Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təranə Qumral: "Saçını elə yığır ki, qulaqları "QAZ-53"ün güzgüsünə bənzəyir"
Təranə Qumral:
Şərhlər: 24
Baxılıb: 1593
Səs ver:
Dünya ulduzlarını televiziya ekranlarından heyranlıqla izləyib gözəlliklərindən ağızdolusu danışırıq. Ancaq onların əsl siması kameralar görüntünü yaxınlaşdırdıqca üzə çıxır. Məlum olur ki, "gözəl” deyib, gözümüzə "su verdikərimiz” çopur, civzəli, çilli adi qadınlardır.
 
Azərbaycanda isə gözəlliyi nəinki ekranlardan, elə həyatdan da dillərə dastan olacaq məşhurlarımız var. Elə götürək, Təranə Qumralı. İndiyədək sevgisindən çox danışdığımız müğənni Təranə Qumralın gözəlliyi başına bəladır, yoxsa, əksinə?

İlk baxışdan belə görünür ki, 3 qız anası olan Təranə Qumralın üzünün, dərisinin gözəlliyindən illər heç nə apara bilməyib. Yaşının üstünə yaş gəldikcə gözəlliyinin üstünə də nur çöküb. Özü bu fikirdədir ki, gözəl yox, nurlu insandır. Bizim gözümüzə gözəl görünən də həmin nurun saldığı şölədir.
 
Ancaq biz bu cavabla qane olmuruq. İllah ki, o sirri öyrənməliyik.
Onun bu gözəlliyi qorumaq üçün nələrə əl atdığını bilmək istəyirsinizsə, yaxın oturun. Təranə Qumralın gözəllik sirlərini əri Musa Musayev açıb tökəcək. Çünki Təranə xanımın gözəlliyinin sirrini öyrənmək üçün onu sıxışdırdığımız söhbətdə müğənninin bəstəkar əri Musa Musayev də iştirak edir:
 
- Onu günü-gündən solduran deyil, sevgisi ilə yeni ruh verib gözəlliyinə gözəllik qatan əri Musa Musayev belə bir qadının əri olmaqdan narahat deyil ki?

- M.M. (Musa Musayev): Əlbəttə, narahatam. Onu itirməkdən çox qorxuram.
 
- Təranə xanım, bizi də çoxları kimi, gözəlliyinizin sirri çox maraqlandırır...
- T.Q: (Təranə Qumral) Gözəl deyiləm, nurluyam. Ürəyimin gözəlliyi üzümə vurub. Daxilən gözəl olduğumu bilirəm. Düşünürəm ki, üzümdə gördüyünüz həmin o daxili gözəlliyimdir.
 
- Özünüzə necə qulluq edirsiniz?
- T.Q: Qızlarımdan da soruşurlar ki, anan nə edir ki, elə gözəl görünür. Əslində, heç nə eləmirəm. Sadəcə, yediyimə-içdiyimə diqqət edirəm.
 
- "Diqqət edirəm” deyərkən nəyi nəzərdə tutursunuz? Məsələn, nəyi yeyir, nəyi yemirsiniz?
- T.Q: Seçib yeyirəm. Satışda olan meyvə şirələrini içmirəm. Hətta susuzluqdan ölsəm də. Meyvəni təzə-təzə çəkib içirəm. Nar, alma şirəsi içirəm. Hətta başqa ölkələrdən gətirilən meyvələrdən də yemərəm . Düşünürəm ki, bədənim onu tanımır. Yesəm, orqanizmimin nə reaksiya verəcəyini bilmirəm. Ona görə də, tanımadığım meyvəni, ərzağı yemirəm.
 
- M.M: Salat yeməz. Qara çörəklə bəyəndiyi bir yeməyi yeyib durur.
- Bəs, siz nə yeyirsiniz, Musa müəllim? Siz də Təranə xanım kimi yeyib-içdiyinizə diqqət edirsinizmi?
- M.M: Mən daşdan yumşaq nə olsa, yeyirəm. Ancaq çalışıram, az yeyim.
 
- T.Q: Çalışır, az yesin. Buraya gələndə bir qab aşı çörəklə yeyib çıxıb. Qarnı da çıxır.
 
- O qədər də hiss olunmur...

- T.Q: Boyu hündürdür deyə nəzərə çarpmır. Həm də onu elə geyindirirəm ki, qüsurları üzə çıxmır.
- Deməli, gözəl görünüşdə geyimin rolu çox böyükdür?

- T.Q: Əlbəttə. Elə adamlar var ki, eybini bilmir. Məsələn, əyri ayaqlı qadın qısa geyinib qüsurunu ortaya qoyur, ya da şəlpəqulaq qadınlar saçlarını elə yığırlar ki, qulaqları "QAZ-53”ün güzgüsünə bənzəyir. Məncə, insan həm yediyinə, həm də geyindiyinə diqqət etməlidir. Həzm edə bildiyini yeməli, yaraşanı geyinməlidir.
 
- Çoxları gözəl görünmək üçün idman zallarından çıxmırlar. Siz idman edirsinizmi? Formada qalmaq üçün də, elə sağlam olmaq üçün bəzi məşqlər vacibdir.
- T.Q: Əslində, sağlamlığımı qoruyuram. Ev şəraitində idman edirəm. Aerobika ilə məşğul oluram, qaçış bantı var, onunla yeriyirəm.
 
- Bu kifayət edirmi?
 - T.Q: Mənim başqa yerlərə xərcləyəcək vaxtım yoxdur. Hətta nə qədər boş vaxt tapsam, sənətə yox, övladlarıma həsr etmişəm. İndi də vaxtımı balaca qızımla keçirirəm. Odur ki, idman zallarında itirəcək vaxtım yoxdur. Hamı mənə irad tutur ki, qızı niyə belə eləmisən. Özüm yedirirəm, özüm içirdirəm. Özü heç nə etmir. 7 yaşında olmasına baxmayaraq, təkbaşına geyinə bilmir, yeyə bilmir. Ola bilər ki, düz eləmirəm. Ancaq başqa cür bacarmıram. Onunla vaxt keçirməkdən, hər şeyi bir tərəfə qoyub bütün vaxtımı uşağıma həsr etməkdən zövq alıram.
 
- M.M: Ailəyə, uşağa bağlılıq ona ailəsindən miras qalıb. Atası da, anası rəhmətə gedəndən sonra övladlarına həm ata, həm də ana oldu. Heç vaxt da evlənmədi.
- T.Q: İnsana hər şeyi taleyi, bəxti yaşadır. Hamının taleyi onlar anadan olmadan yazılır. Anamı 5 yaşımda itirmişəm. Mən özüm ana görməmişəm. Ona görə də övladlarıma ana olaraq bütün sevgimi, özümü həsr etmişəm. Övladıma sevgi verərək təsəlli tapmışam. Həmişə düşünmüşəm ki, deməli, anam olsaydı, o da məni bu qədər sevərdi. Anamızdan sonra atamız bizə baxdı. Musa düz deyir. Anamdan sonra da evlənmədi. Sevgisinə sadiq qaldı. Valideynim İrandan qaçıb. Onları Araza töküblər. Araz çayı ilə keçib İran vasitəsi ilə Azərbaycana qaçıblar. Mənim valideynlərimin taleyinə də bu yazılıb. Ancaq mən qaçqın olmamışam. Heç nəyin arxasınca da qaçmamışam. Pul, şan-şöhrət də gözəllik kimi özü gəlib məni tapıb. Bunları mənə Allahım verib. Elə olub ki, İsrailə getmişik, 500 min dollar pul gətirmişik oradan. Halbuki o pulu ömründə bir arada görməmişdik. Bu, Allahın verdiyidir. Əsas odur ki, nə mən, nə də Musa bir dərman belə atmırıq. Hər ikimiz sağlamıq. Sağlamlığım da mənim ən böyük var-dövlətimdir. Düzdür, deyirəm, ancaq qorxuram da. Sevgimizi gözə gətirdilər, indi də sağlamlığımıza göz dəyəcək.
 
- Bəs belə sağlam olmaq üçün nə edirsiniz? Hər halda, Musa müəllim də sağlam olduğuna görə evdə tətbiq etdiyiniz ümumi qayda var...
- T.Q: Həmişə deyirəm ki, insan yemək mədəniyyətindən bəlli olur. Qadınlar var ki, süfrədə 10 növ salat olsa, hamısından yeyəcək. Ürəyi də sıxılsa, yenə yeyir. Mən məəttəl qalıram ki, bu yeməyi hara yığırlar.
 
- M.M: Yemək də, gəzmək də hamısı insanlar üçündür. Ancaq qədərində olmalıdır. Təranə xanım görməmiş insan deyil. "Hökmən yeməliyəm”, - demir.
 
- Estetik əməliyyat etdirmisinizmi? Ya da bəlkə, fikriniz var?
- T.Q: Estetik əməliyyat dəb halı alandan bəri xoşagəlməz vəziyyət yaranıb. İnsanlar biri-birinə oxşayır. Nəinki məşhurlar, hətta adi adamların da burnu elə bil inkubatordan çıxıb. Sərçəburunlar ölkəni bürüyüb. Hələ eyni cür dombaldılmış yanaqları demirəm. Lap adamın gözünü yorur. Bəlkə, lazım olsa, mən də elətdirərdim. Ancaq allah məni elə yaradıb ki, hər hansı əməliyyata ehtiyacım yoxdur. Hərdən fikirləşirəm ki, burnum bir az uzundur. Ancaq dərhal ağlıma gəlir ki, birdən əməliyyat etdirərəm, daha da pis olar. Çox qorxuram əməliyyatdan. Ümumiyyətlə, qorxağam. Dəyişiklikdən də qorxuram. Tez-tez estetik əməliyyat etdirənlərə də qibtə edirəm. Düşünürəm ki, elə dəyişərəm, qəbul etdirmək çətin olar. Dodağın doldurulması da dəb olub. Qadınların burunları kimi, dodaqları da bir-birinə bənzəyir. Anlamıram ki, o dodaqlarını niyə o qədər şişirdirlər. Kimə baxırsan, dodağı özündən 5 metr uzaqda durur.
 
- Musa müəllim, Təranə xanımda əməliyyata ehtiyac hiss edirsinizmi?
 
- M.M: Mən Təranədə heç bir qüsur görmürəm. O mənim qüsursuz gözəlimdir. Ancaq o mənə burnum uzun olduğunu deyə bilər.


Şərhlər: 24
Baxılıb: 1593
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
terane cox gozeldi
26 mart 2015 18:07
# 24
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
leyla_258
BELI DUZ DEYIR.
15 mart 2015 18:20
# 23
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nazan
tanimiram
13 mart 2015 20:03
# 22
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
AYKA-ISI
bu cutluyu beyenmirem nedense cox suni gelir mene
11 mart 2015 19:45
# 21
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
gulunnn
Ne deyirik teki her zaman gozel ol
11 mart 2015 18:22
# 20
Tomris Müslümova
inanin o qeder zehlem gedir bulardan hec oxumadimda
11 mart 2015 16:26
# 19
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tatyana
qizimi ozum yedirib ozum geydirirem deyir,bizim rayonda toylarda olur saatlarca goresen qizi hemin vaxt ac qalir,pastelde qalir?.
11 mart 2015 07:55
# 18
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
lili)
men evveller cox sevirdim bu cutluyu soz sobetden sonra gozumden dusduler ama terane cox gozel bir xanimdi baximlidi
11 mart 2015 07:50
# 17
Sucan
Neyse bunlardan danismaq istemirem nifret edirem
11 mart 2015 01:17
# 16
Menim balam
Xeberin yalnız başlanğıcını oxudum, kim o sözü deyibse yeqın o güzgünü birinci özünde görüb, sonra kimese demeye normaldır. Caqqal baxar güzgüye öz adını qoyar özgeye
11 mart 2015 00:34
# 15
Nergizz
ne deyek ozleri biler,her kesin oz evinin qiblesi var,men ama bunlari cox suni gorurem,musanin uzunden wulquntuluq yagir,
11 mart 2015 00:22
# 14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
arzum-aysum
teranenin uzunde nur yox eeee seytan var. hec nurlu siması yoxdu
10 mart 2015 23:32
# 13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Təranə Qumralın təbii gözəl olması danılmazdır))başqa da nə edirlər özləri bilər,necə deyərlər hər qoyunu öz ayağından asılır..
10 mart 2015 23:26
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
Sitat: isveç.de
Off yoruldum sonacan oxudum... kişi qadını qadında kişini hey tərif atəşinə tutublar. Ay təranə xanım kimi aladırsızki siz əgər uzunuzu çəktirməsəydiniz oqədər makiyajlardan sonra köhnədən qalma xıyara oxşuyardız. Ətimi tökməyin başdan ayağa plastik əməliyyatsız. Namazqılan olarsıze xəbərimiz olmaz tulku həccə gedir indi boş-boş təriflər yağdırmasın musa sizə.

Köhnədən qalma xiyar yaxşı oxsatdin haaa122
10 mart 2015 22:41
# 11
isveç.de
Off yoruldum sonacan oxudum... kişi qadını qadında kişini hey tərif atəşinə tutublar. Ay təranə xanım kimi aladırsızki siz əgər uzunuzu çəktirməsəydiniz oqədər makiyajlardan sonra köhnədən qalma xıyara oxşuyardız. Ətimi tökməyin başdan ayağa plastik əməliyyatsız. Namazqılan olarsıze xəbərimiz olmaz tulku həccə gedir indi boş-boş təriflər yağdırmasın musa sizə.
10 mart 2015 22:21
# 10
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Almela
xowum gelmir bunlardan
10 mart 2015 22:11
# 9
Örtülü defterim, bagli kitabim,Men senin qelbine nece yol tapim...
Miss_Oxatan
Wexsi heyatlarina gore baw vermiw olaydan sonra gozden duwselerde ancaq Terane Qumral cox gozel xanimdir.tebii gozeldir ozde,silikon,estetik emeliyyat o saat bilinir.
10 mart 2015 22:07
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
SENSİZ
xosum gelirdi cirkin davalarindan sonra zehlem gedir
10 mart 2015 22:01
# 7
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
qanadli melek
Bunlardan xosum gelmir ama gozel xanimdi
10 mart 2015 21:25
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ulduz
GGOZEL XANIMDI AMMA OZUNNEN RAZIDIR SEVMIREM DE ELE INSANLARI
10 mart 2015 21:19
# 5
BARBI
Ay allah ne qederde ozunnen razidir gozel xanimdir ama uzunde nur yoxdur
10 mart 2015 21:05
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
bunlar ozlerini biabir edibler ne qeder isdeselerde o sozlerden sonra qalxa bilmiyegeyler
10 mart 2015 21:03
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Müsahibə zamanı çoxlarının bostanına daş atdı, başlıqda qeyd olunan atmaca da gülməlidi...
10 mart 2015 20:52
# 2
aziz a
Bunlar mene hec maragli deyiller.....
10 mart 2015 20:44
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz