Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müğənni İlhamə Qasımova: "Bir yerdə çox qalmağı sevmirəm" - MÜSAHİBƏ
Müğənni İlhamə Qasımova:
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 604
Səs ver:
Müğənni İlhamə Qasımovanın müsahibəsi.

- İlhamə xanım, gözünüzün önündən nə keçir?
- Heç nə, ağır olan günlərim. Kökəlmişəm, beynimdə arıqlamaqdan başqa heç bir arzu yoxdur indi (gülür).

- Ağır günləriniz çox olub?
- Əlbəttə, hər kəsin ağır günü olub. Hər kəsin problemi, dərdi ona görə ən dözülməzdir. Amma ağır günləri reklam etməkdən xoşum gəlmir. Çünki ağır günlər də insanı başqa cür maarifləndirir. Anlamadığın şeyləri dərk edirsən, ətrafın qara rənglərini də görürsən. Bu da şəxsən məni daha da güclü edir.

- Bəs gücünüzün tükəndiyi anlarda nə edirsiniz?
- Heç nə... Əlimdən nə gəlir axı?! Gücümün bir də nə vaxt olacağını gözləyirəm.

- Hirsinizdən tez-tez "zəncir çeynəyirsiniz”?
- Tez-tez nədir? (gülür). Soruşun, görün ki, sakit vaxtlarım haçan olur? (gülür). Çalışıram, özümü ələ alım, əsəbləşməyim. Son zamanlar ancaq "zəncir çeynəmirəm” (gülür). Daha sakitəm.

- Sizi belə tez-tez əsəbləşməyə vadar edən nədir ki?
- Hər şey. Söz deyəndə qarşımdakıların məni anlamaması, ən çox da yolda avtomobil idarə edərkən olur belə hallar. İşlərimin mənasız səbəblərdən alınmaması. İnsanların bir-birinə get-gedə daha çox hörmətsizcəsinə yanaşması, jarqon sözlərin ədəbi dil kimi insanlar arasında daha geniş yayılması və o şəkildə də bir-birlərinə müraciətləri və s. Səbəb çoxdur, saymaqla bitməz.

- Əlinizdən nəyi aldılar?
- Nəyim var ki alsınlar?.. (gülür)

- Nəzərinizdən nə qaçmır?
- Əslində çox şey qaçır. Hər şeyə, hər sözə fikir vermirəm, amma elə olur ki, ikimənalı danışanların əslində nəyə işarə etdikləri nəzərimdən qaçmır. Beynimə həkk olunur (gülür).

- Siz ən çox səyahət edən müğənnilərdən birisiniz. Daimi qalası olsanız, hansı ölkəni seçərsiniz?
- Bilmirəm, əslində bir yerdə çox qalmağı sevmirəm. Çox böyük yer olsa da, gəzib-gördükdən sonra adiləşir. Ondan sonra başqa yerlərə can atırsan ki, daha da çox gəzəsən. İstəyərdim ki, hər yanı gəzmək imkanım olsun.

- Hansı tip insanlardan müdafiə olunmaq çətindir?
- Hiyləgər və zavallı insanlardan. Yəni ki, özünü zavallı göstərən, amma əslində sənin hisslərindən sui-istifadə edən insanlardan müdafiə olunmaqsa çox asandır.

- Sizin qəddarlığınız yoxdur?
- Var... Hərdən elə hallar olur ki, çox qəddar davrana bilirəm, amma vaxt keçir və fikirləşirəm ki, niyə beləyəm. Amma faktdır ki, qəddarlığım var.

- Fakt olan başqa nədir?
- Özüm, yaşayıramsa, bu mənim həyatda olmağımın faktıdır. Başqa faktlar boş şeylərdir.

- Boş vermək bu qədər asandır?
- Əlbəttə ki, yox. Amma hər il bir az daha da böyüyürsən, hər şeyə daha səthi baxırsan, nəticə etibarilə, boş vermək asanlaşır.

- Kiminlə görüşə tələsirsiniz?
- Əgər görüşdürsə, tələsmirəm. Yalnız işimlə əlaqəli tələsə bilərəm. Tələsməkdən xoşum gəlmir.

- Uzun müddət Hindistanda qaldınız. Bura ilə oranın fərqini nədə gördünüz?
- Əslində fərq dində, yaşayış tərzində var bir az. Orada Avropadakı kimi özümü yad yerdə hiss etmirdim. Bəlkə, ora Asiya, Şərq ölkəsi olduğundan onları anlamaq və ya onların bizi anlaması daha asandır. Nəinki Avropa, yaxud okeanın o tayı...

Lakin oradakı insanlar çirkaba, bu problemin həllinə elə biganə yanaşırlar... Ümumilikdə isə hər yerin yaxşı və pis cəhətləri var. Mən Hindistanı xoşlayıram. Böyük tarixi mədəniyyətin bünövrəsi olan bir ölkədir. Bu zəngin mədəniyyət abidəsini bəyənməmək olmaz


Şərhlər: 19
Baxılıb: 604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
tanimiram ama maraqli usahibe alinib ugurlar 08
10 aprel 2015 19:17
# 19
vipbetul
bu qiz her seye eseblesirki gezmekden bir az ozune malice etdirsin,musahibesi semimi alinib
9 aprel 2015 21:51
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
zehləm gedir bundan
9 aprel 2015 21:24
# 17
tek umidim sen
Zehlem gedir bunnan!!...
9 aprel 2015 19:54
# 16
Kadın derin ama adam yüzme bilmiyor...
Qlamurr
Xanım kimi heç incəliyi yoxdu,bəyənmirəm,ancaq səsi çox gözəldi))müsahibədə də verdiyi cavablar məntiqlidir.
9 aprel 2015 18:47
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
beyenmirem ilhameni
9 aprel 2015 18:41
# 14
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Zeynep_Fatih
Ozune gore xanimdi.beyenirem
9 aprel 2015 17:59
# 13
Antikvar
Hec beyenmirem Ilhameni.
9 aprel 2015 17:58
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
hee xosuma gelir bu
9 aprel 2015 16:54
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
GünƏşimƏ_AiD_
Sitat: Catwoman666
ilhameni.taniyiram hundurboy qadindi sesi de yaxsidi. amma qulaq asmiram mahnilarina

Mende ekizimm
9 aprel 2015 15:52
# 10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
ilhameni.taniyiram hundurboy qadindi sesi de yaxsidi. amma qulaq asmiram mahnilarina
9 aprel 2015 15:32
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Müsahibəsini , verdiyi cavabları bəyəndim, uğurlar.
9 aprel 2015 15:21
# 8
Luna-90
Buda emelli ariqladi
9 aprel 2015 15:19
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Marta
Sesi pis deyil
9 aprel 2015 14:50
# 6
Немного терпения, и у тебя все получится..
Menim balam
Ele de tanımıram. Hayatından uğurlar
9 aprel 2015 14:42
# 5
BARBI
Sesini sevirem ama ozunu beyenmirem hec qeseng deyil
9 aprel 2015 14:31
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
O qədər də bəyənmirəm
9 aprel 2015 14:14
# 3
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
İlhameni cox beyenirem
9 aprel 2015 14:06
# 2
SVETA
WiRiN BaLaM
sevmirem bu xanimi
9 aprel 2015 14:00
# 1
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz