Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nigar Camal: “Şıltaq bir “meymun”am” - Müsahibə
Nigar Camal:  “Şıltaq bir “meymun”am” - Müsahibə
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 564
Səs ver:
"Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalla müsahibəni təqdim edirik:

- Yay aylarında müğənnilərin əksəriyyəti yaradıcılıq fəaliyyətini donduraraq müxtəlif istirahət məkanlarına üz tuturlar. Siz harada dincəlirsiniz?
- Bu yay mən istirahətə vaxt ayıra bilməmişəm. İyun ayında Birinci Avropa Oyunları ilə məşğul idim. İyulda Bodrumda işlərim oldu. Bu üç ay ərzində işlərim boldur. Qalan vaxtımı isə uşaqlarımla məşğulam. Avqustun axrında bəlkə dostlarımla birlikdə Mikanusa dincəlməyə getdik.

- İstirahət bitdikdən sonra pərəstişkarlarınızı nə ilə sevindirəcəksiniz?
- Yay bitincə yeni klip çəkdirməyi və yeni mahnı yazdırmağı düşünürəm. Ən əsası yeni layihənin təsdiqini gözləyirəm.

- Berksanla duetdən sonra daha hansı əcnəbi həmkarınızla birgə ifanız gözlənilir?
- Gələcəkdə ola bilər.

- Konsert vermək barədə nə düşünürsünüz? Sizcə, zamanı deyilmi?
- Əlbəttə, gözəl və möhtəşəm konsert vermək istəyərəm. Amma düşünürəm ki, hələ tezdir.

- Qadın nə zaman təhlükəli ola bilər? Səhv etmirəmsə, sizdən ehtiyat edənlər var...
- Qadının ən təhlükəli anı ona xəyanət edildiyinin bildiyi andır. Sevdiyin kişi səni bir başqası ilə əvəz edir. Qadın xəyanəti bağışlamaz. Xəyanət görən qadın yaralı aslan kimidir.

- Gərgin əsəb keçirəndə özünüzü necə sakitləşdirirsiniz, yoxsa hislərinizi ələ ala bilmir, bütün günü o vəziyyətdə dolaşırsınız?
- Mən çox nadir hallarda əsəbiləşirəm. Hislərimi cilovlamağı bacarıram. Səbrli insanam. Həddən artıq nəyəsə əsəbiləşəndə ordan uzaqlaşıram. Sakitləşib geri dönürəm. Bu da nadir hallarda baş verir.

- "Yaralı aslan”,  "ürkək ceyran”, "məkrli əqrəb”, "zəhərli ilan”, " mülayim pişik”  - daha çox bunlardan hansı vəziyyətdə olursunuz?
- Mən həyatda şən, deyib-gülən, şıltaq bir "meymun”am.

- Cenifer Lopezlə bənzərliyiniz hansı hallarda sizə mane yaxud təkan olub?
- Bir mügənni kimi ona böyük hörmətim var. Ona bənzərlik mənim üçün nə maneədir, nə də təkan. Sözün düzü, əvvəl bu bənzərliyə görə əsəbiləşirdim. Çünki bəzi insanlar oxşayırsan deyil, özünü ona oxşadırsan deyirdi. Bu mənim heç xoşuma gəlmir. Çünki özümü ona oxşatmıram. Mən Nigar Camalam.

- İki gözəl qız balanız var. Onların da incəsənətə meyli varmı?
- Qızlarımla bir yerdə olanda birlikdə mahnı oxuyuruq. Bu haqda danışmaq hələ tezdir. Hal-hazırda onların yaxşı təhsil almasını və savadlı olmasını istəyirəm. Gələcəkdə hansı peşədə özlərini xoşbəxt hiss edəcəklərsə, onu da seçərlər. Mən də ana kimi həmişə onların arxasında olacağam.

- Nigar Camalın həmişə şarmlı və gözəl görünməyinin düsturu nədir?
- Gözəl və şarımlı görünməyimin düsturu pozitiv yaşamağa çalışmağımdır. Öz işimlə, uşaqlarımla məşğulam. Heç kimlə işim yoxdur. Məncə gözəl görünməyin sirri daxili aləmlə əlaqəlidir.


Şərhlər: 16
Baxılıb: 564
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
" mülayim pişik”


pişiklər mülayim deyil)) Həyasız, yırtıcı, azad, bağımsızdır.

Nigar bəyəndiyim müğənnidir.

...666...
29 iyul 2015 19:54
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
aLoNe AnGeL
Nigari xoslayiram gozeldi

Jenifer lopeze cox benzemir
24 iyul 2015 20:55
# 15
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
neri
beyenirem bu xanimi heyatda ugurlar.duz deyr heyatda en xosbext yasamagcun heckimese bas qosub can sixmag lazim deyil.cunki bezi insanlar buna deymez
24 iyul 2015 02:23
# 14
Sert
Gul_Konul
Xowluyuram bu xanimi ..ureydi urey))))
23 iyul 2015 20:12
# 13
ulduz
CENIFER LOPEZE BENZEMIR..UGURLAR HEYATINDA
23 iyul 2015 17:50
# 12
...AdaDunyam``
Nigar Camali beyenirem,sesi de,mahnilari de qewengdi,berksanla olan duetini cox beyenirem
23 iyul 2015 17:41
# 11
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Leylican
Nigar Camali coxx seviremm
sesi de ozu de coxx gozeldii
23 iyul 2015 17:38
# 10
SEBR....
WiRiN BaLaM
Bu xanımı bəyənMirəm ....uğurlar
23 iyul 2015 17:28
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
duz deyir hec kimle ishi yoxdu oz ishleriyle mesqul olur
23 iyul 2015 16:07
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
Oxudum Təşəkkürler amma bir şeyi bilmey istəyirəm bu intervyunu kim alıb nigardan Signorina? ???
23 iyul 2015 16:00
# 7
Dosta_inam
Xosum gelir bu xanimdan, musahibeni de beyendim, semimi alinib.
23 iyul 2015 15:32
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Gozel xanimdi ancaq men hec beyenmirem
23 iyul 2015 15:13
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Müsahibəni bəyəndim necə varsa təbii alınıb, xüsusiyyətlərinidə bəyəndim, kariyerasında uğurlar.
23 iyul 2015 15:12
# 4
Mrs.Pianist
Mən həyatda şən, deyib-gülən, şıltaq bir "meymun”am
Bəyəndim bu cavabı
23 iyul 2015 15:12
# 3
Acısı çox olan qizların guluşu gozel olur.!
BARBI
Semimi xanimdi siltaq xanimlari cox sevirem.
23 iyul 2015 15:06
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Cox semimi alinib musahibesi beyenirem bu xanimi
23 iyul 2015 14:54
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz