Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aparıcı Azərin aktrisa Pərvinlə - İLGİNC FOTOLARI
Aparıcı Azərin aktrisa Pərvinlə - İLGİNC FOTOLARI
Göndərən: NoName
Şərhlər: 28
Baxılıb: 3360
Səs ver:
"Əvvəlki sevgilim indi həyatıma qayıtdı”.
Aparıcı Azər İsmayılov və aktrisa Pərvin Abıyeva birgə müsahibə veriblər və fotosessiyada iştirak ediblər.

Həmin müsahibəni təqdim edirik:

- Bildiyimə görə, ilk dəfə tanış oldunuz...
Azər sözümü kəsir: Yox, yox, biz illərin sevgilisiyik (gülür)
Pərvin: Sən Allah, məni işə salmayın sevgilim var (gülür) Əslində, Azərlə bir neçə dəfə üzləşmişik, uzaqdan bir-birimizi tanıyırdıq.

- Fotossesiyadan sonra bir-biriniz barədə təəssüratınız necə oldu?
Azər: Çox yaxşı.
Pərvin: Əyləncəli (gülür-red) Bir saatlıq çəkiliş oldu, hələlik super keçdi, bayaqdan söhbət edirik.

- Hiss olunur... Müsahibəyə gəlmirsiniz bayaqdan, şirin olasınız (gülürük-red)
Pərvin: Çəkilişdə dondum. Küçənin ortasında soyuq hava...Heç olmasa, indi bir az dincələk.
Azər: Qəşəng siqnallar var idi, ay Pərvin. Bu gün inanın hər cür siqnal eşitdik (gülürlər-red)

- Belə çıxır ki, kompleksli insan deyilsiniz?
Pərvin: Kompleksim yoxdu. Amma son vaxtlar dodaqlarıma kompleksim yaranıb. Deyirlər, çox nazikdi.
Azər: Eh... Get, silikon elətdir... (əsəbi-red)
Pərvin: Yox, heç vaxt etdirmərəm. Adicə qolumda iz var, mənə deyirlər, əməliyyat etdir, deyirəm, ehtiyac yoxdur. Özümlə bağlı heç bir kompleksim yoxdur. Ancaq bir insanın gözünə diqqətlə baxa bilmirdim, o da ki, bu sənətə gələndən sonra düzəldi.
Azər: Küçədə adımı qışqıranda "Aaa, Azər” deyəndə əsəbiləşirəm. Hətta birini vurmuşam da. Tanıdın, nə gərək var, elə qışqırmağa? Kompleks demək olarsa, bu, məni qıcıqlandırır.

- Həyatdakı rolunuz?
Pərvin: Xeyirli övlad, xeyirli insan olmaq. Mən ailəm üçün canımı verə bilən insanam.
Azər müdaxilə edir: Bunu saxla bir dəqiqə, (diktafona əlini uzadır, təbii ki, mən diktafonu söndürmürəm) ay Pərvin, bu vaxta kimi nə xeyir iş görmüsən?
Pərvin: Yaşımdan qat-qat artıq. Elədiyim şeyləri demək düz çıxmaz. Amma mən bunu həm Allah qarşısında savab olsun, həm də ki, vicdanım rahat olsun deyə edirəm.
Azər: Daim çalışmaq, pul qazanmaq... Həyatdakı rolum önəmli şəxsiyyət olmaqdı.

- Gündəmdə qalmaq üçün nə edirsiniz?
Pərvin: Qarışqa kimi işləyirəm. İş olmayanda depressiyaya düşürəm. Çox iş olanda da deyirəm, öldüm, yoruldum, dincələcəyəm.
Azər: Heç bir şey etmirəm. Mən tanınmaq üçün TV-da işləmirəm, TV sadəcə mənim üçün biznesimi inkişaf etdirmək üçün bir qapıdır.

- Amma reallıqdır ki, bu gün qalmaqal edib, gündəmə gələnlər də çoxdur...
Pərvin: Mən elə şeyə yaxşı baxmıram. Əvvəllər baxırdım ki, televiziyada hərə çıxıb, bir-birini biabır edir, söz atır. Düşünürdüm ki, bunlar niyə dava edirlər?
Azər: Qalmaqal edib gündəmdə qalanları qəbul etmirəm. Elə yaxşı layihə et ki, qoy hamı səndən danışsın...
Pərvin: O qədər paxıl insanlar var ki, olmayan şeyləri danışıb, qalmaqal yaratmaqla, gündəmə gəlməyi düşünürlər. Bəzi aktrisalar, mən heç onları aktrisa kimi də qəbul etmirəm, var ki, haqqımda nələr deyiblər. Eşidib, şoka düşmüşəm, zülm-zülm ağlamışam. Axı, niyə, mən sənə nə pislik etmişəm, deyə düşünmüşəm. Mən həmin kəslərlə qanlı-bıçaq düşmənəm. Amma olanlar bizim ikimiz arasındadır. Mən bunu efirdə demərəm.

- Nələr deyiblər məsələn ki, səni elə  zülm-zülm ağladıblar?
Pərvin: Mən onun evini tanımamışam, amma o mənim evimdən çıxmayıb. Anam öz əlləri ilə ona yemək hazırlayıb, bir süfrə arxasında çörək kəsmişik. Onlar isə haqqımda nalayiq danışıblar. Nankorluq məni çox incidir.

-  Aktrisaların açıq-saçıq geyimi niyə qəbul olunmur?
Pərvin: Çünki bu sənət bizdə tam inkişaf etməyib.

- Azər, siz aparıcı, aktrisa, müğənnilərin çılpaq şəkildə və ya açıq-saçıq geyinməsini qəbul edirsinizmi?
Azər: Bəli. Çünki onlar sənətdədirlər. Sənətçilərimizin elə geyiminə çox yaxşı baxıram. Deyirik, şou-biznes... Şou yaradırlar ki, fərqli görünsünlər, diqqət cəlb etsinlər.

- Keçək şəxsi həyata... Pərvin və Azər hər ikinizin haqqınızda müəyyən məlumatım var. Bilirəm ki, Pərvin nişanlısından ayrılıb, siz də artıq bir neçə ildir ki, boşanmısınız. İkinci bahara necə baxırsınız ?
Pərvin: İkinci, üçüncü, dördüncü, beşinci, yəni, sonsuza qədər olan baharlara da hətta əla baxıram (gülürlər-red) İnsansan da, vallah, başına çox şey gələ bilər. Mənim üçün hər zaman belə olub, bir sözüm var: gələn gedəni unutdurur.

- Ay Pərvin, indiki gələn, gedəni unutdurub?
Pərvin: Mənim indiki sevgim çox qəribə bir şeydi.
Azər: Ay Pərvin, sən bir qərara gəl, sevirsən, ya yox, bilək də bir biz... (zarafat)
Pərvin: Sevirəm. Lap əvvəlki sevgilim idi, indi həyatıma qayıtdı.
Azər: Yəqin populyarlığına görə qayıdıb, gəlib.
Pərvin: Yox, mən onu axtarıb tapdım.

-  Deməli gələnlər, gedəni unutdura bilməyibmiş...
Pərvin: Yox, onunla heç nə yaşamamışdıq (gülür-red)

-  Azər, gözlənilir ikinci dəfə evlənəsiz?
Azər: Pərvin xanıma göz-qaş etmişəm. Üzük də hazırdı... (gülür-red) Yaxşı, zarafatı qoyaq kənara... Əlbəttə, gözlənilir. Çox tezliklə. Sadəcə namizəd yoxdu. Axtarıram hələ...

-  Evlənəcəyiniz insan məşhur birimi olacaq yoxsa?
Azər: Yox, mən, ümumiyyətlə, TV sahəsindən uzağam.

- Yəni, Pərvinin şansı yoxdu ?
Pərvin gülür: Heç Azərin şansı var ki, Pərvinin də şansı olsun?
Azər gülür: Pərvinə vurulmuşam. Özü də ki, Pərvin televiziyada deyil axı, kinolardadır. Zarafat edirəm, təbii ki, sadəcə mənim sahəmdən xəbəri olmayan bir xanımla evlənəcəm. Xəbərsiz olsun, amma ovcumun içində saxlayaram həmin qızı...

-  Görürəm, sevgi məsələlərində mütəxəssissiniz. Ayrılıqda ən çox kişi ya qadın zərbə alır?
Pərvin: Mən düşünürdüm ki, ən çox  qadınlar əzab çəkir. Amma əslində kişilərin həsasslığını görmüşəm. Hətta qadından ötrü xəstəliyə düşən, əzab çəkənləri də olur...
Azər: Pərvin, sən Allah, sənin üçün sevgi nədir?
Pərvin: Siz jurnalist deyilsiniz, sizin sualınıza cavab vermirəm.

- Yaxşı, Pərvin, həmin sualı mən sənə ünvanlayıram, sevgi nədir sənin üçün?
Pərvin: Sevgi...
Azər: Sevgi boş şeydi.
Pərvin: Mənim həyatımda mütləq  kimsə olmalıdı. Olmasa ürəyim partlayar. Sevgi mənim üçün önəmlidi, vacibdi.
Azər: Olum da mən. Ölmüşəm bəyəm? (gülürlər-red)
Pərvin: Heç belə əyləncəli, maraqlı müsahibəm olmamışdı. Şəxsən olub ki, məni sevən adam xəstəliyə düşüb, bildin Azər ?
Azər: Pərvin, sən Allah, bəsdi. Yox, bir xəstəlik... Nə xəstəliyə düşə bilər ki, kişi ?
Pərvin: İflic, xərçəng, dəli olanlar da görmüşəm...
Azər sözünü kəsir: Ay Niko, (fotoqrafı səsləyir-red)  bura gəl, gör, Pərvin nə danışır. Kişiləri təkləyiblər.

Niko: Siz Allah, müsahibəni tez bitirin, fotossesiyanı davam edək, məni söhbətinizə qatmayın (gülür-red)
Pərvin: Mən şəxsən heç vaxt ağlamayan bir insanı ağlatmışam.
Azər: Hisslərinə yenilib, insandı ağlayıb da... Qəribə qızsan aaa....

-  Pərvin, necə eqolu insansınız.
Azər: Eqo təpikləyir (gülür-red)
Pərvin: Vallah mən sadə insanam, əslində ...(gülür-red)

-  Sonuncu sualmı da verim, gedin studiyada fotosessiyanızı davam edin. Xoşbəxt olmaq üçün insana nə lazımdı?
Azər: Hər şey. Çoxu deyir ki, xoşbəxtlik pul deyil. Pulun olanda dünyanın ən xoşbəxt və yaxşı insanısan. Pulun olmadı, sən heç kimsən və ətrafındakılar da yoxdu. Ancaq elə insan var ki, pulu yoxdu, elə hörməti var ... Hörməti pulu əvəzləyib.
Pərvin: Azər tam düz dedi. Pul çox önəmlidir. Nə vaxta kimi insan dözə bilər? Sevgi də, pul da vacibdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər: 28
Baxılıb: 3360
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ayti86
Her weyi anladim. Bir bu fotosessiyanin menasizligina bir anlam veremedim.
24 aprel 2015 03:09
# 28
~~ `Home is, wherever YOU are my Love `~~
Antikvar
Xoşbəxt olmaq üçün insana nə lazımdı?
Azər: Hər şey. Çoxu deyir ki, xoşbəxtlik pul deyil. Pulun olanda dünyanın ən xoşbəxt və yaxşı insanısan. Pulun olmadı, sən heç kimsən və ətrafındakılar da yoxdu. Ancaq elə insan var ki, pulu yoxdu, elə hörməti var ...

Musahibede menim fikrimə uygun bir bu cavab oldu.Çünki,bir çoxları inkar etsədə çox təəsüf əsl reallıq və indiki zamanın doğruluğu...

Digər mubahisə fikirlərinə gəldikdə qızın danışığını oxuduqda bilinir hansı yolun yolşusudu...Mənim həyatımda mütləq kimsə olmalıdı deyən qızın həyatına kimlər gəlib gedib görüb bunu anlamaq çətin deyil.

Azərdə boş boş danışmağı bacarır.Ovucunda saxlamağı bacaran birincinidə saxlayar.Sanki birilərin acığına belə fikir söyləyirmiş kimi hiss elədim)
Fotosessiyada nə etmək istəyiblər anlamadım.Xoşəgəlməz duruşlar numayiş elətdiriblər.
24 aprel 2015 01:10
# 27
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ŞehZam
2 agilsiz bir arada
24 aprel 2015 00:48
# 26
ulduz
eceb edir o qadinki bele kisini bosuyur.utanmir deyirsevgi bos seydi .seninkimi eclaf hardan bilsin sevgi nedi... pisir
23 aprel 2015 22:04
# 25
Ayten666
Sekiller gozel alinib
23 aprel 2015 21:52
# 24
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Miss_Angel
Ayda oglan az qalib qizin agzina gire .yeqin qizin hansisa diwi agriyirmiw deyib oglan ki gor hansi agriyir cek 122 kurdan
23 aprel 2015 21:22
# 23
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Miss_Oxatan
adama deyerler ele elivin icinde saxliyansan Vusaleni saxliyardin.indi de deyir tv sahesinden uzaq birini alacam,serf elemir axi Vusalenin radarlari cox idi.hele wekillere bax,qizda deyir sevgilim var.varsa da daha menim o oglan kimdise ona sozum yoxdu.
23 aprel 2015 18:27
# 22
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aziz a
Bunlarcun adi hallardi vurub kecibler o birileri...
23 aprel 2015 17:21
# 21
Qelbim doludu !!!!
amazing
Oz isleridir
23 aprel 2015 17:06
# 20
Rakella
ne qeder deselerde ele gorunur ki aralarinda nese var

ne qeder deselerde ele gorunur ki aralarinda nese var
23 aprel 2015 16:49
# 19
Impossible is not a word,it's just a reason for someone not to try
Meleknur
Bunlar kimdi??
23 aprel 2015 16:27
# 18
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
rəmsə
Musahibeni diqqetnen oxudum,mence ele aralarinda nese var,bunu hem parolla danismaqlarindan,hem de azerin zarafatlarindan bilmek olur,cunki ele sozu zarafata deyerler.
23 aprel 2015 16:24
# 17
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
WiRiN BaLaM
Vusaleni bu zurafeyemi deyismisen nanik kuklakimi arvadin qoyub
23 aprel 2015 16:06
# 16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
Indi de baslayacaqlar bunlarin adina soz cixarmaga. Amma musahibe maraqli aalinibdi beyendim
23 aprel 2015 15:15
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Azəri anladım kişidi bekkardı bu qıza nə gəlib? azer vusaləni qısqandırır və bunu cox gözəl bacardı əminəm
23 aprel 2015 15:04
# 14
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Fotosessiya çox səmimi alınıb , verdikləri müsahibəni söylədikləri fikirləri bəyənmədim, modelin fikrindən bilmək olur necə birisidi , həyatında belə görürəm ki, limitzad yoxdu girən çıxan bilinmir))), aparıcıda deyir hələ tapmamışam adama deyərlər itirmisən ki, bir tapasanda , birdəki əvvəlki evliliyindən bəllidi necə əlinin içində saxlamısan...
23 aprel 2015 15:03
# 13
vipbetul
hec birinden xosum gelmir
23 aprel 2015 14:54
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
Utanc verici fotolardi, belə fotolar öz tərəflərindən beyenilsede başqaları tərəfindən yaxşı qarşılanmır ama bu onlara çatmır. Bəyənmədim
23 aprel 2015 14:54
# 11
SEVGI DENIZIM
gozel xanimdir
23 aprel 2015 14:44
# 10
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
BARBI
Az qalib agzinin icine dussun hec yarasdirmadim azere bu fotolari
23 aprel 2015 14:25
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Heç birini tanımadım ay Pərvin utanma çıx qcağında otur
23 aprel 2015 14:23
# 8
İçimi görsən mənə aptek alarsan.
Luna-90
Kul kisi basina gul kimi arvadini yaman yaritdin qaldi 2ci .vabse kisilere bel baglamaq olmur .
23 aprel 2015 13:49
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nergizz
vusale kimi xanim qizin qedrin bildi ele qaldi bu,,deyesen buda aparici manyakidi ne qeder uzaq olsalarda wekillerde sevgili kimi gorunurler,deyesen ele bu qizda azer agilda,
23 aprel 2015 13:47
# 6
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Nur k-off
Ncncnc bunlara bax bir
23 aprel 2015 13:36
# 5
SVETA
Yusif Ulker
Vusale eceb edib bosanib bundan bir bunun ozune bax
23 aprel 2015 13:27
# 4
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Tomris Müslümova
Sitat: Lucia
Vüsalə əcəb edib,boşanıb bundan.Abırsız.Qız da az qalır başına çıxa.Ədəbsiz.

ele onu yazacaqdim vallah.belesiynen evlenmekdense evde qiz qalaram onnan yaxsi..kul basina dv
23 aprel 2015 13:25
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Hec xowum gelmir bu azerden
23 aprel 2015 13:24
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Lucia
Vüsalə əcəb edib,boşanıb bundan.Abırsız.Qız da az qalır başına çıxa.Ədəbsiz.
23 aprel 2015 13:05
# 1
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz