Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Hüseyn Cavid həyatda olsaydı, ona ərə gedərdim" - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 33
Baxılıb: 1442
Səs ver:
Gözləri gülən Mələklə səmimi söhbəti siz də oxuyun:

- Mələk necəsən?
- (gülür-red) Yaxşıyam, əlayam, superəm...

- Görürəm, həmişə olduğu kimi çox pozitivsən, maşallah da hər zaman gülürsən.
- Hə (gülür-red)

- Həmişə beləsən, ya pis olan zamanlar da olur? Səni nə vaxt görürəm, gözlərin gülür.
- Hə, həmişə mənə deyirlər Mələk, gözlərin gülür. Əvvəllər anlamırdım o nə deməkdi, ancaq indi başa düşürəm. Aynada baxanda görürəm gözlərim işıldayır, gülür. Pis olan anlarım da olub. Hətta təzəlikcə depressiyadan çıxmışam. Mən pis olmuram-olmuram, olanda da uzun müddət çəkir.

- Nəyə görə depressiyada idin?
- Verilişdən aralandım, Tv-dən uzaqlaşdım. Yeni idim deyə, sonradan çox şeyin fərqinə vardım. 70 faizi işlə bağlı idi.

-  Bəs 30 faiz? 30 faiz də şəxsi həyatla bağlı idi?
- Şəxsi həyatım elə də yoxdur, gəlirlər-gedirlər.

- Niyə şou əhli həmişə belə deyir? Niyə şəxsi həyatını gizlədirsən? Belə gözəl xanımın sevgilisi guya yoxdur?
- Əfruzə öldürəcəm səni (gülür-red). Ad çəksən, gərək nöqtə qoyasan, başqalarının da o zaman şansı azalır. Birdən bir aydan sonra ayrıldım, çıxım deyim ki, sevgilimdən ayrıldım?! O düz deyil axı.

- O zaman de ki, sınayıram, nə bilim şans vermişəm, demə ki, yoxdur da.
- Yox, sınamaq demək də düz çıxmır. Hə, mən hər kəsə şans verirəm, hər kəs özünü mənə sevdirə bilər. Əldə oluna bilməyəcək nə qız, nə də oğlan var. Sadəcə bunu ürəkdən istəmək lazımdır.

- Tutaq ki, bir oğlanın səndən xoşu gəlir. O nə etməlidir ki, özünü sənə sevdirə bilsin?
- Yalnız diqqət.. Əgər istədiyim hər gün səhər yuxudan duran kimi  mənə zəng etmirsə, hədiyyələr yollamırsa, 3-4 gündən bir gül hədiyyə etmirsə mən onun istəyindən şübhələnərəm. İlk aylar o mənə istəyini göstərib, inamımı qazanmalıdır. Demirəm ki, gəl pəncərəmin altında səhərə kimi senrenada oxu. Əgər mən yox deyirəmsə, o getməməlidir bəlkə mən onu sınayıram? Bir sözlə o məni hiss etməlidi.

- Bəs qısqanclıqla aran necədir?
- Əla. Ölürəm kişi məni qısqansın da...

- Ay Mələk, qısqananda da bezəcəksən.
- Onsuz da insan hər şeydən bezir.

- Birdən qısqanıb, sənə desə ki, daha mini geyinmə.
- Yox, mən yenə geyinəcəm. Qoy o qısqansın, amma mən yenə də öz bildiyimi edəcəm. (gülür-red)

- O zaman da çıxıb gedecək, ayrılacaqsız.
- Yox, ayrılmaz. Mən onun könlünü almağı bacararam.

- Yaxşı Mələk, keçək başqa suala... Nə kefini poza bilər?
- Ac qalanda. Mən ac qalanda, səsim evi basır, kefim də pozulur.

- Yemək bişirməyi bacarırsan?
- Yox. Anam bişirir. Evdarlığı bacarmıram. Yerimi yığmaram, çay içdiyim fincanı yumaram, hətta çantama baxan kəs həmin dəqiqə bilər ki, mən necə səliqəsizəm.

- Bilirsən də, bu çox mənfi cəhətdi.
- Xeyr, əksinə çox müsbət cəhətdi. Çünki mən belə rahatam. Psixologiyada da var ki, sən həddindən çox təmizliyə riayət edirsənsə, demək başında problem var. (gülür-red)

- Bir az da kitablardan danışaq.  Son oxuduğun kitab hansı olub?
- 5 kitabı eyni vaxtlarda oxuyuram. German Gesdən oxumuşam "Yalquzaq". Daha çox psixolojıı kitablara üstünlük verirəm. Mən harasa gedəndə özümlə kitab aparıram. Kitab insanı sakitləşdirir. İki səhifə oxuyanda, artıq sakitləşirsən. Son iki ildə psixolojı kitabları oxuyuram.

- Ancaq mənə qəribə gəldi 5 kitabı eyni zamanda oxumaq.
- Beşi də sırf psixologiyaya aid olduğu üçün mənfi təsiri olmur.

- İnternetdən oxumaq səninçün kitabı əvəz edir?
- Yox, kitabı əlimə almasam, rahat ola bilmərəm.

- Bəs gənclərin kitaba meylini necə qiymətləndirirsən?
- Əvvəllər heç televizor da yox idi. Ancaq indi televizor, telefon, internet, kinolar və s kimi alternativ variantlar var ki, insan asudə vaxtını keçirə bilir. Amma o vaxtlar şam işığında belə insanlar yığışıb kitab oxuyurdular.

- Hansı kitabı oxuyub, təsirindən çox gec çıxmısan?
- Uşaqlıqdan kitab oxumağa çox ağır kitabla başladım. Viktor Hüqonun "Səfillər” kitabı ilə... O kitab mənə çox pis təsir etmişdi. Onu mən o yaşda oxumamalıydım. 14 yaşında qəbul edə bilmirdim. "Palçıqlı aşırım” əsərini rus dilində oxumuşdum. O kitab da mənə pis təsir etmişdi. Vişnovskinin də əsərlərini sevirəm. Amma son zamanlar pozitiv kitablar oxuyuram.

- Oxucularımıza hansı kitabları məsləhət görərdin ki, oxusunlar ?
- Markesi oxuyun, camaat. Markes dəhşətdi. Riçard Baxın çox maraqlı bir hekayəsi var, bax onu hər kəsə məsləhət bilərdim, oxusun. Hətta uşaqlara da... Hekayədə adi bir quşun- Qağayının həyata necə bağlanmasından danışılır.

- Hər gün kitab oxuyursan?
- Hə, hər gün. Kitab oxumasam bir gecə belə yata bilmərəm. Artıq öyrəşmişəm. Yorğun olan zaman heç olmasa iki səhifə oxuyub, sonra yatmalıyam.

- Olub ki, hansısa kitabı durmadan oxumusan?
- Dem Braunun iki kitabını oxudum. Hərəsinə 3 gün sərf etdim. Çox maraqlı kitablar idi. Başqa bir aləmə apardı məni...

- Özümüzkülərdən kimi oxuyursan?
- Hüseyn Cavidi sevirəm. Hüseyn Cavid həyatda olsaydı ona ərə gedərdim.  Ramiz Rövşənin şeirlərini çox bəyənirəm.

- Romantik insansan?
- Mən romantik olmayım, mənə qarşı olsunlar. Amma özüm də yazıram arada...

- Məsələn, Füzulinin bir qəzəlini sənə desələr, nə reaksiya verərsən?
- Çox gözəl. Qəzəli sevirəm. Xoşlayıram mənə aid şeirlər yazsınlar, qəzəllər desinlər, bir sözlə vəsf etsinlər məni...(gülür-red)

- Vəsf et məni, şair (gülürük-red). Eqoistsən Mələk mənim kimi, nə bürcüsən?
- Qoç bürcündənəm. Yox, Əfruzə eqoistlik deyil ki bu... (gülür-red)  Sonda qiymətləndirəcəm də o diqqəti. Mən itirən adam deyiləm. Qadını əldə etmək asan iş deyil. Sosial şəbəkədə "salam” yazmaqla qadını əldə etmək olar?!

- Televiziyaya qayıdacaqsanmı?
- Hə, inşallah. Düşünürəm ki, olacaq. İndi güclüyəm və düşünürəm ki, işlərim uğurlu alınacaq. Mən aparıcı kimi özümü tapdım və bu işdən zövq aldığımı anladım. Efirə qayıtmağa tam hazıram.

- Dedin ki, güclüyəm. Mələyə güclü olmaq üçün nə lazımdı?
- Valideynlərim mənə güc verir. Bacım dayaqdı mənə...Dostlarım güc verir mənə... Gecə 3-4-də mənim zəng edib, dərdimi bölüşə biləcək dostlarım var. Mən əslində uşaqlıqdan güclüyəm. Məncə güc xarakterdir.

- Məncə isə  insan güclü doğulmalıdır. Artıq o sənin zatında varsa, sən sınmayacaqsan, həmişə güclü qalacaqsan.
- Tam razıyam, bəli insan güclü doğulub, sonra onu özündə aşikar edir.

- Məncə Mələk, sən sırf 26 yaşında olan, 26 yaşlı qızın düşüncələri ilə öz həyatını yaşayırsan.
- Hə. Mən beləyəm. Həyata bircə dəfə gəlmişik. Niyə biz özümüzü qadağalara salaq, niyə pis şeylər düşünək, qəlbimizə qara salaq. Bəziləri var ki, 19 yaşlı qızdı elə danışır elə bil ki, 91 yaşı var. Məsələn, mən indi ev almaq istəyirəm. Amma niyə özümü əzaba salım. Edərəm də bunu. 35 yaşında, indi nə vacibdir ki, mən özümə zülm verə-verə ev alım. Mən 30 yaşında gecə saat 12-də dostlarımla çay içməyə gedə bilməyəcəm. Çünki buna halım olmayacaq. Mən indi bunları qoyum, dərdin-kədərin, əzabın araxasınca düşüm?!

- Həyatın sənə ən böyük şansı?
- Valideynlərim. Atam-anam mənə örnəkdilər. Dərd olsa belə, anam kənarda gözünün yaşını silib, gələn qonağın üzünə gülüb. Mən mərd olmağı onlardan öyrənmişəm.

- Heç sənə qadağalar qoyublarmı?
- Qoymayıblar. Mən gecə saat 5-də gəlim, anam iki dəfə zəng edəcək, deyəcəm ki, filan yerdəyəm, dostlarımlayam. İçmişəm də, içkili vəziyyətim olubsa da, heç nə deməyiblər. Vəssalam.
- İndi deyəcəklər bu nə qızdı içki içir.
- Qurban sənə indi hamı içir də, burada nə var ki?

- Heç gülməli qadağa qoyulub sənə?
- Hə, işlədiyim televiziyada dəhlizdə gülmək qadağan idi. Televiziyada geyimə qadağa qoyulub, bu da çox gülməli gəlib mənə.

- Anladım, yəni sən hər yerə ürəyin istədiyi kimi geyinib, getmək istəyirsən.
- Bəli. Mən açıq-saçıq geyinirəm. Sonradan görməmişəm, bu geyimləri... 15 yaşından belə geyinirəm. Mən işdən imtina edərəm, amma açıq geyimlərimdən əsla! Niyə insan kiməsə görə nədənsə imtina etməlidir. Mən açıq geyinib kiməsə pis təsir göstərmirəm, fikirini başından almıram ki...Bir sözlə, insana qadağa qoymaq olmaz. Mən bu həyata azad gəlmişəm, belə də gedəcək. 26 yaşda azad adama qadağa qoyanın öz başında iproblem var. Mən belə insanam, dəyişilmək fikrim də yoxdu.

- Açıq geyinən xanımlara adətən küçədə söz atırlar. Yəqin sənin də başına belə hallar gəlir. Reaksiyan necə olur?
- Həmişə demişəm, əgər sənə söz atırlarsa, deməli sən baxımlı qadınsan. Vay o gündən ki, sənə söz atmasınlar. Hərdən pis oluram ki, 60 yaşında mənə söz atmayacaqlar, ağlamaq tutur məni.(gülür-red) Kimsə söz atır, bunu böyüdürlər, bıçaq davasına çıxırlar. Ay bala, sənə söz atıb da... Burda nə var ki? Gözəlsənsə istər çadra bağla çıx, yenə sənə söz atacaqlar.

Əfruzə Ağayeva

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər: 33
Baxılıb: 1442
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
qəşəngdi ama tanımıram
15 may 2015 18:30
# 33
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
fena deyil, amms tanimiram
10 may 2015 19:43
# 32
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
konka84
qəşəng qızdır 03
10 may 2015 18:45
# 31
Nur k-off
Allahdan Huseyin Cavid heyatda deyil
10 may 2015 10:56
# 30
SVETA
GünƏşimƏ_AiD_
Tutaqimki seliqesiz ola biler ev ishi gormuyede biler.amma daha bu derecede nem vallah ..
No Comment
10 may 2015 08:48
# 29
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
14MsM
daniw seni gorum heqiqetende insan daniwigindan belli olur seni alan olsaydi coxda getmiwdin seni uzag bawi 1ayin gelini olasan bawqa cur ola bilmez bugun sen agilda gelinlerimizin ucbatinda nece nece uwaglar atasiz ozbawna boyuyur hamisi bir hisslerin qurbani olur

bilirsiz eseblewirem neye ve niye yazibki atamanam axwam 5glsem hecne demezler ozumu soynub qoysamda colde o gozelim senim atanin zeifliyidi kiwiliyi yox yazigim ele ata adli kiwilere (kiwi desek eger)gelir
10 may 2015 01:02
# 28
teri meri
Həqiqətən də insanları tanımaq olmur.Proqramdakı Mələk deyil bu shok sözlərindən şok oldum
9 may 2015 23:01
# 27
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
tek umidim sen
bu kim yaa???
9 may 2015 21:42
# 26
Kadın derin ama adam yüzme bilmiyor...
tatyana
ayy yaziq Huseyn Cavidin goru titredi bu axmaq sozlerden
9 may 2015 21:21
# 25
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Antikvar
Qizin danisiqlarina bax...Evde terbiye verenin normal Terbiyesi olmayib.Icmek nedi?Basa dusmedim hansi muselman qadini icir?Ve yaxud hansi kitabda yazilibki,muselman qadini ozunu colde qoymalidi?Indiki insanlarin ici seytanla dolub ozunu colde qoyursa demek seninde icin o dediyimdendi."Kisi baxmayanda aglayiram"sozu meni guldurdu)))Yaziq qiz bele kisi yaniqlisisansa necesini isteyirsen yig basina kefini cek.Els ev yixan qadinlardandi.Icindekiler colune vurur.Ozunu colde qoyur ustelik etdiklerine beharetde qazandirir.Allah agil verende goresen hansi hindde gizlenmisdin))
9 may 2015 21:05
# 24
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Laliçqaa
Tanimiram.
Hecde tanimaq istemezdim
9 may 2015 20:41
# 23
rəmsə
Bir qız ki,ona oğlanların söz atmasından xoşlanır və evə 3.də -4.də içkili vəziyyətdə gəlirsə və bunu fərəhlə danışarsa ,o qızdan nə desən gözləmək olar. ....... biri......kzgn
9 may 2015 19:40
# 22
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Luna-90
Tanimiram.cox xod gedir ancaq gunel humbetova kimi.huseyn cavide ere getmek isteyir xeste bilmir uje ne qelet elesin.
9 may 2015 19:27
# 21
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
Yox. Anam bişirir. Evdarlığı bacarmıram. Yerimi yığmaram, çay içdiyim fincanı yumaram, hətta çantama baxan kəs həmin dəqiqə bilər ki, mən necə səliqəsizəm.

Aynen ben122 bu qiz deyesen menim ruh ekizimdi))))seliqe movzusunda tamamile eyniyik. Hem de o da menim kimi Sefiller eserini az yasda oxumaga baslayib. Mene de pis tesir edib. Amma hele lap azca hissesini oxumusam Sefillerin. Amma birden hevesim sondu axira qeder oxumaq istemedim. Kitabxanadan ne vaxtdi almisam Sefilleri amma hele de evde qalir. Evin bir kuncunde.... Bir de bu qiz mene x

Bir de bu qiz mene xosu aura bexs etdi.

Anlamiram. Bu qiza niye ozunden razi deyirsiz?? Belke de ozune cox guvenir. Eceb edir. Ozune guvenmek ve ozunu yuksek aparmaq yaxsi weydir mence. Ozunuz onun kimi deyilsiz deye burdan qiza agziniza geleni yazmayin zehmet olmasa!! Herenin bir xarakteri var. Ozune cox guvenir sadece ve bu cox yaxsi haldir
9 may 2015 18:23
# 20
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
qıp ırmızı pomada vurub, stolun üstünə çıxıb ayağını ayağının üstünə aşırıb evli müdirini yoldan çıxarmağa çalışan katibələr kimi şəkil çəkdirməklə sponsor axtarırsan özüvə?! Hüseyn Cavid kimilər heç sənin üzüvə tüpürməzlər!
9 may 2015 17:36
# 19
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ALESSANDRA
azzz gör hele hüseyn cavid seni alırdımı????neynir az seni 05 hüsü

kisiler evde olmayanda verilisini aparirdi hemisede gülür seydesh
9 may 2015 17:31
# 18
Don't trust anyone ∆
FISTIK
sadece saci qesengdir. Huseyin Cavid sag olsaydi seni alardi o sual altindadir¿ 126
9 may 2015 17:22
# 17
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
WiRiN BaLaM
tanimiram
9 may 2015 17:20
# 16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
ilk defedi bunu gorurem
9 may 2015 16:20
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ell.nell
Az biraz düş aşağı başın buluda deyer....
9 may 2015 16:08
# 14
yasemin
Geşəngdi ama özündən çox razıdır yekexanaları bəyənmirəm
9 may 2015 15:33
# 13
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
talis balasi
Ozune cox guvenire bu,guya huseyn cavid yasasaydi seni alardi,ifrite
9 may 2015 15:31
# 12
lelos
bu kimdi hec tanimiram
9 may 2015 14:38
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
qanadli melek
Burda sekilerde yaxsi duwub apardigi verliwde pis gunde olurdu coxda wit qizdi ne fikirleri ne hereketleri xos deyil
9 may 2015 14:22
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ulduz
sef etmiremse space de verlis aparirdi kisiler evde olmayanda adli ama musahibesini beyenmedim .
9 may 2015 14:03
# 9
Fialka
Bu aparıcı kimdi tanımıram heç bu fikirlərin yiyəsini tanımaq da istəmərəm. Günahın çoxu bu qızda deyil bunu böyüdən bunu kimi valideylərdədi, qadağalarsız böyüdüyü isə hər fikrindən bilinir elə , fərqli düşüncə sahibi olsada gecə evinə getmiyən, içki içən birisi mənə heç yaxşı birisi kimi görünə bilməz hələ o qadındırsa heç. Kitab oxumaqla ağıl sahibi olub adam olmaq çətindir bunun bir daha şahidi oldum çünki ağlı olan kəs ona niyə söz atmırlar deyə dərd çəkməz, qadına söz atılmasına yaxşı baxır,.... Allah ağıl versin ağılsız bəndəsinə...)
9 may 2015 13:38
# 8
Turkan Abbasova
Sitat: asya muslumova
siz allah oxuyunda bu musahibeni bu ne demek istiyir??? ele bilir dunyada bunnan gozeli yoxdu.ele camaatinda evini senin kimiler dagidir

Eynen bunu deyecekdim bacim. Kisilere seslenir ki yox desem de getmeyin Haa.
9 may 2015 13:30
# 7
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
isveç.de
Bu nə duzsuzdur 122 Boyuvu yerə soxum helə.
9 may 2015 13:26
# 6
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Miss_Oxatan
wexsi heyati ile fikirleri qetiyyen xowuma gelmedi,nece yeni oturub duwunurem ki,60 yawda mene soz atmayacaqlar deye indiden aglayiram?ozu de bu qeder gozel nezeri,bedii,psixaloji kitablar oxuyub,ancaq bu saridan o kitablardan ozune musbet netice cixartmayib.hami icir deye mende icirem hami qisa geyinir deye mende geyinirem,bunlar behaneden bawqa bir wey deyil ki,gunahlarina berayet qazandirsinlar.hec birimiz hicabli deyil ama endazeden de cixmiriq.ozunu,sinesini,gobeyini bayirda qoyanlar eks cinsde erotik hissler oyadaraq boyuk gunahlara imza atirlar.hec bir muselmana hec bir Azeri xanimina yariwmayan xusiyyetlerdir,ne qeder oxuyursan oxu insanin qabinda olsun gerek,quyuya su tokmekle quyu dolmaz.namus,abir heya da beledir,gerek qabinda olsun.ay aciq saciq geyinirem ev ki,dagitmiram,deye fikirlewirler,oz evlerini dagitdiqlarindan bixeber cahillerdir.men aciq saciq geyinenleri qebul etmirem,o saridan yox ki,kenardan baxanlar pis yanawirlar,sadece aciq saciq geyinenler ozlerine hormet etmirler,bedenlerine qiymet vermirler,asan yolla kiwilerin gozlerine teslim edirler,teslim olmaq bawqa menada bawa duwulmesin,ya bele teslim etdin bedenini kiwilerin,namerhenlerin gozue ya da "bawqa cur".
9 may 2015 13:19
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
SEVGI DENIZIM
gozeldi
9 may 2015 13:04
# 4
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz