Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kənan M.M: "Şalvarımı Aygünün başına keçirərdim?"
Kənan M.M:
Göndərən: Antikvar
Şərhlər: 26
Baxılıb: 1619
Səs ver:
- "Ay brilliant" filmi gözlədiyiniz nəticəni verdimi?
- Film haqda pis heç bir fikir eşitmədim. Bu film 4-5 il öncə çəkilsəydi, film sahəsi yaxşı inkişaf etdiyi üçün  "Ay brilliant" gülünc vəziyyətdə qala bilərdi. Filmin janrı, qəhrəmanları bəllidir. Qəhrəman Şəmidir, Şöşüdür. Ekran işi həftəlik efirə gedən süjetin böyük forması idi.

- Filmdə jarqon ifadələr, qurşaqdan aşağı zarafatlar üstünlük təşkil edir. Belə ifadələrin istifadəsi nə qədər vacibdir?
- Səsləndirilən tənqidlərlə razıyam. Amma iki cür film var. Biri hamı, digəri isə yalnız kinosevərlər üçün çəkilir. "Ay brilliant" kinosevərlər üçün çəkilən ekran işidir. Biz bizdən əvvəl yayımlanan filmlərdə gördük ki, tamaşaçı nələrə gülür. Ona görə jarqon ifadələrdən istifadə etdik. Düşünürəm ki, 10 il sonra indi güldüyümüz filmlərə gülməyəcəyik.  

- Siz hansı filmləri bəyəndiniz?
- Heç bir filmə aşiq olmadım. Film sahəsinin indiki vəziyyətini nəzərə alsaq, çəkilən yerli filmləri qənaətbəxş saymaq olar.

- Yeni film çəkilişlərinə başlamısınız. Bu ekran işi digərlərindən nə ilə fərqlənir?
- İlqar  Fəhminin "Vampir" əsəri əsasında çəkilir. Filmin adı "Gecə qonağı"dır,  sentyabrda yayımlanacaq. Artıq hazırdır. Danışmaqdan çox göstərməyi xoşlayıram. Ona görə dilim də, dilçəyim də var. Baş rolda Fərda Xudaverdiyev oynayıb. Özünü dram janrında sınayıb. Hamıya qəribə gələr ki, yumorist necə dram oynayıb? Fərda çox bacarıqlıdır. Bu film hamını təəccübləndirəcək.

- Müğənni Vüqar Muradovla münasibətləriniz necədir?
-  Bir cümlə deyəcəm, özünüz başa düşəcəksiniz. Heç vaxt hər şey əvvəlki kimi olmayacaq.

- Aygün Kazımova "Ay brilliant" filminin qala gecəsində ətəyini sizin üstünüzə atdı və sizə atmacalar atdı. Bu durum qarşısında niyə susdunuz?
- Mən orada əsəbləşmədim, sadəcə yerimi dəyişdim. Elə şeylər var ki, onlar məni təəccübləndirmir. Çoxları mənə niyə susduğumu irad tutdu. Bəs nə edərdim? Mən də şalvarımı Aygünün başına keçirərdim?

- Həyat yoldaşınız bu hadisəni necə qarşıladı?
-  Bizim ailədə baş verən hadisələrə yalnız mən reaksiya verərəm. Heç kimin mənim hərəkətimə irad tutmağa həddi çatmaz. Elə olmalıydı, elə də oldu. Mənə yaraşan susmaq idi.

- Sosial şəbəkələrdə aktivsiniz. Hətta paylaşdığınız şeirlər və fotolar birmənalı qarşılanmır. Bəziləri özünüzü yeniyetmə kimi apardığınızı bildirir.
- Həmişə demişəm, yenə deyirəm. Yaradıcı insan digərlərindən normal olmamalıdır. Onun həyat, yaşam tərzi fərqli olmalıdır. İnsanın düşməni yoxdursa, o, normal insan deyil. Ora mənim səhifəmdir, evimdir, nə istəyirəmsə, edirəm. O vəziyyətə çatmışıq ki, insanlar evimizə girib əşyalarının yerini dəyişmək istəyir. Bu xuliqanlıqdır, əxlaqsızlıqdır. Şəkilə fikir bildirə bilərsən, amma onun şəxsi həyatına, şəxsiyyətinə toxuna bilməzsən.

- Sosial şəbəkələrdə sizi təhqir edənlərə necə cavab verirsiniz?
- Sosial şəbəkə qaranlıq otaqdır, səni hardan vurduqlarından xəbərin olmur. Onlara monitorun arxasında gizlənib yumruq atan deyilir. Onlara baş qoşmuram.

- Hazırda çəkilən kliplərdən razısınızmı?
-  Mən kliplərə baxmıram. Onu bilirəm ki, əvvəl klipləri çəkməyə rejissor, indi kamera lazımdır.

-  Vəziyyət niyə bu həddə çatıb?
-  İndiki halımıza şükür etməliyik. 10 il sonra kino da belə olacaq. Günah film, klip çəkdirəndədir. Ancaq efirdə olmaq istəyirlər. İşin keyfiyyəti onları maraqlandırmır.

- Bildiyimiz kimi artıq film də çəkirsiniz, dünyaca məhşur film rejissorlarından kimlərin işlərini bəyənirsiz?
- Rus rejissor Sergey Badro, Tarantinonu bəyənirəm.

- Gənc rejissorların yetişməsi üçün Azərbaycanda lazımi təhsil səviyyəsi və şərait varmı?
- Rejissorların yetişməsi üçün şərait var. Texnika var, hər kəs video-rolik, klip çəkə bilər. Mən tələbə olanda kurs işim üçün çox çətinliklə video çəkdim. Universitet insana nəzəriyyə öyrədir. İstedad isə insana ana bətnində ya verilir, ya verilmir. Təhsil nəzəri və şərti olan bir şeydir. Rejissor təcrübədə öyrənir.

- Kənan hər zaman şiddətə meylli, aqressiv biri kimi görünür və belə təqdim edilir. Kənan həqiqətənmi belə insandır?
- İmam Əli deyir ki, əlinin içində firuzə bir daş saxlamısan. Kənardan sənə deyirlər ki, firuzə qaş deyil, çürük qozdur, yarpaqdır. Amma sən özün əlindəkinin qiymətli daş olduğunu bilirsən. Əsas budur. Kim nə deyir, desin. Mən güzgüyə baxanda özümü tanıyıram.

- Şou-biznessdən iki nəfər siz və Elza Seyidcahan şeir yazır. Elza Seyidcahanla sizin şeirləriniz arasında nə fərq var?
- Əli qələm tutan hər kəs şeir yaza bilər. Əliağa Vahid, Nizami, Elza, Kənana kimi yaza bilər. Bunlar fərqli-fərqli üslublardır.

- Kənan M.M kim kimi yazır?
- Mən ağlıma gələni yox, hislərimin mənə hökm etdiyini kağıza köçürürəm.


Şərhlər: 26
Baxılıb: 1619
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
beyenirem kenani men onun yerinde olsaydim aygun ele edende onu kresloya yapisdirardim.aygun oyrenceli olub camaati donunun altina salmaga
18 iyun 2015 14:54
# 26
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Yusif Ulker
men kenen mm coox sevirem onun seirlerine olurem de
12 iyun 2015 07:36
# 25
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
...AdaDunyam``
kenani beyenirdim,amma bu sozu seviyyesiz oldu
9 iyun 2015 16:42
# 24
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Aristocratic
Aygun kazimova nevaxtdan kenanin arvadi olub?Siz ele bilirsiniz oz arvadi Aygundu.Ozude arvadi o medeniyyete sahib deyil

kenan onsuzda seviyyesizdi
8 iyun 2015 16:05
# 23
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
Luna-90
Seviyyesizin danisigina bax heyat yoldasinin reaksiyasi ne oldu sualina buda ozunu bir sey sayir sen ne ..... e adama oxsamaz narkomana oxsuyur .
8 iyun 2015 00:35
# 22
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ALESSANDRA
Kənanə bəyənirəm) ama arvadınnan zəhləm gedir.səsidə kobud özüdə 23 uğurlar
7 iyun 2015 19:50
# 21
Don't trust anyone ∆
Miss_Oxatan
hec beyenmirem cox ozunden razidir.iwletdiyi ifadeni ise hec beyenmedim "- Həyat yoldaşınız bu hadisəni necə qarşıladı?
- Bizim ailədə baş verən hadisələrə yalnız mən reaksiya verərəm. Heç kimin mənim hərəkətimə irad tutmağa həddi çatmaz."-ailede qadina yuxaridan awagi baxan tiplerdendir.nifret etdiyim tipler.o ne demekdir?bele cixir ki,kiwi istediyini ede biler,qadin hecne soruwa bilmez ki,ne var qadinsan heddin catmir?qadindadi e gunah qebul edir.menim hansisa sualim cavabsiz qalsa skandal edirem heqiqi sozumdur.o ne demekdir?men beyem sene qarwi beleyemmi ki,sende mene bele davranasan?hec qebul etmirem bele weyleri.aile dediyin biri yuxarida biri awagida veziyyetde yawamaq deyil,qadin anadir kiwi ata,ailede muwterek huquqa sahibdirler,lap ovladlari olmasada.bunlar cox ince meselelerdir bele qaba insanlar anlamaz.
7 iyun 2015 15:26
# 20
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Mrs.Pianist
Beyenirem Kenani. Tesekkur
7 iyun 2015 14:01
# 19
Acısı çox olan qizların guluşu gozel olur.!
EsmaNur
özünü yaman dartir
7 iyun 2015 13:35
# 18
tatyana
mence dogru cavab verib,Aygune onun etdiyi herekete uygun cavab verseydi Aygunden ne ferqi olardi onun.susmagiyla oz medeniyyetini gosterib
7 iyun 2015 11:58
# 17
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Happy
Musahibeni oxumaq maraqli oldu. aygun uchundeyaxshi dedi mence..
6 iyun 2015 23:55
# 16
vipbetul
qeseng musahibedi
6 iyun 2015 23:52
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
beyenirem Kenan MMi
6 iyun 2015 23:44
# 14
Vuska87
Kobudluqdan bawqa ozunnen cox razidir.elebil ozunu gosterire her klipde her wekilde.birde dindardi deye fikrim deyiwmiwdi ona qarwi ama bir wey ewitdim otelde falan qizla evli ola ola... zehlem getdi
6 iyun 2015 23:26
# 13
canr
Cox qaba biridir
6 iyun 2015 23:08
# 12
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
yarpaq33
Yaxwi edib hecne demeyib ona hec baw qowmaq lazim deyil bezi kiwi mugennileri Aygune ele yaltaqlanirlar ki az qaliram olari ekrandan bogam Kenan cox agir vr ciddi biridi beyenirem bit insan kimi
6 iyun 2015 22:52
# 11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Cimbom Nilay
Statusum buna uyğundur.. Ya səviyyəsizsiniz, ya səviyyə sizsiniz. Bununki görəsən hansıdı?? 13
6 iyun 2015 22:25
# 10
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
GünƏşimƏ_AiD_
Cox beyenirem Kenan MMi
Seirlernede qulaq asiram,

Cox beyenirem Kenan MMi
Seirlernede qulaq asiram,
6 iyun 2015 22:24
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
cinqosh
Yekexana biridi.beyenmirem.ama ozunu apara bilmiyen seviyyesiz aygunun hereketine susmaq ve yerini deyismekle cox duzgun hereket edib.alqis sene.
6 iyun 2015 22:23
# 8
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
guler19
Bəyəndiyim rejissordu Kənan ən çoxda şeirlərini bəyənirəm Xəbərin başlığından elə bildim yoldaşına deyir elə. Ama müsahibəni oxuduqca başa düşdüm ki etdiyi səviyyəsiz hərəkətlərdən utanmayan xalq artisdi aygünə deyir. susmaqla terbiyəsin nümayiş etdirib elə düz deyirki danışıb neyləyəcəkdim şalvarımı aygünün başına keçırəcəkdim 23
6 iyun 2015 22:05
# 7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
xeyalperest
O qeder de beyenmirem evvel beyenirdimki şoubiznesdekilerden ferqlenir sonra nese gozumdwn duşdu
6 iyun 2015 21:58
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Beyendiyim insandi. Coxu
kisiler ondan ornek goturmelidir
6 iyun 2015 21:31
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Kenan MMi cooooxx beyenirem ve sevirem. Hele bir ara asik olmusdum az qala122 Yaxsi oglandi beyenirem
6 iyun 2015 21:31
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Verilən müsahibəni bəyəndim, xəbərin başlığı başqa fikir oyatsada oxuyarkən anladım ki, yerində deyilmiş əla cavab olub , xalq artisti olsada Aygünün etdiyi səviyyəsizliyə Kənan cavab versəydi o da olacaqdı səviyyəsiz ancaq görünür sözünün kəsəri var ki, ona qarşı həddi aşmırlar))
6 iyun 2015 21:22
# 3
Dosta_inam
Çox gözel şeirleri var eşitdiklerimi beyenmişem.
6 iyun 2015 21:13
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
cox durust sozunu deyen bir insandi ama ne bundan nede yolsadinda xosum gelir bunlara qarsi nese antipatiyam var
6 iyun 2015 21:04
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz