Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün, iyulun 9-u, ehtimal edilən üçüncü Qədr gecəsidir
Bu gün, iyulun 9-u, ehtimal edilən üçüncü Qədr gecəsidir
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 777
Səs ver:
Ramazanın 22-dən 23-nə keçən gecə (bu il iyulun 9-dan 10-na keçən gecə) ehtimal edilən üçüncü Qədr gecəsidir.

Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Onun konkret hansı gecə olduğu bəlli deyil.

Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır. Yenə də hədislərə əsasən, məhz bu gecənin Qədr gecəsi olmağı daha çox ehtimal edilir. Əgər Ramazan 11 ayı sultanı sayılırsa, Qədr gecəsi də Ramazan ayının sultanıdır.

Bu gecələri səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Müsəlmanlar beləcə Qurana, Allahın buyruqlarına dərin ehtiramlarını nümayiş etdirirlər, eyni zamanda 1000 aydan xeyirli bir gecənin fəzilətlərindən yararlanmağa çalışırlar.

Bu gecələr həmçinin İmam Əli (ə.s) ilə bağlıdır. Həzrət Əli (ə.s) ehtimal edilən birinci Qədr gecəsi məsciddə ibadət edərkən qılınc zərbəsi alıb, ikinci gecədə dünyasını dəyişib. Bu gecələr müsəlmanlar birinci imamlarına da matəm saxlayır, onun qatilini lənətləyirlər.

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. 2 rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə "Həmd” surəsindən sonra 7 dəfə "İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə "əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə.s) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

Daha ətraflı: http://qadinlar.biz/cemiyyet/islam/36145-qedr-gecesinin-fezileti-ve-emelleri.html

Allah orucunuzu qəbul etsin!


Şərhlər: 20
Baxılıb: 777
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
men mamayla oyaq qaldim dua eledim tekce ureyimde... dini kanaldan cox maraqli QURANla bagli bir sheye baxirdiq
12 iyul 2015 02:25
# 20
"All men must die, but we are not men"

Daenerys Targaryen
my_angel
Bu gecə digər iki gecədən daha üstündür. Allah qılınan namazları,tutulan orucları,edilən duaları bizim üçün xeyirli etsin inşaallah...Xeyirlisi...
10 iyul 2015 11:06
# 19
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
...AdaDunyam``
anam her qedr gecesi sehere kimi oturur,zikr edir,dualar edir...Allah her kesin qildigi namazlari,etdiyi dualari,tutdugu oruclari qebul etsin
10 iyul 2015 10:43
# 18
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
guler19
Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq qəbul olar. Bu önəmli anı yaxalamaq üçün gecənin bir hissəsini tövbə və zikrlə keçirmək lazımdır.

Allahdan istəyirik ki, bu şərəfli gecəyə rast gələnlərdən və günahlarımızı bağışladığı qullardan etsin. Amin!
10 iyul 2015 08:36
# 17
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Nergizz
ALLAH oruc tutanlarin orucun qebul elesin,,bu il ehya geceleri mene qismet olmadi,,dualarmizi qebul elesin
10 iyul 2015 06:49
# 16
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Dosta_inam
Allah bütün dualarımızı qebul etsin,Amin.
10 iyul 2015 06:15
# 15
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
14MsM
Allah etduyimiz dualari qildgimiz Namazi qebul etsin
10 iyul 2015 05:46
# 14
KRALİCEM
Allah qebul etsin
10 iyul 2015 04:09
# 13
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
ayan97
Allah komeyiniz olsun, bu gun hec yuxum yoxdu aktivem Allah yardimcim oldu ve Qedr gecesi Namazimi qildim. Insallah Allah kabul eder
10 iyul 2015 03:57
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
aliceWOnDer
Allah qildigimiz namazdi, tutdugumuz orucu, etdiyimiz duani qebul etsin..Amin..
10 iyul 2015 03:12
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
rəmsə
Bir dəfə tv.də bir din xadimi danışırdı qədr gecəsi haqqında.O,dedi ki, zarafatyana əgər insanlara deyilsəki,bu gecə yatma qapın döyüləcək və sənə külli miqdarda pul verəcəklər.Həmin insan yatmaz .Elə isə bu gecə də yatmayın,ibadətlə məşğul olun,bu gecə mələklər qapını döyüb sizi oyaq ibadətlə məşğul olduğunuzu görəcək,siz günahlarınızdan bağışlanıb və dualarınızın qəbul olunduğu biri olacaqsınız.
Allah bu gecə bütün müsəlmanların dualarını qəbul etsin.
10 iyul 2015 02:38
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
gulka azeri
teessufki otura bilmirem nece ildi qedr gecelerinde angel_mini
10 iyul 2015 02:17
# 9
Aydan Habili
6 günlük namaz nedi və niyə 7 günlük yazilmir onu kim bilirsə təcili mene izah etsin də zehmet olmazsa??

6 günlük namaz nedi və niyə 7 günlük yazilmir onu kim bilirsə təcili mene izah etsin də zehmet olmazsa??
10 iyul 2015 00:59
# 8
hazal♡
ALLAH GER KESIN QILDIQI NAMAZINI TUTUQU IRUCLARI QEBUL ETSIN
10 iyul 2015 00:51
# 7
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
aziz a
Allah qebul elesin.
10 iyul 2015 00:10
# 6
Qelbim doludu !!!!
14MsM
mende saxliyiram indi gedrem qusul al Inwallah yoldawimda mecidde mende qaynanam baldizim qalacig Inwallah bugunler mene qismetetdiyi cun ona wukur edrem hemd olsun senin boyukluyune bizleri qoru
9 iyul 2015 23:30
# 5
vipbetul
Allah butun dualarimizi qildiqimiz Namazimizi tutduqumuz Orucumuzu qebul etsin insallah
9 iyul 2015 23:12
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
Mende inwAllah bu gun Anamla oturacam
9 iyul 2015 22:57
# 3
SVETA
qanadli melek
Allah edilen dualari qebul etsin
9 iyul 2015 22:48
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
xeyalperest
Bizde bu gun ehye saxliyacayiq İnşallah
9 iyul 2015 22:15
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz