimi biznesimi işə salacam. Hər şey orada hazırdır. Hələ gəncəm. Bədənim bu rəqsi qəbul edir və mənə yaraşır. Əgər taqətim qalmasa, gücdən düşsəm, o zaman indiyədək yığdıqlarımı sataram və bir iş quraram. Çox tənbəl adamam. İki-üç işi birdən həyata keçirə bilmirəm.
 
- Aytən xanım, oriyental rəqs həyatınızdan nəyi alıb, sizə nə verib?
- Əvvəllər ailəm də sənətimi qəbul etmirdi. Amma sonra sənətimə olan sevgimi görüb, məni başa düşdülər.  Hər kəsin məni sevməsi vacib deyil. Sevməyən də ola bilər. Amma sənətim məndən heç nəyi almayıb.
 
- Özünüzü 10 il sonra harada görürsünüz?
- (Fikirləşir) Qəliz sualdır. Bu haqda heç düşünməmişəm. Bilmirəm. Yəqin ki, ciddi ailəm olar. Bəlkə də, rəqsə də davam edə bilərəm. Düşünürəm qarşıdakı 10 ili hələ rəqs edə bilərəm. Nə bilim..

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər: 16
Baxılıb: 2041
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
talis balasi
Kisiye oxsuyur simasi.kisi ols conub baxmazdim.buna baxib hezz alanin basinda aqil yoxdu
8 avqust 2015 15:22
# 16
Laliçqaa
Hec ama hec beyenmedim
8 avqust 2015 10:40
# 15
Meleknur
Ele Asenayada oxwayire biraz geyimini duruwunu beyenmedim ozunude beyenmedim kiwiye oxwayir
8 avqust 2015 03:38
# 14
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Niquw Abdulayeva
Ne bilim soz tapmiram
8 avqust 2015 03:33
# 13
Narın Yağış
Nə sənətini bəyənirəm nədə özünü...
7 avqust 2015 20:35
# 12
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Catwoman666
Fotoları heç bəyənmədim. Nədənsə, sevmirəm bu rəqs geyimini.

...666...
7 avqust 2015 20:24
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
İnci
Bunu hec beyenmirem ama fikirleri xosuma geldi
7 avqust 2015 19:06
# 10
Her gulusun arxasında bır keder vardır
Tomris Müslümova
Kişinin qızı özünə sənət tapıbdaa
7 avqust 2015 17:33
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
teri meri
bəyənmirəm bunu yaxşı ki asena da var yoxsa bunu kim qabağa çəkərdi
7 avqust 2015 16:06
# 8
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Bebiw
Guya efirde 8 kilo cox girsenir yalan dwyir ne var odu bilmir ozunu nece gostere
7 avqust 2015 15:42
# 7
sowu
ALESSANDRA
bunu hec beyenmirem
ne senetini nedeki ozunu!
7 avqust 2015 14:58
# 6
Don't trust anyone ∆
Dosta_inam
Bu kimdir? Ne zaman reqqase oldu, tanimiram ne deyek ugurlar islerinde.
7 avqust 2015 14:46
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
hec xosum gelmir bundan
7 avqust 2015 14:36
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Xanimi ilk defedir ki gordum. Ne deyek islerinde ugur olsun
7 avqust 2015 14:33
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
WiRiN BaLaM
rəqqasəliyi heç bacarmır ama özünü peşəkar adlandırır
7 avqust 2015 14:29
# 2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Fialka
Oriyental rəqsin digərlərinə nisbətən daha çox gəlirli olması aydındır ki, nəyə görədir ancaq rəqqasə olsada peşəkar rəqqasə deyil ...
7 avqust 2015 14:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz