Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramina Abbasova: “Sevən insan özü sevəcək, heç nəyə baxmayacaq” - MÜSAHİBƏ
Ramina Abbasova: “Sevən insan özü sevəcək, heç nəyə baxmayacaq” - MÜSAHİBƏ
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 1160
Səs ver:
Ramina xanım gözəl, yaraşıqlı olduğu qədər də, xoş auralıdır. Səmimi olduğu ilk baxışdan nəzərə çarpır. Onun bir üstünlüyü də, mütaliəli olması, ingilis dilində səlist danışması və oxumasıdır. Sevdiyi yazıçı Oskar Uaylddır… Təbii ki, sevimli yazıçısının "Dorian Qreyin portreti” əsərini də ingilis dilində oxuyub…

- Daima formada qalmaq üçün çox əziyyət çəkirsən?
- Əslində, elə əziyyət çəkmirəm, çünki yemək  yeməyi sevmirəm. Gün ərzində iki dəfə yemək yeyirəm. İdmanla məşğul olduğum üçün daim belə formada qalıram.

- Açıq-saçıq şəkillər çəkdirirsən... Şəxsi həyatında problem yaranmır ki?
- Açıq-saçıq şəkillər iki cür olur: biri var alt paltarında çəkiləsən, bir də var, şortda və mini ətəkdə. Çimərlik paltarında fotosessiya təklifi gəlmişdi, qəbul etmədim. Ancaq məşhur reklam çarxlarına təklif gəlsə, problem deyil, çimərlik paltarında da çəkilərəm.

- Evdə necə, pis baxmırlar ki, bu peşəni seçdiyinə?
- Evdə normal qarşılayırlar. Bircə şəhərdən kənara getməyimə razı deyillər...

- İndiyə qədər sənə verilən hədiyyələrdən xoşuna gələni və gəlməyəni hansılardır?
-  Ən yadımda qalan və xoşuma gələn həddiyyə 3 ay əvvəl Fransadan gəlib. Tanımış fransız parfümeriya brendlərindən birinin müdiri M. Micallef  parfümün üstünə mənim adımı yazdırıb, göndərmişdi. Sadə hədiyyələr heç yadımda qalmayıb... Kitab hədiyyə edəndə elə də xoşlamıram. Mənə elə hədiyyə adi gəlir..

- Kitab oxumağı sevmirsən ki?
- Xoşlayıram...

- Model sənəti ilə məşğul olan insanlar arasında savadlıları azdır... Niyə kitab oxumursunuz ki?
- Düz deyirsiniz. Amma mən Xarici Dillər Universitetini bitirmişəm. Bu il də magistaturaya qəbul olmuşam. Mən mütaliəyə çox yer verirəm.

- Evdə kitabxanan var?
- Əlbəttə.

- Bizim modeller içində ən çox kimi bəyənirsən?
- Var, amma adlarını demək istəmirəm. Kiminsə adını çəksəm, o birini çəkməsəm, incəyər məndən... Kişi modellərin adını çəkə bilərəm. Pərviz Əliyev, Rüstəm Cəbrayılov...

- Özünü cəlbedici, cazibədar model kimi görürsənmi?
- Mən heç vaxt demirəm ki, ən birinci model mənəm. Hamı məni bəyənir, izləyir. Bu  o deməkdi ki, cazibədar və gözələm. Amma özümü çox da tərifləmirəm. Kimsə məni bəyənə bilər, kimsə də başqa bir modeli...

- Evlənmək barədə nə düşünürsən? Səncə, bu peşə ailə qurmağına mane olmayacaq ki?
- Ola bilər. Mən çox tərbiyəli ailədə anadan olmuşam, gözəl tərbiyə almışam. Sevən insan özü sevəcək, heç nəyə baxmayacaq. Bir də ki, mən pis heç nə etmirəm.

- Ailə həyatı qurmaq üçün namizədin varmı?
- Hal-hazırda yoxdu. Amma olub.

- Nə oldu bəs? Aranızdan qara pişik keçdi?
- Alınmadı... Xarakterlərimiz uyğun gəlmədi. Çox qısqanırdı məni. O, şou aləmindən idi.

- Müğənni idi? Adını deyə bilərsən?
- Bəli. Amma adını deyə bilmərəm.

- Barışmaq kimi fikrin varmı?
- Bilmirəm. (Gülür) Amma xarakteri dəyişməyəcək, bilirəm. Hələ də zəng edir danışırıq. Amma yenidən münasibət qurmağı düşünmürəm.

- İndi gəncsən, gözəlsən... Bəs gələcəkdə nə edəcəksən
- Ona görə oxuyuram. Təhsilim var. Gələcəkdə tərcüməçi kimi işləyəcəm. Mən özümü tərcüməçi, bir də müəllimə kimi görürəm...

- Model sənətiylə məşğul olanların çoxuna kişilərdən cürbəcür təkliflər gəlir. Sənə gəlirmi belə təkliflər?
- İnsanın özündən çox şey asılıdır. Mən kişilərlə dost münasibəti saxlayıram, onlar da mənə hörmət edirlər.

- İndi bəzi modellər  heç yerdə işləmirlər, amma çox bahalı avtomobillərdə gəzirlər. Bu necə olur?
- (Gülür). Model kimi ən yüksək qonorar bizdə 500-600 manatdır... Kim necə bacarır, elə də edir. Mən taksi ilə gedib gəlirəm.  Maşın sürə bilmirəm.

- Deməli, maşın sürə bilsəydin, sənin də maşının olardı? Aldırardın?
- O zaman atam alardı.

- Bəlkə başqalarına ataları alıb?
- Onlara maşın alan başqa atalardı... Mənim bir atam var.

- Nə əcəb səni obraz kimi seriallarda görmürük? Yoxsa  təklif yoxdu?
- Təkliflər çox olub. Əvvəlcə ssenariylə maraqlanıram, xoşum gəlmir, ona görə də qəbul etmirəm. Qısametrajlı filmlərdə çəkilmişəm. Aparıcı kimi təkliflər də gəlib. Sadəcə, təhsilimlə bağlı vaxt olmur deyə qəbul etmirəm. Belə də "Bacanaqlar"da, "Bozbash pictures"də rol almışam.


Şərhlər: 16
Baxılıb: 1160
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
tanimadim ee kimdir ki.
7 may 2015 16:13
# 16
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Tomris Müslümova
tanimadim siz kimsiz?? 26
4 may 2015 18:47
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Ramina kimdi ki?
4 may 2015 00:53
# 14
İçimi görsən mənə aptek alarsan.
kedi
Sade birine oxsayir
4 may 2015 00:26
# 13
(Qaciram olume dogru..)
emis
Bu qiz yaxşı biri kimi ağlımda qalmayıb açıq saçıq şəkilləri ilə yadımdadı. ama yaxşı cavablar verib bu peşəsini buraxıb öz oxuduğu üzrə işləsə yaxşı olar. Hər iki pesesinde uğurlar bizim sozumuznen gedəsi deyilki, .
4 may 2015 00:23
# 12
Antikvar
Bezileri kimi xodgedenlik elemedi))Musahibeni beyendim agilli cavab verib,dusuk sozler gormedim.Oxuyur tehsil alir ,aldigi tehsil(tercumeci)seneti indiki pesesinden daha gozeldi.En yaxsisi oxudugu senetinin arxasiycan getsin.
4 may 2015 00:14
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
SENSİZ
onsuzda her yerinden duran ya modeldi yada muqenni
3 may 2015 22:52
# 10
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
qanadli melek
Tanimiram maraqli cavablari var
3 may 2015 22:29
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Catwoman666
musahibeni oxudum ve bu modeli coox beyendim. agilli qiza oxsayir)
3 may 2015 18:47
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Miss_Oxatan
Niye tanimirsizki qizlar,bu yaxinda saytda fotosessiyasini vermiwdiler,werh de yazmiwdiniz.neyse,her kesin wexsi heyati ozune aiddir,men tehsilli,savadli insanlara,oxumaga hevesi olan insanlara regbet besleyirem,prafessiyasi ve ya hobbisi nedir ozu biler.musahibede gorunur ki,tehsil almaga,mutalieye onem veren xanimdir,bu terefini alqiwlayiram)
3 may 2015 16:33
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aziz a
Tanimiram axi...
3 may 2015 15:38
# 6
Qelbim doludu !!!!
vipbetul
guya indi bu papa usaqidida
3 may 2015 15:34
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yaz_yamuru
Hec vaxt adini esitmemisem tanimiram da)))ama musahibe xosuma geldi
3 may 2015 15:23
# 4
BARBI
Bu xanimi tanimiram ama musahibesini beyendim
3 may 2015 15:15
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Tanimiram amma musahibe ugurlu alinib
3 may 2015 15:00
# 2
SVETA
Fialka
Bu modeli tanımıram, onsuzda indi çoxları özünü model adlandırır))..
3 may 2015 14:27
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz