Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Əlçatmaz olmaq xoşuma gəlmir" - Bergüzar Korel
Göndərən: NoName
Şərhlər: 21
Baxılıb: 854
Səs ver:
Son günlər "Karadayı” serialıyla gündəmdə olan gözəl ulduz "Habertürk” qəzetinin müxbiri Aysun Öze maraqlı müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Qarşımda nə Şehrazad var idi, nə də Fəridə... Qarşımda ən səmimi halı ilə Bergüzar Korel var idi. Həyata cəsarətlə baxan, həssas, sözü üzə deyən, atası aktyor Tanju Koreldən və anası aktrisa Hülya Darcandan aldığı həyat dərslərini unutmayan bir gözəl...

Bergüzarla Boğaz mənzərəli bir eyvanda görüşdük və gələcək planlarından, çəkildiyi serialların xarici ölkələrdə qazandığı uğurlardan, marağınıza səbəb olacaq digər mövzulardan bəhs etdik.

- Rol aldığın seriallar dünyanın bir çox ölkəsində yayımlanır. Bu uğurun sirri nədir?
- Çox qəribədir. Ötən ay rəfiqələrimdən biri Kubaya gedib. Mağazaya girəndə işçilərin "Min bir gece”ni izlədiklərini görüb. Ondan serialın sonunda nə olacağını soruşublar. Rəfiqəm də deyib ki, "Evlənirlər, hətta baş roldakılar real həyatda da ailə qurublar”. Bunu eşidən işçilər çox seviniblər. Bu, çox böyük bir gücdür. Bu günə kimi bu gücün fərqində deyildim. İnsanlar fikirlərimə və gördüyüm işlərə çox dəyər verirlər. Bir çox gənc qız məndən nümunə götürdüyünü deyir. Bu, məni çox sevindirir.

- Bəs bu qədər sevilməyin mənfi tərəfləri də varmı?
- Əlbəttə. Üzərimə böyük məsuliyyət götürmüş oluram. Həmişə doğru addımlar atmalıyam. Çətindir, çünki səhv etmək haqqım yoxdur. Ancaq yenə də xarici ölkələrdə də tanınmaq, sevilmək xoşuma gəlir. Ölkəmi tanıtdığım üçün çox xoşbəxtəm.

- Həqiqətən aktyor və aktrisalarımız son illər Türkiyənin mədəniyyət mərkəzi kimi tanınmasında çox iş görüblər.
- Deməli, biz yaxşı işləyirik ki, seriallarımız başqa ölkələrdə də maraqla təqib edilir. Son vaxtlar Cənubi Amerikadan təkliflər, dəvətlər gəlir. Ancaq çox işlədiyimdən qısamüddətli bir ziyarət üçün 17-18 saatlıq yolu getmək istəmirəm.

- Hollivuddan fərqli olaraq seriallarımızın gücündən kifayət qədər istifadə etmirik. Sən bu haqda nə düşünürsən?
- Düzdür, biz hələ dünyaya təsir edə bilmirik.

Bu məsələ ilə bağlı ciddi addımlar atılmalı və bu iş planlaşdırılmış, peşəkar şəkildə həyata keçirilməlidir.

Mən Türkiyənin serial mövzusunda çox inkişaf etdiyini düşünürəm. İşıqçılar, rejissorlar, ssenaristlər, prodüserlər – hər kəs öz işini ən yaxşı şəkildə görür.

- Oynadığın serialın 100-cü seriyası yayımlandı. Sən isə "Instagram”da "100-cü bölümü çəkdik, yenidən belə uzunmüddətli bir serial çəkilə bilərmi?” deyə şərh yazmısan. İndiki dövrdə serialların ömrü niyə az olur?
- Bu sektorun vəziyyəti məlumdur. Yaxşı layihəni tapmaq çox çətindir. Çünki heç kim düsturu bilmir. Hər gün yeni bir serial yayımlanır. Ancaq reytinq sistemi çox qəddardır. Reytinqi az olan serialın ekranda qalmaq şansı yoxdur. 5 gündə 120 dəqiqəlik seriya çəkilir. Halbuki 120 dəqiqəlik kino minimum 1 aya başa gəlir. Nəsə dəyişməlidir, keyfiyyətli iş reytinqin qurbanına çevrilməməlidir.

- Serial mövzusunda inkişaf etsək də, sanki kino sahəsində axsayırıq.
- "Oskar” laureatı olan filmlərin hamısını izləmişəm. Ölkəmizdəki filmlərlə müqayisə edəndə o qədər də geridə olmadığımızı görürəm. Amma hələ də bir film nümayiş olunanda qəzetlər xəbəri "Bu film sizi ağladacaq”, "Sevişmə səhnələri diqqət çəkdi”, "Bu film sizi güldürəcək” tipli başlıqlarla təqdim edirlər. Kinoya baxış bucağımızı çox dayazdır. Filmin keyfiyyəti onu izləyənlərin sayına görə müəyyənləşdiriməməlidir.

Bir filmin nə qədər güldürdüyü, neçə sevişmə səhnəsi olduğu deyil, nə mesaj verdiyi önəmlidir.

- Bir az da yeni layihələrindən danışaq.
- Serialımız 3-cü mövsümdür ki, davam edir. Çox yorulmuşam. Bundan sonra ən az bir il seriala çəkilməyəcəyəm. Yeni mövsümdə teatr tamaşası ilə sevənlərimə sürpriz etmək istəyirəm.

- Sənətçilər arasında sosial şəbəkələrdə ən aktivi sənsən. Ölkədə nəsə hadisə baş verəndə, kiminsə haqqı tapdalananda dərhal münasibət bildirirsən. Məncə, sevilməyinin əsas səbəblərindən biri də budur.
- Şöhrət real deyil. Mən şan-şöhrətli həyatı ciddi qəbul etmirəm. Bu həyatın gerçək olmadığını təcrübəm mənə öyrədib. Hamının həyatının ürəyindəki fikirlərə uyğun olması ən böyük arzumdur. Haqqsızlığa dözə bilmirəm. Xarakterim belədir, susa bilmərəm.

- Türk ulduzlar bəzən çox eqoist davranırlar, daha doğrusu şöhrətin işığı gözlərini kor edir. Hollivud ulduzları isə daha təvazökar davranırlar. Mən sənin də Hollivud gözəlləri kimi yaşadığını düşünürəm. Makiyajsız gəzirsən, adi insanlarla ünsiyyət qurursan.
- Mən belə xoşbəxtəm. Yaşadığım məhəllədə heç kim mənim Bərgüzar Korel olmağımla maraqlanmır. Pijamamla küçəyə çıxıb uşağımı məktəb avtobusuna mindirə bilirəm. Qapıya gələn satıcıdan tərəvəz, meyvə alıram. Hətta lazım olanda ayaqqabımı təmirə özüm aparıram.

Qonşuluq münasibətləri mənim üçün çox önəmlidir. Evdə yumurta qalmayanda qonşudan istəyə bilmək çox gözəl duyğudur.

- Bir sözlə, əlçatmaz olmaq xoşuna gəlmir.
- Qırmızı xalıda olarkən, ekranda, jurnal və ya qəzetlərdə o qədər əlçatmaz görünürük ki...

Real həyatda insanlarla aramda məsafə olmamasına diqqət edirəm.

- Belə fikirləşməyinin səbəbi bəlkə də sənətçi bir ailənin övladı olmağındır.
- Təbii ki, bu, böyük şansdır. Mən şöhrətin gətirdiklərindən və apardıqlarından xəbərdardaram.

- Valideynlərindən nümunə götürürsən?
- Anam çox fədakar qadın olub. Həyatda ən çox dəyər verdiyi şey övladlarıdır. Atam isə necə deyərlər, bir az dəliqanlı olub. Mən də bir az ona oxşayıram. Atamdan dürüstlüyü və insanları maddi gəlirlərinə görə dəyərləndirməməyi öyrənmişəm.

- Ananın aktrisalıqdan vaz keçməsi səni heç əsəbiləşdirməyib?
- Yox, başqa çıxışı olmayıb. Atam işləməsinə icazə verməyib. Əgər anam inad eləsəydi, boşanardılar, onda da biz dünyaya gəlməzdik. Anam həm atama, həm də bizə aşiq olub, çox sevib. İndi də elədir, gündə ən az 3-4 dəfə danışırıq.

- Demək olar ki, həmişə ideal çəkidəsən. Hətta hamiləlik dövründə də səni çox kök görmədik. Sağlam qidalanırsan?
- Sağlam qidalanmağa çalışıram, amma bunu xəstəlik dərəcəsinə çatdırmamışam. Tərəvəz və meyvələri marketdən yox, bazardan alıram. Ailəm üçün bişirdiyim yeməklərin dadlı və faydalı olmasına çalışıram. Şokoladı və qəhvəni çox sevirəm. Sağlamlıq üçün onlardan vaz keçməyi düşünmürəm.

- Mətbəxlə aran necədir?
- Son vaxtlar mətbəxə çox girmirəm. Ancaq işləyən bir qadın olaraq mətbəxdə kifayət qədər vaxt keçirdiyimi düşünürəm. Mətbəxdə olanda özümü hüzurlu hiss edirəm. Xörək bişirməyi xoşlayıram, bundan əlavə pomidor turşusu hazırlayıb, mürəbbə də bişirə bilirəm. Xüsusilə də bişirdiyim mürəbbələri dostlarıma hədiyyə etmək çox xoşuma gəlir.

Əlim ləzzətlidir, bu mövzuda təvazökar ola bilmərəm. Köklü, darçınlı keksim çox məşhurdur. Bir də çərəzlərdən "ləzzət topları” adını verdiyim şirniyyat hazırlayıram, pəhrizdə olan dostlarım çox xoşlayırlar.

- Lüks həyat deyəndə, gözünün önünə nə gəlir?
- Ayaqlarımı uzadıb dincəlmək, evdən çölə çıxmaq məcburiyyətində qalmamaq, harasa gecikmək stressindən xilas olmaq. Məncə, bu saydıqlarım ən böyük lüksdür.

- Hazırda məşhur brendlərindən birinin "Cəsur ol” şüarlı kampaniyasının simasısan. Bir qadın üçün bu dövrdə cəsarətli olmaq çox çətindir. Bütün dünyada şiddət hadisələri artır. Necə cəsarətli olaq?
- Şiddət bütün dünyanı ələ keçirib. Hətta "Oscar” mükafatları gecəsində Patrisiya Arkett də çıxışında bu məsələyə toxundu. Bu da onu göstərir ki, ən inkişaf etmiş ölkələr belə bu problemlə mübarizə aparırlar.

Bəlkə də qadınların güclü olmasını həzm edə bilmirlər. Sadəcə qadına deyil, insana, heyvana, bir sözlə nəfəs alan heç bir canlıya şiddət tətbiq etmək olmaz.

Uşaqlara qarşı edilən şiddət isə məni dəli edir. Bunun ciddi psixi problem olduğunu düşünürəm.

Hər şey danışaraq həll edilə bilər. Şiddətə müraciət edən kişilər kişiliklə adamlıq arasındakı fərqi anlaya bilmirlər. Kişi olmaq asandır, adam olmaq isə çətin. Mənim də 6 yaşlı oğlum var, onu ən yaxşı şəkildə tərbiyə etməyə çalışıram.

Ona kimisə vurmağı deyil, özünü müdafiə etməyi öyrədirəm.


Şərhlər: 21
Baxılıb: 854
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
el catmaz deyilsen sadece el uzatmiram 122
26 mart 2015 18:35
# 21
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
leyla_258
OLMEMIS COX GOZELSEN ANCAQ MEN TUBA BOYUK USTUNU SECDIM,
15 mart 2015 17:55
# 20
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Brilliantam
Aktyor ailesinde dogulub,Anasi aktrisa,atasi aktrisa,sehf elemiremse bacisi da aktrisadir.ozu de cox gozel aktrisadir,cox tebii oynuyur efire yarasir,uz cizgiler,boyu,fiqurasi tam bir ekran eseridir bu xanimin.

sorry atasi aktyor
14 mart 2015 11:39
# 19
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
lelos
beyenirem ve kinolarinin demek olar ki hamisini izlemişem ve izleyirem
14 mart 2015 11:19
# 18
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Antikvar
Beyenirem bu aktrisani.Meni daha dogrusu onu mene cox vaxti benzedirler))))Benzetme hallari daha cox min bir gece serialindan sonra bas tutdu))
Musahibeni beyendim cavablar ozune mexsus dolgun cavablariydi.
13 mart 2015 20:37
# 17
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Şəbnəm Vüsal
coxx sadə insanmış.Allah ürəyinə görə versin.....
13 mart 2015 20:35
# 16
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
SENSİZ
maraqli musahibe alinib tsk
13 mart 2015 20:30
# 15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Miss_Oxatan
Menimde cox beyendiyim aktrisalardan biridir,cox tebii oynuyur rolu,wirin xanimdi hemde.ancaq hansi rolu aparirsa aparsin Wehrezad kimi yadda qalib.musahibede de bir daha sade insan olduguna wahid olduq.
13 mart 2015 19:44
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Nazan
tewekkurler
13 mart 2015 19:38
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Sucan
Cox sevirem bunu
13 mart 2015 19:22
# 12
Aysel Tatli
aktrisani cox beyenirem anasida cox gozel aktirisadir
13 mart 2015 19:15
# 11
vipbetul
beyenirem yaxsida aktrisadi
13 mart 2015 18:40
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
solmaz1992
Bu aktrisani sevirem. Cox xosum gelir
13 mart 2015 18:18
# 9
Tomris Müslümova
gozeldi musahibe yaxsidi
13 mart 2015 16:28
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Maraqlı müsahibədi,hər kəlməsindən sadə,təvazökar bir insan olduğu görünür.Hər iki serialını maraqla izləmişəm.
13 mart 2015 15:07
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ulduz
sevirem b.koreli
13 mart 2015 14:31
# 6
emis
Bəyənirəm gözəldi müsahibədə xoşuma gəldi
13 mart 2015 14:23
# 5
qanadli melek
beyenirem bunu hem rollari yaxsidi hemde ozu qewengdi
13 mart 2015 14:18
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Çox bəyəndiyim aktrisadı həm peşəkar həmdə digərlərindən təbiiliyinə görə seçilir, çəkildiyi sadəcə bir seriala baxıram ...
13 mart 2015 14:10
# 3
Luna-90
Yarisini oxudum maraqli alinib.olmemis cox qewengdi
13 mart 2015 14:01
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Beyendiyim xanimdir gozel rol qabiliyyeti var
13 mart 2015 14:00
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz