Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Teleaparıcı Aysel Nazim: "Mən onu yaxşı tanıyıram..." - Müsahibə
Teleaparıcı Aysel Nazim:
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 1173
Səs ver:
Teleaparıcı Aysel Nazimin saytların birinə verdiyi müsahibəsini təqdim edirik.

- Aysel xanım, nədən başlamaq çətindir?

- Yarımçıq qalanlardan.

- Yarımçıq qalan nədir?

- Əslində, elə bir şey yoxdur. Çünki mən bir işi başladımsa, heç vaxt yarıda qoymuram. Mütləq sona çatdırmalıyam onu. Hətta işin sonunda xeyir və ya ziyan görəcəyimdən asılı olmayaraq, axıra qədər gedirəm.

- Hara gedirsiniz ki?..

- Sonunu düşünən qəhrəman ola bilməz.

- Hansı sözün qarşısında acizsiniz?

- Düşünürəm, elə bir söz yoxdur ki, onun qarşısında aciz olum. Amma oğlum Canın hər bir sözü mənim üçün çox önəmlidir. Onun istəklərini, arzularını maksimum dərəcədə yerinə yetirməyə, sözünü yerə salmamağa çalışıram.

- Təxminən neçə il pedaqoji fəaliyyətlə məşğul oldunuz?

- On il...

- Darıxırsınız o illər üçün?

- Əlbəttə, hərdən yadıma düşəndə çox darıxıram.

- Bəs sizin üçün necə, darıxan var?

- Var, hal-hazırda məndən uzaqlarda olan həyat yoldaşım (gülür).

- Tələbələriniz sizin üçün darıxmırlar bəs? Sizi yad etmirlər?

- Yad etmək də sözdür? (gülür) Siz soruşun hələ onların yadından çıxırammı haçansa? (gülür). Doğrudan, sözün əsl mənasında çox vəfalı, sədaqətli tələbələrim var. Sağ olsunlar, məni darıxmağa qoymurlar. Hər bayramda, hər bir özəl günümdə məni yad edirlər. Mütəmadi olaraq, mənimlə əlaqə saxlayırlar. Deməli, onlar üçün nümunəvi bir müəllim və bir insan ola bilmişəm ki, indiyə qədər də məni yaddan çıxartmayıblar. Bir müəllim üçün bundan gözəl nə ola bilər?!

- Sizcə, efirə çıxmasaydınız, tanınmasaydınız, sizi yenə də axtaracaqdılar?

- Onlar mən efirə çıxmamışdan öncə də mənimlə əlaqə saxlayırdılar (gülür).

- Aysel xanım, sevib ailə quranlardansınız?

- Bəli...

- Möhkəm sevmisiniz?

- Hər halda... (gülür)

- O sevgi ilk baxışdan yaranan bir sevgi oldu, yoxsa?..

- İlk baxışdan oldu desəm, yalan olar. Tanıya-tanıya sevdim.

- Həyat yoldaşınızı yaxşı bilmisiniz?

- Mən onu yaxşı tanıyıram.

- Bəs o sizi?

- O da məni həmçinin.

- Özünüz-özünüzü necə tanıyırsınız?

- Çox gözəl (gülür).

- Yad kişilərdən çox tərif eşidirsiniz?

- Bəli, eşitdiyim qədər eşidirəm (gülür).

- Yəqin ki, aralarından sizə evlilik təklif edənlər də olur...

- Olur, olur.

- Bəs ailəli olduğunuzu biləndə nə deyirlər?

- Deyirlər, kaş ki, subay olardınız.

- Bəs özünüz nəyə "kaş ki” deyirsiniz?

- Kaş ki, bu dünya daha adil olardı.

- Mən belə başa düşdüm ki, siz "ələkeçməz yaquarsınız”...

- (Gülür) Elədir, düz düşünürsünüz. Pələng ilində dünyaya gəldiyim üçün onun özəlliklərini daşıyıram. Adı üstündə, yaquar, pələng...

- Sizdən bir dəfə soruşmuşdum ki, sarışın gözəl, yoxsa cazibədar xanım? Demişdiniz ki, hər ikisi. İkini üç eləmək üçün bu adların siyahısına "ehtiraslı” sözünü də əlavə etmək olar?

- (Düşünür) Olar. Mən, ümumiyyətlə, bir söz deyim ki, məktəb vaxtından tutmuş bu günə qədər həmişə, hər yerdə fərqlənmişəm. Diqqəti üzərimə tez cəlb edirəm sanki.

- Sizdə o fərqliliyi yaradan nədir? Tapa bilmisiniz?

- İnanın ki, heç özüm də bilmirəm.

- Öpüş, yoxsa sığal?

- Bəzən öpüş, bəzən də sığal. Baxır yerinə...

- Sosial şəbəkələrdə paylaşdığınız şəkillərə baxanda belə qənaətə gəlmək olar ki, siz öz geyiminizə heç bir məhdudiyyət qoymursunuz. Nə də ki, istər ailəniz tərəfindən, istərsə də yoldaşınız tərəfdən heç bir qadağa yoxdur sizə geyimlə bağlı.

- Tamamilə doğrudur, geyim baxımından çox sərbəstəm. Ailə qurmamışdan öncə atam geyimimə qarışmırdı, indi də həyat yoldaşım elədir. Açıq-saçıq da geyinirəm, qapalı da. Həm də ki, həddimi aşmıram, əndazəni gözləyirəm, mənə yaraşanı geyinirəm, yerimi bilirəm. Buna görə də ailəm mənim geyim tərzimə müdaxilə etmir. Bir sözlə, bu baxımdan ixtiyar sahibi mənəm.

- Son zamanlar nəyə meyl salmısınız?

- Alış-verişə... Geyimə pul xərcləmək mənim əhvalımı yaxşılaşdırır (gülür).

- Xəyalən də olsa, uzaq bir yerə gedib, amma qayıtmamaq fikriniz olub?

- Olmayıb, çünki təkliyi sevmirəm. Heç evdə də tək qala bilmirəm, o ki qalsın uzaq bir yerdə tənha yaşamaq...

- Sizin zərif görünməyinizə baxmayaraq, ən azından, bilirəm ki, daxilən çox güclüsünüz. Bu gücü haradan alırsınız?

- Bəli, tərif üçün demirəm, amma doğrudan da çox güclüyəm. Yıxıldığım məqamlarda yenidən ayaqlarımın üstündə dayanmağımı bacarmışamsa, deməli, çox güclü və iradəliyəm. Gücü mənə verən Allahdır.

- Deyəsən, idmanla məşğul olursunuz...

- Bəli, idmanla və rəqslə çoxdan məşğul oluram. Onlarsız mənim bir günüm olmasın.

- Şeir yazmaq, mahnı bəstələmək qabiliyyətiniz də var, elədir?

- Poeziyanı çox sevirəm. Hərdən şeir cızma-qara edirəm, bir də ki, piano arxasına keçib öz duyğularımı dilə gətirməyi çox sevirəm.

- Hansı növ şeirləri sevirsiniz?

- Mən bu suala bir cümlə ilə cavab verəcəyəm. Uşaqlıq illərimi Hüseyn Cavidin "Məktəbli qız”, tələbəlik illərimi (bir neçə il bundan öncə) Mikayıl Müşviqin "Yenə o bağ olaydı...”, indiki zamanımı isə Fikrət Qocanın "İnsan” şeirində tapmışam.

- Son söz...

- Sonda onu demək istəyirəm ki, bizim üçün ən yaxşı yastıq vicdanımızdır. Əgər başımızı ora rahat qoya bilsək, Allah da həmişə bizi qoruyacaq, bizimlə olacaq...

 

 



Şərhlər: 19
Baxılıb: 1173
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
burnu gesengdi
31 mart 2015 23:41
# 19
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Menim balam
Taniş gelmedi
30 mart 2015 12:11
# 18
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
SENSİZ
tanimadim
29 mart 2015 20:16
# 17
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Luna-90
Tanimiram maraqli deyil.
29 mart 2015 19:22
# 16
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Yusif Ulker
TANİMADİM AMA GOZEL XANİMDİ
29 mart 2015 19:18
# 15
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
sima
geweyng xanimdir ama tanimiram
29 mart 2015 19:08
# 14
23.09 25.09 melek melek melek
aziz a
kimdiki bu? bele bir aparicini men ele indi burda gorurem/
29 mart 2015 18:59
# 13
Qelbim doludu !!!!
Catwoman666
deyesen tanimiram. ona gore de musahibeni oxumadim cunki maraqsiz geldi
29 mart 2015 18:39
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nergizz
gozel xanimdi,tam olaraq tanimadim,semimi xanima oxwuyr,twk
29 mart 2015 15:14
# 11
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
lelos
geşeng xanimdi
29 mart 2015 15:10
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
maraqsiz musahibedi
29 mart 2015 15:01
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Duzunu desem tanimadim.ancaq verdiyi cavablara esasen onu deye bileremki.sen ve agilli xanimdir.
29 mart 2015 14:58
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Miss_Oxatan
Bu xanim atv kanalinda 10yaw cavanlaw proqraminin aparicisidir deyesen.gozel xanimdir,evvel toppuwuydu indi formadadir.musahibe semimi,maraqli alinib.paylawim ucun tewekkurler:)
29 mart 2015 14:27
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
qanadli melek
Tanimiram harda aparicdiki bu
29 mart 2015 14:03
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
bu kimdi bele harda apariciliq edir???
29 mart 2015 13:44
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Tanimadim xanimi ama cavablarinnan bele anladimki sen xanimdir
29 mart 2015 13:32
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Aparıcını tanımadım ancaq müsahibəni verdiyi cavabları bəyəndim.
29 mart 2015 13:27
# 3
aliceWOnDer
Tanımadım...amma bəyəndim...cavablar qısasada olsa konkret cavablardı
29 mart 2015 13:13
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Qlamurr
Nəsə bu aparıcını xatırlıya bilmədim.Ancaq qəşəng xanımdı.
29 mart 2015 13:05
# 1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz