Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nazənin: "Təranə Qumralın ərimə intim mesajları..." - MÜSAHİBƏ
Nazənin:
Göndərən: NoName
Şərhlər: 30
Baxılıb: 1926
Səs ver:
Müğənni Nazəninin mətbuata sonuncu dəfə müsahibə verdiyi bəlkə özünün də yadından çıxıb. Elə bu dəfə də sualları cavablandırmaqdan mədəni formada boyun qaçırmağa çalışırdı. Amma...

Sənətçi müsahibəsində həmkarı Xatunun onu parodiya etməsindən, müğənni Təranə Qumralla həyat yoldaşının münasibətlərindən və digər maraqlı məsələlərdən danışıb.

- Nazənin xanım, yaradıcılığınızda hansı yeniliklər var?
- İldə bir mahnı oxuyuram, maşallah, hit olur. Bu il də iki mahnı oxumuşam.

- Müəllifi kimdir?
- Biri Cabbar Musayevin, digəri Asif Məhərrəmovun bəstəsidir. Hər ikisi çox gözəl mahnılardı. Cabbar Musayevin mahnısını aranjmana vermişik. Əgər bu gün axşam studiyada yer olsa, ifa edəcəyəm.

- Ritmik mahnılardır?
- Biri həzindir, digəri ritmik.

- Niyə ildə iki, üç yox, məhz bir mahnı?
- Söhbət hit olan mahnıdan gedir. Nadir Əzimovun "Gəl xoşbəxt olaq" adlı mahnısı üzərində işləyirəm. Hazırda bir özbək müğənnisinin ifa etdiyi mahnını da hazırlayıram.

- Hansı müğənnidir?
- Adını çəkmək istəmirəm. Çox kövrək melodiyası var. Meyxanaçı Mehman Əhmədliyə demişəm ki, bir adam tapaq, sözlərinin mənasını tərcümə etsin. Əgər Azərbaycan sözləri ilə düz gələrsə, ifa edəcəyəm.

- Meyxanaçılarla münasibətiniz çox yaxşıdır. Meyxana hara, xanım müğənni hara?
- Meyxananı Ağamirzə, Kərimlə çox istəmişəm.

- Meyxana həvəskarısınız?
- Həvəskarı deyiləm, o insanları çox istədiyimdən bu sənətə marağım artıb. Amma özümün meyxana demək bacarığım yoxdur. Meyxananın hər kəlməsi bir hikmətdir. Ona görə meyxanaçılara daha çox qulaq asıram. Meyxanaçılar böyük istedad sahibləridir. Çünki bədahətən gələn sözlər deyirlər.

- İndiyə kimi sizi parodiya edən aktyor olub?
- Etməyiblər. Amma aktyor aktyordu, parodiya onun sənətinin bir hissəsidir.

- Deyəsən, həmkarınız Xatun sizi parodiya edib...
- Xatun məni istədiyindən parodiya edib.

- Alınıb?
- Bunu tamaşaçılar deyə bilər. Mən heç bir oxşarlıq görmürəm. O da yazıqdır, əziyyət çəkir, mahnı sözü öyrənir, səhərə qədər yatmır.

- Bu, kinayədir?
- (gülür) Necə istəyirsinizsə, elə də qəbul edin. Amma kinayə deyil. Onun da əməyini qiymətləndirmək lazımdır. Məni parodiya etmək asan deyil axı. Efir qarşısında gözləyir ki, görəsən bu nə oxuyacaq, səhər tez durum, güzgü qarşısında məşq edim. Hərənin öz işi var da. Mən mahnılarımla sevilirəm.

- Xatun da parodiyaları ilə?
- Parodiya başqa şeydir, insanları təhqir etmək tamam başqa.

- Sizcə, bu təhqirdir, yoxsa parodiya?
- Məni parodiya etməsə, ondan inciyə bilərəm. Düşünərəm ki, məni istəmir. O, məni istədiyindən parodiya edir. Görün nə qədər əziyyət çəkir. Söz əzbərləyir, güzgü qarşısında məşq edir, ağzını, burnunu əyir, özünü neçə cildə salır. Bu, asan iş deyil.

- Bəs bütün bunlardan sonra nəsə alınırmı?
- (gülür) Onu siz deyin.

- Mən deyə bilmərəm.
- Mənə yüzlərlə insanlar zəng vurur ki, o, səni parodiya edə bilmir. Amma hörmətlə yanaşıram. Bəs biz onun əziyyətini qiymətləndirməyək?

- Aparıcı kimi də fəaliyyətiniz var. Bu, sizin debütünüzdür?
- Bir çox rayonlarda dövlət tədbirlərinin aparıcısı olmuşam. Sumqayıtdakı "Dünya" televiziyasında yayımlanan "Naz ilə" verilişinin aparıcısıyam. Təklif mənə telekanaldan gəldi. Mən də tərəddüdlə hə dedim. Amma çox təkid elədilər, razılaşdım.

- Müğənnilərin bəziləri kanallara pul ödəyib veriliş aparırlar. Siz də telekanala pul ödəyirsiniz?
- Yox, Allaha and olsun elə deyil, ödəmirəm. Təbii ki, verilişin sponsorları var. Maliyyə məsələlərindən xəbərsizəm. Əgər pul verirəmsə, bütün respublikaya yayımlanan telekanallarda veriliş açaram da.

- Toy qiymətlərini qaldırmısınız...
- Bəli. qaldırmışam. Niyə də qaldırmayım? Görürəm ki, toya gedib mənim mahnılarımı oxuyurlar. Sonra deyirlər guya mən yalvarıram ki, mahnımın minuuslarını verim, reklam edin. Məni parodiya ilə reklam etmək nə dərəcədə düzgündür?

- Söhbət yenə gəlib çıxdı Xatunun üzərinə...
- Deyirlər mənim və Könül Kərimovanın minnəti olsun ki, bizi reklam edirlər. Bizim mahnıları hər yerdə bilirlər. Belələri uğurlarımızı gözü götürməyənlərdir. Biz, sadəcə, gülürük. Deyirik ki, yazıq ora-burasını əyir, mahnı öyrənir. Qoy eləsin.

- Bu barədə Xatuna şəxsən irad bildirmisiniz?
- Mən nəyinə irad bildirim? O bizimlə çox yaxın olub, çörək kəsmişik. Əgər parodiya etmək istəyirdisə, mənim süfrəmin başında edərdi. Mən də ona düz yol göstərərdim. Hətta deyərdim ki, bu cür et, Nazənin olacaqsan. Bu daha yaxşı olardı, nəinki qərəzli şəkildə kiminsə fitvasına gedib klounluq etmək.

- Mətbuata son zamanlar nadir hallarda müsahibələr verirsiniz...
- Heç kimə müsahibə vermirəm.

- Amma tez-tez sizinlə, yaxınlarınızla bağlı materiallar dərc olunur. Bəlkə qaçdığınıza görə mətbuat sizi "tutmağ"ın yolunu bu cür tapıb?
- Bəlkə də. Bunlar sifarişlə yazılan şeylərdir. Həmin jurnalistlərə baş qoşmuram, heç nə də demirəm.

- Kimin sifarişidir?
- Hər kəsə məlumdur. Məni çəkə bilməyənlərin.

- Təranə Qumralla münasibətləriniz gərgindir. Onu nəzərdə tutursunuz?
- Uğurlarımı həzn edə bilməyən insanlar var.

- Söhbət Xatundan gedir?
- Yox, Xatun, sadəcə, onların "tırka"sına gedir.

- Təranə Qumralın?
- Bəli. O, hələ duza gedir. Ona görə istəyirəm axırıncı mahnılarımı da göndərim ki, hazırlaşsın. Məni parodiya etməsə, inciyərəm.

- Xatun uşaq deyil axı. Niyə o, Təranə Qumralın fitvasına getsin?
- Mahnılarımı toylarda oxuyub, çörək qazanan insan efirdə deyir ki, niyə onların mahnılarını oxumalıyam, öz mahnılarıma nə gəlib? Amma mənim və Könül Kərimovanın mahnılarını toyda oxumağının görüntülərini göndəriblər. Toyda "sex" müğənnisi kimi gedib oxuyur.

- Toya getmək ayıbdır? Siz də toya gedirsiniz də.
- Təbii ki, mən də gedirəm və bu ayıb deyil. Bəs niyə toylarda mənim mahnımı oxuyanda yamsılaya-yamsılaya oxumursan? Sən axı bizim mahnılarımızı oxuyub çörək qazanırsan. O çörəyi evinə halallıqla apar da. Sonra da deyirsən ki, özləri yalvarır.

- Onda belə çıxır ki, Təranə Qumralla Xatunun münasibətləri yaxşıdır?
- Allah bir az da yaxşı eləsin. Özləri bilər, mən o işlərə qaırşmıram. Mənə özümdən üstün səviyyədə olan insanlar maraqlıdır. Başımı aşağı salıb ailəm və uşaqlarımla məşğulam.

- Bir müddət öncə belə bir məlumat yayıldı ki, Təranə Qumralla həyat yoldaşınızın mesajlaşmaları üzə çıxıb. Həmin mesajları oxumuşdunuz?
- Hamısını oxudum.

- Nələr idi? Açıq-saçıq, intim nəsə var idi?
- Təbii ki. Təkcə mesajlar deyil, görüşdüyü yerlər də var idi.

- Təranə Qumralla barışmağınız mümkündür?
- Xeyr.


Şərhlər: 30
Baxılıb: 1926
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Canavar sevgisi
Nifret esirem de bunlara ve bunlar kimi olanlara
23 iyun 2015 16:47
# 30
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
GünƏşimƏ_AiD_
Ne beyenirem nede dinleyirem hec biri men uje hecneyee gore shoka dushmurem..
11 iyun 2015 23:11
# 29
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Melek5
Bilmirdim hetda oxuyanda cox sasirdim gozlemezdim sexsen
11 iyun 2015 21:05
# 28
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
vipbetul
dehset bu swenet adamlari heqiqetende cox iyrenc olurlar

dehset bu swenet adamlari heqiqetende cox iyrenc olurlar
11 iyun 2015 20:15
# 27
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
Heç birisin xoşlamıram ve menim maraq dairəmdə deyillər! bu sadece axmaqlıqdır başqa heçnə....
11 iyun 2015 13:51
# 26
Don't trust anyone ∆
Nur k-off
bu haqda bilirdim
11 iyun 2015 12:03
# 25
SVETA
teri meri
bu müsahibənin axırı yamandı
11 iyun 2015 10:31
# 24
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
gulka azeri
ayda dehsetdiler ee ele Terane kimilerin bexti yaxsi olur
11 iyun 2015 01:58
# 23
ŞehZam
Bawa duwmedim Terane Nazenin eri ile elaqesi vaaar? Aaa
11 iyun 2015 01:22
# 22
Menim balam
müsahibenin sonuncu suallarını beyenmedım
11 iyun 2015 01:20
# 21
Cimbom Nilay
Bana ne yaaaaaaaaa dj
11 iyun 2015 00:57
# 20
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Nergizz
ikinizde bir zibilsiniz ele,, bu ne ozun qoyub dagin bawina,,zehlem gedr bunlarin gic gic bow bow sohbetderinnen,,
11 iyun 2015 00:34
# 19
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Meleknur
Ew neyime lazime oxuyuram mende Nezenin bezi mahnilari xowuma gelir o qeder i fisyo o birinide tanimiram umumiyyetle Azerbaycan mugennilerini coxda tanimiram ele her gozunu acanda mugenni olur
11 iyun 2015 00:04
# 18
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
aRzuM209
Tterane və musa da n zehləm gedir
10 iyun 2015 23:42
# 17
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
Baharim ol
Erini bagislayib goresen o mesajlara gore?
10 iyun 2015 23:33
# 16
Ama yenede
ayka95
Nazenini beyenirem o hemde menim yerlimdi Te
10 iyun 2015 22:56
# 15
Antikvar
Necədə səviyyəsiz sözlərdi,verdiyi müsahibə hansı təbəqədə olduğunu göstərir,əyər mahnıların ilə məhşurlaşmaq istəyirsizsə belə mənasız sözlərnən o mahnılarada xələl gətirməyin.Müsahibəni alan şəxsin suallarıda müsahibəsi kimi səviyyəsizdi(jurnalisti nəzərdə tuturam)Sanki birilərin davasının başı üçün gəzir,mən günahı o "jurnalistlərdə"görmürəm,onları gətirib o yerı çıxardanlarda görürəm,savadsız insanların o yerdə məkanda nə işləri var?Müsahibə başqadı"Dava dalaş"üçün adam axtarmaq başqadı...Müğənilərdə insanların əxlaqını pozurlar səviyyəsizlər,"kişiləri"oturub evdə arvadlar "kimin kişisi,harda neyləyib nə pozğunluğunu göstərib"ondan danışır.Görəsən belə qeyrətsizlərin sonu hara gedir?Yazıqlar..
10 iyun 2015 22:03
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
artiq bele seviyyesiz ve menasiz soz sohbetlerden bezdim. duzunu desem hec maraqlanmiram hec maraqli da deyil
10 iyun 2015 20:52
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Bu cür iyrənc ucuzluqlardan bezmədilər, nə var - nə var gündəmdə qalsınlar, olmaz ki, şəxsi həyatı, olmayan sənətinizə qatmayasız? Kənardan həm sənətləri, həmdə özləri çox ucuz səviyyəsiz görsənir, Allah abır həya versin bu millətin bəzi düşük nümayəndələrinə..
10 iyun 2015 20:45
# 12
Luna-90
Terane qumral bunun eriyle?bes evvel eksine deyirdiler .
10 iyun 2015 20:45
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ulduz
Hemise bbu xanimdan xosum gelirdi artiq yox .bele cirkin meselelere KONUL KERIMOVANI qarisdirmasalar yyaxsi ollar.Fikirlesmirler ki, bu hereketlerimiz efirden cirkin gorunur.Basiniasaggi salibb ailenle mesgul olan balada deyyyilsen valla.Xatunuda yyerden goyevurdu demek isdediki,seviyyesizdi ama fikirlesmirki seviyesiz ozu ve bas qosdugu insanlardi ki,yerirler bir birlerin etini.
10 iyun 2015 20:33
# 10
Sucan
men qarismiram teraneden nifret edirem
10 iyun 2015 20:30
# 9
Miss_Oxatan
Evveller deyirdim ne agir xanimdir ama Terane Qumralla falan davalarindan sonra eksini duwundum,plusda bele sozler iwletmesi.hec beyenmirem artiq,hamisi birdir,bir Konul Kerimova hemiweki kimi hormetde qalib.Terane olmasin bawqasi olsun,eger bir qadin senin kiwinle +18 smslerle mesajlawir onda senin "liwni qururun" hani?padarka ederdin ele kiwini teraneye.ne deyib yawiyirsan bes?vererdin de von komandasi kiwive.
10 iyun 2015 20:17
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aliceWOnDer
zehlem getmis
10 iyun 2015 20:12
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Seviyesizder

Seviyesizder
10 iyun 2015 19:59
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
tatyana
ele haminiz bir seviyyedesiz
10 iyun 2015 19:41
# 5
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Dosta_inam
Teşekkür,bu müğennilerin adetidir bu gün burda bele deyirler sabah o terefde başqa cür,qaldiki here özüne cavabdehdi,kim ne edir özüne edir.
10 iyun 2015 19:40
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Hec utanmirlar seviyyesiz sohbetler edirler. Hec yarasdirmadim
10 iyun 2015 19:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Leylican
dogrusu butun yazilanlari oxumadim cunki Nazenini sevmirem amma yene de xeber ucun tesekkurler
10 iyun 2015 19:27
# 2
SEBR....
Tomris Müslümova
nazenin xanimi toylarda oxunan mahnilarindan taniyiram,teraneynen musani ise BIQEYRETLIK numunesi olaraqdan taniyiram vessalam
10 iyun 2015 19:24
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz