Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qərbin yeni ailə modeli: 2 nəfər bəs eləmir - fotolar
Qərbin yeni ailə modeli: 2 nəfər bəs eləmir - fotolar
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 1297
Səs ver:
Gələcəyin klassik ailəsi "poliamorik ailə” - ata, iki ana və təxminən iki övladdan ibarət bir ailə olacaq. Amerika alimlər belə deyir.

Adətən "kiçik dövlət” adlandırılan ənənəvi ailə modeli hər zaman müqəddəs hesab edilib. Amma çağdaş dünyada gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modelləri istəsək də, istəməsək də, ailəyə təsir edir. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, ailə institutunun deformasiyaya uğramasına gətirib çıxarır.

Son zamanlar elə bir vəziyyət yaranıb ki, hətta belə getsə, bir müddət sonra bildiyimiz ailə modelindən əsər-əlamət qalmayacaq. Yaxın gələcəkdə "qlobal ailə tipi” dedikdə bildiyimiz ər-arvad və uşaqları deyil, tamam fərqli model haqqında danışmağa məcbur olacağıq.

Bəli, normal qəbul edib-etməməyimizdən asılı olmayaraq, bu gün ailə modelində aşınmalar baş verir. Əgər tipik olmayan nikahlar baş tutursa, "qadın+qadın", "kişi+kişi" ailə tiplərinə rast gəlinirsə, bir müddət sonra "triple marriage” - üçlü nikahlara da rast gələcəyik. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...

Gələcəyin poliamor ailəsi, onun dəyərləri barədə sosioloqlar, kulturoloqlar, hətta siyasətçilər arasında mübahisə və müzakirələr başlayıb. Bu gün Amerikada poliamor evliliyin qanuniləşdirilməsini dəstəkləyənlərin sayı buna etiraz edənlərdən artıqdır. Bu fakt kifayət qədər nüfuzlu media vasitələrinin də müzakirə obyektinə çevrilib. Qeyd olunur ki, hazırda Ali Məhkəmədə eynicinsli cütlüklərin qondarma "nikah bərabərliyi” müzakirə olunursa, niyə üçtərəfli evlilik də müzakirə edilməsin?

Hətta bu yaxınlarda Nyu-York Universitetinin professoru Cudi Stasi Ali Məhkəmə qarşısında özünün evliliyə yeni baxış tərzi ilə bağlı ümidlərini ifadə etmişdi. Onun fikrincə, evlilik məsələsinə yenidən baxmaq, ona daha fərqli, yaradıcı və tətbiq edilə bilən cizgilər əlavə etmək ənənəvi Qərb evliliyini yeni bir mərhələyə daşıyacaq.

Bir müddət əvvəl ABC News poliamoriya, bizim dillə desək, çoxsevgililik və ya qrup evliliyi haqqında "iki ana, bir ata və iki uşaqdan ibarət böyük bir poliamorik ailə” başlıqlı video material yayıb.

Rayn Anderson özünün "Rədd edilmiş həqiqət: Evliliyin və Dini Azadlığın Gələcəyi” adlı kitabında bu tip ailələrin kökünü qədim tarixlə bağlayır.

Bu yaxınlarda xaricdə küçələrə çıxaraq haqlarını tələb edən LGBT və onu dəstəkləyən alim və vəkillər özlərinin "Həmcins nikahından da ötə” adlı bəyanatında üç və daha artıq partnyordan ibarət seksual münasibətlərin hüquqi baxımdan tanınması ilə bağlı çağırış ediblər.

Arizona Dövlət Universitetinin professoru Elizabetin fikrincə, bir neçə nəfərlə evlilik hüququ cəhətdən qəbul olunmalı və eyni zamanda fərd, cinsi əlaqədə olmaq istədiyi tərəflərin sayını və cinsini, əlaqənin növünü və digər tərəflərlə paylaşdığı hüquq və öhdəlikləri özü müəyyən etməlidir.

2009-cu ildə aparılan araşdırmaya görə ABŞ-da 500.000-dən artıq poliamorik ailə mövcuddur. Görünür, bu, təcrübədə bizim düşündüyümüzdən daha təbii baş verir. Poliamoristlərin fikrincə, cavab aydındır: yaşamaq və sevmək üçün bir yol deyil, bir neçə yol var.

O ki qaldı Azərbaycana, əgər biz klassik ailə modelimizi qoruyub saxlamaq istəyiriksə - əminəm ki, çoxlarımız bunun tərəfdarıyıq,- onda mövcud dəyərlərimizi qorumağa çalışmalıyıq. Çünki milli dəyərlərdən imtina edən ailələrdə xoşbəxtlik də uzaqlaşır. Və unutmamalıyıq ki, ailə - cəmiyyətin hüceyrəsidir, sağlam ailə modeli olmayan cəmiyyət də xəstə olacaq.

 



Şərhlər: 20
Baxılıb: 1297
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yagmus
Avropalawiriq deye-deye gorey bawimiza daha ne gelecey
2 avqust 2015 23:13
# 20
sadecə mən
Hər zaman şərqlilər qərblilər kimi yaşamaq istiyirdilər.İndi deyəsən əksinədi.
1 avqust 2015 14:10
# 19
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
xeyalperest
noldu be qerb qerb deyirdiler bunlarda artiq 2 arvadliga razi olurlar xxaxax
31 iyul 2015 17:42
# 18
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Mrs.Pianist
Allah göstermesin
31 iyul 2015 15:35
# 17
Acısı çox olan qizların guluşu gozel olur.!
Aydan Habili
Sen saydığını say gör fələk nə sayir
31 iyul 2015 15:07
# 16
miraya
Camaatin basi xarab olub
31 iyul 2015 12:56
# 15
Tomris Müslümova
hələ bu harasıdıkı?? zəmanəmizdə geylər varkən qız-qızla evlənirkən,ata qızına sataşırsan bu nədiki onun yanında?? bu hadisələr mən eşitmişəmki əvvəlrdə olub iki arvadlı kişilər,yəni heç təəccüblənmədim.
31 iyul 2015 12:29
# 14
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Sucan
gicdileree lap esebledim
31 iyul 2015 11:52
# 13
Bebiw
estagfurlah bunlar me daniwlar onda gerey bu aileye 2 de qAynana gele))
31 iyul 2015 10:31
# 12
sowu
aLoNe AnGeL
2 ana??

o evde ne sacyoldular olar 122
31 iyul 2015 09:13
# 11
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
vipbetul
Hele bu harasıdı her ıkı terefde sevgılılerıynende yasıyageyler eynı evlerde. Bunu yazarken kecen ılın yadakı o bırısı ılın xeberınde azerın hem erıyle hemdekı sevgılısıyle yasayırdı xosbextge bu yada dusduye bu onun yanında hes nedı onsuzda bezı Muselman olkelerınde esasende seyxlerın coxlu arvafları olur
31 iyul 2015 01:49
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
boyy kişilər bu xəbəri eşidib bayram edəcəkee bookiz inşAAllah bizlərə gəlib çatmaz hh
31 iyul 2015 01:08
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Gul_Konul
Milli deyerlerden uzaqlawan ailelerde xowbextlikde uzaqlawir mencede.
Bizde olmaz inwALLAH. .
31 iyul 2015 00:32
# 8
Ela
Allah uzaq elesın qatıl olaram yeqın
31 iyul 2015 00:29
# 7
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Dosta_inam
Boy bir bu qanun qalmisdi, bir arvadi lazimi qeder her seyle temin etdiler, qaldi ikinci arvad,menasiz sey mence bu qanun.
31 iyul 2015 00:14
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Elə qanun olmasa yaxşıdı birdəki deyirlər müəyyən vaxtdan sonra qız qıtlıgı yarnacag ona görədə qadın tapsalar adama iki qadınla evlənərlər
31 iyul 2015 00:01
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BARBI
Bir bu qalmisdi. Zaten kisilerin qanunsuz arvadlari cox olur bir de dinnen ikinci arvadi olacaq. Boo cox pis qanunlardi,
31 iyul 2015 00:01
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
A man All a him uzaq else gece gece bu ne xeberdir
30 iyul 2015 23:59
# 3
SVETA
yarpaq33
Allah bele gunden qorusun bizi
30 iyul 2015 23:58
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Canavar sevgisi
Allah sen qoru bizi: /
30 iyul 2015 23:53
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz