Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Elnur Hüseynov: İnsanlar sanki plastmasdan olublar - FOTOLAR
Elnur Hüseynov: İnsanlar sanki plastmasdan olublar - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 727
Səs ver:
"Mən xoşbəxt olmaq istəyirəm”.

Bir çox sahələrdə özümü sınamışam. Diş düzəltmə texnikası ilə maraqlanmışam. Sonra başa düşdüm ki, bu, mənlik deyil. Saç ustası, stilist kimi fəaliyyətə başladım. Bu işdə də uzun müddət davam edə bilmədim. Müştərilərlə yola getmirdim. Gəlib şəkil göstərirdilər ki, mənə bu cür saç düzümü et. Cavab verirdim ki, axı sənin başında bu qədər tük yoxdur, saç yapışdırım? Bəziləri də nəsə edirdin, bəyənmirdi. Stilistlik bacarığım öz işimə yarayır. Harasa gedəndə artıq nə cür görünəcəyim üzərində uzun müddət düşünmürəm. Saçlarımı özüm kəsməyi bacarıram. Bir də ki, nə vaxtsa, səsim batsa, ac qalmayacağıma əminəm”.

Bu barədə "Eurovision-2015”-in Azərbaycan təmsilçisi Elnur Hüseynov "Nargis” jurnalına verdiyi müsahibəsində bildirib.

Elnur deyir ki, onun ilk çıxışı Rəşid Behbudov adına Mahnı teatrında olub:

"Mən o zaman Asəf Zeynallı adına musiqi məktəbində oxuyurdum. Kompozisiyanı ifa etdim, səhnəyə çıxıram və ... başım fırlanıb öz konsertmeysterimin üstünə yıxılıram. Mən çox emossional adamam, səhnədə bağıra və ya lazım olmayan notu götürə bilərəm... çünki emosiyalar tüğyan edir. İndi müəyyən qədər rahatam...”.

"Eurovision-2008”-də iştirakından danışan Elnurun sözlərinə görə, o zaman onun xoşuna gəlməyən məqamlar var idi:

"Amma unutmayaq ki, mənim 21 yaşım var idi, mən "kiçik” idim, enerji dolu idim. Bundan başqa, xarakterimdə düşündüyümü demək var. Bu isə həmişə yaxşı deyil. İndi bir qədər böyümüşəm, nəyin və nə vaxt yan keçməyin lazım olduğunu, nə ilə razılaşmaq, nəyə isə sadəcə əlini yelləmək lazım olduğunu bilirəm... Bunu bacarırsansa həyatda çox şeyə nail olacaqsan. Həm də biz birinci idik, bu isə hər zaman çətindir! Altı ay müddətində 21 ölkədə olmaq lazım idi... Digər iştirakçılar üçün asan idi, onlar düzgün addımı atmağı bacarırdılar, kiminlə salamlaşmağın, kimdən isə üz döndərməyin lazım olduğunu bilirdilər.

İndi pərdə arxasında əsl cənnətdir! Komandada bacım var, o məni make-up edir, eləcə də yaxın dostum Sitarə İbrahimova da bizimlədir. Yanımda hər zaman gözəl insan Hüsniyyə Məhərrəmova var. Biz onunla "Sing Your Song” layihəsindən tanışıq. Onların hamısı çox pozitiv insanlardır. Özünü birinci növbədə peşəkarlar, ikinci, doğma adamlarla əhatə etmək çox vacibdir. Çünki hazırlıq böyük stresslə əlaqədardır. Biz bu yaxınlarda uçmalı idik, və elə alındı ki, gecikdik. Bu, aviaşirkətin səhvi idi – onlar bunu etiraf etdilər. Hər şey yaxşı idi, amma yenə də stress yaşandı: Sən tələsirsən, əsəbiləşirsən – "Baqaj hanı? Baqajı itiriblər?!”.  

Elnur deyir ki, çox ümidlidir.

"Birincisi dörd yarpaqlı yonca tapmışam, birini Amsterdamda, birini isə Bakıda – mən inanclara uymasam da onları özümlə gəzdirirəm.

Türkiyədə İstanbula aşiq oldum. Həyat tərzini dəyişən, insana enerji verən möhtəşəm şəhərdir. Adətləri və dilləri bizimkinə yaxındır. Aktiv həyat tərzi keçirirsən, yeni insanlarla tanış olursan. Oradan aldığım enerji ilə yeniliklər etməyə hazırlaşıram. İsfar Sarabskinin yeni bir bəstəsini oxuyacam. Pop musiqisindən ibarət albom çıxaracam. Bizim müştərək layihəmiz Avropaya həsr edilib.

Elektron musiqi var, onu Türkiyədəki səslər ilə əlaqələndirmək istəyirəm... Pop-albom da olacaq. Amma bu, "vineqret” olmayacaq: mən hər şey qarışdırıldıqda sevmirəm. Artist dondan-dona girməyi bacarmalıdır, hər rol tam olmalıdır. Bu, ən böyük məharətdir”.

Elnur xoşbəxt olmaq istədiyini deyir:

"Çoxlu planlarım var. Bunları reallaşdırmaq üçün on il lazımdır. Harasa getmək arzusundayam. Bu, Hindistan da ola bilər. Təbiət qoynunda qalım. İnsanlar sanki plastmasdan olublar: onlar daha çox lovğalanır, bir-birinə daha az yardım edirlər. Həyatda neqativ hadisələr günü-gündən artır. Mən sakitlik istəyirəm. Daxilimdə sakitlik istəyirəm – həyatda vacib olan budur!”.

 

 

 



Şərhlər: 19
Baxılıb: 727
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
inşALLAH olarsan xoşbəxt ömrümm heart
28 may 2015 17:36
# 19
Don't trust anyone ∆
roksi1995
coxda beyenmirem elnuru eurovisionda ugurlar ona

coxda beyenmirem elnuru eurovisionda ugurlar ona

coxda beyenmirem elnuru eurovisionda ugurlar ona

coxda beyenmirem elnuru eurovisionda ugurlar ona
27 may 2015 17:40
# 18
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Nur k-off
Elnuru cox beyenirem ugurlar Elnurum
27 may 2015 11:39
# 17
SVETA
Dosta_inam
He o sakitliyi mende isteyirem ama hele de tapa bilmirem,gözel sesi var bu danilmazdir,stilist olmaği daha yaxşi,Cotwoman666-la bir geyinib bir gezersiz inşaallah o istediyin şeherleri.
27 may 2015 08:17
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gaye
I LOVE ELNUR heart 08
27 may 2015 02:39
# 15
C+G=∞♥
Antikvar
Səsi həqiqətən çox bəyəniləsidi.Müsahibəsində olan fikirləri maraqlıdı,özünə qarşı bir istəyi var və ona doğru irəlləməyə çalışır.Amma hər sənəti nədisə əsas onunla məşğul olsun,min yerə atılıb düşməkdənsə ,bir yerdə qalıb üzərində daha çox işləyib yeni uğurlu fəaliyyət qazan.Uğurlar arzular və həyatında.
27 may 2015 02:00
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
bir dde 2ci sekile vobse bayildimmmlove nedense elnurun dirseklerini yeni umumi qollarini ve burnunu cox beyenirem122 Allahim o balaca burnu menim ucun ele gozel ve sirindi ki))) bir dde ag derili qollari)) hee bir de Alnindan ve bogazindan cixan qalin iri damarlarina hastayimmmlove her kes sevdiyi insanin ya gozunu ya qasini ya da umumi sifetini beyener amma men daha cox burnunu , damarlarini ve qollarini beyenirem122 bu da bir qeribe xestelikdi da))))
27 may 2015 01:18
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Niquw Abdulayeva
Necede duzgun vurqulayib bezi insanlar ele bil plastmaslar.
27 may 2015 01:16
# 12
Miss_Oxatan
Qalib olsaydi gozel sozler yazilardi.eurovision yariwmasi artiq musiqi yariwmasindan cixib olub siyasi yariwma.belke de hec agilda olmayan musiqiydi qalib olan.Elnurluq hecne yoxdur burda,ona ne veribler onu da oxuyub,elecede digerleri.qalib olaraq Almaniya ve Rusiya layiq idi daha cox ama olmadilar.demekki yariwma edaletsizdir.siyaset qariwan yerde esla edalet olmaz,eksine hiyle olar.Elnurun sesi de performansida yerinde mugennidir.ola biler 2ci defe de qalib olmasin.ama bu hal bir defe de tesdiqlediki heqiqetende yixilana balya vuran numayendelerde var xalqimizda.curuk mental fikirler,soz sohbet,dedi qodu,vedreler.
27 may 2015 01:13
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Catwoman666
hec ele wey olar ki menim portakal kafamin xeberi yayinlana ve men de serh yazmayama?? Bu hec vaxt mumkun deyil))) Musahibeni oxuyanda birteher oldumee nese. Haminiz ucun adi musahibedi amma menim ucun ele deyil...ola bilsin ki Elnuru o qederrr cox sevirem ki onun her cumlesi ve herr bir fikri mene ferqli gelir. Bu insan demek olar ki tam menim ucun dogulub(sozun yaxsi menasinda). Ya dda men onun ucun)) elnur baliq burcudu ve fikir verirem ki baliq burcunun ozelliklerini dasiyir. Yeni sanki men xeyallarimi, "özümü" Elnurda tapmisam. Menim "ozum" Elnurdu! Bu bir az qeribe gele biler size amma Elnurun bu musahibesini de oxuyamda mene ele gelir ki sanki onun yanindayam ve o bu sozleri menim yanimda deyir, bu musahibeni menim yanimda verir...Bir de Elnuru beyenmeyen ola biler. Bu normal haldir. amma Elnurun sesi pisdir kelimesini heccc kim deye bilmez deyen insanin da qulaginin sadece esitme orqani kimi fealiyyet gosterdiyi melumdur! Elnurun oxudugu musiqi terzini de beyenmeye bilersiz amma onun sesinin gozelliyi danilmazdir ve bu bir heqiqetdir! Hetta butun dunya Elnura qarsi da dursa inanin ki men sadece Elnuru destekleyerem. Belke de insan yalniz bu qqeder coooxx sevdiyi insanin hansisa qusurlarini gormezden gelir. Daha dogrusu insan birini o qeder cox sever ki hec onun qusurlari onun gozune bele gorunmez ve hemise her ne olursa olsun Sevdiyi insanin terefini tutar, yalniz onu mudafie eeder.... Bir de Elnurun 12ci yer tutmagi umrumda bile diyil02 menim qelbimde zaten 1cidir o love kubok Hem de Elnurun bundan sonra albomlari cixacaq, konsertleri olacaq ve nece boyuk ugurlara imza atacaqxeyal Meni maraqlandiran Elnurun ne mohtesem sesinin olmagi, ne Elnurun meshurlugu, ne de ki basqa bir weyidir.......Men Elnurun sadece Ozunu seviremheart Elnuru menden cox dda hec kimin seve bilmemesi artiq hamiya melumdur yeqin ki02 Ozde bele gorurem ki Elnura da menim kimi sakitlik ve xosbextlik lazimdir bir de hansisa olkelere seyahet etmek.... Bilirem ki onunla gelecekde hemin olkeleri gezecik ve yalniz sakit, xosbext olacagimiz yere gedecik......
27 may 2015 01:13
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Səsi qədərdə müsahibəsində qeyd etdiyi fikirləri bəyəndim, görünür yerini bilən, nəyin necə olduğunu çox yaxşı bilən birisidir, sonda söylədikləri fikirlər isə acı reallıqdı . İnsanlarda çoxlarında bir növ plastmas deyildə hissiyyatsızlaşma gedir, daha çox özlərini "mən" lərini qabardıb ön plana qoyurlar... Elnura həyatında və sənətində böyük nailiyyətlər arzu edirəm, uğurlar.
27 may 2015 00:46
# 9
aziz a
Sesi superdi, amma men helede onun ixudugundan bir sey basa dusmemusem, yeqin menlikdi is...
26 may 2015 23:54
# 8
Qelbim doludu !!!!
WiRiN BaLaM
oxumaqdan sa obirisi stilist ve dis hekimi olaraq qalsaydin keske...indi her yerinden duran müğenni olub oxuyur onsuzda bir sen eksikdin.
26 may 2015 23:53
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
ay Elnur hesh ne ede bilmedin 7 ilde bu qeder Eurovisionda muveffeqiyyetsiz olmamishdiq,ilk defe siz getdiz ishtirak etdiz 10luqa dushduk boyuk uqurdu bu sefer ise hec bir netige olmadi,heyatinda uqurlar
26 may 2015 23:51
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Dis duzeltmede qalsaydin yaxsi olardi mence..
Nerminin qorxusundan yaza bilmirem ee sonra whasappda oldurur meni 23
26 may 2015 23:47
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
GünƏşimƏ_AiD_
Neceb Nermin Serh yazmiyibshok.gor ve inanma shok olmaq lazimdi.Elnurun xeberi ve Nermin yoxdu ortaliqda. 122
26 may 2015 23:38
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
BARBI
Elnurun sesi cox gucludur her ne qeder qalib olmasada o ureklerin qalibi oldu.
26 may 2015 23:25
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Turkan Abbasova
Arzularin real olar insallah
26 may 2015 23:14
# 2
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
yarpaq33
Can ay qardaw sakitliyi kim istemirki? Allah arzularina catdirsin
26 may 2015 23:11
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz