Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rüstəm Cəbrayılov: ““Biz səninlə fəxr edrik”. Buna necə sevinməyəsən?” MÜSAHİBƏ + FOTOLAR
Rüstəm Cəbrayılov: ““Biz səninlə fəxr edrik”. Buna necə sevinməyəsən?” MÜSAHİBƏ  + FOTOLAR
Göndərən: NoName
Şərhlər: 21
Baxılıb: 1381
Səs ver:
Nyu-Yorkda yaşayan, Azərbaycanı xaricdə layiqincə təmsil edən, 2 dəfə ölkə, bir dəfə dünya birincisi olmuş model Rüstəm Cəbrayılov olub.

Ölkəmizin fəxri ilə müsahibəni təqdim edirik.

- Rüstəm neçə vaxtdır modelliklə məşğulsan?
2005-ci ildən. Reklam işləri ilə başlamışam. Model kimi 2006-cı ildən "Best model of Azərbaycan” yarışmasının qalibi olaraq bu sahəyə start vermişəm. 2007-ci ildə yenidən Azərbaycan birincisi olmuşam. Həmin ili 80 dövlətin içərisində "Bes model of the world” yarışmasının qalibi olmuşam. Bundan sonra həvəsim artıb və daha ciddi yanaşmışam.

- Dünya gözəli seçildikdən sora bir çox təkliflər almısan. Məhz Amerikanı seçməyin nə ilə bağlıdır?
Doğrudur. Mən qalib olduqdan sonra, bir çox təkliflər gəldi. Hətda Türkiyədə 4-5 filmdən dəvət almışdım. Ancaq iş elə gətirdi ki, həmin dövrdə film çəkilişlərində maddiyyat problemləri yaşandı. Bəlkə də 2-3 ay gözləsəydim bu problem aradan qalxardı. Ancaq olmadı. Mən hətda 2-3 il sonra Amerikaya üz tutdum. Səbəb isə, modellikdə daha da təcrübəli və təkmilləşmək üçün, bu sahənin mərkəzinlərindən birinə, Nyu-Yorka üz tutmaq istədim. Şükürlər olsun kifayət qədər uğur qazana bildim.

- 10 ildir bu sahədəsən. İllər keçdikcə modellik sahəsinə maraq artır, yoxsa azalır?
Zaman geçdikcə Azərbaycan daha da müasirləşir. Artıq fikir verirəm illər əvvələ nisbətən modellik sahəsinə insanların marağı daha da artıb. Ancaq mən deməzdim ki bu inkişafdır. Bəlkə də illər keçdikcə olacaq. Amma hal-hazırda yoxdur. Bunun da səbəbi yerli modellərimizdən istifadə edilməməsidir. Mən ona görə deyə bilərəm ki, hal-hazırda ölkəmizi xaricdə təmsil edəcək modellərimiz demək olar ki yoxdur.

- Əgər xaricə üz tutmasaydın, bu qədər məşhurlaşacağına inanardınmı?
Məşhurlaşmaq olar. Biri var hansısa işinlə gündəmə gələsən, biri də var qalmaqal yaradaraq. Azərbaycanda düşünmürəm ki, öz işinlə məşhurlaşa bilərsən. Burda hər hər şey müəyyən hüdudlar çərçivəsindədir. Məsələn Azərbaycanda ölkə və dünya birincisi olan bir model ən yaxşı halda yalnız hansısa məşhur müğənninin klipində çəkilə bilər. Doğrudur, Azərbaycanda mən kifayət qədər çəkilişlərdə olmuşam, maddi qazanclarım da olub. Ancaq, Azərbaycanda olan məşhurluqla, Amerikada olan məşhurluq arasında çox fərq var. Mən əgər Amerikada yox, Azərbaycanda qalsaydım, bəlkə də bu sahəni çoxdan atmışdım.

- Məşhurluğunu, brendliyini qorumaq üçün nə edirsən?
Uzağa getmirəm. Mən vətənə qayıdarkən, çox sağ olsunlar bütün televiziyalar, internet saytları məni qonaq dəvət edirlər. Ancaq mən dostlarımdan, tanışlarımdan dəvət olunduğum yer barəsində məlumat alıram. Əgər bu proqram reytinqlidirsə, insanları yormursa gedirəm. Bir sözlə onu deyim ki, hər təklifi qəbul etmirəm. Onu da qeyd edim ki, mən bunu məşhurluq üçün də etmirəm. Çünki mənim Azərbaycanda məşhur olmağa ehtiyacım yoxdur. Mən işimi xaricdə qurmuşam. Və orda kifayət qədər öz sahəmdə məşhurluğum var. Çalışıram ki, vətənə gəldikdə əsasən dostlarıma və ailə vaxt ayırım. Düşünmürəm ki, tez unudularam.

- Rüstəmə bu sahədə ən böyük dəstək kimdən gəlib?
Bu yolda ən böyük dəstək 2 dostumdan gəlib. Ondan sonrası ancaq ətrafım. Mənəvi cəhətdən dəstək olub hər kəs. Bütün ətrafım mənə ruh yüksəkliyi verib. Mənim üçün ən böyük dəstək odur ki, deyirlər "biz səninlə fəxr edrik”. Buna necə sevinməyəsən?

- Modellik üçün müəyyən yaş sərhəddi varmı?
Nyu-Yorkda modellik üçün yaş sərhəddi yoxdur. Əgər üz cizgilərin, ümumən bədən quruluşun formasındadırsa, bunun yaşa adiyyatı yoxdur. Amma düşünürəm ki, 30-35 yaşa qədər çalışsan kifayətdir.

- Modellikdə başqa hansı sahədə özünü görürsən?
Doğrusunu desəm, bu barədə düşünməmişəm. Çünki bu barədə insan universitet vaxtlarında düşünür. Özünü hansı sahədə görürsən deyə sual verirlər. Mən bu vaxtlarda artıq modellik sahəsindəydim. Ona görə düşünməmişəm.

- Rüstəm "işdən sonra” nə edirsən?
Mən çox fikir vermişəm. Bizdə Azərbaycanda kiminləsə görüşəndə, ancaq yeyib-içməyə qonaq dəvət edirlər. Mənə çatmır bu. Onsuz bunu hər gün edirik də. Fərqli nəsə edərlər. Hansısa bir yerə gedəsən, hansı ki, o yerdə ya olmamısan, ya da çox az-az olmusan. Bizdə bu yoxdur. Ancaq yeyib-içmək (gülür).

- Rüstəm son olaraq nə demək istərdin?
İlk olaraq səni tanıdığıma şad oldum. Çox sağ ol dəvətin üçün. Sizin kollektivə isə daim operativ olmağı və uğurlarınızın daha da bol olmasını arzu edirəm.

 

 



Şərhlər: 21
Baxılıb: 1381
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kama99
cox yarawiqli oglandi
2 may 2015 17:33
# 21
xeyalperest
men azeri oglani deyende qara qas fikirlesirem bunu hec beyenmirem
2 may 2015 15:28
# 20
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
vipbetul
bir-iki defe gormusem,maraqlanmiram
2 may 2015 00:10
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
maraqlanmiram nese bunnan
1 may 2015 21:35
# 18
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
gözlerinn rengide özüde superdi taniyirdim hardasa 1 ay falan isindede uğurlar 128
1 may 2015 19:08
# 17
Don't trust anyone ∆
Nezka
Elə super ölünəsi yaraşıqlı deyil uğurlar olsun nə deyək
1 may 2015 18:23
# 16
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
he bu oglani taniyiram
1 may 2015 18:12
# 15
SVETA
Catwoman666
cox yarasiqlidi amma menim goz salacagim qeder de yarasiqli deyil 09 zarafat edirem)))yene de yarasiqlidi heyatda ve işində uğurlarr..
1 may 2015 17:45
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Ay nə yaraşıqlıdı super
1 may 2015 17:24
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
Desəm ki tanımıram heç görməmişəm də ama yaraşıqlıdi ona görə 2 dəfə birinci yerə çıxıb deyəsən müsahibə yaxşı alınıb cavablarını çox bəyəndim doğru fikirlər söyləyib bircə bir cümləsini bəyənmədim uğurlar
1 may 2015 17:15
# 12
talis balasi
Yarasiqli oqlandi allah yolunu aciq etsin
1 may 2015 16:42
# 11
Anna22
ne yarasiqli oglendi
1 may 2015 16:37
# 10
İnsan yalnız kalbiyle sevmezki unutmaya ilk ordan başlasın..


Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir!
Luna-90
Yarasiqli oglandi .oglum boyuyende bu tip oglan olacaq goz rengi xaric
1 may 2015 16:32
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Hər bir qazandığı uğurda öz ölkəsini təmsil edir, kariyerasında uğurlar.
1 may 2015 16:30
# 8
rəmsə
waw Vayy be karizmmaya bak ,10 ildi bu Azerbaycan modelidi,dunya birincisi olmus,biz hele indi xeber tuturuq 28
1 may 2015 16:10
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
aziz a
Mende bu yaxinlarda tanimisam bele bir madelimizi, ugurlari bol olsun.
1 may 2015 15:34
# 6
Qelbim doludu !!!!
Dosta_inam
çox yaraşiqli madeldir ne yalan deyim tanimirdim,uğurlarin bol olsun,biz seninle fexr edirik sözüne layiq ol her zaman.
1 may 2015 15:25
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
vaooooo qiz gozelliyi var bunda TATLIASKIMCILAR2016
1 may 2015 14:59
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Cox yarawiqlidi
1 may 2015 14:46
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
cinqosh
- Əgər xaricə üz tutmasaydın, bu qədər məşhurlaşacağına inanardınmı?
Məşhurlaşmaq olar. Biri var hansısa işinlə gündəmə gələsən, biri də var qalmaqal yaradaraq. Azərbaycanda düşünmürəm ki, öz işinlə məşhurlaşa bilərsən. Burda hər hər şey müəyyən hüdudlar çərçivəsindədir. Məsələn Azərbaycanda ölkə və dünya birincisi olan bir model ən yaxşı halda yalnız hansısa məşhur müğənninin klipində çəkilə bilər. Doğrudur, Azərbaycanda mən kifayət qədər çəkilişlərdə olmuşam, maddi qazanclarım da olub. Ancaq, Azərbaycanda olan məşhurluqla, Amerikada olan məşhurluq arasında çox fərq var. Mən əgər Amerikada yox, Azərbaycanda qalsaydım, bəlkə də bu sahəni çoxdan atmışdım.

Nə doğru demisən.Bu vəziyyət bir tək modelliyə aid deyil.Bu saat hər sahə elədi.Məsələn, burda həkimliyi öz beyni ilə oxuyub öyrənən birinin daydayı yoxsa və ya gedib türkiyədə 2 aylıq uzmanlıq keçmədisə heç kim saymır, tanımır!
İşində uğurlar.
1 may 2015 14:31
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
BARBI
Beyendiyim modeldi cox yarasiqlidi. Ugurlarin davamini dileyirem
1 may 2015 14:30
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz